Dünənimizi sabaha bağlayan “körpü”lər - Muzeylər (I hissə) Mədəniyyət, Köşə yazılar 3 апреля 2024 3981 0 1 2 3 4 5 18 may Beynəlxalq Muzeylər GünüdürHər il dünyada 18 may Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Günü- Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunub. Bu bayram bir qayda olaraq, “Xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək” şüarı ilə keçirilir. Beynəlxalq Muzeylər Gününün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir. Bu bayram dünyanın 150 ölkəsində qeyd edilir. Beynəlxalq Muzeylər Günündə insanlar muzeyləri gəzərək, milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirirlər. Otuz ildən çoxdur ki, Yunesko-nun təşəbbüsü ilə 18 May Beynəlxalq Muzeylər Günü kimi dünyada qeyd olunur. Tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları kompleksləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinənin ünvanı muzeylərdir. Muzey əslində elm, maarif müəssisəsidir. Dövlət müstəqilliyimizi qazandıqdan sonra muzeylərə münasibətdə də müsbət dəyişiklər baş verib. Muzey tarixi, maddi və mənəvi dəyərlərin saxlanıldığı, qorunduğu və öyrənildiyi elm, maarifləndirmə müəssisəsidir. Muzey tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi xəzinə hesab olunur. Əlbəttə, muzeylərə sadəcə olaraq qiymətli əşyaların, maddi sərvətlərin saxlanc yeri kimi baxmaq düzgün deyil. Burada saxlanılan hər bir eksponat xalqın çoxəsirlik tarixini, qədimliyini, milliliyini əks etdirir. Mədəni irsin qorunması və təbliğ olunması işində muzeylərin rolu əvəzsizdir. Ən qədim zamanlardan müasir dövrədək xalqımızın tarixini və mədəniyyətini əks etdirən nadir sənət incilərinin muzeylərdə hifz olunması, nümayiş etdirilməsi ənənəsi illərdir ki, öz ahəngindədir.Bilirsinizmi, muzeylər necə yaranıb?.. Qədimdə müxtəlif sənədlər, şəhadətnamələr, estetik qiymətə malik əşyalar əsasən saraylarda saxlanılırmış. İndiki muzeylərin “Əcdad” ları e.ə. XVI əsrdə Yunanıstanda, e.ə. XIII-XII əsrlərdə Çində yaranmışdır. Qədim Romada isə maddi və mənəvi mədəniyyət abidələri e.ə. XIII-XII əsrlərdə məbədlərdə və bəzi şəxslərin kolleksiyalarında saxlanılırdı. Hazırda müxtəlif ölkələrdə yüzlərlə muzey fəaliyyət göstərir. Məsələn, təkcə qədim arxitekturaları ilə məhşur olan Madriddə (İspaniya) muzeyləri sayı 100-dən artıqdır. Burada hər dövrü əks etdirən muzeylə rastlaşmaq mümkündür. Qonşu Rusiyada ilk muzey 1719-cu ildə Pererburqda açılmışdır. Rusiyanın dünya şöhrətli muzeylərindən Ermitaj 1764-cü ildə, Tretyakov qaleriyası isə 1856-cı ildə yaradılmışdır. Azərbaycanda hazırda onlarla muzey fəaliyyət ğöstərir. Bunların sırasına incəsənət muzeyi, tarix muzeyi, ədəbiyyat muzeyi, musiqi mədəniyyəti muzeyi və digərləri daxildir. Hər bir muzey mənsub olduğu ölkənin, xalqın tarixi, və mədəniyyəti ilə dəyərli informasiya daşıyır.Orta əsrlərin ən əzəmətli qalalarından biri olan Luvr neçə illər ərzində Fransa krallarının sarayı olub. Son 200 il ərzində isə o, muzeydir. Binanın üzərində olan naxışlar onun tarixinin 800 ildən çox olduğunu göstərir. Luvr sarayı XII əsrin axırlarında Filip Avqust tərəfindən inşa olunub. Dövr getdikcə o, öz görkəmini dəyişməyə başlayır. İllər keçir, krallar dəyişir. Kimisi yenə də bu sarayda yaşayır, kimisi isə ondan kənarda yaşamağa üstünlük verir. Hakimiyyətə gələn kralların hər biri bu sarayın görünüşünə öz zövqünə uyğun yenilik gətirib. İnqilabın qızğın illərindən sonra Napoleon tərəfindən Luvrun inşasına xitam verildi. Qəsrin indiki görünüşü 1871-ci ildə əldə edilib. İlk yığılan rəsmlər isə I Fransiskonun, XII Lyudovikin yığdığı kolleksiyalar idi. Qalereya 10 avqust 1793-cü ildə açılır və muzey adlanmağa başlayır. Kolleksiyaların yığılmasında I Napoleon daha çox təşəbbüs göstərib. O, hər məğlub etdiyi millətdən incəsənət əsəri tələb edirdi. Hal-hazırda muzeyin 400.000 eksponatı olduğu söylənilir. Paytaxt Manejinin iki meydançasında 4-cü “Moskva beynəlxalq incəsənət salonu”nun (MBİS) ekspozisiyası yerləşdirilmişdir. 13 ölkədən təxminən 80 qalereya antik klassikadan tutmuş ən yeni cərəyanlaradək təsviri və dekorativ-tətbiqi sənətin obyeklərini təmslil edir. Müasir incəsənəti təmsil edən qalereyalar arasında “Ricina” qalereyası, Marat Gelmanın qalereyası, XL-qalereya və “Aydan” qalereyası diqqəti cəlb edir. Fransanın “Schmit” qalereyası Pol Sezannın, Mark Saqalın, Haim Sutinin, Pablo Pikassonun və Ogüst Renuarın, Nyu-Yorkun “Chovaiki Mosionzhnik” qalereyası isə Klod Monnenin və Rul Düfinin işlərini göstərir. Həmçinin tanınmış rəngkarlar Piter Breygeri, Rubensin əsərlərini görmək mümkündür. Dünyanın ən qədim muzeylərindən biri də Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajıdır. Dünyanın ən iri muzeylərindən olan Ermitajın 350 zalında 3 milyonadək eksponat var. Muzey 5 binadan ibarətdir: Qış sarayı, Kiçik Ermitaj, Köhnə Ermitaj, Yeni Ermitaj, Ermitaj Teatrı. Bu binalar bir-biri ilə əlaqəli tikilib. İlk vaxtlar eksponantlar Qış sarayının otaqlarında yerləşdirilib. “Ermitaj” fransız sözüdür, mənası tənhalıq, tənha yer deməkdir. Ermitaj muzeyinin yaranma tarixi 1764-cü ildən hesablanır. Həmin il Sankt-Peteürburqda Qərbi Avropa rəssamlarının əsərlərinin böyük kolleksiyası gətirilir. Kolleksiyanı rus çariçası II Yekatirina alır. Muzeyin indiki kimi eksponatlarla zəngin olmasında II Yekatirina xüsusi yer alıb. Ermitajda metaldan düzəldilmiş plastik sənət nümunələri ilə yanaşı, bir çox orijinal formalı, bəzəkli məişət əşyalarımız da nümayiş etdirilir. Muzeyin zallarında ən qədim dövrlərdən tutmuş XX əsrin əvvəlinədək Azərbaycan ustaları tərəfindən düzəldilmiş zərgərlik, saxsı, daş, taxta üzərində oyulmuş sənət əsərləri və müxtəlif növlü toxuculuq nümunələri var. Vaxtı ilə Qarabağın Xocalı kəndində aparılan qazıntı işləri zamanı tapılmış 3 min illik tarixi olan bu zərgərlik sənəti nümunələri öz orijinal forması və texniki icrası ilə diqqəti cəlb edir. Təbriz və Şirvanda toxunmuş nümunəvi Azərbaycan xalçaları muzeyin qiymətləri incilərindən sayılır. Qubanın Pirəbədil, Şamaxının Mərəzə kəndində toxunmuş xalçalarımız rəngi və zəngin bəzək ünsürləri ilə diqqəti cəlb edir. Şamaxı xalçalarının üzərində onun 1881-1885-ci illərdə toxunduğunu bildirən yazı var. Bundan başqa Ermitajda dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin 1430-cu illərdə üzü köçürülmüş nadir nüsxəsi mühafizə olunur. Ankara Etnoqrafiya Muzeyi Türkiyə Cumhuriyyətində yaradılan ilk dövlət muzeyidir. Əvvəllər Arxeoloji Muzey kimi istifadə olunması düşünülsə də, sonra Rəsm və Heykəl Muzeyi olması ilə bağlı qərar verilib, rəsmi açılışından sonra isə indiki adını daşımağa başlayıb. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən muzeyin maraqlı tarixçəsi var. O, həm muzey, həm də bir müddət Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün nəşinin saxlanıldığı muzey-mavzoley kimi fəaliyyət göstərib. 1925-ci ildə İstanbul Muzeylər Müdriyyətinin rəhbəri Xəlil Ethemin rəhbərliyi altında muzey eksponatları toplamaq və satın almaq üzrə xüsusi komissiya qurulur. Satın alınan 1250 eksponat 1927-ci ildə inşası tamamlanan muzeydə nümayiş etdirilir. 15 aprel 1928-ci ildə buranı ziyarət edən Mustafa Kamal Atatürk onun muzey kimi fəaliyyəti barədə göstəriş verir. Beləliklə, Türkiyə Cumhuriyyətinin ilk dövlət muzeyi kimi Ankara Etnoqrafiya Muzeyi xalqın xidmətinə verilir. Onu da qeyd edim ki, muzeydə həm də müasir standartlara cavab verən texnika da tədbiq olunub. Dövrünün məşhur memarlarından biri olan Arif Hikmət Koyunoğlunun layihəsi üzrə tikilən Ankara Etnoqrafiya Muzeyinin maraqlı quruluşu var. Bina dördbucaqlı olmaqla tək qübbəlidir. Muzeyin önündə at üstündə duran Atatürk heykəli olduqca möhtəşəm görünür. Zalda qoyulmuş video-ekran vasitəsilə muzeyin tarixinə səyahət etmək mümkündür. Muzeydə xüsusilə Anadolu etnoqrafiya və folkloru, sənət tarixi ilə bağlı əsrləri ehtiva edən kitabxana da var. Muzey Ankaraya gələn turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Dünyanın ən gənc muzeylərindən olan olan NEMO-nun çox maraqlı tarixçəsi var. Muzey 1920-1930-cu illərdə fəaliyyət göstərmiş Əmək muzeyinin bazasında yaradılıb. Əmək muzeyi 1950-1960-cı illərdə Hollandiya Sənaye və Texnologiya İnstitutu kimi fəaliyyət göstərsə də, 1980-ci illərin sonunda isə bu təhsil ocağına ehtiyac olmadığından yenidən muzeyə çevrilmişdir. Ancaq bu dəfə onun ərazisi genişləndirilmiş və 6 il davam edən tikinti işlərindən sonra 1997-ci ildə onun açılışı olmuşdur. Muzeyin lentini Niderland Kraliçası Beatris kəsmişdir. İlk vaxtlar “Yeni metropol” adlanan muzey maliyyə çatışmazlığı üzündən bağlanmaq təhlükəsi ilə üzləşəndə onun yaradıcıları muzeyin yönümünü dəyişmək qərarına gərirlər. Dənizə açılan panoramda gəmiyəbənzər tikilmiş muzey binasında yerləşdirilən eksponatların xüsusiyyətlərini nəzərə alaraq buranı Milli Elm və Texnologiya mərkəzi adlandırsalar da, daha sonra muzeyin başqa adla adlandırılması zərurəti yarandı. Muzeyin əsas tamaşaçıları məktəblilərdir. Digər muzeylərdən fərqli olaraq, uşaqların hər şeylə maraqlanmasını bilən muzey əməkdaşları eksponantlatra əl ilə toxunmağa icazə verirlər, hətta bunu zəruri hesab edirlər. Maraqlıdır ki, eksponatların demək olar ki, hamısı muzey əməkdaşları tərəfindən, əksər hallarda isə tamaşaçının bilavasitə iştirakı ilə düzəldilir. Onlar bunu belə izah edirlər: Məqsədimiz hər hansı tullantıdan düzəldilmiş müəyyən əşyanı yox, onun necə düzəldiyini nümayiş etdirməkdir. Ona görə də uşaqlar muzeyə daha çox gəlir və bu prosesdə iştirak etməyə can atırlar. NEMO-nu müasir incəsənət meydançası kimi də təsəvvür etmək olar. Muzeydə həmçinin teatr, sərgi salonu, mühazirə otağı da var. Burada da iştirakçıların əksəriyyətini tamaşaçılar təşkil edir. Muzeyə gələnlərin çoxu 6-16 yaşlarında uşaqlar və onların valideyinləridir. Muzey məktəblilərin dünyagörüşünün artmasında, məktəbdə keçirilən dərslərin əyani şəkildə möhkəmlənməsində böyük rol oynayır. NEMO-nun gözəllikləri və möcüzələri ilə tanış olmaq üçün Amsderdama getmək o qədər də vacib deyil. Muzeyin internet saytına daxil olmaqla (www-e- nemo.n : GAMES bölməsi) muzey haqqında çox şey öyrənə və oradakı tədbirlərin iştirakçısı ola bilərsiniz. Azərbaycanda ta qədimdən daş üzərində müxtəlif rəsmlərin çəkilmə ənənəsi Qobustan, Şüvəlan, Kəlbəcər, Gəmiqaya və digər yerlərdən tapılmış qayaüstü təsvirlərdən (petroqiliflərdən) məlumdur. İlk orta əsrlərdə daş üzərində oyma, bəzəkvurma və fiqur həkk etməklə yanaşı, insanlar daşdan müxtəlif məzmunlu heykəllər də düzəldiblər. Muzeyin ekspoziyasında ən nadir abidələr hesab edilən Şamaxının Xınıslı və Acıdərə-Çıraqlı ərazisindən tapılmış müxtəlif daşlardan yonulmuş, fərqli həcmli qəbirüstü heykəllər (e.ə. I minillik), Qarabağ, Gədəbəy, Lənkəran ərazilərindən 3 minillik tarixi olan nəhəng daş qutu qəbir, Mingəçevir ərazisində arxeoloji qazıntılar zamanı tapılmış IV-VI əsrə aid alban daş kitabəsi nümayiş etdirilir. Burada ən çox maraq doğuran eksponatlar sırasında Oğuz türklərinə aid təsvirlər, üzərinə Qurani-kərim ayəsinin həkk olunduğu sənduqə, XIV əsrə aid üzəri ov və döyüş səhnələrinin təsviri ilə kalliqrafik yazılı qoç fiquru qəbirüstü daş, Şirvan-Azbşeron memarlıq məktəbinə aid üzəri nəbati naxışlı sənduqələr və Azərbaycan xalqına aid mərmərdən yonulmuş qəbir başdaşları öz möhtəşəmliyi ilə seçilir. Tarixin yadigarı onu yaradan, yazan xalqın gələcək nəsillərə əmanət etdiyi ən etibarlı mənbələrdəndir. Belə nümunələrin qorunduğu məkanlardan biri də muzeylərdir. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi 100 ildən çoxdur ki, yaradılıb. Bu gün siz xalqımızın tarixi keçmişini əks etdirən minlərlə eksponatın qorunub saxlandığı muzeyə gəlmisiniz. Hazırda muzeydə 11 fond fəaliyyət gösrtərir. Onlardan biri “Qiymətli metallar fondu”dur. Buraya muzeyin digər fondlarında saxlanılan, arxeloji qazıntılar, həmçinin təsadüfü tapıntılar nəticəsində və əhalidən satınalma yolu ilə alınan qiymətli metallardan hazırlanan eksponatlar daxil edilib. Bu fondda 1570 eksponat saxlanır. Onlardan 556 ədəd gümüş, 300-ü qızıl, 714-ü isə numizmatik kolleksiyaya aiddir. Muzeydə eksponatların dəqiq siyahıya alınması, yerləşdirilməsi, xüsusi səliqə-sahman göstərir ki, tarix yadigarların vəziyyətinə ciddi diqqət göstərilir. Əhalidən alınan əşyaların qiyməti mütəxəssislərdən ibarət komissiya tərəfindən müəyyən edilir və alqı qarşılıqlı razılaşma əsasında gerçəkləşir. Son dövrlərdə 1712 ədəd yeni material alınıb. Arxeloji qazıntılar zamanı əldə olunan 11 ədəd qızıl muncuq və spiralşəkilli bəzək əşyası muzey eksponatlarının sırasına daxil edilib. 2008-2015-ci illərdə aparılan qazıntılar nəticəsində Tovuz rayonun Menteş qədim yaşayış yerindən tapıldığını deyir. Onun sözlərinə görə, kurqan qəbirdən əldə olunan bu arxeloji materialların e.ə. VI-IV minilliyə aid olması müəyyən edilib. Qədim zinət əşyaları qadın skletinin üzərindən aşkar olunub. Muzeyin ötən əsrin 40-cı illərindəki fəaliyyətini əks etdirən unikal fotomateriallar əldə olunub. Muzeyin birinci zalında Azərbaycanın kosmosdan çəkilmiş xəritəsi diqqəti cəlb edən eksponatlardandır. Xəritədə ölkəmizin ərazisi, əhalisi, relyefi, flora və faunası faydalı qazıntıları və s. barədə məlumatlar var. Buraya həmçinin böyük monitorda kinofilmlərə də baxmaq olur. Ekspozisiyada nümayiş olunan Daş dövrünə, Paleolit, Neolit, Eneiolit, Tunc və dəmir dövrlərinə aid çaxmaqdaşı, dəvəgözü, əmək alətləri, gil qablar, tunc qılınc və xəncərlər, antik sikkələr, qadın bəzək əşyaları və s. ziyarətçilərin marağına səbəb olur. Muzeyin yeni qurulan ekspozisiyasında Azərbaycan-türk, islam mədəniyyəti nümunələri yer alıb. Zalda qoyulan miniatür nümunələri isə orta əsrlərdə bu sənətin ölkəmizdə necə bir inkişaf dövrü yaşadığını göstərir. Milli Azərbaycan Tarix Muzeyi maddi mədəniyyət nümunəlirimizin qorunduğu məkan olmaqla yanaşı, həm də burada müxtəlif tədbirlər keçirilir, sərgilər təşkil olunur. Muzeydə yubileylərlə əlaqədar olaraq bir sıra sərgi təşkil olunmuşdur. “Azərbaycan II Dünya müharibəsi illərində” adlı sərgi tamaşaçıların diqqətinə səbəb olmuşdur. Sərgi muzeyin fondlarında qorunan eksponatlar və toplanılmış materiallar əsasında hazırlanmışdır. 483eksponat, 230 fotoşəkil və 13 rəsm əsərindən ibarət sərgidə ön və arxa cəbhələrdə vuruşan əsgərlərin şəxsi əşya, sənəd və digər əşyalar sərgidə nümayiş olunmuşdur. Gələn turistlərə sərginin materialları haqqında Azərbaycan, Rus, İngilis dilində məlumat verilmişdir. Sərgidə muzeyin tarixi ilə əlaqədar geniş məlumat verilmişdir. Milli Azərbaycan Tarix Muzeyinin fondlarında və əksəriyyəti nadir kitablardan ibarət zəngin kitabxanasında 300 mindən artıq nümunə qorunur. Bu kolleksiya ziyarətçi və tədqiqatçılara ölkəmizin ən qədim dövrdən bu günədək tarixini, mədəniyyətini öyrənmək, tariximizlə bağlı istənilən məsələni araşdırmaq imkanı verir. 2005-ci ildən “milli” sütatusunu almış Azərbaycan Tarix Muzeyi bu gün ölkə prezidentinin qayğısı ilə respublikanın çox mühüm elmi-mədəni ocağına çevrilmişdir. Tarix Muzeyinin əsas vəzifələrindən biri də tarixi həqiqətin muzeydə qorunan maddi sərvətlər vasitəsi ilə təqdim və təsdiq olunmasıdır. Tariximizin, mədəniyyətimizin qorunub saxlanması üçün mütləq tarixçi, arxeoloq və etnoqrafların, eləcə də muzey işçilərinin böyük zəhmət və məhəbbətlə topladıqları eksponatlar qayğı və mütləq sevgi ilə mühafizə edilməlidir. Ölkəmiz maddi-mədəni irsi və tarixi abidələri ilə də tanınan ölkədir. O cümlədən dünyada tətbiqi sənətin nadir nümunələrindən olan xalçaçılıq Azərbaycanda çox qədim tarixə malikdir. Xalçalar gözəl sənət incisidir. Təsadüfü deyil ki, 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb. Azərbaycan xalçaları yüksək bədii tərtibatı və toxunma texnikası baxımından özünəməxsus keyfiyyətlərə məxsusdur. Həqiqətən də, müxtəlif böyük rəmzi məna daşıyan kompozisiyası, motivlərin orijinallığı və milli koloritliyi ilə seçilən Azərbaycan xalçalarının özü kimi nadir bir muzey binasında saxlanması və qorunması istəyi çox xoş bir niyyətdən və məramdan xəbər verir. Məlumat üçün bildirək ki, ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə Prezident İlham Əliyevin sərəncamına əsasən muzey üçün xüsusi bina tikilməsi qərara alınıb. Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondalarında 130 min 300 dən artıq eksponat və əşya saxlanılır. Muzeydə xalça və xalça məmulatları, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur. Bu kolleksiyanın ziyarətçilərə təqdimatı üçün binada ideal şərait yaradılıb. Xatırladaq ki, Azərbaycan xalçalarının qorunması və inkişaf etdirilməsi haqda müvafiq qanun da qəbul edilmişdir. Xalçaçılıq sənətinin vətəni olan Azərbaycan dünyada Qarabağ, Gəncə, Qazax, Quba, Bakı, Şirvan və Təbriz xalçaları ilə məşhurdur. Bu xalçalar əsrlər boyu Azərbaycana şöhrət gətirmişdir. Xalq sənəti əsərləri kimi xalçalarımızda Gəmiqaya, Qobustan, Kür-Araz mədəniyyətindən qaynaqlanan elementlər, ünsürlər, yüz illər sonra da yaşaya bilmiş və bugünümüzə gəlib çatmışdır. Bu rəmzlər və simvollar Azərbaycanın qədim tarixi haqqında çox şey deyir və təlqin edir. Ona görə də görkəmli alim, professor, rəssam Lətif Kərimovun təşəbbüsü ilə 1960-cı illərin sonlarında Azərbaycanda Xalça Muzeyi açılıb. Həmin illərdə ulu öndər Heydər Əliyevin dəstək və təşəbbüsü ilə muzeyin fondlarının zənginləşdirilməsi üçün vəsait ayırıb. Xalça Muzeyi müstəqillik illərində Muzey Mərkəzində davam etdirilib. Xalı ilə xalçanın fərqi nənələr və xalçaçılıq sənətinin biliciləri daha yaxşı bilir. İlk dəfə nənələrimiz xalı toxuyublar. Bunun da əsasən tərəkəmə ellərində köçəri həyatın üstünlük təşkil etməsi ilə bağlı olduğu bildirilir. Belə ki, qışda aranda qışlayan, yayda yaylaqda yaylayan elat tayfaları otağı və keçədən qurulmuş alaçığı bəzəmək üçün xalılar toxuyub. Əsasən ilk vaxtlar xalılar xovsuz toxunub, yəni, palaz, kilim, şəddə və s. formada. Sonralar xalıların ölçüsü də dəyişilib xalçaya çevrilib və əsasən xovlu toxunublar. Xalça muzeyininn yeni binası isə Azərbaycan tarixinin və mədəniyyətinin kitabəsi olan xalçanı dəyərləndirən xalqımıza ən böyük töhfədir. Muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Naxçıvanda əldə olunan qədim xovlu, xovsuz xalça məmulatları var ki, onların yan haşiyəsinin naxışları yazılardan ibarətdir. Bu hərflər əsasən ox şəkillidir. Qədim türk əlifbasında ox şəklində yazı işarəsi bugünkü latın qrafikasındakı “k” hərfini ifadə edir. Xalqımızın qan yaddaşından süzülüb gələn bu naxışlar daha çox elat camaatının məişətində geniş istifadə edilib. Xalq yaradıcılığında ənənəyə çevrilmiş bu naxışlar əsrlər boyu nəsildən-nəslə ötürülərək mücərrəd bəzək elementinə çevrilmişdir. Təbriz xalçası da öz kompozisiya əlvanlığı, kamil bədii quruluşu ilə fərqlənir. Xalının ara sahəsi dördbucaq formalı damalar arası şauquli və üfüqi istiqamətli zolaqlar üzərində yerləşdirilmiş şəkəri yerlikli kətəbələrdə əski əlifba ilə “talik” hüsnxət üslubundadır və “Ey badi-səba, zülf-ü pərişanıma dəymə” misrası toxunmuşdur. Bu sətirlər xalça boyu dəfələrlə təkrarlanır. Daha bir sujetli xalça Cənubi Azərbaycan milli azadlıq hərakatının başçısı Səttarxana həsr olunub. Xalçanın baş tərəfində medalyonun içərisində “Səttarxan sərdare-milli” sözləri toxunub. Xalçanın digər bir surəti Azərbaycan Xalça muzeyində muhafizə olunur. Bu xalça hicri təqvimi ilə 1326-cı ildə (1908) toxunub. Üzərində Səttarxanın silahdaşlarının da obrazları yaradılıb.1916-cı ildə Qarabağda toxunan orijinal üsluba malik xalça da maraq doğurur. Onun ərişi və xovu yundan, arğacı isə pambıqdandır. İstifadə edilmiş boyalardan qırmızı və yaşıl rənglər süni tərkibli, qəhvəyi rəng isə quyun yununun təbii rəngindəndir. Bütün sənət nümunələrində, növlərində dəst-xət deyilən anlam var. Xalça sənəti də istisna deyil. Xalçalar, onlardakı naxışlar da uzaq-yaxın keçmişimizdən süzülüb gələb nişan, damğa olmaqla yanaşı, tariximizin yaddaşıdır. Dünyada muzeylər o qədər çoxdur ki, hətta beynəlxalıq muzey təşkilatları da onların dəqiq sayını müəyyən etməkdə çətinlik çəkirlər. Bu, muzeylərin çoxsaylı sahələri əhatə etmələri, müxtəlif kateqoriyalara bölünmələri , habelə dünyanın hər yerinə “səpələnmələri” ilə əlaqədardır. Lakin bu sıxlıq cərgəsində elə muzeylər də vardır ki, onlar barmaqla sayıla biləcək dərəcədə azdır. Aviasiya Muzeyləri belələrindəndir. “Aviasiya” anlamı latınca quş mənası verən “avis” sözündən yaranmışdır. Fransadakı Le Burje muzeyi həm yaşına, həm də eksponatlarının qədimiliyinə görə ən qocaman aviasya muzeyi hesab olunur. Yaranma tarixi 1879-cu ilə aid olan “Massia-Biot” planeri muzeyin qədim eksponatları arasında xüsusi yer tutur. O bu gün də havaya qalxmağa hazırdır. Le Burje Aviasiya Muzeyi Paris şəhəri yaxınlığındakı keçmiş aerovaqzal kompleksində yerləşir. Amerika Birləşmiş Ştatlarının Arizona ştatında Hərbi–Hava Qüvvələrinə məxsus olan “Bone Yard” dünyanın ən nəhəng aviasiya muzeyi sayılır. Burada dünyanın müxtəlif ölkələrində istehsal olunmuş, aviasiya əsrinin ayrı-ayrı mərhələlərində istifadə edilmiş uçan aparatların nümunələri nümayiş etdirilir. Muzeydə bir sıra nadir eksponatlar, o cümlədən Birinci və İkinci dünya müharibələrində istifadə olunan təyyarələrin nümunələri diqqəti çəkir. Dünyada örtülü şəraitdə, başqa sözlə, tavan altında fəaliyyət göstərən aviasiya muzeyləri çox deyil. Belə muzeylərin xüsusiyyəti ondan ibarətdir ki, ekspozisiyada aviasiyanın texniki potensialına deyil, tarixinə dair eksponatlara üstünlük verilir. Azərbaycanda yaradılmış Mülki Aviasiya Muzeyi də bu qəbildəndir. Onun ön bölmədə yerləşdirilmiş ekspozisiyası Azərbaycanda aviasiyanın yaranmasından və inkişaf mərhələsindən bəhs edir. Bu muzey struktur cəhətdən Sankt-Peterburq Mülki Aviasiya Muzeyinə bənzəyir. O da örtülü məkanda (bəzi bölmələri istisna olmaqla) fəaliyyət göstərir, əsasən Rusiya aviasiyasının tarixini əks etdirir. O, Aviasiya Akademiyası ilə “Pulkovo” aviamüəssisəsinin bazasında yaradılmışdır, başlıca missiyası Akademiyanın müdavimlərinə xidmət göstərməkdir. Bizim muzey isə “Azal”-ın və Azərbaycan Milli Aviasiya Akademiyasının törəməsidir, əsas vəzifəsi də aviasiya tariximizi gənc aviatorlara təlqin etməkdir. Əlbəttə bu iki muzey arasında oxşar cəhətlər olduğu kimi, onları fərqləndirən amillər də çoxdur. MAM-ı aviasiya ailəsində “sonbeşik” də adlandırmaq olar. O, çox gəncdir. 2005-ci ildə təməli qoyulub, 2008-ci ildə istifadəyə verilib. Hazırda fond ehtiyatı 7,5 mini ötən Mülki Aiasiya Muzeyinin tələbə-tədris ocağına çevrilməsi, məktəblərlə sıx əlaqə və şagirdlərə təmənnasız xidmət, habelə səyyar ekspozisiyaların təşkili, əlamətdar hadisələrin tədbir və sərgilərlə müşayət olunması, aviasiyamızın tarixinə dair Azərbaycan və rus dillərində bibloqrafik göstəricilərin çapa imzalanması-bütün bunlar “sonbeşik” muzeydə görülən işlərin tam siyahısı deyildir. Şübhəsiz, yaxın zamanlarda respublikamızda açıq tipli aviasiya muzeyi də fəaliyyət göstərəcəkdir. Aydın səma altında, mənzərəli ərazidə qərar tutacaq bu ekspozisiyanın tamaşaçıları dünya aviasiyasının seçmə nümunələri ilə yanaşı, Azərbaycan aviasiya sənayesinin məhsullarını da iftixarla seyr edəcəklər.Muzeylərin sələfləri eramızdan əvvəlki əsrə gedib çıxır, XIII-XII əsrlərdə müxtəlif sənədlər, şəhadətnamələr, estetik qiymətə malik əşyalar əsasən saraylarda saxlanılırdı. Sonralar şəxsi kolleksiyalar da meydana gəldi. Dünyada məhşur muzeylər çoxdur. Vaşiqtonda Milli İncəsənət qalereyası, Nyu-Yorkda Metropoliten muzeyi, Venetsiya Akademiya qalareyası, Drezdendə şəkil qalereyası, Moskvada Tretyakov qalereyası, Sankt-Peterburqda Ermitaj və s. Azərbaycanda ilk muzey Bakıda 1920-ci ildə, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə yaranıb. Bir acı faktı demək lazımdır ki, bu gün maddi-mənəvi mədəniyyət sərvətlərimizin əksəriyyəti özümüzün deryil, məhz dünyanın muzey və sərgi salonlarını bəzəyir. Zaman-zaman Azərbaycanın maddi-mənəvi sərvətləri xarici ölkələrə daşınıb. Dünyanın ən böyük və qədim xalçası XVI əsrdə toxunmuş “Şeyx Səfi” sayılır. Bu nadir sənət incisi orta əsr Azərbaycan xalçaçılığının şah əsəri hesab olunur. Acılar olsun ki, biz bu xalçanı da özgə muzeylərində gördük. Londonun Viktoriya və Albert muzeylərində saxlanılan bu xalının uzunluğu 10,51 metr, eni 5,34 metr, ümumi sahəsi 56,2 kvadratmetrdir. Yadların muzey eksponantlarına çevrilən “Şeyx Səfi”miz yeganə deyildir. Axtarsan dünyanın çox yerlərində belə göz dağına rast gəlmək mümkündür. Maraqlı tarixçəsi və özəllikləri olan Azərbaycan İstiqlal Muzeyi 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Əslində bu muzeyin tarixi daha uzaq dövrə-1919-cu ilə gedib çıxır. Çünki Azərbaycanın ilk dövlət muzeyi də məhz İstiqlal Muzeyi olub. 1919-cu il dekabrın 7-də Azərbaycan Xalq Cumhuriyyəti parlamentinin quruluşunun birinci ildönümü münasibətilə elə parlamentin binasında təşkil olunan İstiqlal Muzeyi cəmisi bir neçə ay fəaliyyət göstərmişdi. 1920-ci ilin 28 aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra muzey fəaliyyətini dayandırdı. Muzey öz fəaliyyətini 71 il sonra müstəqilliyimizlə birlikdə bərpa etdi. Beləliklə, 1991-ci il yanvarın 9-da İstiqlal Muzeyi yaradıldı. 1991-ci ildə yaradılan muzeydən heç bir eksponat qalmasa da, yenidən fəaliyyətə başlayan muzey “İstiqlal” adını alaraq, birinci muzeyin mənəvi varisi oldu. 20 il əvvəl 7 minədək eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 20 minə yaxın ekponat var. Muzeyin yaradılmasında məqsəd ən qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan xalqının mədəni-tarixi həyatındakı mühüm hadisələri və xalqımızın azadlığı uğrunda çarpışan fəadailərin mübarizə yolunu əks etdirməkdir. Muzey 6 zaldan ibarətdir. 1-ci zalda Azərbaycanın dövlət rəmzləri- ölkəmizin üçrəngli bayrağı, Dövlət gerbi, Dövlət himni və Dövlət Konstitusiyasınını əks etdirən sənədlər nümayiş olunur. Bu zalda XVIII əsrin ikinci yarısında Azərbaycanın xanlıqlara bölünməsinə, Vətənimizin işğalı uğrunda Rusiya ilə İran arasında gedən müharibələrə (1804-1828), Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin bağlanmasına dair materiallar da yer alıb. Ermənistanin Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində ölkəmizin ərazisinin 20% zəbt olunub. İşğal olunmuş ərazilərdə digər mədəniyyət müəssisələri ilə yanaşı, 22 muzey də qalıb, zəngin eksponatları qarət olunub. Bu muzeylərdən yalnız Cəbrayıl və Füzuli rayonlarındakı tarix-diyarşünaslıq muzeylərinin xilas olunmuş eksponatları bizim muzeydə nümayiş olunur. 2-ci zal XIX əsrin ikinci yarısından XX əsrin əvvəlinədək olan dövrü əhatə edir. Bu dövr Azərbaycan üçün tarixi baxımdan qısa, lakin mahiyyətinə görə çox zəngin dövr olub. Bu, mədəniyyət və elmin, neft sənayesinin inkişafı, H. Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov kimi neft milyonçuları tərəfindən yeni binaların, məktəblərin, teatrların, xəstəxanaların tikildiyi dövr idi. Həmin tarixi dövrü əks etdirən materiallar bu zalda əks olunub. Burada həmçinin A.A. Bakıxanovun, milli mətbuatımızın əsasını qoyan H. B. Zərdabinin və digər ədib və ziyalılarının fəaliyyətini əks etdirən materiallar toplanıb. Zalın digər bölməsində 1918-ci il 31-mart soyqırımına həsr olunmuş fotofaktlar, arxiv materialları, sənədlər nümayiş etdirilir. Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcılarından olan M.Ə. Rəsulzadə, F.X. Xoyski, Ə.B. Topçubaşov və digər görkəmli şəxsiyyətlərin tarixi adlarını əks etdirən fotolar, o zamanın pul vahidləri, poçt markaları, həmin dövrün müxtəlif hadisələrini əks etdirən materiallar yer alıb. Tarixdən bəllidir ki, 1828-ci ildə Türkmənçay müqaviləsinin bağlanması ilə Azərbaycan 2 hissəyə bölündü: Şimali Azərbaycan çar Rusiyasına, Cənubi Azərbaycan isə İrana birləşdirildi. Muzeyin 3-cü zalı bu hissəyə həsr olunub. Respublikamızda çoxlu muzey var. Bu muzeylər öz təmayül və məqsədlərindən asılı olaraq, xalqımızın keçdiyi tarixi mərhələləri işıqlandırır, mədəniyyət və sənət aləminə yol tapmaqda tamaşaçılara “bələdçilik” edirlər. Muzeylər hər bir xalqın maddi-mənəvi xəzinəsidir. Unudulub, yaddan çıxan tariximizi özümüzə qaytarılmasında muzeylərimizin xidmətləri əvəzsizdir. Çünki muzeylər tarixin müəyyən dövrlərində yaşayan insanların həyat tərzi, məşğul olduğu qiymətli sənət əşyalarını qoruyub saxlayan müəssisədir. Ədəbiyyat təmayyülü olaraq, bütöv ədəbiyyatın bir neçə minillik tarixini əks etdirməsi baxımından muzey yalnız Yaxın və Orta Şərqdə, Avropada nadir mədəniyyət ocağıdır. Nizami Gəncəvinin 800 illik yubileyi münasdibəti ilə onun həyat və yaradıcılığının əks etdirilməsi məqsədi ilə yaradılmış muzey 1940-ci il mayın 14-də açılmışdır. İllər ötdükcə muzey ən qədim zamanlardan müasir dövrə qədər Azərbaycan ədəbiyyatını əks etdirən mədəniyyət ocağına çevrilmişdir. Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı nəticəsində muzeydə dünya səviyyəsində təmir və yenidənqurma işlərinin aparılması, onun fəaliyyətinin genişləndirilməsi muzeyin həyatında yeni mərhələnin başlanmasına səbəb olmuşdur. Təsadüfü deyil ki, son 5 il ərzində muzeydə nəşr edilmiş elmi əsərlər, müxtəlif məcmuələr, konfrans materialları muzeyin bütün tarixi boyu nəşr edilən materallardan çoxdur. Ekspozisiyada zalların sayı 19-dan 40-a, eksponatların sayı 2 mindən 30 minədək artırılmış, rəsm əsərləri, heykəltaraşlıq nümunələri tamamilə yenidən bərpa edilmiş, zəruri avadanlıq alınmışdır. Tarix-Diyarşünaslıq Muzeyi 1975-ci ildən Gəncənin sonuncu xanı Cavad xanın nəticəsi İsmayıl və Adil xan Ziyadxanovların şəxsi evlərinə köçürülüb. O zaman muzey iki şöbədən ibarət olub və burada ilk vaxtlar 500-ə yaxın eksponat saxlanılıb. Hazırda isə muzeydə müxtəlif dövrləri əks etdirən 30-mindən artıq eksponat qorunur. Bunlardan ən qədimi daş dövrünə aiddir. Ümumiyyətlə, daş dövründən başlayaraq müasir dövrümüzə qədər tarixi, məişət, əl işləri, qədim musiqi alətləri 12-ci əsrdə yaşayan şairlərin həyat və yaradıcılığına aid müxtəlif fotolar və eksponatlar qorunur. Vətəndaşların diqqətini çəkən eksponat isə Gəncənin zəlzələdən qabaqkı dövrü əks etdirən maketidir. Onu da bildirim ki, muzeyin fondu elmi işçilər tərəfindən daim zənginləşdirilir. Belə ki, bu ilin müvafik zaman kəsiyində muzeyə Kür qırağında daşlaşmış Cənub filinin sümükləri, müasir dövrə aid kitab və jurnallar, ev şəraitində hazırlanmış əl işləri və başqa eksponatlar gətirilib. Muzeydə 18 eksponat zalı var ki, bunun da 10-u müasir, 8-i isə qədim dövrə aiddir. Həmçinin burada saxlanılan eksponatların 50% dən çoxu Gəncəbasarın tarixini, mədəniyyətini, dinini, məişətini əks etdirir. Miniatür Kitab Muzeyi oxucular muzeyin qeyri-adi gözəlliyi və möhtəşəmliyi qarşısında sevinclərini və heyranlıqlarını dilə gətirirlər. Kristallar zahiri görkəmi ilə gözəldir, zərif minuatür kitablar isə bütün bəşəriyyətin müdriklik və mənəviyyat toplusunu təcəssüm etdirir. Bu muzeyin sərgi qalareyasından nəyi yaxşıdır?.. Sərgi yalnız bir neçə günlüyə keçirilir. Vernisaj dəbli və məşhur olduqda isə vaxtın azlığından heç nəyə qədərincə baxmaq olmur. Muzey isə hislərin cilovunu açır, burada tələsmədən onun monumental akademizminə, əsrləri adlamış bir çox nəsillərin dahi yaradıcılıqlarının mədəni potensialına vurulursan. Buraya bir neçə saat keçirmək və yenidən qayıtmaq istəyi ilə gələ bilərsən. Nostradamus və Nizami, Puşkin və Petrarka, Şekspir və Juli Vern, Visotski və və Lafonten, Səməd Vurğun və Dante, Lermantov, Kiplinq, Ekkleziast sizi amiranə tərzdə geri çağıracaq... Yenidən müxtəlif dövrlərin və dinlərin mənəvi möcüzəsi Quran, Bibliya, Tövrat, İncil qarşısında baş əymək istəyəcəksiniz. Sizə heç “İqor polku haqqında dastan” ın “İngiltərə tarixi”nin miniatür şedevrlərini, yaxud güclü lupa olmadan seçilməyən yapon “Çiçəklər əlifbası”nı seyr etmək nəsib olmuşdumu? Bütün bu nadir əşyaları Zərifə Salahova təxminən 25 ilə toplayıb. Zəngin tarixə malik Şabran Azərbaycanın siyasi və mədəni həyatında mühüm iz qoymuş qədim bölgələrimizdəndir. Tədqiqatçılar yazılı tarixi mənbələrə və şəhərin müxtəlif hissələrində aparılan arxeloji qazıntıların nəticələrinə əsaslanaraq burada hələ eramızdan əvvəl yaşayış məskəni olduğunu müəyyən ediblər. İndi bu torpaqda yeni şəhər, yeni Şabran inkişaf edir. Şabran rayonuna 150-dək tarixi abidə var. Qədim şəhərin xarabalıqları arasında tariximizin bir çox səhifələrinə işıq salmaq, onları öyrənib üzə çıxarmaq həm də mədəni irsimizin bir sıra maraqlı məqamlarını öyrənmək baxımından rayonda yaradılan Tarix Diyarşünaslıq Muzeyi mühüm əhəmiyyətə malikdir. Bu muzeydə qədim Şabranın tarixini əks etdirən və turistlər üçün də, maraq kəsb edəcək çoxlu sayda eksponat var. Ümumilikdə, Şabran rayonuna 15-dək tarixi abidə var ki, onlardan ən möhtəşəmi qədim “Şabran” və “Çıraqqala” abidələridir. Son illər bu abidələrin həm mədəni irs nümunəsi, həm də turizm potensiyallı məskən kimi təbliği yönündə müəyyən işlər görülür. Muzeydə bu abidələr haqqında da geniş məlumatlar əks olunub. Şabran şəhəri Azərbaycanın “Əfsanələr paytaxtı” elan olunub. Muzeydə rayonun tanınmış ziyalıları və 1941-1945-ci illər Böyük Vətən müharibəsində Şabrandan olan qəhrəmanların haqqında məlumatlar da yerləşdirilib. Rayon şəhidləri üçün isə ayrıca guşə yaradılıb. Muzeydə Şabranın tarixini, mədəniyyətini əks etdirən 3572 eksponat nümayiş etdirilir. Eksponatların bir çoxu şəhərdə aparılmış arxeloji qazıntılar zamanı tapılıb. Muzeydə rayonda toxunan xalçalardan da nümunələr var. Şabranın ilkin orta əsrlərə aid maketi və Şabranın ticarət əlaqələrini əks etdirən sxem də xüsusi maraq doğurur. Bundan əlavəIX-X və XVI-XVII əsrlərə aid saxsı qablar, mis pullar, məzar daşları vardır. Hər kəsin böyük heyrətlə səyahət etdiyi muzeylərdən biri də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyidir. Muzey respublikamızın əsas muzeylərindən biri sayılır. Bu muzey ölkəmizdə dünya və Azərbaycan incəsənəti muzeylərinin toplandığı əsas mədəniyyət müəssisəsidir. İncəsənət Muzeyi 1937-ci ildə, keçmiş Azərbaycan Dövlət Muzeyinin incəsənət şöbəsi əsasında yaradılmışdır. Ötən illər ərzində muzeyin ekspozisiya fondu xeyli genişlənmiş, zənginləşmişdir. İncəsənət muzeyinin binası klassik quruluşu, təmtəraqlı zahiri görkəmi, estetikliyi klassik incəsənət əsərlərinin nümayiş etdirdiyi muzeylər tipinə tam uyğun gəlir. İncəsənət muzeyində təsviri və dekorativ-tətbiqi sənət əsərləri ilə yanaşı, arxeloji materiallar da saxlanılır. Bunlardan üzəri əski əlifba ilə yazılı qəbirqstü daşlar, müxtəlif ornamentli sənduqələr, kitabələrdaha çox maraq doğurur. Arxeloji materiallar həm də etnoqrafik səsiyyə daşıyır. Muzeydə dekorativ-tətbiqi sənət əsərlərinin əksəriyyətini Azərbaycanla bağlı materiallar təşkil edir. Burada ayrı-ayrı xalça məktəblərini təmsil edən xalçalar, müxtəlif müxtəlif bədii toxuculuq məmulatları, saxsı qablar, milli geyim nümunələri, zərgərlik əşyaları toplanmışdır. Onların bədii və tarixi dəyəri böyükdür. Əlbəttə, muzeydə təsviri sənət daha geniş təmsil olunmuşdur. Burada qiymətli rəngkarlıq, heykəltəraşlıq və qrafika əsərləri toplanmışdır. Eksponatlar əsasən dörd qrupa bölünür ki, buraya da Azərbaycan, rus, Qərbi Avropa və Şərq incəsənəti nümunələri daxildir. Azərbaycan incəsənəti nümayiş olunan ekspozisiyalar muzeydə geniş sahə tutur. Burada realist incəsənətin klassiklərindən tutmuş son dövrlərin tanınmış rəssamıarına qədər müxtəlif nəsillərə mənsub sənətkarların əsərləri mühafizə edilir. Muzeydə Şərq incəsənəti daha çox dekorativ sənət nümunələri, vazalar, dekorativ nimçələr, çini qablarla təmsil olunmuşdur. Digər əsaslı muzeylər kimi, incəsənət muzeyində də geniş elmi iş aparılır. Müxtəlif dövrlərdə muzey kataloqlar, buketlər nəşr etdirmişdir. Muzeyin bərpa emalatxanası da vardır. 2013-cü ilin 7 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan Milli İncəsənət Muzeyinin yeni keçid korpusunun açılışı mərasimi kemirilmişdir. Yeni korpus Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə inşa olunmuşdur. Abidələr və tarixi şəxsiyyətlər təkcə tarixin yaddaşı və yadigarları deyil, eyni zamanda, maddi-mədəniyyət nümunələridir. Ona görə də onların qorunması və gələcək nəsillər çatdırılması olduqca vacib məsələlərdən biridir. Hətta bu məqsədlə 1983-cü ildə UNESCO-nun Beynəlxalq Abidələrin Mühavizəsi Assambleyası da təsis edilib. Məqsəd diqqəti maddi-mədəniyyət nümunələrini və tarixi ərazilərinin qorunmasına yönətmək olub. Bəşər tarixi sübut edir ki, milli dəyərlərdən heç bir yüksəliş yoxdur. 18 may milli muzeylər günüdür. 1977-ci ildə Beynəlxalq Muzey şurası (İnternational Council of Museums-İCOM) tərəfindən təsis edilən əlamətdar gün dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da geniş tədbirlərlə qeyd olunur. Respublikamızda muzey işi maraqlı inkişaf yolu keçib. Ilk dövlət muzeyi 1919-cu ildə Bakıda (İstiqlal muzeyi), ilk memorial muzey isə 1940-cı ildə 1940-cı ildə Şəkidə (M.F.Axundovun ev-muzeyi) fəaliyyətə başlayıb. Hazırda Azərbaycanda 250-dən çox muzey fəaliyyət göstərir. Onların 205-i Mədəniyyət və Turizm Nazirliyinə aiddir: Bunların 13-ü incəsənət, 7-si ədəbiyyat, 13-ü tarix, 68-i tarix-diyarşünaslıq, 6-sı döyüş şöhrəti, 44-ü ev muzeyləridir. Böyük öndər H.Əliyevin həyat və fəaliyyətini işıqlandıran 54 muzey fəaliyyət göstərir. Eyni zamanda, Milli Elmlər Akademiyası sistemində, nazirlik və təşkilatların nəzdində müxtəlif profilli və şəxsi muzeylər də var. Bu sırada Milli Azərbaycan Tarixi Muzeyini, Kənd Təsərrüfatı Muzeyini və s. qeyd etmək olar. Azərbaycanda qoruq muzeylər də fəaliyyət göstərir. Belə muzeylərə açıq havada olan xüsusi memarlıq üslubuna malik qeyri-adi tikililər, abidələr, bulaqlar, məqbərələr, məbədlər daxildir. Bu muzeylərin sırasında Şəki xan sarayı, “Qobustan” Dövlət Tarixi Bədii Qoruğu, Şirvanşahlar Kompleksi, Möminəxatun türbəsi və başqa abidələri misal çəkmək olar. Hazırda respublika üzrə 44 ev-muzeyi fəaliyyət göstərir: Bunlar həm ev, həm memorial muzeylərdir. Bakıda 13 ev, xatirə muzeyləri fəaliyyət göstərir. Ötən illərdə Səttar Bəhlulzadənin ev-muzeyində təmir-bərpa işləri aparılıb, muzeydə yeni bədii tərtibat işləri görülüb. Ümumiyyətlə, son illər respublikamızın bütün sahələrində olduiğu kimi, muzey işi sahəsində də böyük irəliləyiş nəzərə çarpır. Son üç ildə bölgələrdə müxtəlif profilli muzeylər, H.Əliyev muzeyləri açılıb. Bu istiqamətdə yerli icra hakimiyyətləri tərəfindən məqsədyönlü iş aparılır. 2009-2010-cu illərdə Ağstafa rayonunda Heydər Əliyev muzey-mərkəzi və Yasamal rayonunda Heydər Əliyev muzeyi yaradılıb. Böyük öndərin xatirəsinə həsr olunmuş muzeylərdə yeni ekspozisiyalar yaradılır, kompyuter informasiya mərkəzləri, kitabxana, sərgi sahələri açılır. Ötən il Qubada Tarix Diyarşünaslıq muzeyinin filialı kimi “Şəhidlər muzeyi” fəaliyyətə başlayıb. Naxçıvanda Şaxtaxtınskilər muzeyi və Xan sarayı dövlət tarixi memarlıq muzeyi yaradılıb. Respublikamızın muzey şəbəkəsində görkəmli şəxsiyyətlərin xatirə muzeyləri mühüm yer tutur. Xatirə muzeylərinin yaradılmasına xüsusi dövlət qayğısı 1970-1980-cı illərdə, daha sonra isə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonrakı dövrə təsadüf edir. Bu muzeylərin açılışı təntənəli mərasimlərlə müşaiyyət olunub, dövlət və hökumət rəsmləri həmin mərasimlərdə iştirak ediblər. Bakıda Uzeyir Hacıbəylinin, Cəfər Cabbarlının, Səməd Vurğunun, Hüseyin Cavidin, Bülbülün, Cəlil Məmmədquluzadənin, L. və M. Rostropoviçlərin, Nəriman Nərimanovun, Abdulla Şaiqin, Naxçıvan Muxtar Respublikasında Cəlil Məmmədquluzadənin, Hüseyin Cavidin, Məmməd Səid Ordubadinin, Yusif Məmmədəliyevin, Şamaxıda Mirzə Ələkbər Sabirin, Lənkəranda Həzi Aslanovun, Şəkidə Mirzə Fətəli Axundovun, Rəşid bəy Əfəndiyevin, Sabit Rəhmanın, Xızıda Cəfər Cabbarlının, Gəncədə Mir Cəlal Paşayevin, Göyçayda Rəsul Rzanın, Ağstafada Hüseyin Arifin Ağdaşda Maqsud Şeyxzadənin xatirə muzeyləri həmin şəxsiyyətlərin həyatı və fəailiyyəti ilə bağlı materialların toplandığı, qorunduğu, öyrənildiyi və təbliğ olunduğu mədəniyyət müəssisələri, eyni zamanda bu şəxsiyyətlərin xatirəsini əbdiləşdirən müqəddəs yerlərdir. Çox təəssüflə qeyd olunmalıdır ki, Ermənistanın respublikamıza hərbi təcavüzü nəticəsində bu cür müqəddəs ocaqlarımızdan bəziləri işğal olunan torpaqlarlarda qalıb. Şuşada Uzeyir Hacıbəylinin, Bülbülün və Mir Möhsün Nəvvabın, Ağdamın Gülablı kəndində Qurban Primovun, Laçının Güləbird kəndində Sarı Aşığın xatirə muzeyləri bu təcavüzün qurbanı olub, öz yurdlarında girova çevriliblər. Xatirə muzeyi (memorial muzey, ev-muzeyi, mənzil muzey də adlandırılır) adətən şəxsin doğulduğu, bütün ömrü boyu və ya həyatının müəyyən illərinin yaşadığı, yaxud həmin şəxslə bağlılığı olan yerdə (evdə, mənzildə, iş otağında və s.) yaradılır. Mühüm tarixi hadisələrlə bağlı yerlərdə yaradılan muzeylər xatirə kompleksləri adlandırılır. Xatirə muzeyinin profili həmin şəxsin fəaliyyət sahəsinə uyğun müəyyən edilir. Respublikamızın xatirə muzeyləri sırasında şair və yazıçılara həsr olunmuş ədəbi xatirə muzeyləri çoxluq təşkil edir. Ədəbi xatirə muzeyləri kompleksinə yazıçının yaşamış olduğu ev, mənzil, malikanə, onun şəxsi əşyaları, müxtəlif sənədləri, əlyazmaları, sağlığında nəşr olunmuş kitabları, yaxud yaradıcılığına həsr olunmuş tədqiqat işləri və s. daxildir. Xatirə muzeyi yaradılarkən həmin şəxsiyyətin yaşadığı şəraitin bərpa olunmasına əməl edilməsi xüsusi tələb kimi qarşıya qoyulur. Məsələn, şəxsiyyətin iş və yataq otaqları, qonaq otağı, onun sağlığında olduğu vəziyyətə gətirməlidir. Bu otaqlarada (bunlar xatirə otaqları adlandırılır) həmin dövrü xatırlatmalıdır. “Memorial” sözünün əsasını təşkil edən “memoria” latın sözüdür, Azərbaycan dilində “xatirə” sözünə uyğun gəlir. Xatirə muzeyinin əşyaları da təbii ki, həmin şəxsiyyətin həyatı və fəaliyyəti ilə bağlı olur. Buraya ilk növbədə muzeyin yaradıldığı yer (ev, mənzil, malikanə, iş otağı və s.) daxildir. Təcrübə göstərir ki, yaşadığı müddətdən asılı olmayaraq həmin yerdə xatirə muzeyi yaradılır və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Ona görə də mənsub olduğu xalqa başucalığı gətirən, öz xalqının tarixində və taleyində önəmli rol oynayan, elminin və mədəniyyətinin inkişafına dəyərli töhfələr verən şəxsiyyətlərin adı ilə bağlı hər bir məkan müqəddəs tutulur. Buraya gələn tamaşaçıda xoş hisslər, duyğular yaranır, şəxsiyyətin xatirəsi ehtiramla yad edilir. Respublikamızda ilk xatirə muzeyi böyük Azərbaycan yazıçısı və filosofu M.F.Axundovun ev-muzeyi (Şəki) 1940-cı illərdə yaradılıb. Yazıçı burada uşaqlıq illərinin bir hissəsini və ilk gənclik illərini keçirib. Muzey iki kiçik otaqdan ibarətdir. Məlumdur ki, M.F.Axundov ömrünün əsas hissəsini Tiflis şəhərində yaşayıb və işləyib. Bu gün böyük böyük yazıçının bir vaxtlar Tiflis şəhərində işləyərkən yaşadığı evdə onun xatirə muzeyi fəaliyyət göstərir. M.F.Axundovun ev-muzeyi adlanan bu mədəniyyət ocağı Gürcüstanda yaşayan soydaşlarımızın tez-tez toplaşdıqları yerdir. Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi burada yerləşir. Cəfər Cabbarlının Bakıda və Xızıda, Cəlil Məmmədquluzadənin Nehrəmdəki (Babək rayonu Naxçıvan) xatirə muzeylərinin tarixi xüsusi maraq doğurur. Hər bir xalq onun tarixində müstəsna rolu olmuş dahi şəxsiyyətlərin xatirəsini həmişə uca tutaraq onlara həsr edilmiş fondlar, müxtəlif xatirə kompleksləri, muzeylər, mərkəzlər yaradır. Bu insanların həyatı və fəaliyyəti ilə bağlı nə varsa etiqadla tədqiq edilərək, mənəvi dəyərlər kimi qorunub saxlanılır və böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması işində istifadə olunur. Xalqımızın taleyində mühüm rol oynayan belə şəxsiyyətlərdən biri də məhz Heydər Əliyevdir. Heydər Əliyev fondu bu gün respublikamızda fəaliyyət göstərən Heydər Əliyev Muzey və mərkəzləri üçün işin düzgün qurulmasında bir nümunədir. Fond tərəfindən göstərilən qayğının nəticəsidir ki, son illər Bakıda, həmçinin respublikamızın şəhər və rayonlarında 50-dən çox Heydər Əliyev Muzeyi və mərkəzi yaradılmışdır. Heydər Əliyev Mərkəzi- Azərbaycanın paytaxtı Bakı şəhərində, Heydər Əliyev prospektində inşa edilmiş araşdırma və beynəlxalq dialoq mərkəzi. Mərkəz böyük bir kompleksdən ibarət olmaqla özündə iri konqres zalı, Heydər Əliyev Muzeyi, sərgi salonları, adminstrativ ofisləri birləşdirir. Mərkəz Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin adını daşıyır. Mərkəzin layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənmişdir. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovdur. Mərkəz müasir Bakının simvollarından biri hesab edilir. Mərkəzin əsas binası üç böyük hissədən ibarətdir: Heydər Əliyev Muzeyi, sərgi zalları və "Auditorium". Binanın doqquz mərtəbəli hissəsində sərgi zalları, ofislər, həmçinin kafelər yerləşir. Dörd mərtəbəli "Auditorium" hissəsində iki konfrans salonu, görüş otaqları və media mərkəzi yerləşir. Binada həmçinin təbii ağaclar və bitkilərdən təşkil olunmuş landşaft ərazisi də formalaşdırılmışdır. Binanın tərkibində müxtəlif interaktiv məlumat köşkləri vardır ki, burada mərkəzə gələn ziyarətçilər burada keçirilən tədbirlər və sərgilər haqqında məlumat əldə edə bilərlər. Mərkəzin birinci mərtəbəsində “Azərbaycan inciləri” adlı sərgi fəaliyyət göstərir. Sərgidə ölkənin tarixi və mədəni irsini əks etdirən unikal eksponatlar nümayiş etdirilir. Sərgidə Azərbaycan tarixinin bütün dövrlərini, həmçinin mədəniyyətinin müxtəlif sahələrini özündə əks etdirən eksponatlar vardır. Sərgidə arxeoloji ekspedisiyalar zamanı Qobustan dövlət tarixi-bədii qoruğundan aşkarlanmış qayaüstü təsvirlər, numizmatika məmulatları, zinət əşyaları, orta əsrlərə aid gil və keramika nümunələri, Tövrat, İncil və Quranın qədim əlyazmalarını görmək mümkündür. Eksponatlar arasında həmçinin müxtəlif regionlara məxsus Azərbaycan milli geyim nümunələri və müxtəlif məktəblərə xas Azərbaycan xalçaları da vardır. Burada həm də qədim Azərbaycan musiqi alətləri də sərgilənir ki, ziyarətçilər onlara yaxınlaşmaqla, həm də alətlərin səslənməsini dinləyə bilirlər. Mərkəzin ən cəlbedici hissələrindən birində Heydər Əliyev Muzeyi fəaliyyət göstərir. Dizaynı və burada tətbiq olunan yeni texnologiyaları ilə fərqlənən muzey Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirir. Burada Heydər Əliyevin həm Sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim edilir. Heydər Əliyev haqqında çəkilən filmləri izləmək istəyənlər üçün müasir avadanlıqlarla təchiz edilmiş xüsusi zal fəaliyyət göstərir. Muzeydə maraq doğuran bölmələrdən biri də ümummilli liderin müxtəlif ölkə rəhbərləri ilə görüşlərini əks etdirən multimediya zalıdır. Muzeyin “Beynəlxalq əlaqələr” bölməsində məlumatlar xüsusi qlobus vasitəsilə çatdırılır. Belə ki, qlobusun üzərində yerləşən hər hansı ölkənin adına toxunduqda, Heydər Əliyevin hakimiyyətdə olduğu dövr ərzində keçirdiyi görüşlər ekranda öz əksini tapır. Muzeydə təqdim olunan Heydər Əliyevin hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medallar, dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələr də nümayiş etdirilən eksponatlar siyahısındadır. 2008-ci ildə Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, onun həyat və fəaliyyətini, xalqımız qarşısındakı xidmətlərinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması məqsədi ilə İsmayıllı rayonunda müasir arxitekturalı möhtəşəm Heydər Əliyev muzeyi binası ucaldılmışdır. 3 mərtəbədən ibarət olan binada muzey və kitabxana yerləşir. Binanın interyeri zövqlə bəzədilmiş və müasir standartlara cavab verir. Muzeydə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlar toplanmışdır. Ekspozisiya zalında ümummilli lider Heydər Əliyevə dair müvafiq filimlərdən kadrların nümayişi, rayonda baş vermiş zəlzələ zamanı (1981-1982-ci illərdə) Heydər Əliyevin xalqla birlikdə olması və zəlzələnin nəticələrinin aradan qaldırılmasında yaxından iştirak etməsi, İsmayıllı-Muğanlı yolunun inşa edilməsi, Girdiman çayı üzərində körpü qurulması, keçilməz dağlıq ərazidən Lahıc qəsəbəsinə avtomobil yolu çəkdirilməsinə və s. aid fotoşəkillərin sərgisi təşkil olunub. Ulu öndərin xatirə günü ərəfəsində-2013-cü il dekabrın 11-də Azərbaycan Memarlıq və İnşaat Universitetində Heydər Əliyev Muzeyinin açılışı olmuşdur. Muzeyin açılışında diqqətə çatdırıldı ki, burada 4 ədəd interaktiv monitor qurulmuşdur. Bu monitorlarda əks olunmuş irimiqyaslı layihələrin əksəriyyətində Heydər Əliyev şəxsən özü iştirak etmişdir. Muzeyin tərtibatında ona görə interaktiv lövhələrdən istifadə olunmuşdur ki, yeni layihələr daim bu lövhələrdə öz əksini tapsın. Respublikamızın bir çox bölgələrində, umimmilli liderimiz, böyük azərbaycanlı, dünya şöhrətli içtimai və siyasi xadim, müasir Azərbaycan Respublikasının və dövlətimizin qurucusu, memarı, dünya azərbaycanlılarının fəxri Heydər Əlirza oğlu Əliyev muzeyi fəaliyyət göstərir. Bu muzeylərdən biri də Naxçıvanda fəaliyyət göstərən Heydər Əliyev muzeyidir. Bu muzey ulu öndərin şərəfinə Azərbaycan Respublikasında yaradılmış ilk muzeydir. Naxçıvanda yaradılmış Heydər Əliyev muzeyinin ölkəmizin digər bölgələrinə yaradılan digər muzeylərdən fərqli cəhəti ondadır ki, ulu öndərimizin həyatı və fəaliyyətindən bəhs edən bu muzey onun anadan olduğu, boya-başa çatdığı, əmək fəaliyyətinə başladığı torpaq olmaqla həm də dahi şəxsiyyətin haqqında çox zəngin və nadir materialların-eksponatların kifayət qədər olmasıdır. Muzeyin ekspozisiyaları, eksponatları, guşələri, sərgiləri. stendləri, və digər görüntüləri ulu öndərimizin yaşadığı şərəfli həyat yolunu və amalını əks etdirir. Ekspozisiyanın baxımlı yerində Heydər Əliyevin ağ mərmərdən işlənmiş büst-heykəli qoyulmuşdur (müəllif heykəltəraş Ömər Eldarov). Çoxlu sayda fotolar, portretlər və şəxsi əşyalar, iş otağında istifadə etdiyi xidməti telefon, qələm, çıraq, müxtəlif əlyazmalar, qızıl qol saatı, qızıl döş nişanı, medallar, nəfis şəkildə hazırlanmış “Əsrin müqaviləsi” kitabça, müxtəlif əlyazmalar və digər qiymətli eksponatlar muzeyin qonaqlarında geniş maraq oyadır. Respublikamızın Prezidenti cənab İlham Əliyev və onun ailə üzvləri də muzeyə tez-tez gələn qonaqlar arasındadır. Fəaliyyət göstərdiyi 10 il ərzində muzeydə bir sıra mühüm əhəmiyyətli tədbirlərin, görüşlərin, təqdimat mərasimlərinin, ulu öndərimizin anım günlərinin və digər tədbirlərin keçirilməsi bir ənənəyə keçirilmişdir. Monitorlar dövrlərə görə 4 yerə bölünür: Sovet dövrü, müstəqilliyin ilk dövrü, müasir dövr və Heydər Əliyev siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş layihələr (Flame Towers, Heydər Əliyev Mərkəzi, Crystall Hall, Ağ şəhər və s.) Onu da qeyd edək ki, 1 il öncə muzeyin hazırlıq dövründə sovet memarlığında modernizmi tədqiq edən Vyana Memarlıq Mərkəzinin əməkdaşları universitetimizdə olmuş və öz tədqiqatları üçün Heydər Əliyevin sovet dövründəki memarlıq və inşaat fəaliyyəti barədə materiallardan istifadə etmişlər. Bu materiallar daha sonra Vyana Memarlıq Mərkəzinin nəşr etdirdiyi kitabda da öz əksini tapmışdır. (DAVAMI BURADA) Aynur TURAN,"Şərqin səsi" qəzetinin Mədəniyyət şöbəsinin müdiriZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.