Gülzar ŞƏRİFOVA: "Vətəni sevək" Poeziya, Tiflis 6 февраля 2026 114 100 1 2 3 4 5 Kəndimizin içindən,Bir mavi çay axırdı.Qızlar ayna sulardaTellərinə baxırdı.Qızıl xallı balıqlarSularda oynaşırdı.Leysan yağışlarındanÇayın suyu daşırdı.Trialeti dağları,Başında ağ örpəyiMin bir dərdin dərmanıHər gülü, hər çiçəyi.Onun doğma qoynundaSəsləyərdim baharıSinəsində gül açıbQəlbimin arzularıGəldi ara qatanlar,Susdu quşların səsiHardan çıxdı nadanlar?Bitdi sevinc nəğməsi.Bulandı mavi sular,Mavi göylər qaraldı.Dəyişdi mavi dünyaDağları duman aldı.İnsan ehtirasları -İnsanın öz düşməni.Nadanlığı bir yana –Bir yana yüz düşməni.Nankorun bir kəlməsiÜrəkləri çeynədi.“Bu ölkədə, bu gündən,Siz qonaqsınız” dedi.Ayrılıb zaman-zamanMən düşsəm də uzağaÜrəyimlə bağlıyamDoğulduğum torpağa.Bilirəm mavi çayınSuları durulacaqYenə göy yaylaqlardaToy-büsat qurulacaq.Ey insan heç vaxt baxma,İnsana düşmən kimi.Harda olsaq sevək bizVətəni vətən kimi.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.