Bəxtiyar Vahabzadə haqqında elmi araşdırmalar toplusu işıqüzü görüb

Bəxtiyar Vahabzadə haqqında elmi araşdırmalar toplusu işıqüzü görübTƏBRİK EDİRİK!...

XX yüzil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri - Azərbaycanın xaıq şairi, akademik Bəxtiyar Vahabzadə haqqında elmi araşdırmalar toplusu çap olunub.

Topluda Müşfiq Borçalının "Bəxtiyar Vahabzadənin yaradıcılığında ədəbi əlaqələr və Gürcüstan konsepti" sərlövhəli məqaləsi də dərc olunub.

* * *


“ZiM.Az” xəbər verir ki, “Bəxtiyar Vahabzadə zirvəsi” adlanan kitabı çapa Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlı hazırlayıb.

Kitaba “Həyatın rəngləri, zamanın təzadları, sözün ağrıları” adlı “Ön söz” yazan professor Vaqif Sultanlı şairin yaradıcılığı ilə bağlı düşüncələrini belə ifadə edir: “Bəxtiyar Vahabzadə sənətə yaşadığı dönəmin şərtləri ilə uyuşmayan cəsarət örnəyi gətirib. Özəlliklə, xalqın tarixinə, taleyinə münasibətdə şairin sərgilədiyi barışmaz vətəndaşlıq mövqeyi olduqca önəmlidir. Təkcə yazıları ilə deyil, ictimai mövqeyi ilə də cəmiyyətə cəsarət ruhu verdiyi üçündür ki, ən çətin dönəmlərdə siyasi şəxsiyyətlərə deyil, bir sənətkar kimi ona güvənilməsi burdan qaynaqlanır.
Bəxtiyar Vahabzadənin iki fərqli siyasi sistemdə yaşayıb yaratması, həyatının böyük bir dövrünün imperiya illərinə, daha az dönəminin ölkənin bağımsızlığa qovuşduğu çağlara təsadüf etməsi yaradıcılığının məzmununa təsirsiz ötüşməyib. Lakin imperiya illərinin sərt senzura yasaqlarına baxmayaraq o, milli mövqeyini tərk etməmiş, ideologiyanın əsirinə, rejimin quluna çevrilməmiş, sovet cəlladlarının qanlı repressiyalarından qorxmadan ölümün gözünə dik baxan bir çox sələfləri kimi yazıları ilə ən sərt dönəmlərdə belə həqiqəti söyləməyin mümkünlüyü örnəyini göstərib”.


Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış kitaba görkəmli elm adamlarının, ədəbiyyatşünasların məqalələri daxil edilib.

Kİtabda Akademik Nizami Cəfərovun “Bəхtiyar Vahabzadə, yaхud millətin şairi”, professor “Cəmil Həsənlinin “Gülüstan” xofu “, professor Bədirxan Əhmədlinin “Bəxtiyar Vahabzadə: İnsan və zamanı düşünən şair”, professor Cavanşir Yusiflinin “Şairin və şeirin başlandığı məqam”, professor Nizami Tağisoyun “İdraki-intellektual poe-ziyanın inkişafında Bəxtiyar Vahabzadənin rolu”, professor Səadət Kəriminin “Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığında ləyaqət”, professor Almaz Həsənqızının Bəxtiyar “Vahabzadə poeziyasının folklor qaynaqları”, professor Əhməd Sami Elaydinin (Misir, Qahirə) “Bəxtiyar Vahabzadə poeziyasında ərəb dünyasının bədii təcəssümü”, dosent Məhəmməd Məmmədlinin “Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərində törə-tanrı-xaqan”, dosent Faiq Ələkbərlinin “Bəxtiyar Vahabzadənin dünyagörüşündə Azərbaycan milli ideyası və türkçülük” və başqalarının digər məqalələri ilə yanaşı dəyərli həmkarımız, Azərbaycan Texniki Universitetin əməkdaşı, “Ziya” qəzetinin, “ZiM.Az”, “Ziya.İnfo.Az” və “Elm.İnfo.Az” saytlarının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü Müşfiq Borçalının “Bəxtiyar Vahabzadənin yaradıcılığında ədəbi əlaqələr və Gürcüstan konsepti” sərlövhəli məqaləsi də verilib.

(Borçalı, Müşfiq. Bəxtiyar Vahabzadənin yaradıcılığında ədəbi əlaqələr və Gürcüstan konsepti. //Bəxtiyar Vahabzadə zirvəsi. (Elmi araşdırmalar toplusu), Yayına hazırlayanı, elmi redaktoru və ön sözün müəllifi: Prof.dr. Vaqif Sultanlı. Bakı: Adiloğlu, 2025, 332 s., s.201-228.)

Biz də redaksiya heyətimiz adından, sevimli həmkarımız - çox hörmətli Müşfiq müəllimi ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..


FİRƏNGİZ İBADOVA,
"Borçalı" nəşriyyatının redaktoru,
Elm.İnfo.Az saytının şöbə müdiri


ZiM.Az




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr  ...

BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr ...

BDU, Müşfiq Borçalı
Müşfiq Borçalının  “Böyük istiqlal şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı ...

Müşfiq Borçalının “Böyük istiqlal şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı ...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Müşfiq Borçalının “Azərbaycan ədəbiyyatında gürcü obrazları” adlı məqaləsi  ...

Müşfiq Borçalının “Azərbaycan ədəbiyyatında gürcü obrazları” adlı məqaləsi ...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Müşfiq Borçalının Avropanın nüfuzlu jurnalında elmi məqaləsi çap olunub

Müşfiq Borçalının Avropanın nüfuzlu jurnalında elmi məqaləsi çap olunub

Yeni nəşrlər, Humanitar elmlər, Elmi Məqalələr, AzTU, Avropa, Müşfiq Borçalı
Milli Məclisin Komitə sədri Baş redaktoru təbrik etdi

Milli Məclisin Komitə sədri Baş redaktoru təbrik etdi

Əsas xəbər, Milli Məclis, Humanitar elmlər, AzTU, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər, Zirvə.info, Müşfiq Borçalı
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kit ...

Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kit ...

Yeni nəşrlər, Humanitar elmlər
ABBAS HACIYEV - 90

ABBAS HACIYEV - 90

ADPU, Borçalı, UNUTSAQ, UNUDULARIQ!...., Müşfiq Borçalı
Bəxtiyar Nəbiyev “TƏRƏQQİ” medalı ilə  təltif olunub

Bəxtiyar Nəbiyev “TƏRƏQQİ” medalı ilə təltif olunub

YAP, BDU, Təbriklər
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Filologiya elmləri doktoru, professor Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitu ...

Filologiya elmləri doktoru, professor Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitu ...

YAP, Humanitar elmlər
Ədəbiyyat İnstitutu ilə  Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Ədəbiyyat İnstitutu ilə Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
Cavidanın “Tanış olaq, bu mənəm!” kitabının təqdimatı keçirildi

Cavidanın “Tanış olaq, bu mənəm!” kitabının təqdimatı keçirildi

MEDİA, Şou
Təbrik edirik!.. Bəxtiyar QARACAya AzTV-də yüksək vəzifə verildi

Təbrik edirik!.. Bəxtiyar QARACAya AzTV-də yüksək vəzifə verildi

Mədəniyyət, MEDİA
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinə həsr olunan elmi  ...

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinə həsr olunan elmi ...

ŞƏHİDLƏRİMİZ, "Zirvə"
MURTUZ FƏRHADOĞLUna BAŞSAĞLIĞI

MURTUZ FƏRHADOĞLUna BAŞSAĞLIĞI

Başkeçid, Nekroloqlar
B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

"Şərqin səsi"
“İnsan və zaman” mövzusunda Respublika elmi-praktik konfransı

“İnsan və zaman” mövzusunda Respublika elmi-praktik konfransı

ADPU, "Elm və Təhsil"
“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konf ...

“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konf ...

Azərbaycan, Elm, "Zirvə"
Bəxtiyar Vahabzadənin Daxili İşlər nazirinə şok məktubu üzə çıxdı – “...Gör ...

Bəxtiyar Vahabzadənin Daxili İşlər nazirinə şok məktubu üzə çıxdı – “...Gör ...

Azərbaycan, Əsas xəbər
Rəy yazın: