Baş redaktorumuz Müşfiq Borçalı daha bir medalla təltif olunub Humanitar elmlər, AzTU, Turan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər, Müşfiq Borçalı 20 декабря 2025 15 0 1 2 3 4 5 TƏBRİK EDİRİK!..Əziz və dəyərli həmkarımız, AzTU-nun əməkdaşı, “ZİYA” qəzetinin, "ZiM.Az", "Ziya.info.Az" və "Elm.İnfo.Az" saytlarının baş redaktoru, eyni zamanda, "TURAN", "YURD", “ZİRVƏ” və “ZƏFƏR” İnformasiya Mərkəzlərinin, "Turan.İnfo.Az", "Yurd.İnfo.Az", "Zirve.İnfo.Az" və "Zefer.İnfo.Az" saytlarının rəhbəri, tanınmış jurnalist, ədəbiyyatşünas alim, istedadlı yazıçı, zəhmətkeş tədqiqatçı, prinsipial tənqidçi, onlarla kitabın, yüzlərlə elmi və elmi-publisistik məqalələrin müəllifi olan çox hörmətli MÜŞFİQ BORÇALI (Müşviq Mədəd oğlu Çobanov) - bu günlərdə daha bir fəxri mükafata layiq görülüb.O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının Yubiley medalı ilə təltif olunub. Medal - 2025-ci il dekabrın 19-da - Müşfiq müəllim üçün olduqca əziz və əlamətdar olan bir gündə, 35 ildir ki, şərəf və ləyaqətlə çalışdığı, dəfələrlə Fəxri Fərman və mükafatlarla təltif olunduğu Azərbaycan Texniki Universitetinin 75 illik yubiley günündə Medianın İnkişafı Agentliyində təqdim edilib.Müşfiq Borçalı Jurnalistlərimizə, ümumilikdə mediamıza verdiyi dəyərə, göstərdiyi diqqətə və etimada görə möhtərəm Prezidentimiz - cənab İlham Əliyevə, Prezidentin sərəncamı ilə Medalı təltif etmək səlahiyyətinə malik olan Medianın İnkişafı Agentliyinin rəhbərliyinə, Agentliyn icraçı direktoru Əhməd İsmayılova, Azərbaycan Texniki Universitetin rektoru, Əməkdar Elm xadimi, professor Vilayət Vəliyevə və Azərbaycan Mətbuat Şurasının sədri, Əməkdar Mədəniyyət işçisi Rəşad Məcidə təşəkkür edib, bundan sonra da mətbuatımızın, elmimizin və təhsilimizin inkişafı naminə var qüvvəsi ilə çalışacağını bildirib. Qeyd edək ki, 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən Turan Yazarlar Birliyinin, 2017-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2016-cı ildən filologiya üzrə fəlsəfə doktoru, həmçinin, "Abulla Şaiq", "Həsənbəy Zərdabi", "Nəriman Nərimanov", "Ömər Faiq Nemanzadə", "Zirvə", "Zəfər", "Qafqaz", "Ustad", "Qızıl Qələm", "Peşəkar jurnalist", "Cəsarətli qələm sahibi", "Kamil sənətkar" və s. mükafatların laureatı olan Müşfiq Borçalı (Müşviq Mədəd oğlu Çobanov) Azərbaycan Respublikası Milli Məclisinin Təhsil və Mətbuat haqqında qanunlar hazırlayan işçi qruplarının üzvü olmuş və qanunların hazırlanmasında yaxından iştirak etmiş, dəfələrlə Fəxri Fərman, Fəxri diplom və müxtəlif mükafatlarla, o cümlədən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Diplom və sertifikatlarına, 2024-cü ildə PREZİDENT TƏQAÜDÜnə layiq görülmüş,2025-ci ildə isə anadan olmasının 55 və Azərbaycan Milli Mətbuatının 150 illik Yubileyi münasibətilə Türk Dünyası və türk xalqları arasında ədəbi-mədəni əlaqələrin qurulması, dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi naminə göstərdiyi böyük xidmətlərə görə, qardaş Türkiyə Cumhuriyyətinin Çukurova Ədəbiyyatçılar Dərnəyinin təsis etdiyi "MUSTAFA KEMAL ATATÜRK" Qızıl medalı ilə təltif olunmuşdur. REDAKSİYADAN: Biz də fürsətdən istifadə edərək,Redaksiya Heyətimiz vəYaradıcı kollektivimiz adındanəziz və sevimli həmkarımız,dəyərli ziyalımız,bacarıqlı qələm dostumuzçox hörmətli Müşfiq müəllimi bir dahaanadan olmasının 55, 35 ildir ki, şərəf və ləyaqətlə çalışdığı, dəfələrlə Fəxri Fərman və mükafatlarla təltif olunduğu Azərbaycan Texniki Universitetinin 75 və Azərbaycan Milli Mətbuatının 150 illik Yubileyi, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının Yubiley medalı ilətəltif olunması münasibətilə ürəkdən təbrik edirik.Ona uzun ömür, möhkəm cansağlığı,şəxsi həyatında, ədəbi-bədii yaradıcılığında,eləcə də, şərəfli elmi-pedaqoji, həmçinin,jurnalistlik və ictimai fəaliyyətindəyeni-yeni uğurlar arzulayırıq!..Böyük hörmət və ehtiramla,“Ziya” qəzetinin, "Ziya", "Zirvə", "Zəfər", "Yurd" və "Turan" İnformasiya Mərkəzlərinin,ZiM.Az, Ziya.İnfo.Az, Zirve.İnfo.Az,Zefer.İnfo.Az, Yurd.İnfo.Az və Turan.İnfo.Az saytlarınınRedaksiya Heyəti və Yaradıcı kollektivi. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.