AŞIQ ƏHMƏD SARACLI (1921-1997) "SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus 27 декабря 2018 Aşıq Əhməd Saraclı - (Əhməd Musa oğlu Qəribli) - 1921-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Sazlı-sözlü Saraclı kəndində dünyaya göz açmışdır. Saz çalmağa uşaq yaşlarından meylini salan Əhməd çox az müddət ərzində bu sənətə canı-dildən bağlanmışdır. Buna əsas səbəblərdən biri də ustad məclislərinin salğarı, sanbalı olmuşdur. Bu həvəsi görən aşıq Saraclı aşıq İsmayıl gənc saz və söz həvəskarı olan Əhmədin yetişməsində xeyli zəhmət çəkmişdir.II Cahan müharibəsi gənc aşıq Əhmədin arzularına qənim kəsilmiş və cəbhəyə göndərilmişdir. Aradan qanlı illər keçdikdən sonra yaralı aşıq Əhməd doğma Borçalıya və saza yenidən qovuşmuşdur. Ustad Hüseyn Saraclının yanında yenidən sənət məktəbi bitirən aşıq Əhməd bir ustad aşıq kimi yetişmişdir. O, Hüseyn Saraclı, ustad Xındı Məmməd və başqa sənətkarlarla bir ömür Borçalının ağır el məclislərini, toy nişanlarını keçirmişdir.Müharibə onun sol qolunu şikəst eləsə də sazın əlindən ala bilməmişdir. Aşıq Əhməd Qəriblinin çox zərif səsi, incə yumoru, gözəl yaddaşı və dastan danışma məharəti olmuşdur.Böyük oğlu Tariyel Qəribli Borçalının ən ünlü şairlərindən biri olmuşdur. Digər oğlu Teymur Qəribli isə atasının sənətini davam etdirmişdir.Aşıq Əhməd Qəribli 1997-ci ildə doğma Saraclı kəndində vəfat etmişdir. Allah rəhmət eləsin!..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.