Qüdrətli Azərbaycan – Ulu Öndər Böyük Heydər Əliyevin Şah Əsəridir!.. Köşə yazılar 12 апреля 2024 2048 100 1 2 3 4 5 “Dünya ümumiyyətlə quruculuqla, tikib yaratmaqla yaşayıb inkişaf edibdir.”Ümummilli Lider, Böyük Heydər Əliyev Zəngin mədəniyyəti və tarixi olan Azərbaycan, Ümummilli Liderimiz Böyük Heydər Əliyevin rəhbərliyi ilə sarsılmadan keşməkeşli yollar keçmiş, həyatın acılı-şirinli sınaqlarına məruz qalmış və sonda uğurla əlamətdar dəyişikliklərə şahidlik etmişdir. Onun, xalqın tərəqqisinə və sabitliyinə dərindən bağlılığı ilə səciyyələnən fenomenal yaradıcılıq irsi Azərbaycanı dayanıqlı və dinamik inkişaf edən modern bir ölkəyə çevirdi. Ulu Öndərin dövlət və dövlətçilik naminə bütün sferalarda istisnasız olaraq danılmaz misilsiz xidmətləri olmuşdur. Bu qəbildən onun siyasi fəaliyyəti dövründə dövlət quruculuğu işlərində qızıl hərflərlə yazılan avanqard sferalarda parlaq nailiyyətlərini xüsusilə qeyd etmək yerinə düşərdi.İctimai-siyasi sabitliyin qorunması istiqamətində görülən kompleks tədbirlərə dair:Heydər Əliyevin Azərbaycan dövlətinin qurucu memarı və eləcə də əvəzsiz lideri olması, onun ölkəmizin həyatında ictimai-siyasi sabitliyin qorunması problemlərinə dərindən bağlılığı və xarizması, arxasında qoymuş olduğu qeyri maddi irsi miras olaraq xalqımızın gen yaddaşına əbədi olaraq həkk olunmuşdur.Qeyri sabit regionumuzda dinib-dincəlməyən münaqişələrin fövqündə vaxtaşırı hökm sürən xaosdan əziyyət çəkmiş Respublikamızın təlatümlü dövrlərində Ümummilli Lider, Böyük Heydər Əliyevin yürütdüyü uzaqgörən müdrik siyasəti sayəsində Azərbaycan xalqı ümidlərlə dolu işıqlı sabahlara qədəm qoydu. Onun zəngin siyasi təcrübəsi ilə sərgilənən ağıllı, ölçülü-biçili addımlar xalqlarımızın həyatında birlik və barışığın gücləndirilməsinə mühüm töhfələr verdi. Onların total rifahına yönəlmiş sülhsevərliklə yoğurulmuş strategiyaların həyata keçirilməsini ehtiva etdirdi. O, millətin taleyində sülh və firavanlığının qarantına çevrildi. Ümummilli Liderimiz öz cahanşümul siqləti ilə təzadlı təbəddülatlarla dolu regionun xroniki problemlərinin üzərinə qətiyyətlə yeridi. Onları tarixin mühakiməsinə buraxaraq arxada qoydu. Dövlətimizin başının üstünü alan qara buludları dağıtdı, regional təhditləri uğurla dəf edə bildi. Ulu Öndərimiz Böyük Heydər Əliyevin idarəetmədə özünə məxsus peşəkarlıq nümunəsi, o cümlədən üsul və qaydalar sərgiləməsi bu sferada köklü dəyişikliklərə gətirib çıxardı. İqtisadiyyat və sənayenin inkişafı hərtərəfli təşəkkül tapdı, idarəçilik salnaməmizdə onun təcrübə ilə yoğurulmuş dəsti-xətti praqmatizm nümunəsi oldu. Ağır sosial problemlərin həllində, o cümlədən milli-mənəvi birliyin təşviqində balanslı dialoqun və milli konsensusun vacibliyini qəbul etdirdi. O, ölkənin ictimai həyatında qarşılıqlı hörmət və anlaşma mühiti