ATLAZ RZAYİ: "ÖMÜR SİRDAŞIM"

ATLAZ RZAYİ: "ÖMÜR SİRDAŞIM" ATLAZ RZAYİ:

"ÖMÜR SİRDAŞIM"

Sən mənə min bahar bəxş eləmisən,
Küssəm bir qışından nankorluq olar.
Ən gözəl günləri sənlə yaşadım,
Dansam bir gününü oğurluq olar.

Sevginin yaxşısı, pisi olmayır,
Ürək ədalətlə verir qərarın.
Mənim bu getdiyin yolların üstə
Duatək səpilib gözündən nurun.

Çətin günlərimin sadiq dostusan,
Ay ömür yoldaşım, ömür sirdaşım.
Sənsiz istəmirəm qızıldan saray,
Sənsiz ağarmasın dünyada başım.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: