HİCRAN FUAD ƏHMƏDLİNİN KİTABLARININ TƏQİMATI KEÇİRİLİB

HİCRAN FUAD ƏHMƏDLİNİN KİTABLARININ TƏQİMATI KEÇİRİLİB TƏBRİK EDİRİK!..

2026-cı il oktyabr ayının 17-də
Bakı şəhəri, Səbail rayonunda yerləşən
Gənclərə Yardım Fondunun
H.Z.Tağıyev adına zalında
istedadlı qələm dostumuz,
ZiM.Az saytının redaktoru,
TYB-nin üzvü, "Qızıl qələm",
"Zirvə"
və "Zəfər" media
mükafatları laureatı
Hicran Fuad Əhmədlinin
kitablarının təqdimat mərasimi
keçirilmişdir.


Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla anılmışdır.

Şair-qiraətçi Cəbrayıl Qənbər aparıcılıq etdiyi təqdimatda müəllifin "Qapımı Döyən Səs" poeziya, "Zülmətdən İşığa Doğru" hekayələr və "Qan Qoxusu" adlı detektiv hekayələrdən ibarət kitabları oxuculara təqdim olunmuşdur.

Qeyd edilmişdir ki, kitablar təqdimat üçün fondun rəhbərliyi və məsul şəxslər tərəfindən nəzəri baxışdan keçrilmiş, kitablarda Hicran Fuad Əhmədlinin gələcək nəsillərə çatdırmaq istədiyi vətənpərvərlik hissi xüsusi diqqət çəkmişdir və fondun prezidenti tərəfindən alqışlanaraq, təqdimata rüsxət yaradılmışdır.

Təqdimata müəllifin oxucuları ilə yanaşı, şair və yazarlar, eyni zamanda, AYB-nin Aran Bölümünün sədri hörmətli Sərvaz Əsgərli də iştirak edərək, müəllifə tövsiyə və arzularını çatdırmışdır.

Kitabların redaktoru, filoloq, hörmətli pedaqoq Əziz Orucov, öz dəyərini verərək, əsərlərin redaktəsi zamanı öz üzərinə düşən məsuliyyətindən söz açmışdır.

"Həqiqətlə üz-üzə" qəzetinin baş redaktoru Elbəyi Salman qonaq qismində çıxış etmiş, müəllifə öz arzularını çatdırmışdır.

Bundan əlavə, AYB-nin nüfuzlu üzvləri - Aləmzər İlay, Səidə Əşrəfqızı, Sevil Azadqızı, İlyas Əfəndi, Xəlil Mirzə, Cəlil Zəbhulla və "Azərbaycan" qəzetinin əməkdaşı Daşdəmir Əjdəroğlu iştirak edərək, çıxışlar etmişlər.

"Sosial Dövlət Naminə" ictimai birliyinin idarə heyətinin qərarı ilə müəllifə "Qarabağ Azərbaycandır!" fəxri diplomu təqdim olunmuşdur.

"Qapımı Döyən Səs" poeziya kitabında əsasən vətənpərvərlik, türkçülük, ibrətamiz, sevgi, ağrılı və payız ruhlu silsilə şeirlər yer almışdır.

Müəllifin "Zülmətdən İşığa Doğru" kitabında müxtəlif mövzularda, eləcə maraq doğuran hekayələr oxucuların ixtiyarına verilmişdir.

İştirakçıların və oxucuların diqqətinə səbəb olan müəllifin son kitabı "Qan Qoxusu" adlı detektiv hekayələr toplusudur. Bu kitabda ötən əsrin ortalarında baş verən qatı və silsilə cinayətlər göstərilmişdir. Eləcə də, müəllif təxəyyülünün məhsulu olan hekayələr də kitabın bir hissəsini təşkil edir. Əsərlərin hər biri ibarət dolu olmaqla, gənc nəsillərin cinayətdən daşınması xarakteri daşıyır. Bu əsərlər qan tökməyin hər iki tərəfin, hətta bir neçə ailənin məhvinə, cəmiyyətin sarsılmasına necə yol açdığını büsbütün ortaya qoyur. Təbii bizə yaxşı məlumdur ki, heç bir insan anasından qatil doğulmur. Bəzi hallarda tərbiyədə olan boşluq, bəzi hallarda isə cəmiyyətin, ətraf mühitin təsiri də qaçılmaz rol oynayır.

