SEVGİ HƏR BİR YARANI SAĞAIDAR...

SEVGİ HƏR BİR  YARANI  SAĞAIDAR... Ələ ürəyinin ehtirasını,
Bu çılğın, bu çılğın nəfəsim üstə.
Dilimin ucunda çiçəkləyən söz,
Dərsin nəfəsini qoy səsim üstə.


Görkəmli söz ustadı Telli Sənəm Borçalının poeziyasının öz dadı-duzu, öz rəngi və ahəngi var. Telli Sənəm şeiri kökünü ana torpagı Borçalı elindən, ətrini bu torpaqda cücərən otlardan, çiçəklərdən, səsini göylərində süzən quşlarından, nəfəsini iqlimindən, şeirriyyatını isə ana dilimizin bülbül cəhcəhsinə bənzər ahəngindən almışdır. Sadəlik və səmimilik Telli Sənəm şeirinin şah damarıdır. Buna görə də o, nədən yazır yazsın, necə yazır yazsın, hansı vəzndə, hansı formada yazır yazsın, dəxli yoxdur, yazdıqlarına bizi inandırır, inandırdığına görə də bizi həyacanlandıra bilir. Telli Sənəm seirində saxta pafosa, süni deyimlərə rast gəlmək mümkün deyil. Çünki o,həmişə gördüklərini və duyduqlarını yazmışdır. Heç nə uydurmamış, yalnız ürəyinin səsini dinləmişdir. Hay-küydən uzaq, konkret pretmetdən çixaraq söz demək, Telli Sənəm yaradıcılığını qüvvətləndirir. Özündən sonra gələn nəsillər üçün irs qoya bilir. Telli Sənəm poeziyası başdan-başa isıqlı poezyadır. Bu poeziya qayalardan süzülən çeşmələrin suyu kimi dupduru və yaz günəşi kimi işıqlıdır. Gözəl sənət inciləri yaradan Telli Sənəm özü əvvəlcə bir insan, bir şəxsiyyət kimi ədəb-əxlaq normalarını özünə həyat qayəsi seçdiyindəndir ki,onun bütün yaradıcılığı bu normalrın tərənnımünə həsr olunmuşdur.

Bu şairə xanımın sevgi dolu yaradıcılığından söz açacağımızdan, Füzulidən, xeyir-dua almamaq qəbaət olardı. Dahi şairin hikmətli kəlamlarından birini yada salaq:

Eşqdir hər iki dünyaya zinət,
Eşq ilə dolanar bütün təbiət.
Eşqisiz məqsədə yetişmək olmaz,
Eşq ilə tapılar düzlük, həqiqət.

Əslində dünya sevgidən doğulub. Ürək sevgiyə məhkum bir varlıqdır. Sevgi daş qəlbləri yumşalıb muma döndərə biləcək qədər sehrli bir qüdrətə malikdir. Sevgi-yaradanın belə ən çox sevdiyi nemət olduğunu unutmayaq. Bizi sevgi yaradıb. Biz də sevgini qorumağa borcluyuq. Belə bir sevgini yaradıcılığında yaşadan bir şairə xanımdan sizlərə söhbət açacağam. Bu şairə hələ uşaq yaşlarında ikən yaradıcılığa böyük enerji ilə gəlmişdir. Əlbəttə, uşaq yaşlarında insanın həyatda səmimi və ürəyiaçıq olması o qədər də böyük qəhrəmanlıq deyil. Telli Sənəm bir insan olaraq qəhrəmanlığı ondan ibarətdir ki,o,söz səmimiliyini pozmadan qoruya bilir. O,mənəvi enerjisindən diplomatik istifadə xəyalına düşməyib. Telli Sənəm dünyaya şairə kimi gəlmiş, imzası ilə yaradıcılığını inkişaf etdirir. Telli Sənəm səmimiliyi onun ruhən güclü olmasını göstərir.O,daxili zənginliyindən, intelekt səviyyəsindən çox səmərəli istifadə edir.O,nifrətində də, hətta məhəbbətində də sadəlöv bir güc nümayiş etdirməkdən çəkinmir. Telli Sənəm müasir Azərbaycan poeziyasının ən gözəl şeirlərini yaratmaqda böyük iradə nümayiş etdirir. Və o,məişətdə, ictimai varlığında şair taleyinə yerləşməyən nə vardısa, hamısını daxilindən gələn qeyri-adi bir ehtirasla çixarıb, artırır.

Gözümdə qalxan olub yarama basan,
Gözüm pilləkan deyil,qalxmaq gəlməsin asan.
Mən cavabdeh deyirəm əgər özün gıxılsan,
Neçə qalxan görmüşəm, neçə düşən görmüşəm.

Dodaqlarım susuz səhra kimi,
Səsindən sükut damcılayır...
Bir badə eşq dağılıb ruhuma.

Bir ovuc Şopen musiqisi,
bir pərdə "Ruhani" ,
bir tel "Başsarıtel" qarışıb duyğularıma

Beləcə Eyfel qülləsindən bir yarpaq xatirə əl edir yollarıma...

Sənin gülüşlərin könlümün aynasıdır,
Ömrüm amandır sındırma bu aynanı.

Sənin pıçıltılarını bənövşə kimi, qoymuşam xatirələrin arasında...

Odur ki, Telli Sənəm şeirləri onun mənəvi varlığını deyil, eyni zamanda, sözün geniş mənasında fiziki varliğının təzahürüdür.
Mən Telli Sənəmin az qala hər bir şeirində ona məxsus həyacanları,əhvali-ruhiyyəni, onun keçirə biləcəyi hissləri, yaşaya biləcəyi iztirabları görürəm. Və inanıram ki, həmin gördüyüm istedad təkcə ona aiddir...Umumiyyətlə, Azərbaycan poeziyasında öz poetik sadəlövlüyü və cəsarətilə tərcümeyi-halını bu qədər səmimi bir səxavətlə təqdim edən ikinci bir şairə varsa, o, da Telli Sənəmdir. O,qorxub çəkinmədən hisslərini, duyğularını, düşüncələrindəkini yalnız Allah dərgahında danışacaq, emosional bir təfərrüatla insanlarla danışır.

Gözlərin dəniz kimi hər gün dalğalanır misralarımda...
Hər gün sənin həsrətin dəniz kimi dalğalanır içimdə...
Mən sənin oxunmamış misranam əzizim...

Telli Sənəm yaradıcılığını müasir ədəbiyyatşünaslıq anlayışları ilə izah etmək çətindir. Bu o demək deyil ki, bu anlayışlar çətindir,gücsüzdür. Onun şeirləri o qədər isti, hərarətli, lirik qəhrəmanı o qədər məxsusdur ki,onun şeirlərinə profesional təmkinlə müdaxilə etməklə, Telli Sənəm yaradıcılığının ruhunu adam incitmək istəmir. Mən Telli Sənəm yaradıcılığının qeyri-adiliyini elmi anlayışlarla, akademik mülahizələrlə şərh etməli olduğum halda, yalnız qeyri-adi sənət qarşısında heyrətimi bildirməkdən başqa bir şey eləyə bilmədiyimi hiss etdiyimdən, təəccüblənirəm. Lakin mənə təskinlik verən odur ki,dünyada çox sadə mətləblər var ki,ağıl onun mahiyyətinə varmaq iqtidarında deyil. Onları ancaq duymaq, hiss etmək, min illər boyu necə yaşanıbsa, o cür də yaşatmaq lazımdır.

Məhəbbətin nəfəsilə gül açıb,
Eşq qoxulu o bağçalar o bağıar.
Gecə gündüz adını zar eyləyir,
Sən öpdüyün o şipşirin dodaqlar.

Telli Sənəm insanın hisslərindən, duyğularından özünəməxsus daxili saflığından, təsvirə gəlməyən sənət fədakarlığından özünəməxsus lirikasını yaratmağa çalışır. Telli Sənəm insan həqiqətlərini ədəbiyyata, poeziyaya necə varsa, o cür də gətirir. O,müasir şairlərdən fərqli olaraq mənşəyi bəlli olmayan qəhrəmanlar yaratmağa çalışır. Çünki Telli Sənəm Allah ın yaratmış olduğu insanın daxilən nə qədər mürəkkəb, nə qədər zəngin olduğunu çox gözəl anlayır və başa düşür.
Azərbaycan poeziyasının tarixində məhəbbət mövzularında yazmayan bir şairi təsəvvür etmək çətindir.
Şairə xanımın yazı üslübü, yaradıcılıq manerasına, ideya zənginliyinə və bu rəngarənglikləri doğan vəhdətə heyranam. Telli Sənəm sevgi şairəsidir. Sevgi Allah ın insana bəxş etdiyi ilahi hissdir. İlahinin bəşəriyyətə əta etdiyi sevgi nuru hər kəsdə deyil,o yalnız seçilmiş insanlarda təcəllə tapır. Şairə Telli Sənəm məhz belə seçilmişlərdən-cismində və ruhunda sevgi ziyası daşıyanlardan biridir. Telli Sənəm sevgisinin, məhəbbətinin təzahürü- bir-birinin ardınca səf-səf düzülən yüzlərcə sevgi şeirləridir. Onun hər misrası böyük bir sevginin tarixçəsini özündə əks etdirir. Sevən insan sevgisinin yolunda hər cəfaya qatlaşır.Bir zamanlar gözəllik istinadları Ay,Günəş olan aşiq indi yarına tapınır, pərvanənin eşqiylə yandığı kimi aşiq də sevgilisinin yolunda əriyir. Həyatın mənası xoşbəxtlik, xoşbəxtlyin acarı sevgidir. Sevgi həyatın təməlidir. Dünya sevgi üstündə qurulub. Sevgi hissidir insanı insan edən, onu yaşadan və gələyə səsləyən-kişi ve qadin arasında əbədi var olan məhəbbət... Budur Telli Sənəm şeirinin möcüzəsi. Bu sevginin adı ilə qızının, ondan işıq alan Telli Sənəm poeziyasının Günəşi sevgidir. Nəhayət sevgi dünyasının dərin guşələrində yaşayan fövqəladə gözəllik ona valeh olan, onu təsvir etmək istəyən insan övladına meydan oxumaqla davam edir. Sevgi ilahi hissdir. Hər bir insanın ürəyində, canında, ruhunda bu hiss yaşayır. Çağdaş ədəbi muhitimizdə Telli Sənəm poeziyasında sevgi seirləri də məhz bir insanın sevgi yolunda çəkdiyi, əzabları, eşqin qəmini, vüsal həsrətini, ayrılıqdan doğan hissiyatları və ümumən, sevginin insan həyatında necə rol oynadığı, insan daim muqəddəs hisslərlə yasamağa, mənəvi ucalığa səsləməsinə cağırır.

Dodaqlaımda dodağının ləzzəti,
Ürəyimdə ürəyinin qoxusu.
Kirpik-kirpik gözlərini aç ömrüm,
Qoy mələklər sevgimizi oxusun.

Gözümə güzgüdür, sənin gözlərin,
Ömrüm, baxışından sevgi boylanır.
Sənin məhəbbətin yaz havasıdır,
Canım torpaq kimi, hər gün oyanır.

Ömrüm, günüm məni elə qucaqla,
Paxıllıqdan gözü çixsın həsrətin.
Dodaqlarımdan elə şirin öpüş dər,
Dodaqları uçuqlasın, heyrətin.

Şairə xanım xəyalın dibsiz ənginliklərində qanad çalsa da o, həm də əsl zəmanə şairəsidir. Mücərrədliklə reallığın vəhdətindən doğan bu istəkdə sivilizasiyasının bu günkü inkişaf həddi əks olunmuşdur. Bunu isə yalnız əsl qələm sahibi, sözün həqiqi mənasında sənətkar yarada bilər. Telli Sənəm poeziyasına özünəməxsus pafos verən maraqlı bir cəhət də var ki,bu da şairənin məhəbbət mövzulu şeirləridir. O,konkret sevginin bir neçə qolunu vəhdət halında verə bilməsi məharətdindədir. Şairənin şeirlərində bir-birinin ardınca düzdüyü misralar öz harmoniyası ilə oxucuda dağdan axan şəlalə ahəngdarlığı kimi ruh oxşayacaq təsir gücündədir.

Gəl bu yolun əlindən tutub gedək,
Bu dünyanı, olmuşları, olacaqları unudub gedək.
Qərib xatirə kimi bir kövrək bənövşəni varaqlar arasında qurudub gedək.
Gedək arzu-arzu, umid-ümud,
Dodağında sevgi məğməkəri ciçəkləyən günlərin ömrünə səpilək, gedək ömrün sonuna.
Mənim dodağımda öpüşlərin sənin dodağında hərsrətin gedək bax beləcə,
Heykəlini ucaldaq bu məhəbbətin.

Bəzən insan özü də bilmədən, hiss etmədən məhəbbətə mübtəla olur, onun əsrarəngiz aurasına düşərək olduğu məkanı və zamanı unudur. Bu vaxt insan elə ağlagəlməz fikirlər, ideyalar dilə gətirir ki, bunu ancaq ülvi hisslərlə sevənlər edə bilər. Şairə xanımın yaradıcılığı belə fikirlərlə zəngindir.
Çünki insan yalnız sevgi ilə güksəlir. Dahi Nizaminin təbrincə desək-mehrabı eşqdən olan uca göylərə, yəni Tanrı dərgahına qalxır. Hansı ki,bu məqam ən ali və müqədəssdir. Bu müqədəsslik Telli Sənəm şeirlərində ən ali məqamə çatır.

Bu eşqin odunda alışdım-yandım,
Sənə məhəbbətən külüm danışsın.
Əcəl məkəkləri saçımı hörsün,
Boyunu oxşayan ölüm danışsın.

Sairə xanımın şeirlərində sevgi zirvəçərdəki qardan da təmizdir,şəffafdır, safdır. Çünki sevgi pislikləri üzərinə götürə bilməyəcək dərəcədə günahsızdir,məsumdur. Sevgi ilin hər fəslində donunu dəyişməyən bir ağaca bənzəyir. Ona görə də şairə xanım deyir...Nə yazsan bir o qədər az, yenə yetərsiz olduğunu bilirəm. Bəzən xəcalət çəkirəm yetərsiz misralarımla səni qələmə aldığı ağlımdan. Sənin şənini mədh etməkdən.Bağışla məni sözlərim deyən şairə xanım təvazökarlığını göstərir.
Telli Sənəmin məhəbbət lirikası haqqında çox danışmaq olar. Onun şeirinin hər misrası böyük, yaşanmış (istərsə həyatda, istərsə də xəyallarda) sevgilərdən soraq verir. İnsan məhəbbət üçün, sevib-sevilmək üçün yaşayır. Bu fikir Telli Sənəm yaradıcılığından qırmızı xətlərlə keçib, onun daxili dünyasını bütün incəlikləri ilə oxucuya təqdim edərək, şairənin həyat kradosuna çevrilir.

Sən eşqimin, sən sevgimin əcəli,
Bir az şıltaq, bir az dəcəl, məzəli.
Qurban olum ay Borçalı gözəli,
Gül nəfəsin dərmanımdı, dərmanım.

Sevgi varlığın əsasıdır. Dörd hərflik bu sozün içində min bir məna,möcüzə, sehr var. Sevgi danışanda məntiq susur. Ağıl dinləyir. Qürur isə seyr edir. Meydan yalnız sevginin olur. Sevgi insanda yaşamaq həvəsini artırır. Sanki dünyada tək xoşbəxt varsa, o da sənsən. Həyatda elə şeylər var ki,insandan asılı olmur. Məhz, bəzən sairə xanım bu cür qeyri-adiliklərdən çox maraqlı şəkildə istifadə edir. Sevgi ən dərinliklərdən tapılan incidir.
Şairə xanım şeirin qarşısında ciddi tələblər durduğunu bilir və bunu başqalarına da anlatmağa çalışır. Əslində şeir ürəklərə od salmalıdır. İnsanın duyğu və düşüncələrini öz təsiri altına almalıdır. Məhz Telli Sənəm şeiri ilə qəlblərə od salmağı bacarır.

Hənir aldım ocağının közündən,
Heç doymadım eşq ətirli sözündən.
Dur, yaxın gəl yenə öpüm üzündən,
Şirin səsin dərmanımdı, dərmanım.

Ürəyimi oda salır baxışın,
Duyğulara hopub, sevgi nağışın.
Qollarımı sal boynuma, alışım,
Bu həvəsim dərmanımdı, dərmanım.

Vüsalının gözü hər gün yoldadır,
Lalə kimi ruhum qara xaldadır.
Dodağımda dodağının bal dadı,
Şirin həzzin dərmanımdı, dermanım.

Sevgi fədakarlıq tələb edir. Hər zaman gözləyən olursan. Zaman dayanmır, hərəkət edir. Həyatın əsas qüvvəsi məhz stimullaşdırıcı qüvvəsi məhz sevgidir. Və odur ki,sevgiyə xəyanət etmək günahdır. Məhz sairə xanım xəyanəti şeirlərində həmişə pisləyir.

Bir şeyi də qeyd etmək istəyirəm ki, sevgidən bəhs edən şeirlər nə qədər yeni olsa da,Füzulinin eşq fəlsəfəsinə istnad etmədən nə o seiri yazmaq, nə də onun haqqında bitkin fikir söyləmək olar. Telli Sənəmin poetik təfəkküründə söz və məna ardıcıllığının düzgün təşkili, hökmlərin, arzuların, istəklərin bir zaman daxilində eyni anda nizamı, poeziyada bir-birini əvəz edən, bir-birini tamamlayan müxtəlif anlamda dərk olunan sözlərin bir qəlbdə düzgün yerləşməsini şairə xanımın uğuru kimi dəyərləndirirəm. Bəzən sevgi əvəzinə kədər, kədər yerinə sevgi, ifadə,şeir parçaları, çağırışların, nitq və nidaların bir konteksdə yer tutması şairə xanımın söz dünyasının bəzəyidir.


Burhan Ağayev,
Ali kateqoriyalı və metodist müəllim

Lənkəran


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
SƏNƏM XANIMIN MODERN ŞEİRLƏRİ

SƏNƏM XANIMIN MODERN ŞEİRLƏRİ

Elmi Məqalələr, Rustavi, Başkeçid
SAHİBƏ YUSİF QƏLƏMİNDƏN ÇIXAN FİKİRLƏRƏ ƏDƏBİ TƏHLİL, BƏDİİ YANAŞMA

SAHİBƏ YUSİF QƏLƏMİNDƏN ÇIXAN FİKİRLƏRƏ ƏDƏBİ TƏHLİL, BƏDİİ YANAŞMA

Elmi Məqalələr
MEHMAN RASİMOĞLU (1983)

MEHMAN RASİMOĞLU (1983)

Turan
YADİGAR TƏVƏKGÜL (1980) :

YADİGAR TƏVƏKGÜL (1980) : "EŞQ NAĞILI"

Müsabiqə
HƏKİM-ŞAİRƏ SOLMAZ QƏRİBELLƏ ONLAYN MÜSAHİBƏ

HƏKİM-ŞAİRƏ SOLMAZ QƏRİBELLƏ ONLAYN MÜSAHİBƏ

Rusiya, Diaspora, Köşə yazılar
Telli Sənəm BORÇALI:

Telli Sənəm BORÇALI: "YAŞANMAMIŞ EŞQİ YAŞAT, ƏZİZİM!."

Müsabiqə, Başkeçid
Eşq, məhəbbət İlahi fitrətidir!..

Eşq, məhəbbət İlahi fitrətidir!..

Gənclik, Müsabiqə, Köşə yazılar
Dostluq bayrağısan Müşfiq Borçalı!..

Dostluq bayrağısan Müşfiq Borçalı!..

"SAZLI-SÖZLÜ BORÇALI", Tv, Rustavi, Borçalı, Başkeçid, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Borçalı ətirli misralar VƏ YA

Borçalı ətirli misralar VƏ YA "DÜNYANI DOLAŞAN SAZ HAVASIYAM"

Ədəbi tənqid, Rustavi, Başkeçid

"SİNƏMDƏ DƏNİZTƏK FİKİR ÇAĞLAYIR" - Telli Sənəm BORÇALI

Yeni nəşrlər, Ədəbi tənqid, Başkeçid
TÜRKİYƏDƏN MƏKTUB

TÜRKİYƏDƏN MƏKTUB

Rustavi
Qan təkcə onu tökənlərin deyil, bu mənzərəyə laqeyd qalanların da vicdanınd ...

Qan təkcə onu tökənlərin deyil, bu mənzərəyə laqeyd qalanların da vicdanınd ...

ADPU
Ömrün günortasını yaşayan şair

Ömrün günortasını yaşayan şair

Ədəbi əlaqələr
ADİLƏ NƏZƏR POEZİYASI

ADİLƏ NƏZƏR POEZİYASI

Poeziya, Müsabiqə
TELLİ SƏNƏM BORÇALI (1969)

TELLİ SƏNƏM BORÇALI (1969)

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Rustavi, Başkeçid

"Məktəbli ömrünün Səməd Vurğunu" adlı kitabın təqdimatı keçirilib

Yeni nəşrlər
Yerişi, duruşu nazdı Tellinin...

Yerişi, duruşu nazdı Tellinin...

Borçalı
AzTU-da Səməd Vurğunun 110 illik yubileyi qeyd olunub

AzTU-da Səməd Vurğunun 110 illik yubileyi qeyd olunub

AzTU
Xalq şairi  Məmməd Araz:  “Ramiz Abdullayev sevgi, məhəbbət, ülviyyət  axta ...

Xalq şairi Məmməd Araz: “Ramiz Abdullayev sevgi, məhəbbət, ülviyyət axta ...

Ramiz Abdullayev
Telli Sənəm BORÇALI (MAHMUDLU): Õldürür dünyanın dərd-səri məni...

Telli Sənəm BORÇALI (MAHMUDLU): Õldürür dünyanın dərd-səri məni...

Başkeçid
Rəy yazın: