Borçalıda tanınmış pedaqoq Həmid Şabanov vəfat edib

Borçalıda tanınmış pedaqoq Həmid Şabanov vəfat edib ALLAH RƏHMƏT ELƏSİN...

Borçalı təhsilinə və ictimaiyyətinə ağır itgi üz vermişdir.

Əziz və dəyərli ziyalımız, sevimli soydaşımız, bacarıqlı təşkilatçı, tanınmış pedaqoq, təcrübəli müəllim, çox hörmətli el ağsaqqalı və ictimai xadim - Həmid Hüseyn oğlu Şabanov 9 fevral 2026-cı ildə 88 yaşında doğma kəndində - qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Dəmirli kəndində dünyasını dəyişmişdir.


Həmid Hüseyn oğlu Şabanov - 14 mart 1938-ci ildə anadan olmuş, 1946-cı ildə Dəmirli kəndindəki ibtiadi məktəbin birinci sinfinə getmiş, 1950-ci ildə ibtidai təhsilini bitirmişdir.
Doğma kəndindəki məktəb 4 illik olduğundan, təhsilini qonşu Aşağı Güləver kəndindəki 8 illik məktəbində, daha sonra isə digər qonşu Darvaz kəndindəki orta məktəbdə davam etdirmişdir. 1957-ci ildə Darvaz orta məktəbini müvəffəqiyyətlə bitirmiş və elə həmin il Həsən bəy Zərdabi adina Gəncə Dövlət Pedoqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur.

1962-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra doğma kəndinə qayıdan Həmid Şabanov qonşu Aşağı Güləver kəndindəki səkkizillik məktəbdə fizika-riyaziyyat müəllimi kimi ilk pedaqoji fəaliyyətə başlamışdır. 1980-ci ilədək həmin məktəbdə müəllim işləmiş, 1980-1984-cü illərdə artıq orta məktəbə çevrilən Aşağı Güləver məktəbində sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini, 1984-1991-ci illərdə isə Bolnisi rayon təhsil şöbəsində metodist vəzifəsində çalışmışdır.

O, 1991-2006-cı illərdə Dəmirli kənd ibtiadi məktəbinin direktoru, 2006-2011-ci illərdə isə Darvaz orta məktəbində riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirmişdir. 2013-cü ildən isə Aşağı Güləver kəndindəki məktəbdə fizika fənnini tədris etmişdir.

Uzun müddət Bolnisi rayon təhsil şöbəsində məsul vəzifələrdə çalışmış, Bolnisi rayonun bir çox məktəblərində rəhbər vəzifələrdə işləmiş, o cümlədən, uzun müddət Dəmirli məktəbinə rəhbərlik etmiş, gənclərin təlim tərbiyyəsində, cəmiyyətə yararlı insanların yetişməsində və həyatın müxtəlif sahələrində uğurlu mütəxəsislərin formalaşmasında əvəzsiz xidmətiləri olan fədakar pedaqoq - Həmid Şabanov həm də nümunəvi ailə başçisi idi.

Borçalıda tanınmış pedaqoq Həmid Şabanov vəfat edib Əziz və dəyərli ziyalımız, sevimli soydaşımız, bacarıqlı təşkilatçı, tanınmış pedaqoq, təcrübəli müəllim, çox hörmətli el ağsaqqalı və ictimai xadim Həmid Hüseyn oğlu Şabanovun vəfatından kədərləndiyimizi bildirir, ailəsinə, övladlarına, doğmalarına, qohumlarına, yaxınlarına, yetirmələrinə, bir sözlə, bütün Həmidsevərlərə dərin hüznlə başsağlığı verir, uca Allahdan səbir diləyirik…

Allah rəhmət eləsin.
Məkanı cənnət, Ruhu şad olsun…



Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Vüqar Nəriman oğlu Qurbanov (11.09.1968-21.09.2025)

Vüqar Nəriman oğlu Qurbanov (11.09.1968-21.09.2025)

Qarayazı, Nekroloqlar
TANINMIŞ FOLKLORŞÜNAS ALİM, ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ ELXAN MƏMMƏDLİ VƏFAT  ...

TANINMIŞ FOLKLORŞÜNAS ALİM, ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ ELXAN MƏMMƏDLİ VƏFAT ...

