"Borçalı Cəmiyyəti" İB-də Müşfiq Borçalının 55 illik yubileyinə həsr olunmuş təntənəli ədəbi-bədii tədbir keçirilib Humanitar elmlər, AzTU, Gürcüstan, Tiflis, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər, Müşfiq Borçalı, "Borçalı" Cəmiyyəti 27 января 2025 420 0 1 2 3 4 5 2025-ci il yanvarın 22-də "Borçalı Cəmiyyəti" İctimai Birliyinin ofisində cəmiyyətin sədi Ramiz Həsənovun təşəbbüsü və təşkilatçılığı ilə xalqımızın vətənpərvər və ziyalı oğlu, tanınmış alim, istedadlı yazıçı, şair, jurnalist, naşir, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü, "Abdulla Şaiq", "Ömər Faiq Nemanzadə", "Nəriman Nərimanov", "Qızıl qələm", "Zirvə", "Zəfər" və s. mükafatların laureatı, "Borçalı" nəşriyyatının baş direktoru, "Ziya" qəzetinin Baş redaktoru, "ZiM.Az" və "Zirve.info" İnformasiya Mərkəzlərinin, eləcə də, bir neçə saytın təsisçisi və rəhbəri Müşfiq Borcalının anadan olmasının 55 illik yubileyinə həsr olunmuş möhtəşəm bir ədəbi-bədii tədbir keçirildi.Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və yubilyarın atası – görkəmli dilçi alim, tanınmış türkoloq və toponimist, filologiya elmləri doktoru, professor, akademik Mədəd Çobanovun əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. “Göyərən arzular” adlanan ədəbi-bədii məclisi giriş sözü ilə "Borçalı Cəmiyyəti" İB-nin sədri, "Bakı Tikinti Materialları" ASC-nin sədri, "Uğurlu yol" qəzetinin redaktoru, tanınmış el ağsaqalı Ramiz Həsənov açdı, yubilyarı ürəkdən təbrik etdi, ona uğurlar arzuladı və yubilyara onun foto-şəkili həkk olunmuş xalça və gözəl bir qızılgül buketi hədiyyə etdi. Azərbaycan Aşıqlar Birliyinin katibi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin sədri və eyniadlı jurnalın baş redaktoru, Əməkdar Mədəniyyət işçisi Musa Nəbioğlu Müşfiq Borçalının mənalı və şərəfli ömür yolu, zəngin həyat fəaliyyəti, elmi və və bədii yaradıcılığı, bitib-tükənməyən xeyirxahlıqları haqqında geniş məruzə ilə çıxış etdi. Sonra söz tanınmış politoloq-jurnalist, təqaüddə olan xüsusi xidmət polkovniki Elşad Həsənova verildi. Elşad müəllim də öz növbəsində yubilyar haqqında öz ürək sözlərini söylədi, Müşfiq Borçalının fəaliyyətini, yaradıcılığını və xidmətlərini yüksək dəyərləndirdi. Sonra AzDMİU-nun dosenti, tanınmış iş adamı və xeyirxah insan Hüseyn Artıqoğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetin Əməkdar müəllimi, “Zəfər” İnformasiya Mərkəzinin və “zefer.info.az” saytının redaktoru Zülfiyyə xanım Vəliyeva, “Borçalı” qəzetinin redaktoru Süsən xanım Əliyeva, “Sadaxlı” Cəmiyyətinin sədri, texnika elmləri namizədi, şair Nazim Poluxov, sədr müavini, şair Sabir Sadaxlı, “Mirvarid Dilbazi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı, "Borçalı Cəmiyyəti" İctimai Birliyi İH-nin üzvləri Eldar Məmmədli, Zəlimxan Şərifov, Vaqif Mirzəyev, Qadınlar şurasının sədri Elmira xanım Əhməd, hüquqşünas-psixoloq Nərminə xanım Lətifova, "Uğurlu yol" qəzetin təsisçisi İlyas Rzayev, məsul katibi Nüsrət Quliyev, aforizm ustası Elza Rəşad Gülmməmmədova, şairlər Bayram Aşıqlı, Qulu İsmayılov, Brilyant Atəş, Xəzər Məsimov, Tofiq Həsrət və başqaları yubilyarı təbrik etdilər, ona ən xoş arzularını bildirdilər. Sonra söz tanınmış söz ustalarına verildi. “Sazın-Sözün Butası” İctimai Birliyinin sədri, "Şöhrət" ordenli şairə Səadət Buta, “Borçalı Cəmiyyəti” İB-nin ofis rəhbəri şairə Səadət Səda Nur-Novruzqızı, "Yurd" nəşriyyatının direktoru, "Yurd" saytının və “Borçalı" qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Məlahət Sahibqızı, "Dostluq məşəli" Cəmyyətinin sədri və eyniadlı qəzetin baş redaktoru, şair-jurnalist Fərman Borçalı, "Borçalı" nəşriyyatın ədəbi redaktoru İlyas Əfəndi Vəfalı, “Borçalı" qəzetinin şöbə müdirləri Bayram Qaralov, Elmira Mahalqızı, tanınmış şair, "Qızıl Qələm" və "İlin vətənpərvər şairi mükafatlarının laureatı Təbriz İman, "Borçalı" nəşriyyatının korrektoru Yunis Qaraxanlı və başqaları yubilyara həsr etdikləri şeirlərini oxudular. "Telli Sənəm" jurnalının təsisçisi və redaktoru Telli xanım Ləzgiyeva rəhbərlik etdiyi jurnalın Müşfiq Borçalının 55 yaşına həsr olunmuş yanvar sayını tədbir iştirakçılarına təqdim etdi və yubilyara həsr etdiyi şeirlərini oxudu. “ZiM.Az” saytının Baş redaktoru, “Zirvə” və “Zəfər” mükafatları laureatı Ramilə xanım Əliyeva yubilyarı öz adından və eləcə də, mətbuat katibi olduğu "Nur ocağı" İctimai Birliyinin sədri Sehran xanım Sülymanovanın adından yubilyarı təbrik elədi, ona xoş arzularını çatdırdı və Müşfiq müəllimə həsr etdiyi şeirini oxudu.Aşıq Ataxan və Aşıq Fikrət həzin saz havalarının sədaları altında yubilyara həsr olunmuş şeirləri səsləndirdilər.Sonda yubilyar Müşfiq Borçalı, eləcə də, yubilyarın yaxın qohumları - ehtiyatda olan polkovnik Vaqif Bayramov, təqaüdçü-müəllim Sədi Hacıyev, iş adamı Tofiq Çobanov və başqaları çıxış edərək, "Borçalı Cəmiyyəti" İB-nin sədri, el ağsaqqalı Ramiz Həsənov başda olmaqla, tədbirin təşkilatçılarına, çıxış edənlərə və bütün iştirakçılara öz təşəkkürlərini bildirdilər.Məlahət SAHİBQIZI,ZiM.AzRedaksiyadan: Tədbirdən çəkilmiş şəkillərdən kimdə varsa, bizə göndərməsini xahiş edirik və əvvəlcədən təşəkkürt edirik... Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.