Əlövsət Viləş: "QOCALIQDA" Ədəbiyyat » Poeziya 18 августа 2026 54 100 1 2 3 4 5 Qocalığın sınamayın səbrini.Əyir qamətini, əyir qəddini.Həkim də, loğman da, bilmlr dərdini.Gəlir gözlərinə tor, qocalıqda.Yerişin, duruşun dəyişir yaman.Səni ələyindədə ələyir zaman.Tapılmır yanında dərdini duyan.Olur qulaqların kar, qocalıqda.Çağırsan uşaq da, sözündən çıxır."Əsa"sız yerisən daş səni yıxır.Kədərdən gözündən damcı yaş axır.Yetişmir dadına var, qocalıqda.Əvvəli də kədər sonu da kədər.Bu dünya əzəldən hədərdir, hədər.Əlövsət, əkdiyin sözündə bitər.Gələ gözlərinə nur, qocalıqda.Əlövsət ViləşZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.