---
QURBAN ƏZİZLİ VƏFAT EDİB

QURBAN ƏZİZLİ VƏFAT EDİB

Borçalı, Nekroloqlar
Xeyrullah Hümbətov vəfat edib

Xeyrullah Hümbətov vəfat edib

Nekroloqlar
Borçalıda yaşayan tanınmış el ağsaqqalı ŞƏMİSTAN HƏSƏNOV vəfat edib

Borçalıda yaşayan tanınmış el ağsaqqalı ŞƏMİSTAN HƏSƏNOV vəfat edib

Borçalı, Nekroloqlar
ŞÖVQİ MEHDİZADƏyə  BAŞSAĞLIĞI

ŞÖVQİ MEHDİZADƏyə BAŞSAĞLIĞI

Nekroloqlar
ƏKBƏR QOŞALIya BAŞSAĞLIĞI

ƏKBƏR QOŞALIya BAŞSAĞLIĞI

Nekroloqlar
Həmkarımız XANIM BİLALQIZIna BAŞSAĞLIĞI

Həmkarımız XANIM BİLALQIZIna BAŞSAĞLIĞI

Nekroloqlar
Tanınmış jurnalist və QHT rəhbəri TAMXİL ZİYƏDDİNOĞLUna BAŞSAĞLIĞI

Tanınmış jurnalist və QHT rəhbəri TAMXİL ZİYƏDDİNOĞLUna BAŞSAĞLIĞI

Nekroloqlar
Tanınmış memar və xeyirxah iş adamı TEYMUR QARALOV Başkeçiddə vəfat edib

Tanınmış memar və xeyirxah iş adamı TEYMUR QARALOV Başkeçiddə vəfat edib

Başkeçid, Nekroloqlar
ALLAH RƏHMƏT ELƏSİN, ƏZİZ VƏ DƏYƏRLİ DOST, ELİMİN-OBAMIN SEVİMLİ OĞLU, ÇOX  ...

ALLAH RƏHMƏT ELƏSİN, ƏZİZ VƏ DƏYƏRLİ DOST, ELİMİN-OBAMIN SEVİMLİ OĞLU, ÇOX ...

Borçalı, Darvaz, Nekroloqlar
Borçalıda yaşayıb-yaradan dəyərli ziyalımız YUSİF YUSİFOV vəfat edib

Borçalıda yaşayıb-yaradan dəyərli ziyalımız YUSİF YUSİFOV vəfat edib

Nekroloqlar
Darvazlı HƏSƏNƏLİ MUTU oğlu NƏBİYEV vəfat edib

Darvazlı HƏSƏNƏLİ MUTU oğlu NƏBİYEV vəfat edib

Nekroloqlar
ALLAH SİZƏ RƏHMƏT ELƏSİN VƏLİ MÜƏLLİM!!!...

ALLAH SİZƏ RƏHMƏT ELƏSİN VƏLİ MÜƏLLİM!!!...

Başkeçid, Nekroloqlar
Adilxan BAYRAMOVa BAŞSAĞLIĞI

Adilxan BAYRAMOVa BAŞSAĞLIĞI

Nekroloqlar
ALLAH RƏHMƏT ELƏSİN, YADİGAR MÜƏLLİM!..

ALLAH RƏHMƏT ELƏSİN, YADİGAR MÜƏLLİM!..

Bolus, Nekroloqlar
RUHUN ŞAD OLSUN, CEYHUN XANƏHMƏD OĞLU!...

RUHUN ŞAD OLSUN, CEYHUN XANƏHMƏD OĞLU!...

Qarayazı, Nekroloqlar
Allah rəhmət eləsin, Kamran Hacıməmməd oğlu!..

Allah rəhmət eləsin, Kamran Hacıməmməd oğlu!..

Darvaz, Nekroloqlar
ALLAH RƏHMƏT ELƏSİN, ARİF NƏBİZADƏ!..

ALLAH RƏHMƏT ELƏSİN, ARİF NƏBİZADƏ!..

Darvaz, Nekroloqlar
ALLAH RƏHMƏT ELƏSİN, XANLAR GÜLMƏMMƏDOV

ALLAH RƏHMƏT ELƏSİN, XANLAR GÜLMƏMMƏDOV

Darvaz, Nekroloqlar
Rəy yazın: