Əlixan YƏHYAOĞLU (MƏMMƏDOV) (1951)

Əlixan YƏHYAOĞLU (MƏMMƏDOV) (1951)
Əlixan Yəhyaoğlu (Məmmədov) 1951-ci il martın 10-da qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonunun Dəllər kəndində doğulub. (Borçalıda Dəllər adında bir neçə kənd vardır. Xalq onları bir-birindən fərqləndirmək üçün Bolnisi rayonundakı Dəllər kəndinə - Aran Dəl­ləri, Başkeçid (indiki

Laçın Cəfərli: "QƏRİB"

Laçın Cəfərli:
QƏRİB Yenə də qəlbimə doldu qəm, kədər, Bir daha anladım mənəmmiş qərib. Dastandakı Qərib hədərmiş, hədər, Sən demə eləcə Sənəmmiş qərib. Atam xəstələnib, dedilər mənə, Dəli ağlamağım çağladı yenə. Övlad nəfəsinə, bala səsinə, Ömür boyu həsrət qalanmış qərib. Elimdən, obamdan düşmüşəm uzaq, Nə

Leyla VƏKİLQIZI: "Can, ay Xocalı..."

Leyla VƏKİLQIZI:
Güllə boran etdi saysız balanı Ərşə yüksəltdilər ahı , nalanı Görəndə qoynunu başı bəlalı Qəlbim qan ağladı can ay Xocalı Axan göz yaşından yarandı bir sel Bəyaz qar üstündə qan oldu bir göl Haray , imdadına çatmadı bir el Sinəndə can verdi necə yaralı Qəlbim qan ağladı can ay Xocalı Düşdü

Aparıcı-aşıq-müğənni VÜQAR QRACOV (1975)

Aparıcı-aşıq-müğənni VÜQAR QRACOV (1975)
Qracov Vüqar Allahverən oğlu, 1 aprel 1975-ci ildə Gürcüstan respublikasının Marneuli rayonunun Ağaməmmədli kəndində doğulub. 1981-ci ildə həmin kəndin orta məktəbinin birinci sinfinə daxil olub və 1991- ci ildə həmin məktəbi bitirmişdir. Uşaqlıqdan musiqiyə böyük həvəs göstərmişdir. Ona bu yolda

Ulu Borçalımızın Vüqarlı Şairi - ƏLİ VÜQARLI (1936-2012)

Ulu Borçalımızın Vüqarlı Şairi - ƏLİ VÜQARLI    (1936-2012)
Əli Vüqarlı (Məmmədov) 1936-cı ildə qədim Borçalı ma­ha­lı­nın Bolnisi şə­hə­rində dün­yaya göz açmışdır. 1967-ci ildə ADU-nın filologiya fakül­təsini bi­tirmişdir. Uzun müddət müəllim işlə­miş­dir. İlk şeiri 1959-cu ildə Tbili­sidə «Şərqin şəfəqi» qə­zetində işıq üzü görmüş Ə.Vü­qarlının imzası

KÖVRƏK DUYĞULARIN TÜĞYANI

KÖVRƏK DUYĞULARIN TÜĞYANI
Hacan Hacısoy: Qoy hədər getməsin bircə anın da, Ey könül, usanma dözümün olsun. Deyirəm, bu yollar kəhkəşanında, Bir kiçik cığır da özümün olsun! -deyən bu duyğulu insan neftçi-alim, bir neçə poetik toplu müəllifi Hacan Hacisoydur. Hacan Hacisoy (Hacan Qulu oğlu Hacısoy) 1946-cı ildə Gürcüstanın

SARVAN BAYRAM FAXRALI (1921-1956)

SARVAN BAYRAM FAXRALI (1921-1956)
Aşıq Bayram Məhərrəm oğlu (Sarvan Bayram) 1891-ci ildə ağır elli Faxralı kəndində dünyaya gəlib. Çox iti hafizəyə, gözəl yaddaşa və sazçalma qabiliyyətinə malik olan aşıq Borçalıda çox adnan söylənən bir sənətkar olmuşdur. Yazma və oxuma bilməyən aşıq Bayram bir neçə ustad aşığın ustadı olmuşdur.

Aşıq QUŞÇU İBRAHİM (1895-1945)

Aşıq QUŞÇU İBRAHİM (1895-1945)
QUŞÇU İBRAHİM - 1895-ci ildə ulu Borçalının Muluxsalı (indiki Bolnisi rayonunun Qoşaisə) kəndində anadan olmuşdur. Atası İsmayıl Məhəmməd oğlu toylarda dəf vuran (qara zurnanın dəfçisi) olmuşdur. 1897- ci ildə İsmayıl yaxın qohumu Quşçu kənd sakini Kərim kişinin məsləhəti ilə həyat yoldaşı Gözəl

AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

AŞIQ ƏHMƏD SARACLI (1921-1997)
Əhməd Musa oğlu Qəribli 1921-ci ildə Borçalı mahalının Saraclı kəndində doğulub. Sazlı-sözlü Saraclının qoynunda böyümüşdür. Saz çalmağa uşaq yaşlarından meylini salan Əhməd çox az müddət ərzində bu sənətə canı-dildən bağlanmışdır. Buna əsas səbəblərdən biri də ustad məclislərinin salğarı, sanbalı

AŞIQ ƏMİR SARALLAR (1923-1992)

AŞIQ ƏMİR SARALLAR (1923-1992)
Aşıq Əmir (Əmir Muxtar oğlu Həsənov) 1923-cü ildə Sarallar (Bolnisi rayonu) kəndində anadan olmuşdur. Hələ körpəlik çağlarında Əmir Muxtar oğlu Ağbabalı Aşıq Məhəmmədin məlahətli səsi və ecazkar barmaqlarına heyran qalmış və onda saza-sözə böyük maraq oyanmışdır. Əmir Muxtar oğlu üç il dövrünün

AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)
Mürsəl Əhməd oğlu Məmmədov 1925-ci il fevralın 20-də Faxralı kəndində anadan olub. Hələ uşaq yaşlarından sazın vurğunu olan Mürsəl Əhməd oğlu başqalarından seçilməyi bacarıb. Onun saza meylinin ötəri olmadığını görən qohum-əqrabası Mürsəlin məşhur ustad aşıqlardan olan Hüseyn Saraclının yanında

ƏLİ FAXRALI (1926)

ƏLİ FAXRALI (1926)
Əli Qurban oğlu Məmmədov 1926-cı ildə Borçalı mahalının qayım-qədim kəndlərindən biri olan Faxralıda anadan olmuşdur. O, uşaqlıq yaşlarında görkəmli el şairi Misgin Nəbinin məclislərində çox iştirak etmiş, yaradıcılığının məftunu olmuşdur. Əli Qurban oğlu gənc yaşlarından Qaş Muğanlı (Böyük

DƏLLƏK HÜSEYİN (1926-1988)

DƏLLƏK HÜSEYİN (1926-1988)
"Dəllək Hüseyn" kimi tanınan Hüseyn Məmmədalı oğlu Hüseynov 1926-cı ildə Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. Ağrılı-acılı ikinci cahan savaşı dönəmlərində ailəsi ilə birlikdə Baydar kəndinə köçmüş və ömürlük bu yurda bağlanmışdı. Əliyüngül (el arasında belə deyirlər) dəllək (sünnət

RƏŞİD HACALLI (1914-1995)

RƏŞİD HACALLI  (1914-1995)
Borçalıda yaşayıb-yaradan poeziya sənətkarlarından biri də tanınmış maarif xadimi, Gürcüstanın əməkdar müəllimi Rəşid Hacallı­dır. O, 1914-cü ildə qədim Borçalı mahalının Bolus bölgəsindəki Kəpənəkçi kəndində (indiki Gürcüstanın Bolnisi rayonundakı Kvemo-Bolnisi kəndində) anadan ol­muş, 1936-cı
Əvvəl 1 2 3 4 5 6 7 Рекомендуем задуматься скачать софт с нашего сайта и последние хорошие фильмы смотреть онлайн на лучшем кинопортале Sonra