BAKIDAKI "ZEYTUN BAĞI" PARKINDA BÖYÜK ABADLIQ İŞLƏRİ APARILMIŞDIR Köşə yazılar 26 апреля 2024 2406 0 1 2 3 4 5 Bakı şəhərinin abadlaşdırılması, mövcud yaşıllıqların yenidən qurulması və yeni yaşıllıqların salınması daim diqqət mərkəzindədir və bu sahəsində son vaxtlar xeyli təqdirəlayiq işlər görülmüşdür. Dövlət başçısı İlham Əliyevin şəhərimizin abadlaşdırılması və yeni yaşıllıqların salınması haqqında müvafiq Sərəncamları əsasında 9-cü mikrorayon ərazisində - Göz xəstəlikləri İnstitutunun qarşısında yerləşən Zərifə Əliyeva adına parkın əhatəsində olan böyük bir ərazinin – "Zeytun bağı"nın park əhəmiyyətli bağa çevrilməsi dediklərimizi bir daha təsdiqləyir. Park ətrafında aparılan yaşıllaşdırma və gül-çiçəklərin zövqlə əkilməsi və qulluq edilməsi hər zaman diqqət mərkəzində olmuş və parka gələnlərin zövqünü oxşamışdır. Amma parkın əhatəsində olan bağ əvvəllər yalnız zeytun ağacları ilə əhatə olunmuş meşəlik sahəyə bənzəyirdi. Hazırda isə bağda böyük abadlıq işləri aparılmış - velosiped sürmək və yürüş üçün müəyyənləşdirilmiş kilometrlərlə asfalt zolaq yol salınmışdır. Bağda park əhəmiyyətli xüsusi görüntüsü ilə diqqəti cəlb edən axşam və gecəyarı işıqlandırma sistemi yaradılmışdır. Əvvəllər Nəsimi metrosundan 9-cu mikrorayon ərazisinə kiçik dar torpaq cığırlarla qaranlıqda qorxu içində addımlayan insanlar indi rahatlıqla tək və kütləvi şəkildə gəzintiyə çıxır və istənilən saatda yollarını rahat, qorxusuz davam etdirə bilirlər. Halbuki bir az əvvəllər - 2 il öncə axşam saat 8-dən sonra bu bağdan qorxaraq keçən insanların vahiməli, tükürpədici qışqırıq səslərini tez-tez eşitmək olurdu. Sürü şəkilində yiyəsiz itlərin hücumlarına məruz qalan adamların çığırtısıdan qulaq batırdı. İndi isə Leyla Əliyevanın Heyvanlara qulluq təşkilatının üzvləri tərəfindən itlərə peyvəndə iynələri vurulduqdan sonra bağa gətirilir və qida ilə təmin olunurlar. Odur ki, itlərə qarşı da qorxu hissləri artıq dəf olunub. Bağın zeytun ağacları budanaraq xüsusi görüntüyə salınıb, asfalt səkilərin kənarında yasıllaşdırma və zövq oxşayan yaşilladırma zolaqları əkilib, quruyan zeytunların yerində yeni zeytun tingləri əkilib. Bağın abadlaşdırılması 6-cı və 9-cu mikrorayon əhalisinin çox əlverişli şəraitdə istirahət etməsinə şərait yaradıb. Futbolun inkişafı və gənclərin həvəs və marağını artırmaq, futbol həvəskarlarının vaxtlarını səmərəli keçirmələri üçün böyük, standartlara uyğun futbol meydançası, yaxınlığında isə geyinmə-soyunma, yuyunma üçün bütün rahatlığı təmin edən tikili inşa edilərək istifadəyə verilib. Bağın qarşısında isə təbiətindən zövq alaraq dincəlmək üçün kafe, çayxana istifadəyə verilib. Yay fəsilində və qışda, xüsusilə, qar yağarkən insan sayının çoxluğundan gözəl bir abi-hava yaranır, yaşının fərqi olmadan qartopu oynayan, qar adamı düzəltməklə məşğul olan, xizəklə sürüşən insanların qəhqəhə və sevinc səsləri sanki insanları rayon abi-havasına, dağ qoynuna aparır. Halbuki əvvəllər burada tək-tək evlərinə getmək üçün keçən insanları görmək olardı. Şəhətin müxtəlif yerlərindən kütləvi axın şəkilində gələn insanların sayı buranı sanki dənizkənarı bulvara bənzədir. Yaxın-yaxın qoyulmuş oturacaqlar əhalinin, uşaqlı ailələrin səmərəli istirahət etməsinə şərait yaradır. Dörd-bir tərəfdən binalarla əhatə olunmuş bu bağın görünüşü xüsusi maraq və gözəl duyguların yaranmasına səbəb olur. Bəli, dövlət başçısının şəhərsalma və abadlaşdırılma ilə bağlı verdiyi sərəncamların həyata keçirilməsi, ölkəmizdə aparılan abadlıq işlərinin təqdirəlayq olduğunun şahidi olan əhalinin və şəhərimizə gələn qonaqların sevincinə səbəd olur. Yaşıllıqlar mərkəzinə çevrilən Bakının görüşnüşü hər zaman diqqət mərkəzindədir. Bu da gözəlliyi ilə fərqlənən Azərbaycanın paytaxtı Bakı şəhərin rənginə yeni rəng qatir.İlhamə Sabirqızı,Azərbaycan dili və ədəbiyyatı müəllimiZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.