DÜNYAYA SƏS SALAN SƏRKƏRDƏ "Elm və Təhsil", Köşə yazılar 15 ноября 2023 2154 100 1 2 3 4 5 Dahi Nizami Gəncəvi “Xosrov və Şirin" əsərində demişdir:Çox da acıqlanma bərk savaş olar,Torpaq bərkidikcə dönüb daş olar.Azərbaycan xalqı əsrlər boyu bir çox tarixi günlərə şahidlik etmiş, ağrılı-acılı dönəmlərlə yanaşı, qürurverici və sevincli günlər də yaşamışdır. İkinci Vətən müharibəsinin Qələbə ilə başa çatması zəngin tariximizi daha da zənginləşdirərək, gələcək nəsillərə fəxr ediləcək yeni bir tarix yazdı.Ümummilli lider Heydər Əliyev işğal olunmuş torpaqların gec-tez azad olunacağını və məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıdacaqlarını hər bir çıxışında söyləyirdi. Ikinçi Vətən müharibəsi uzaqgörən siyasətçinin bu sözlərinin həqiqətə çevrildiyini Azərbaycan xalqına göstərdi.Əsl qəhrəmanlıq fəlakət zamanı üzə çıxır.İkinci Qarabağ müharibəsi Azərbaycanın hərb tarixində özünə qızıl hərflərlə yazılmış bir səhifə açdı. Otuz il düşmən işğalında qalan Qarabağ torpağımızın azad olunmasında göstərdiyimiz humanisliyi dünya ölkələri görməzdən gəldi. Lakin səbrin bir sonu olur.Ölkənin Ali Baş Komandanı cənab İlham Əliyev bu səbrimizə bir son verdi. Mənfur düşmənin silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobudcasına pozaraq müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bir neçə istiqamətdən Azərbaycan Respublikasının hərbi mövqelərini və dinc əhalinin yaşadığı məntəqələri atəşə tutdu. Bu elan olunmayan müharibə idi.Erməni hərbi birləşmələrinin törətdiyi təxribat və aramsız açdığı atəşlər nəticəsində hərbçilər və mülki şəxslər arasında ölən və yaralananlar oldu. Düşmənin hərbi təcavüzünün zərərsizləşdirilməsi üçün 27 sentyabr 2020-ci ildə cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qaldı. Torpaqlarımız bir-birinin ardınca sürətlə düşmən işğalından azad edildi və bir ay iki həftə (27.09.2020-08.11.2020) ərzində sürən müharibə Azərbaycan Ordusunun zəfəri ilə başa çatdı. Bu zəfər Azərbaycanın tarixində demək olar ki, görünməyən bir hadisə oldu. İki yüz ildən artıq başqa dövlətlər tərəfindən işğal olunmuş topraqlarından bu günə kimi bir kilometr də olsa azad olunmamış Azərbaycan, bu gün misli görünməmiş bir zəfəri yaşadı.Bu zəfər 44 gün ərzində vətənpərvər şəhid və qazilərimizin, nizami Milli Ordumuzun canı, qanı bahasına, eləcə də Ali Baş Komandan İlham Əliyevin əzmkarlığı, prinsipiallığı nəticəsində qazanıldı.Məlumdur ki, XX əsrin 80-ci illərinin sonu, 90-cı ilin əvvəllərində Ermənistan adlı dövlət(bizim əzəli torpaqlarımızda yaratmış olduqları dövlət)Azərbaycanın tarixi torpaqlarına qarşı ərazi iddiaları ilə ölkəmizə qarşı hərbi təcavüzə başlamışdılar. Sovetlərin tərkibindən ayrılan, yenicə müstəqilliyə imza atan, hələ heç bir hərbi-siyasi strukturu formalaşmayan Azərbaycana qarşı hərc-mərclikdən istifadə edən Ermənistan, havadarlarının köməkliyi ilə torpaqlarımızı bir-birinin ardınca işğal etdi. 20%-dən bir qədər artıq torpaqlarımızı zəbt edən düşmən imzalanan atəşkəsə, bağlanan müqavilələrə məhəl qoymayaraq 30 il işğalçılıq siyasətindən geri durmadı.Ali Baş Komandan cənab İlham Əliyevin bacarığı və dözümlü, səbrli, ağıllı siyasətinin nəticəsində 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan etibarən Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi. Elə ilk gündən başlayaraq ordumuzun igid əsgər və zabitləri şəhadətə ucalaraq, yaralanaraq canları bahasına torpaqları işğaldan azad etməyə başladılar.Cənab Prezidentimizin rəhbərliyi, ordumuzun yanında olması əsgər və zabitləri daha da ürəkləndirərək, onlara ruh verdi və irəli getməyə həvəsləndirdi.Otuz il ərzində düşmənin işğal etdiyi torpaqlarımızda basdırılan minlərlə minalar, silah-sursat anbarları Ordumuz tərəfindən aşkar olunaraq məhv edildi. Müharibədə çalmış olduğumuz qələbəmizdən 3 il ötməsinə baxmayaraq hələ də düşmənin gizlətdiyi silahlar, basdırdıqları minaların tapılıb üzə çıxarılması və məhv edilməsi davam edir.Dünyanın güc dövlətləri erməni işğalçılarına istər mənəvi, istərsə də maddi köməklik göstərsələr də Azərbaycanın nizami, müzəffər ordusunun qarşısında düşmən tab gətirə bilmədi. Bu bizim Ali Baş Komandanın ağıllı və ədalətli siyasətinin təzahürü idi.Dünyaya səs salan sərkərdəmiz, Ali Baş Komandanımızın cəsarətli çıxışları bir daha Azərbaycanın qarşısında heç bir haqsızlığın, ədalətsizliyin dura bilməyəcəyini göstərdi. Cənab Prezidentin “DəmirYumruq”u dillərdə dastana döndü. Azərbaycan Ordusunun sonrakı əməliyyatları “Dəmir Yumruq” adı altında əks-hücum əməliyyatlarına başladılar.Müzəffər Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm “Zəfər” hərb tariximizə qızıl hərflərlə yazıldı.Ali Baş Komandanın müharibə ərəfəsində xalqa müraciəti Azərbaycan xalqı tərəfindən unudulmayacaqdır:“Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq.. Bizim işimiz haqq işdir. Biz zəfər çalacağıq. QARABAĞ BİZİMDİR, QARABAĞ AZƏRBAYCANDIR!” deməsi nəinki ordumuzun əsgər və zabitlərini, hətta döyüşmək üçün növbə gözləyən gəncləri də ruhlandırdı.Döyüşlərdə iştirak etmiş on minlərlə hərbçi cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında müxtəlif orden, medal və fəxri adlarla təltif olundular. “Vətən Müharibəsi Qəhrəmanı”, “Milli Qəhrəman”, “Vətən uğrunda”, “İgidliyə görə”, “Zəfər”və digər orden və medallara layiq görüldülər.2020-ci ilin 10 dekabr tarixində isə Azərbaycanın Vətən müharibəsinin möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər Paradı keçirildi. Paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla Vətən müharibəsində şəhid olan azərbaycanlıların sayı qədər türk əsgərləri iştirak etdi. Bu bir daha bizim “Bir millət, iki dövlət” olduğumuzu bütün dünyaya bəyan etdi.Zəfər paradında igid ordumuzun şəxsi heyəti ilə yanaşı müasir hərbi texnikamız və ələ keçirilən hərbi qənimətlərin bir qismi nümayiş olundu. Ən maraqlısı isə ermənilərə gözdağı olan Şuşaya sancılmış Qələbə Bayrağının nümayişi oldu.Müharibə ölkəmizi dünyaya bir daha müzəffər ordusu olan ölkə kimi tanıtdırdı. Ali Baş Komandanın dünyanın 30-dan çox media qurumlarına verdiyi müsahibə dövlət başçımızın səriştə və bacarığını, diplomatik natiqlik qabiliyyətini bir daha göstərdi.30 il ərzində düşmən tərəfindən işğal olunmuş torpaqlarımızın xarabazara çevrilməsini bütün dünya gördü. Vətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra azad olunmuş torpaqlarda bərpa, təmir və tikinti işlərinə başlandı. Sürətlə davam edən tikinti-bərpa işləri gedə-gedə cənab Prezidentin Şuşada, Çıdır düzündə alovlandırdığı Novruz tonqalı, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya günləri xalqımıza uzun illərin həsrətinin sevincini yaşatdı.Hal-hazırda öz doğma yurd-yuvalarından məcburi köçkün düşmüş insanların işğaldan azad olunmuş və minalardan təmizlənmiş yurdlarına qayıdışı başlanmışdır.İşğalda qalan Xankəndinin, Xocavəndin və Xocalının 2023-cü il 19 sentyabr tarixində antiterror nəticəsində azad edilməsi cəmi iyirmi üç saat çəkdi. Zəbt olunmuş Qarabağ torpaqlarımız bütünlüklə Azərbaycan Ordusunun nəzarətinə keçdi. Birgünlük qanlı döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu həyatını itirdi, 511 hərbi qulluqçu isə yaralandı. Bu qəhrəman oğulların igidliyi və şəhidliyi hesabına Qarabağımız özümüzə qayıtdı.Allah şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!Prezident İlham Əliyev hər bir çıxışında Azərbaycanın haqlı olduğunu qeyd edir. “Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və birlik onsuz da cəmiyyətdə var idi. Ancaq zəfərdən sonra bu daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, diriləcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”.PƏRİXANIM MİKAYILQIZI“Elm və Təhsil”, “Şərqin səsi” qəzetlərinin baş redaktoru, Dövlət qulluğunun baş müşaviri,AJB-nin üzvü, şair-nasir, F.b.Köçərlinin tədqiqatçısı ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.