yaratdı, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların aktiv iştirakçılığını sülh proseslərinə yönləndirdi. Xalqlarımızın əmin-amanlıq şəraitində birlikdə yaşaya və işləyə bilmələrinin sağlam təməlini formalaşdırdı. Sabit və ahəngdar inkişaf edən faydalı bir cəmiyyətin sağlam və sarsılmaz dayaqlarını inşa etdi. Hərtərəfli texnoloji tərəqqiyə, müasirliyə nail olmaq istiqamətində görülən komleks işlərə dair:Ulu Öndərimiz Böyük Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti texnoloji inkişafı özündə ehtiva edən avanqard sahələrdə ölkəmizə əhəmiyyətli uğurlar qazandırdı. Bu sferalar hərtərəfli inkişaf etdirilərək texniki-tərəqqi, o cümlədən texnoloji təkamülün lokomotivinə çevrildi. Onun oturuşmuş və peşəkar baxışları və düşünülmüş məqsədyönlü siyasəti sayəsində ölkəmiz total tənəzzüldən çıxdı. İqtisadi rifah, müasirlik və eləcə də texnoloji tərəqqi öz sözünü dedi. Ölkə iqtisadiyyatı modernləşdi, infrastruktur layihələrinə əsaslı sərmayə qoyuluşları həyata keçirildi. Həmçinin təhsil, səhiyyə, bank-maliyyə, vergi-gömrük sisteminin inkişafına yönəlmiş məqsədyönlü səylər öz bəhrəsini verdi. Azərbaycan regionda innovasiyalar və texnoloji inkişaf üzrə mütərəqqi dövlət, regional lider statusunu aldı. Burada xarici investisiyaların cəlb edilməsi, əlverişli biznesin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılaraq münbit şərait yaradıldı.Transmilli layihələr, o cümlədən Bakı-Tiflis-Ceyhan neft boru kəməri, TAP, TANAP layihələri və eləcə də TASİM, TRASEKA, Şimal-Cənub nəqliyyat dəhlizləri, Tranzit Data İnternet Trafiki ölkəmizin iqtisadiyyatına əsaslı töhfələr verdi. Ölkəmizi proqressiv regional lider ölkəyə çevirdi. Eyni zamanda, Heydər Əliyevin mədəni irsin qorunmasında göstərdiyi diqqət, qayğı, sərf etdiyi gərgin əmək, əvəzsiz səylər Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin zəngin ənənəsini gözlər önünə çıxardı. Ölkəmizdə milli müxtəlifliyin, sosial kimliyin və mənəvi irsin qorunmasını daha da möhkəmləndirdi. Mənəvi dəyərləri dərindən əxz etmiş Ümummilli Liderimiz üstün nümunəviliyi ilə Azərbaycan xalqının öz keçmişini, onun ləyaqət və qürurunun daima keşiyində durdu. İnformasiya cəmiyyətlərinin sağlam hüquqi bazasının yaradılması yönündə siyasət planı:İşıqlı Azərbaycan naminə etibarlı hüquqi baza yaratmaq öhdəliyi prioritet elan edildi. Qanunun aliliyi, vətəndaşların hüquqlarının qorunması əsas məsələlərdən oldu. Dövlətin icra strukturlarında idarəetmədə, ədalət prinsipi, hesabatlılıq, şəffaflıq və özgüvən vacib amilə çevrildi. Bu sferada hüquqi baza, institusional əsaslar təsis edildi. Üstün bilik və bacarıqlar dərindən təşviq edildi. İntellektual idarəetmə təcrübəsi yaxından mənimsənilərək inkişafın yeni trendinə çevrildi. O, bu istiqamətdə öz səylərini əsirgəmədi, ömrünün sonuna kimi əsaslı töhfələr verərək yorulmadan çalışdı. Hüquq-məhkəmə sisteminin modernləşdirilməsi və icra hakimiyyətinin müstəqilliyinin artırılması yönündə atılan addımlar, həyata keçirilən islahatlar qanun qarşısında ədalətin və bərabər hüquqların təbliğinə kömək etdi. Hüquq və məhkəmə sistemini cəmiyyətin ehtiyaclarının ödənilməsinə yönəltdi. Azərbaycanda ədalətli cəmiyyətin sağlam ənənələrinin qurulması üçün etibarlı zəmin yaratdı.Dövlət-dini münasibətlərin təkmilləşdirililməsi yönündə sağlam təməllərinin qurulmasına dair:Ulu Öndər Böyük Heydər Əliyev öz peşəkar prizmasından ölkəmizdə sosial birliyin və milli bərabərliyin ahəngini qurdu. Onun sarsılmaz vəhdətini daha da möhkəmləndirdi, dövlət-din münasibətlərinin əhəmiyyətini ön plana çıxardı. Vətəndaşların dini azadlıqlarını, eləcə də təqibolunma qorxusu olunmadan öz inanclarını sərbəst şəkildə həyata keçirəbilmələrini təmin etdi. Dini azadlığı hərtərəfli təşviq etdi. İctimai mahiyyətli sosial münasibətlərdə tolerantlığı təlqin etdi. Onun uzaqgörənliklə dinlərarası dialoqu sağlam münasibətlərdə inkişaf etdirdi. Qarşılıqlı etimad daha da möhkəmləndirdi. Ölkəmizdə müxtəlif dini icmaların, etnik konfesiyaların arasında birlik bağı qurdu. Qarşılıqlı hörmət və birgə əməkdaşlıq mühiti yaradan Ümummilli Liderimiz ölkəmizdə dinc yanaşı yaşamağın, bərabərlik və dini harmoniyanın təməlini qoydu. Prezident Heydər Əliyevin azərbaycançılığın, mədəni-mənəvi dəyərlərin, o cümlədən milli-dini həmrəyliyin təbliğinə ciddi önəm verdi. O, bu dəyərlərin simbiozunu Azərbaycan xalqının birlik və həmrəyliyinin möhkəmlənməsinə yönəltdi. Milləti birləşdirən ümummənəvi dəyərləri, adət-ənənələrin vacibliyini vurğulayan Prezident Heydər Əliyev vətəndaşlar arasında milli kimlik, özünüdərk və qürur hissinin ictimai yükünü və tərbiyəvi əhəmiyyətini aşıladı.Ümummilli Lider Böyük Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev və onun strateji baxışı OTURUŞMUŞ SİYASƏTİN davamçısı kimi:Prezident İlham Əliyev, Heydər Əliyevin layiqli davamçısı kimi onun strateji baxışını davam etdirərək, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə Azərbaycanın maraqlarını hərtərəfli qorumağı prioritet elan etdi. Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətində əsas xətt, onun sələfi Üümummilli Lider Böyük Heydər Əliyevin qoyduğu təməllərə əsaslandı. O, iqtisadiyyatın şaxələndirilməsi, demokratik təsisatların möhkəmləndirilməsi və ölkəmizin dünyada nüfuzunun artırılmasına yönəlmiş cəsarətli islahatlar həyata keçirməyi əsas hədəf seçdi. Xüsusiylə, 44 günlük Vətən Müharibəsində tarixi qələbə, Heydər Əliyev kursuna sadiq, Ali Baş Komandan - Prezident İlham Əliyevin liderliyinin və Azərbaycan xalqının sarsılmaz birliyi, onların atdığı qətiyyətli addımın bariz nümunəsidir. Xalqla dövlətin monolitliyi “Dəmir Yumruq” simvolunu, onun təməlini formalaşdırdı. “Dəmir Yumruq” ətrafında sıx birləşən Dövlət-Ordu-Xalq birliyi sayəsində Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü uğurla həll etdi. Dağlıq Qarabağ bölgəsi üzərində ölkəmizin suverenliyi tam və qəti şəkildə bərpa olundu. Son 200 ildə itirilə-itirilə gedən torpaqlarımızın geri qaytarılmasında yeni bir insident yaşandı. Ruhumuza çökmüş illərin məğlubiyyət sindromu büsbütün sındırıldı, onun yerini yeni ruhda, yeni abu-havada qalibiyyət fenomeni tutdu. Bu gün rahatlıqla deyə bilərik ki, dövlətimiz alnıaçıq, xalqımız qəddini düzəldərək başı dik, ordumuz isə müzəffər ordu kimi öz fərəhli günlərini yaşayır. Bəli, bu səbəbdən də, “Zəfər əzmin mükafatıdır.” Fəqət, “sülh istəyirsənsə müharibəyə hazır ol şüarını” unutmamaq şərti ilə... Nəticə:Bu gün gördüyümüz qüdrətli Azərbaycan həqiqətən də Heydər Əliyevin uzaqgörən siyasətinin şah əsəridir və Prezident İlham Əliyevin tərəqqiyə və firavanlığa daim sadiqliyinin təzahürüdür. Onların yürütdüyü müdrik siyasət və misilsiz xidmətlər sayəsində Azərbaycan xalqı öz zəngin mədəni irsini qorumaqla yanaşı, gələcəyin geniş imkanlarından istifadə etməyə hazır olan canlı və dinamik inkişaf edən bir millətə çevrildi. Heydər Əliyevin irsi və Prezident İlham Əliyevin strateji baxışı Azərbaycanı bundan sonra da inamla sülh, firavanlıq və işıqlı gələcəyə aparacağı danılmaz faktdır.Ulu Öndərin dediyi kimi: “Azərbaycan bir günəş kimi zamanı gəldiyində parlayacaqdır.”Səhərlər açılan güllər hörmətinə, Allahı çağıran dillər hörmətinə,Namazda bükülən bellər hörmətinə,Duaya yönələn əllər hörmətinə,Ömürdən verilən illər hörmətinə,Döyünən ürəklər, tellər hörmətinə,Həsrətlə boylanan ellər hörmətinə,Vətən təravətli yellər hörmətinə,Dağ,dərə,saf sular, sellər hörmətinə,Müqəddəslər, Peygəmbərlər hörmətinə,Məhəmməd, Mustafa, Əhməd hörmətinə,Haqq, Quran, ayət, imamət hörmətinə,Məkkə və Mədinə, Kəbə hörmətinə,Ərş və Kürs,həmdəki Qiblə hörmətinə,Yeddi qat Yer,Göy,kainat hörmətinə,Azərbaycantəki dövlət hörmətinə,Şuşa,Xankəndi təravət hörmətinə,Dalğalanan bayraq, qeyrət hörmətinə,Ölməz şəhidlər, şəhadət hörmətinə,İgid hərbçilər şücaət hörmətinə,İki dövlət birlik, qüvvət hörmətinə,Qalib Prezident siyasət hörmətinə,Qarabağ Azərbaycan cənnət hörmətinə,Şəriət,həqiqət,təriqət hörmətinə,Mərifət, möcüzət, kəramət hörmətinə,İtaət, ibadət, ədalət hörmətinə, Dostluq,sədaqət, səmimiyyət hörmətinə,Pak ruzi,bol nemət, bərəkət hörmətinə,Elm,alim,ad-san, şərəf, şöhrət hörmətinə,Ulu Öndərə dua, rəhmət hörmətinə, Qalib Liderə alqış deyək gəlin,Qalib Xalq, möminlər də desin Amin!Mehdi Məmməd oğlu Sofiyev,Texniki elmlər üzrə fəlsəfə doktoru, Biləcəri 1-ci məhəllə məscidinin imam müavini, Azərbaycan Respublikası Azərbaycan Ağsaqqallar Şurasının üzvüZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.