Müşfiq Borçalının Vyananın nüfuzlu jurnalında daha bir elmi məqaləsi çap olunub Yeni nəşrlər, Humanitar elmlər, Elmi Məqalələr, Ədəbi əlaqələr, Bədii Tərcümə, Turan, Tiflis, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı 21 февраля 2026 18 0 1 2 3 4 5 TƏBRİK EDİRİK!..AzTU-nun “Ziya” qəzetinin, "ZiM.Az", "Ziya.info.Az" və "Elm.İnfo.Az" saytlarının baş redaktoru, AYB-nin, AJB-nin və Turan Yazarlar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü MÜŞFİQ BORÇALInın (Müşviq Mədəd oğlu Çobanovun) Baş ofisi Mərkəzi Avropada – Avstryanın paytaxtı Vyana şəhərində yerləşən və Çex Respublikasının paytaxti Praqa şəhərindəki "PREMIER PUBLISHING" nəşriyyatdında çap olunan nüfuzlu - İnpakt faktorlu – “ERİH+”, "Copernicus" və s. yüksək indeksli “European Science Review” ("Avropa Elmi icmalı”) adlı elmi jurnalının (ISSN 2310-5577) 2025-ci ildə nəşr olunan 5-6-cı sayında ingilis dilində "THE TRANSFER OF GEORGIAN LITERATURE TO THE AZERBAIJAN LANGUAGE TRANSLATION PROBLEMS" ("GÜRCÜ ƏDƏBİYYATININ AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏSİ PROBLEMLƏRİ") adlı daha bir elmi məqaləsi işiqüzü görüb.Məqalədə gürcü ədəbiyyatından tərcümə problemləri araşdırılır. Qeyd olunur ki, gürcü dilindən tərcümədə burada yaşayıb-yaradan qələm sahibləri mühüm rol oynayır. Gürcü ədəbiyya-tından ən yaxşı nümunələri ana dilimizə çevirmək, qonşu xalqın mənəvi söz sərvətini Azərbaycan oxucusuna çatdırmaq işindən başqa, xalqlarımız arasında əsrlərdən bəri mövcud olan mənəvi dostluq körpüsünün tağlarını daha da möhkəmləndirməyə xidmət edir. Bu proses XX əsrin 50-ci illərindən sonra daha intensiv xarakter alıb. Bədii tərcümə sənəti praktik və nəzəri əsaslara söykənir. Hər şey tərcümə mətninin keyfiyyətindən asılı olur. Gürcü ədəbiyyatından edilən tərcümələrdə nəzəri və parktik xüsusiyyətlər gözlənilir. M.H.Bəxtiyarlı, T.Hüseynov, D.Əliyeva, Ə.Saraclı, İ.İsmayılzadə, V.Rüstəmzadə, A.Abdul-la, Z.Yaqub, D.Kərəm, Ə.Binnətoğlu, M.Çobanov, H.Vəliyev, E.Elsevər, S.Süleymanlı, V.Hacıyev, İ.Məmmədli, N.Əbdülrəhmanlı, O.Kazımov və başqalarının fəaliyyətində tərcümə yaradıcılığı mühüm yer tutur. Hər hansı bir fikir gürcü dilində dilimizə çevrilərkən erroziyaya uğramır, adekvatını tapır və ifadə imkanları genişlənir. Gürcü dilindən edilən tərcümələr maksimum orijinala yaxın olur, semantik uyğunluq üst-üstə düşür.Cite: Chobanov Mushfig. (2025). The Transfer of Georgian Literature to the Azerbaijan Language Translation Problems. European Science Review, 2025, No 5–6, pp.18-21. https://doi.org/10.29013/ ESR-25-5.6-18-21https://ppublishing.org/archive/publication/1522-the-transfer-of-georgian-literature-to-the-azhttps://ppublishing.org/media/uploads/journals/journal/ESR_5.6.pdfhttps://ppublishing.org/media/uploads/journals/article/ESR_5.6_p18-21.pdfBiz də dəyərli həmkarımız – tanınmış alim, filologiya üzrə fəlsəfə doktoru, çox hörmətli Müşfiq Borçalını yeni nailiyyəti münasibəti ilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..Firəngiz İBADOVA,ZiM.Az . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.