Təqdimatda nəinki paytaxt ədəbi mühiti, bununla yanaşı bölgə ədəbi mühiti də qonaq qismində iştirak etmişdir. İki saat yarım ərzində H.Z.Tağıyev adına konfrans zalında anşlaqla keçirilən tədbirin sonunda müəllif öz imzası altında kitablarını oxucularına təqdim etmişdir. Təqimatın sonunda xatirə şəkilləri çəkilərək, tədbir başa vurulmuşdur.

Biz də Redaksiya Heyətimiz adından, istedadlı qələm dostumuz, ZiM.Az saytının redaktoru, TYB-nin üzvü, "Qızıl qələm", Zirvə" və "Zəfər" media mükafatları laureatı, çox hörmətli Hicran Fuad Əhmədlini yeni kitablarının təqdimat mərasimi səviyyədə keşirilməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

ZiM.Az

HİCRAN FUAD ƏHMƏDLİNİN KİTABLARININ TƏQİMATI KEÇİRİLİB



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Hicran Fuad Əhmədli “ZiM.Az” saytına redaktor təyin olunub

Hicran Fuad Əhmədli “ZiM.Az” saytına redaktor təyin olunub

Təbriklər
Müşfiq Borçalı

Müşfiq Borçalı "MUSTAFA KEMAL ATATÜRK" Qızıl medalı ilə təltif olunub

Turan, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər, Müşfiq Borçalı

"Borçalı Cəmiyyəti" İB-də Müşfiq Borçalının 55 illik yubileyinə həsr olun ...

Humanitar elmlər, AzTU, Gürcüstan, Tiflis, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər, Müşfiq Borçalı, "Borçalı" Cəmiyyəti
“ZiM.Az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

“ZiM.Az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

Əsas xəbər, Humanitar elmlər, AzTU, Borçalı, Bolus, Darvaz, Təbriklər, Müşfiq Borçalı
Səxavət Ənvəroğlunun yeni kitabı çıxıb

Səxavət Ənvəroğlunun yeni kitabı çıxıb

Yeni nəşrlər
Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Təbriklər
Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Humanitar elmlər
SOLMAZ ŞİRVANLI yeni vəzifəyə təyin olunub

SOLMAZ ŞİRVANLI yeni vəzifəyə təyin olunub

Müsabiqə, "Mən Şirvanın səsiyəm", Təbriklər
ADPU Quba filialında

ADPU Quba filialında "44 günlük tarixi möcüzə" kitabının təqdimat mərasim ...

ADPU
“Qazilər” kitabının təqdimat mərasimi keçirilib

“Qazilər” kitabının təqdimat mərasimi keçirilib

Yeni nəşrlər
Şairin yeni kitabı çıxıb

Şairin yeni kitabı çıxıb

Yeni nəşrlər
ŞAİRƏ LEYLA VƏKİLQIZININ

ŞAİRƏ LEYLA VƏKİLQIZININ "YURDUM GƏYLİYƏNDİ, ELİM BORÇALI..." ADLI İLK ŞE ...

Başkeçid, Müşfiq Borçalı
Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirilib

Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirilib

Yeni nəşrlər, Humanitar elmlər
Yeni hekayələr toplusu: “Dionisin qələbəsi”

Yeni hekayələr toplusu: “Dionisin qələbəsi”

Yeni nəşrlər, Humanitar elmlər, Nəsr
Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Fond, Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Darvaz, Müşfiq Borçalı
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Təbrik edirik, Fuad!..

Təbrik edirik, Fuad!..

Təbriklər

"Banking Baku" jurnalının təqdimat mərasimi olmuşdur

MEDİA, "Şərqin səsi", İqtisadiyyat, Təbriklər
YENİ KİTAB:

YENİ KİTAB: "Dostlara dost töhfəsi"

"Şərqin səsi", Arxiv
Natella Asenanın (Hacıyeva) “Komandanım, əmrindəyik” kitabının təqdimat mər ...

Natella Asenanın (Hacıyeva) “Komandanım, əmrindəyik” kitabının təqdimat mər ...

Mədəniyyət
Rəy yazın: