ADPU-nun KAFEDRA MÜDİRİ RAZİM MƏMMƏDLİNİN ELMİ MƏQALƏSİ CƏNUBİ KOREYADA DƏRC OLUNUB

ADPU-nun KAFEDRA MÜDİRİ RAZİM MƏMMƏDLİNİN ELMİ MƏQALƏSİ CƏNUBİ KOREYADA DƏRC OLUNUB TƏBRİK EDİRİK!..

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi ilə bağlı verdiyi 22 oktyabr 2025-ci il tarixli Sərəncamından sonra düz bir əsr öncə keçirilmiş qurultayın nə səbəbə və hansı məqsədlə keçirilməsi, onun təşkilatçıları, keçirilən iclaslar, müzakirəyə çıxarılan məsələlər və s. ilə bağlı bir sıra araşdırmalar aparılır, kitablar, məqalələr çap olunur, qurultayın müsbət və mənfi cəhətlərinə aydınlıq gətirilir.
Elə bu günlərdə tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsi nəzdindəki Ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Razim Məmmədovun “Türk xalqlarının həyatında tarixiləşən qurultay” sərlövhəsi məqaləsi 2026-cı il yanvarın 8-9-da Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilmiş “Əməkdaşlıq innovasiyası ilə Elmin inkişafı” adlı V Beynəlxalq Elmi və Praktik Konfransının Materiallarında dərc olunmuşdur.


Məqalədə 1926-cı il fevralın 26-da Bakıda keçirilmiş Ümumtürk xalqlarının Birinci Türkoloji Qurultayı tədiqata cəlb olunur. Göstərilir ki, həmin ilin mart ayının 6-na kimi davam edən bu Qurultayda türk xalqlarının milli-mənəvi dəyərlərinin yüksəlməsinə yönələn müəyyən məsələlər müzakirə olunmuşdur.

ADPU-nun KAFEDRA MÜDİRİ RAZİM MƏMMƏDLİNİN ELMİ MƏQALƏSİ CƏNUBİ KOREYADA DƏRC OLUNUBMəqalədə xüsusi olaraq vurğulanır ki, tanınmış türkoloq, görkəmli dilçi-alim, akademik Mədəd Çobanovun düz 20 il əvvəl 2006-cı ildə işıq üzü görən və elə bu günlərdə təkrarən nəşr olunan “Birinci Türkoloji Qurultay və türk dillərinin müasir problemləri” adlı kitabında da həmin tarixi hadisədən bəhs olunur. Alim türk dillərinin müasir probleminə toxunaraq yazırdı: “Hər şeydən əvvəl Avropa və Asiya qitələrində yaşamış, qədim tarixə malik olan türk xalqlarının keçmiş şərəfli və keşməkeşli tarixi yalnız kitabələrdə, kitablarda, arxiv sənədlərində yox, eyni zamanda, o həm də mənşəyi və tipologiyası cəhətdən bir-birinə yaxın və qohum olan türk dillərinin “tarixi yaddaşı”nda həkk olunması və tədricən inkişaf edə-edə bu günümüzə qədər gəlib çatması ilə əlaqədar olmuşdur”.

Məsələni müasir dövrün əsas problemi kimi dəyərləndirən akademik Mədəd Çobanov onun çıxış yolunu “Altay epoxasından üzü bəri qədim dillərinin birliyinə doğru istiqamət götürmək, hər şeydən əvvəl, türklərin öz qədim soykökünə, tarixinə, mədəniyyətinə, ədəbiyyatına, incəsənətə, tarixin sınaqlarından çıxmış adət-ənənələrinə, türk inamına və xarakterinə, etik və estetik görüşlərinə qayıtmaq”da görür, bir sıra qiymətli mülahizələr söyləyərək onların reallaşmasının elmi əsaslarını nəzərə çatdırır.

Türk xalqlarının bir-birinə yaxınlaşmasını, inteqrasiya etməsini müasir dövrdə həllini gözləyən ən aktual problem hesab edən akademik Mədəd Çobanov qeyd edirdi ki, “dünyanın istər mənşəcə qohum olan və istərsə də dini baxımdan eyni inama, mədəniyyətə xidmət edən ayrı-ayrı xalqları siyasi, iqtisadi və mədəni cəhətdən bir-birinə yaxınlaşdığı, bir-birinə inteqrasiya olduğu kimi, soykökü, mənşəyi-qohumluğu, dini-inamı, adət-ənənələri də bir-birinə demək olar ki, eyni olan türk xalqlarının da siyasi, iqtisadi, mədəni və strateji baxımdan bir-birinə yaxınlaşması, bir-birinə qovuşması, inteqrasiyası günün ən aktual məsələlərindən biri olmalıdır”.

Mərhum türkoloq-alim Mədəd Çobanovun fikrincə məsələnin həlli “fikir və düşüncəni türk xalqlarının ədəbi dillərinin birliyinə doğru yönəltmək” istiqamətində aparılarsa bu, problemin tezliklə çözülməsinə səbəb olar. O, gəldiyi qənaətləri belə ümumiləşdirir: “Çünki hər bir xalq bəşəriyyətə özünün qədim köklərə, ənənələrə malik ana dili ilə təqdim edir. Bu təqdimat isə, hər şeydən əvvəl, özünü etnoqrafik (adət-ənənələrə və məişət münasibətləri), etnopsixoloji (xalqın elmi düşüncə tərzi, düşüncə dairəsi), mifoloji (xalqın inamlar dünyasının sirrini öyrənmə) və digər strateji sahələrdə büruzə verir”.

Biz də redakdiya heyətimiz adından, dəyərli ziyalımız, tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsi nəzdindəki Ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Razim Məmmədovu “Türk xalqlarının həyatında tarixiləşən qurultay” sərlövhəsi məqaləsinin 2026-cı il yanvarın 8-9-da Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilmiş “Əməkdaşlıq innovasiyası ilə Elmin inkişafı” adlı V Beynəlxalq Elmi və Praktik Konfransının Materiallarında dərc olunması münasibətilə ürəkdən təbrik edir və ona şərəfli elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



P.S.:
Məqalə ilə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:


Mammadov Razim (Azerbaijan State Pedagogical University, Faculty of Philology, Head of the Department of Literature, Doctor of Philosophy in Philology, Associate Professor, ORCİD 0000-0002-5694-9501). A hıstorıcal congress ın the lıfe of the Turkısh peoples. // “Advancing science with collaborative innovation”. Proceedings of the V International Scientific and Practical Conference. Publisher: «World of Conferences», Seoul, South Korea, 8-9 January, 2026, 134 p., pp. 60-65.
DOI https://doi.org/10.5281/zenodo.18234565
https://conference-w.com/wp-content/uploads/2026/01/SK.S-0809012026.pdf
URL: https://conference-w.com/ E-poçt: [email protected]
UDC 001.1, BBC 1, ISBN 978-92-44514-84-9

Məmmədov Razim (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Filologiya fakültəsi, Ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, ORCİD 0000-0002-5694-9501). Türk xalqlarının həyatında tarixiləşən qurultay. // Elmin əməkdaşlıq innovasiyası ilə inkişafı. V Beynəlxalq Elmi və Praktik Konfransın materialları. Naşir: «Konfranslar Dünyası», Seul. Cənubi Koreya, 8-9 Yanvar, 2026, 134 səh., səh.60-65.
DOI https://doi.org/10.5281/zenodo.18234565
https://conference-w.com/wp-content/uploads/2026/01/SK.S-0809012026.pdf
Veb sayt: https://conference-w.com/ E-poçt: [email protected]
UDC 001.1, BBC 1, ISBN 978-92-44514-84-9


Маммадов Разим (Азербайджанский государственный педагогический университет, Филологический факультет, Заведующий кафедрой литературы, Доктор философии в области филологии, доцент, ORCID 0000-0002-5694-9501). Исторический конгресс в жизни Турецких народов. «Развитие науки посредством совместных инноваций». Материалы V Международной научно-практической конференции. Издательство: «Мир конференций», Сеул, Южная Корея, 8-9 января 2026 г., 134 с., с. 60-65.
DOI https://doi.org/10.5281/zenodo.18234565
https://conference-w.com/wp-content/uploads/2026/01/SK.S-0809012026.pdf
Веб-сайт: https://conference-w.com / Электронная почта: [email protected],
УДК 001.1, BBC 1, ISBN 978-92-44514-84-9


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Professor Salidə Şərifova X Türk Kültürü Konqresində məruzə etmişdir

Professor Salidə Şərifova X Türk Kültürü Konqresində məruzə etmişdir

Humanitar elmlər
Müşfiq Borçalının  “Böyük istiqlal şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı ...

Müşfiq Borçalının “Böyük istiqlal şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı ...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Müşfiq Borçalının “Azərbaycan ədəbiyyatında gürcü obrazları” adlı məqaləsi  ...

Müşfiq Borçalının “Azərbaycan ədəbiyyatında gürcü obrazları” adlı məqaləsi ...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Müşfiq Borçalının Avropanın nüfuzlu jurnalında elmi məqaləsi çap olunub

Müşfiq Borçalının Avropanın nüfuzlu jurnalında elmi məqaləsi çap olunub

Yeni nəşrlər, Humanitar elmlər, Elmi Məqalələr, AzTU, Avropa, Müşfiq Borçalı
Yeni

Yeni "Azərbaycan - Türk dili" dərsliyi

Yeni nəşrlər, Humanitar elmlər, ADPU, Tiflis, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Arxiv, Mədəd Çobanov
Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub

Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub

Humanitar elmlər, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
XALQINI, VƏTƏNİNİ SEVƏN,  MİLLİ DÜŞÜNCƏYƏ MALİK ƏSL VƏTƏNDAŞ, İŞGÜZAR ALİM, ...

XALQINI, VƏTƏNİNİ SEVƏN, MİLLİ DÜŞÜNCƏYƏ MALİK ƏSL VƏTƏNDAŞ, İŞGÜZAR ALİM, ...

ADPU, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları “XIII Uluslararası Böyük Tür ...

Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları “XIII Uluslararası Böyük Tür ...

Humanitar elmlər, Avropa
AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəf ...

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəf ...

Yeni nəşrlər
“Türkologiya” jurnalı beynəlxalq indeksdə

“Türkologiya” jurnalı beynəlxalq indeksdə

Yeni nəşrlər, Humanitar elmlər, Digər bölmələr
Gənc alimin məqaləsi “Kardaşlık” jurnalında dərc olunub

Gənc alimin məqaləsi “Kardaşlık” jurnalında dərc olunub

Naxçıvan, Folklor, Turan
“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

Elm, "Zirvə"
“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

Elm, İctimai elmlər, Hüquq, Turan
AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

Elm, "Zirvə", Turan
Akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay: dərsləri və çağırışlar ...

Akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay: dərsləri və çağırışlar ...

Elm, "Zirvə"
AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

"Zirvə", Turan
ADPU-da Respublika elmi-praktik konfransı keçirilib

ADPU-da Respublika elmi-praktik konfransı keçirilib

ADPU
Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi sessiya keçirilib

Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi sessiya keçirilib

Elm, "Zirvə"
Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiri ...

Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiri ...

"Zirvə"
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
Rəy yazın: