MİLLİ TƏƏSSÜBKEŞLİK VƏ UNUDULMAZ XEYİRXAHLIQ

MİLLİ TƏƏSSÜBKEŞLİK VƏ UNUDULMAZ XEYİRXAHLIQ Gürcüstanın Bolnisi rayonundakı şəhər tipli Kazreti qəsəbəsində yaşayıb-yaradan dəyərli ziyalımız, ötən əsrin təlatümlü 90-cı illərində Kazreti orta məktəbindəki Azərbaycan bölməsinin bağlanmaması üçün əlindən gələni əsirgəməyən, hətta deyərdim ki, bütün var gücü ilə böyük fədakarlıq edərək, həmin məktəbin yaşamasına və hətta, inkişaf edərək, daha da böyüməsinə nail olaraq, özünü sözün əsl mənasında, görkəmli maarif xadimi, təhsil fədaisi kimi tanıdan, hələ gənclik illərindən öz imzasını istedadlı şair-publisist kimi təsdiq edən əziz qardaşımız İbrahimxəlil Tamıyev bu gün, elə bir az öncə mənimlə söhbət edərkən, unudulmaz bir xeyirxahı - "Yurddaş" qəzetinin baş redaktoru, eyni zamanda "Yurddaş" Cəmiyyətinin (sonralar "Yurddaş" Partiyasının) sədri, Azərbaycan Respublikası Milli Məclisinin 2-ci çağırış deputatı olmuş, unudulmaz və dəyərli ziyalımız, mərhum Mais Səfərlini yada salaraq, onun böyük və əvəzsiz bir xeyirxahlığını xatırladı və sağ olsun, mənə də xatırlatdı...

İbrahimxəlil müəllim bildirdi ki, 1991-ci ildə Gürcüstan Təhsil Nazirliyinin qərarı ilə, respublikanın bütün ümumtəhsil məktəblərində “Rus dili” fənninin tədrisi ləğv olundu, bütün məktəblərdə həmin dərslərin əvəzində “Ana dili” fənninin dərs yükü artırıldı. Beləliklə, gürcü məktəblərində “Gürcü dili”, erməni məktəblərində “Erməni dili”, rus məktəblərində “Rus dili” fənni tədris olunduğu kimi, eynilə də, Azərbaycandilli məktəblərdə “Azərbaycan dili” fənni tədris olunmağa başladı. Bildiyimiz kimi, həmin illərdə, bütün dərsliklər Azərbaycan Respublikasından göndərilirdi. Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində “Azərbaycan dili” fənni I-VIII (sonralar isə I-IX) siniflərdə tədris olunurdu. IX-X (sonralar X-XI) siniflərdə ümumiyyətlə “Azərbaycan dili” fənni tədris olunmadığından, həmin siniflər üçün “Azərbaycan dili” fənni üzrə dərslik kitabları da mövcud deyildi.

Elə buna görə də, məhz həmin vaxt A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun (sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universiteti adlanan, indiki İlya Universitetində) Azərbaycan dili və ədəbiyyatı kafedrasında çalışan, “Azərbaycan dili” metodbirləşməsinin rəhbəri, filologiya elmləri doktoru, professor Mədəd Çobanov Gürcüstan Təhsil Nazirliyinin Metod Şurasında öz təşəbbüsü ilə X-XI siniflər üçün (daha sonra isə XII siniflər üçün) ilk dəfə “Azərbaycan dili” fənninin proqramlarını və dərsliklərini hazırlamağı öz üzərinə götürdü.

O, təcili olaraq qısa bir müddətdə X-XI siniflər üçün (daha sonra isə XII siniflər üçün) ilk dəfə “Azərbaycan dili” fənninin proqramlarını hazırlayıb Təhsil Nazirliyinə təqdim etdi. Həmin proqramlar Gürcüstan Təhsil Nazirliyi tərəfindən təsdiq olunduqdan sonra “Gürcüstan” qəzetinin 27 iyun 1991-ci il tarixli sayında dərc olundu.

Elə həmin yay professor Mədəd Çobanov Gürcüstan Təhsil Nazirliyinin Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycandilli ümumtəhsil məktəblərinin X-XI siniflərində "Azərbaycan dili" fənnini tədris edən müəllimlərin bir aylıq təkmilləşdirmə kursunu təşkil etdi. Həmin kurslarda Azərbaycan dili və ədəbiyyatı müəllimlərinə yeni proqramla bağlı mühazirələr oxudu, metodik məsləhətlər və tövsiyyələr verdi...

