Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradova Diaspora, Başkeçid 28 декабря 2024 275 0 1 2 3 4 5 Hörmətli Fuad müəllim!Bildiyimiz kimi, dünyanın dört bir yanına səpələnmiş soydaşlarımızı müstəqil Azərbaycan dövlətinin ətrafında birləşdirərək tarixi vətənləri ilə birliyinin və həmrəyliyinin yaradılmasının əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gündə müzəffər Ali Baş Komandanımız, möhtərəm prezdentimiz İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bu sahəyə məsul şəxs olaraq sizin rəhbərliyiniz altında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti bir diaspora təşkilatı olaraq bizi də çox sevindirir və Azərbaycanla Gürcstan arasında dostluq əlaqələrinin genişlənməsinə öz töhfəmizi verməyə təşviq edir.Hörmətli Fuad müəllim!2023-cü ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə rəhbərlik etdiyim "Sazın-sözün Butası" İctimai Birliyi Gürcüstan Respublikasında azərbaycanlıların kompakt yaşadığı bölgələrdə - Qardabani, Dmanisi və Marneuli rayonlarında xalqımızın saz, söz ustadlarına həsr olunan tədbirlər keçirmişdir. İlk tədbir sentyabrın 17-də Qardabani şəhər Mədəniyyət evində aşiq Aslan Kosalıya həsr olunmuş anım tədbiri olmuşdu. Növbəti tədbirimiz noyabrın 5-də Dmanisi rayonunun Hamamlı kəndində ilk özan xanım aşıq Sonanın anım tədbiri oldu. Sonuncu tədbirimiz isə dekabrın 10-da Marneuli rayonunun Qasımlı kəndində görkəmli ustad aşıq Nurəddin Qasımlının anım günü və aşığın seir və xatirələrini əks etdirən "Adıbəlli Nurəddin" kitabının təqdimatı oldu. Hörmətli Fuad müəllim!"Sazin-sözün Butası" İctimai Birliyi Gürcüstanla yanaşı Azərbaycanda da ədəbi-bədii tədbirlər təşkil edir. Çox şadıq ki, son zamanlar Azərbaycanda da təşkil etdiyimiz tədbirlərə də öz dəstəyinizi əsirgəmirsiniz. İyunun 13-də Bakı şəhəri “Xəzər” Universitetində Gəncədə yaşayıb-yaratmış nakam gürcü şairi Nikolas Barataşvilinin anım gününün keçirilməsi və iyulun 28-də Bakı şəhəri, “Atatürk” Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı anım gününün keçirilməsi rəhbərlik etdiyiniz qurumun dəstəyi ilə baş tutmuşdur. Hesab edirik ki, belə tədbirlərin təşkili bizim Gürcüstanda daha fəal iş aparmağımıza əlavə bir dəstəkdir.Hörmətli Fuad müəllim! 2024-ci il aprelin 6-da böyük gürcü şairi İlya Cavcavadzenin ev muzeyində şairin anım gününü qeyd etdik. Mayın 10-da, Qazaxstanın Cimkent şəhərində həmvətənlərimizlə görüşümüz oldu, mayın 12-də Almata şəhərində "Ata yurdu" təşkilatının Başqanı, iş adamı, həmyerlimiz Suleyman müəllimin dəstəyi və Diasporanın əməkdaşları - Sabit və Billurə xanımın köməyi ilə həmyerlilərmizlə gözəl bir görüş kecirildi. Dekabirin 6-da Gurcustanda Ustat sazbənd Bafalı Adıgözəlovun 65 illik Yubileyini təntənəli surətda qeyd etdik.Hörmətli Fuad müəllim!Sizi və rəhbərlik etdiyiniz Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fədakar kollektivini 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni təqvim ili münasibətilə səmimi qəlbdən təbrik edirəm. 2025-ci il xalqımıza və dövlətimizə düşərli və uğurlu il olsun. Sizin dəstəyiniz ilə nəinki Azərbaycanda və Gürcüstanda, eləcə də soydaşlarımızın yaşadığı digər ölkələrdə də milli kimliyimizin təbliği istiqamətində birgə tədbirlər, layihələr həyata keçirməyə hazırıq. Tanrı sizləri qorusun!Hörmətlə, SƏADƏT BUTA "Sazın-sözün Butası" İctimai Birliyinin sədri ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.