İsaxan İlyazoğlu: ÖLÜM SON DEYİL (Poema) Fond, Poeziya, Gürcüstan, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov 4 июня 2025 100 100 1 2 3 4 5 ÖLÜM SON DEYİL(Poema)Mən bu yazını əziz və hörmətli müəllimim, görkəmli türkoloq, tanınmış dilçi-alim, mərhum akademik Mədəd Çobanovun ruhuna bağışladım.Ey uca Yaradan, ey Pirlər Piri,Bircə Ol sözünə xəlq oldu cahan.Bizə rəhbər etdin Peyğəmbəri,Sənin hökmün ilə quruldu mizan.Hikmətlər cəm oldu sənin zatında,Bircə Ol sözünə aləm yaratdın.Alimlər içində Mədəd adında,Peyğəmbər misalı alim yaratdın.Sözlə bir yarandı sözün qiyməti,Qılıncdan itidir sözün kəsəri.Haqdan mayalandı sözün qüdrəti,Sözlə qərar tutdu yerin məhvəri.Enəndə göylərdən haqqın sədası,Biz zaman yaşadıq zaman içində.Bir ada yaratdın Mədəd adası,Dəryalar qoynunda, ümman içində.Bir Xoca tanıdım qırx il öncə,Bizə həyat dərsi keçdi o insan.Zəkası dərindi, qəlbi çox incə,İlk sözü Vətəndi, son sözü Turan.Bir müəllim tanıdım mülayim, həlim,Doğma övlad sayar bizi sevərdi.Alimlər içində seçilən alim,Haqqı, ədaləti, düzü sevərdi. Bir qoca dağ gördüm tələbə vaxtı,Zaman zirvəsinə qar ələyirdi.Yanan çıraq gördüm tələbə vaxtı,Zülmət qaranlığa nur çiləyirdi.O, dilçi alimdi, söz sərrafıydı,Sözlərin içində söz axtarırdı.Müdrik düşüncəli, göz zərrafıydı,Əyrilər içində düz axtarırdı.Bizə öyüd verər, deyərdi; - Bala,Hər sözün öz vaxtı, öz məkanı var.Acı dil başlara bəladır, bəla,Hər kəsin ağzında bir düşməni var.Elmdir, bilikdi zəri-zinnəti,Ömrünü bu yolda mum eyləmişdi.Mərifət, qanacaq, hörmət-izzəti,Yığmışdı özündə cəm eyləmişdi.Bir insan tanıdım ömrü mənalı,Fikri, düşüncəsi, zəkası dərin.O, Qorqud misallı, el ağsaqqalı,Başında olardı xeyirin, şərin.Görürdüm həmişə üzündə kədər,Məfkurə sahibi, dahi insanı.Sevdi millətini dünyalar qədər,Candan əziz tutdu Azərbaycanı.Bir gün qəmli gördüm, görüşdük yenə,O, gözəl insanın dərdini sordum.Kədərli baxışla baxaraq mənə,Dedi ki, Dərbənddi, Təbrizdi dərdim.Onu çox sevirdim, bilmirəm nədən,Beş il güman yerim, sirr yerim oldu.Hər gün dil dərsinə gecikdiyimdən,O il dil dərsindən kəsirim oldu.Hamımız sevirdik Mədəd müəllimi,Qoca da, cavan da, uşaq da sevdi.Ana övladlarını sevdiyi kimi,Aldı əlimizdən torpaq da sevdi.Üç iyun, iki min iyirmi üçdə,Bir xəbər yayıldı, xəbər çox acı.El yasa büründü, el yas içində,Əzəldən ölümün yoxmuş əlacı.Bir alim əbədi yumdu gözünü,Belə ağır gündə söz demək olmur.Əcəl vaxtsız gəldi, dedi sözünü,Oğluna, qızına, qohumlarına,Allah səbr versin, döz demək olmur.Son mənzil günüdü, o gün son vida,Böyük alim gedir çiyinlər üstə.Bir insan bizimlə edir əlvida,Sanki aləm gedir çiyinlər üstə.Bu yas el yasıdı, bu qəm el qəmi,Kədərli gözlərdən qəm-qüssə yağır.İnsanlar axışır, gəlir sel kimi,Görəsən nə varmış tabutdan ağır.Bölünməz dediyin bölünür ancaq,Vəfasız dünyadı, qəribə həyat.Şahların yatdığı ey qara torpaq,Sənə bir dahini verdik əmanət.Haqqın dərgahında görün nələr var,Zamanla məkanın öz arasında.Torpağın altında dəfinlələr var,Ölüm var qaş ilə göz arasında.O dəfn günündən iki il keçir,Yığışdıq iki min iyirmi beşdə.Ziyarət etməyə bir yerimiz var,Burdadı doğma da, dost da, qardaş da.Müəllim məzarı var, Pir yerimiz var.Dostlar, asta gəlin, bu məzar üstə,Burda bir şəxsiyyət, bir insan yatır.Dərd qalaq-qalaqdı, qəm dəstə-dəstə,Burda Mədəd adlı bir sultan yatır.Salam, qəbristanlıq, salam, başdaşı,Salam, qəm odası, salam, dörd divar.Siz alim ömrünün tarix yaddaşı,Salam, qara torpaq, ey Ulu Məzar.Bura lal məkandı, qulağı sağır,Səcdəyə göylərdən mələklər endi.Burda hər nəsnənin zəhmi çox ağır,Kədərdən ürəklər bölünür indi.Məzar gül-çiçəkdi, göydən nur yağır,Kimin kim olduğu bilinir indi.Burda da müəllimin önündəyik biz,Lal sükut içində vaxt-zaman gedir.Bura son məkandı, dururuq səssiz,Burda sorğu-sual, imtahan gedir.Həyat imtahandı, keçə bilmirik,Çoxdu günahımız, çox sirimiz var.O biri dünyaya köçə bilmirik,Çünki, bu dünyada kəsirimiz var.Əzəldən belədir hökmü zamanın,Həyatın qəribə qanunu varmış.Haqqın rızasıyla gələn insanın,Demək ki, ömrünün bir sonu varmış.Bir alim Nur oldu Tanrı çatında,Heç kim bu insanı unudan deyil.Bir alim yaşayır Haqqın qatında,Həyat əbədidir, ölüm son deyil.Fikrim sonsuzluqda, çatmayır sona,Sözə son verirəm mən aram-aram.O böyük alimə, dahi insana,Sevgiylə, sayğıyla dərin ehtiram. İsaxan İLYAZOĞLU, "Qızıl qələm" mükafatı laureatı,03.06.2025ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.