MİLLİ TƏƏSSÜBKEŞLİK VƏ UNUDULMAZ XEYİRXAHLIQ

Daha sonra professor Mədəd Çobanov X, XI və XII siniflər üzrə “Azərbaycan dili” (“Azərbaycan-Türk dili”) dərsliklərini hazırladı. Həmin kitablar da Gürcüstan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olundu və 1992-1993-cü illərdə “Qanatleba” (“Maarif”) nəşriyyatı tərəfindən hər biri 1000 nüsxə tirajla çap olunaraq Azərbaycan dilli məktəblərə paylandı. Sözsüz ki, 1000 nüsxə kitab Gürcüstandakı Azərbaycandilli məktəblər üçün olduqca az idi.
1990-cı illərdə 70 mindən çox şagirdin təhsil aldığı 240-dan çox təhsil ocağının (təxminən 200 Azərbaycandilli məktəbin və 40-dan çox Azərbaycandilli bölmənin) “Azərbaycan dili” kitabına olan ehtiyacını məhz həmin illərdə "Yurddaş" qəzetinin baş redaktoru, eyni zamanda "Yurddaş" Cəmiyyətinin (sonralar "Yurddaş" Partiyasının) sədri, Azərbaycan Respublikası Milli Məclisinin 2-ci çağırış deputatı olmuş, unudulmaz ziyalımız mərhum Mais Səfərli ödədi.

MİLLİ TƏƏSSÜBKEŞLİK VƏ UNUDULMAZ XEYİRXAHLIQ

Mais müəllim həmin illərdə Azərbaycan “Yurddaş” Partiyasının sədr müavini və Azərbaycanın ilk rəsmi milyarderi olmuş, həm də xeyirxahlığı və səxavətliliyi ilə bütün respublikada şan-şöhrət qazanmış məhrum Yelmar Məmmədovun dəstəyi ilə, X, XI və XII siniflər üçün “Azərbaycan dili” (“Azərbaycan-Türk dili”) dərsliklərinin hər birini ayrı-ayrılıqda təkrar olaraq daha min nüsxə tirajla çap etdirdi.

MİLLİ TƏƏSSÜBKEŞLİK VƏ UNUDULMAZ XEYİRXAHLIQ

Həmin kitabları həmin illərdə “Yurddaş” qəzetinin redaktoru vəzifəsində çalışan dəyərli soydaşımız, tanınmış alim-jurnalist Şahbaz Şamıoğlunun və «Yurddaş» qəzetinin Gürcüstan üzrə xüsusi müxbiri Murtuz Fərhadoğlunun vasitəsilə Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli məktəblərə hədiyyə göndərdi...

Bu qiymətli hədiyyələrə, əvəzsiz və təmənnasız xeyirxahlığa görə həmin kitabların müəllifi – görkəmli türkoloq, tanınmış dilçi-alim, mərhum akademik Mədəd Çobanovun, eyni zamanda, xeyirxah və unudulmaz insanlar - mərhum Mais Səfərlinin və mərhum Yelmar Məmmədovun ruhları qarşısında bir daha böyük hörmət və ehriramla baş əyirik. Allah hər üçünə rəhmət eləsin. Məkanlları cənnət, Ruhları şad olsun...
Çox hörmətli İbrahimxəlil qardaşımıza, eləcə də, dəyərli soydaşlarımız Şahbaz Şamıoğluna və Murtuz Fərhadoğluna isə uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az



MİLLİ TƏƏSSÜBKEŞLİK VƏ UNUDULMAZ XEYİRXAHLIQ MİLLİ TƏƏSSÜBKEŞLİK VƏ UNUDULMAZ XEYİRXAHLIQ
MİLLİ TƏƏSSÜBKEŞLİK VƏ UNUDULMAZ XEYİRXAHLIQ MİLLİ TƏƏSSÜBKEŞLİK VƏ UNUDULMAZ XEYİRXAHLIQ
MİLLİ TƏƏSSÜBKEŞLİK VƏ UNUDULMAZ XEYİRXAHLIQ MİLLİ TƏƏSSÜBKEŞLİK VƏ UNUDULMAZ XEYİRXAHLIQ




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Qarayazıda akademik Mədəd Çobanovun ömür yoluna həsr olunmuş açıq dərs keçi ...

Qarayazıda akademik Mədəd Çobanovun ömür yoluna həsr olunmuş açıq dərs keçi ...

Tiflis, Borçalı, Bolus, Darvaz, Qarayazı, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Gürcüstanda “Ana dilimiz – varlığımızdır!” mövzusunda  inşa yazı müsabiqəsi ...

Gürcüstanda “Ana dilimiz – varlığımızdır!” mövzusunda inşa yazı müsabiqəsi ...

Gürcüstan, Borçalı, Başkeçid, Bolus, Darvaz, Qarayazı, Qaraçöp, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Professor Mədəd Çobanovun orta məktəblərin yuxarı sinifləri üçün yazdığı

Professor Mədəd Çobanovun orta məktəblərin yuxarı sinifləri üçün yazdığı " ...

Yeni nəşrlər, Tiflis, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai orta məktəblərin  Pe ...

Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai orta məktəblərin Pe ...

Fond, Müsabiqə, Gürcüstan, Tiflis, Borçalı, Başkeçid, Bolus, Darvaz, Qarayazı, Qaraçöp, Qabal, Qaracalar, Elanlar, Mədəd Çobanov
Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai orta məktəblərin  Pe ...

Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai orta məktəblərin Pe ...

Fond, Elm, Təhsil, Məktəblər, Diaspora, Gürcüstan, Tiflis, Başkeçid, Bolus, Darvaz, Qarayazı, Qaraçöp, Qaracalar, Ağbulaq, Zalqa, TDPİ-nin Azərbaycan bölməsi, Elanlar, Mədəd Çobanov
XALQINI, VƏTƏNİNİ SEVƏN,  MİLLİ DÜŞÜNCƏYƏ MALİK ƏSL VƏTƏNDAŞ, İŞGÜZAR ALİM, ...

XALQINI, VƏTƏNİNİ SEVƏN, MİLLİ DÜŞÜNCƏYƏ MALİK ƏSL VƏTƏNDAŞ, İŞGÜZAR ALİM, ...

ADPU, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

ADPU, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Mədəni surətdə pambıqla elə baş kəsərlər ki, heç ruhun da inciməz

Mədəni surətdə pambıqla elə baş kəsərlər ki, heç ruhun da inciməz

Gürcüstan, Qarayazı
Filologiya elmləri namizədi Akif Nuriyev (1937-2001)

Filologiya elmləri namizədi Akif Nuriyev (1937-2001)

TDPİ-nin Azərbaycan bölməsi, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
Ziyalılar Gürcütanda Azərbaycan dilli universitetin təsis edilməsi ilə bağl ...

Ziyalılar Gürcütanda Azərbaycan dilli universitetin təsis edilməsi ilə bağl ...

Borçalı
ABAY PAŞAYEV (1958)

ABAY PAŞAYEV (1958)

TDPİ-nin Azərbaycan bölməsi
GÜLYAZ ƏLIYEVA  (1957-2011)

GÜLYAZ ƏLIYEVA (1957-2011)

TDPİ-nin Azərbaycan bölməsi, Kaspi
Azərbaycanın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Azərbaycandilli ...

Azərbaycanın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Azərbaycandilli ...

Tiflis, Qarayazı, Diaspora
Gürcüstan parlamentinin mojaritar deputatı Savalan Mirzəyev Azərbaycandilli ...

Gürcüstan parlamentinin mojaritar deputatı Savalan Mirzəyev Azərbaycandilli ...

Qarayazı, QHT
Borçalı məktəblilərinə dərslik göndərilmişdir

Borçalı məktəblilərinə dərslik göndərilmişdir

"Borçalı" Cəmiyyəti
Azərbaycan Təhsil Nazirliyi Gürcüstandakı azərbaycandilli məktəblərə 16900  ...

Azərbaycan Təhsil Nazirliyi Gürcüstandakı azərbaycandilli məktəblərə 16900 ...

Nazirlik, Tv, Gürcüstan, Tiflis, Müşfiq Borçalı, Diaspora
AD GÜNÜNÜZ MÜBARƏK, ZEMFİRA MÜƏLLİMƏ!..

AD GÜNÜNÜZ MÜBARƏK, ZEMFİRA MÜƏLLİMƏ!..

TDPİ-nin Azərbaycan bölməsi, Məktəblər, Bolus, Təbriklər
Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər təqdim ediləcək

Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər təqdim ediləcək

Tiflis
Gürcü dili üzrə mütəxəssis xidmətləri tələb olunur

Gürcü dili üzrə mütəxəssis xidmətləri tələb olunur

Təhsil, Gürcüstan, Elanlar
Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

TDPİ-nin Azərbaycan bölməsi, Başkeçid, Təbriklər
Rəy yazın: