MURTUZ FƏRHADOĞLU (1968-2026) "SAZLI-SÖZLÜ BORÇALI", Başkeçid, Nekroloqlar 23 октября 2026 168 ALLAH RƏHMƏT ELƏSİN...Bu gün Başkeçid elinə,Borçalı mahalına,Azərbaycan ədəbiyyatına vəAzərbaycan mətbuatına ağır itki üz verib.Sevimli həmkarımız,istedadlı qələm dostumuz, tanınmış şair-jurnalist, "Şərqin səsi" qəzetinin redaktoru, ən əsası, əziz və dəyərli ziyalımız,çox hörmətli dostumuz-qardaşımızMurtuz Fərhadoğlu Musayev2026-cı il oktyabrın 23-də Bakı şəhərində dünyasını dəyişib..Murtuz Fərhad oğlu Məmmədli 3 dekabr 1968-ci ildə Ulu Borçalı mahalının qədim Başkeçid elində - indiki Gürcüstanın indiki Dmanisi rayonundakı Qızılkilsə kəndində dünyaya göz açıb. 1985-ci ildə doğma kəndindəki orta məktəbi müvəffəqiyyətlə bitirib və elə həmin il A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı bölməsinə daxil olub. 1986-1988-ci illərdə əsgəri xidmət borcunu yerinə yetirib.1991-ci ildə S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı bölməsini bitirib. Bir müddət doğma kəndlərində müəllim və «Yurddaş» qəzetinin Gürcüstan üzrə xüsusi müxbiri işləyib. Bakıya köçdükdən sonra bir müddət «Azərbaycan yolları» qəzetində çalışıb. Daha sonra əmək fəaliyyətini “Şərqin səsi” qəzetində davam etdirib.Omrünün sonuna kimi “Şərqin səsi” qəzetinin redaktoru vəzifəsində şərəf və ləyaqətlə çalışıb. Hələ tələbəykən şeirləri mətbuat səhifələrində tez-tez görünən Murtuz Fərhadoğlunun «Eloğlu, yurduna qayıt» adlı ilk şeirlər kitabı 1990-cı ildə Tbilisinin «Etrad» nəşriyyatında işıq üzü görüb. Kitab iki hissədən ibarətdir. Birinci hissədə müxtəlif məzmunlu və bir-birindən maraqlı 112 bənd bayatı, ikinci hissədə isə şairin müxtəlif illərdə qələmə aldığı şeirləri verilmişdir. «Eloğlu, yurduna qayıt» şeiri ilə açılan bu bölmədə özünə yer tapmış şeirlərin əksəriyyyəti kökümüzə, ruhumuza, aşıq havalarımıza köklənmişdir.Tərk eyləmə öz yuvanı,Söndürmə gur çırağını,Sevindirmə yad-yağını,Eloğlu, yurduna qayıt!Vətənimdir əzəl gündənDoğulduğum Qızılkilsəm.İnsaf eylə, köç etmə sən,Eloğlu, yurduna qayıt!Nə edibdir bu yurd sənə,Tapşırırsan özgəsinə?Gəl səs verək haqq səsinə,Eloğlu, yurduna qayıt!Doğmaların qəbirləriArxaya səsləyir səni,Tək qoymayaq bu elləri,Eloğlu, yurduna qayıt!- deyən şair şeirlərində Vətən məhəbbəti, torpaq, yurd sevgisi, el-oba qayğısı xüsusilə diqqəti cəlb edir. «Vətən dərdi», «Dağlar», «Dəymir», «Dərdi ümman olan xalqım», «Dəyməz», «Dünya», «Ağlama, ana, ağlama» və s. şeirləri bu qəbildəndir.Hələ orta məktəb illərindən ürəyinin çırpıntılarını poetik dildə söyləməyə çalışan gənc müəllif indiyədək qoşma, gəraylı və bayatılarından ibarət söz çələngi yaratmışdır. Onun şeirlərində, xüsusilə də «Hicran», «Səndən qeyrisini sevməyəcəyəm», «Bu gün sənin nişanındır», «Bilsəydim qarşımda ayrılıq durur», «Məhəbbət», «Yuxumda sən mənimsən» və s. kimi məhəbbət mövzusunda yazılmış şeirlərində, şair Rafiq Hümmətin qeyd etdiyi kimi, süjet və misraaltı melodiyalar sintetik şəkildə qovuşaraq, ürəyə və dilə yatımlı səslənir.Murtuz Fərhadoğlunun diqqəti cəlb edən «Qorxuram» və «Dünya» şeirləri «Gürcüstan» qəzetinin 16 iyul 1991-ci il tarixli sayında işıq üzü görmüşdür. «Dünya» şeirində oxuyuruq:Qardaş, itib haqqın yolu, Mərd olub namərdin qulu,Dünya haqda ağız dolu,Yüz də desən, inanmaram.İnam yerimiz hac olub,Kim tox olub, kim ac olub,Başqasına möhtac olubSayəsində dolanmaram.İl pis gəlir ili-ildən,Vaxtsız düşdü saçıma dən,Hər nə gördüm, dünya, səndənMən gizlədib dananmaram.Murtuz Fərhadoğlunun «Ziya» (Bakı) qəzetinin 10 sentyabr 1992-ci il tarixli sayında işıq üzü görmüş «Türk övladıyam», «Gözləmə» və «Aman Allah!» sərlövhəli şeirləri də maraqlıdır:Babək nəvəsiyəm, nənəmdi Həcər,Düşmənin önündə sına bilmərəm.Oğuz nəslindənəm, oğuz oğluyam,Ulu əcdadımı dana bilmərəm…Vəfalı dostuyam vəfalı dostun,Doğmanın doğması, yadın yadıyam.Qoy bilsin düşmənim, eşitsin yağı -Borçalı oğluyam, türk övladıyam.və yaxud:Dağlar başı duman oldu,Könül evim xırman oldu,Dost dediyim düşmən oldu,Aman Allah, aman Allah!Başdan aşır dərd-sərimiz,Yadın olur öz evimiz,Nələr görür gözlərimiz,Aman Allah, aman Allah!(Bax: Müşfiq Borçalı. Sazlı-Sözlü Başkeçid. 3-cü cild. Bakı, 2016. səh.659-671.)Bəli, ustad demişkən, bu da həqiqətdir ki, şeir - istedad və elmdən savayı, həm də dözüm, mətanət, yanmaq-yaxılmaq sevir. Murtuz Fərhadoğlunda da zərif sənətin sirli və dolanbac keçidlərindən məharətlə keçib, poeziyanın baş keçidinə çatması üçün bütün bu keyfiyyətlər var idi. Tək bircə mənfi cəhəti var idi - olduqca təvazökar idi. Çap olunmaq üçün redaksiya qapılarını döyməzdi. Heç vaxt özü üçün xahiş eləməzdi. Xahiş eləyəndə də, ancaq dostları üçün, tanışları üçün xahiş edərdi. Dəfələrlə ondan yeni şeirlərini toplayıb kitab halında çap etməsini xahiş eləsək də, elə hər dəfə, "sağlıq olsun, çap edərik", - deyə cavab verirdi. Murtuz Fərhadoğlunun şeirlərində məna yükünün, deyim tərzinin sadəliyinə və səmimiliyinə riayət edən şairin söz kəhkəşanının sirlərinə bulunub vaqif olması üçün irəlidə hələ bütöv bir şair ömrü var idi. Amma təəssüflər olsun ki, bu ömür yarımçıq dayandı... Sevimli həmkarımız,istedadlı qələm dostumuz, tanınmış şair-jurnalist, "Şərqin səsi" qəzetinin redaktoru, ən əsası, əziz və dəyərli ziyalımız,çox hörmətli dostumuz-qardaşımızMurtuz Fərhadoğlunun vəfatından kədərləndiyimizi bildirir, ailəsinə, övladlarına, doğmalarına, qohumlarına, yaxınlarına, bir sözlə, bütün Murtuzsevərlərə dərin hüznlə başsağlığı verir, uca Allahdan səbir diləyirik…Allah rəhmət eləsin.Məkanı cənnət, Ruhu şad olsun…Və aşağıda Murtuz Fərhadoğlunun bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik!..Müşfiq BORÇALI,ZiM.AzMurtuz Fərhadoğlu BAŞKEÇİDLİ : Gələndə arxamca ağladi Şindi...Gələndə arxamca ağladi Şindi,Elim haray cəkdi, toprağim dindi.Nə vaxtdi cixmişam, yəqin ki, indiO doğma obalar unudub məni.Olmadi bu elin dərdini duyan,Olmadi kimsəyə yurd dərdi əyan,Meşələr qoynunda gur-gur cağlayanNəğməli bulaqlar unudub məni.Yenə də xəyalim yurduma varmiş,Yurdda kecən ömrüm nə bəxtiyarmiş...Hər bir qarişinda izlərim qalmişCicəkli yaylaqlar unudub məni.Taleyin hökmünə qol cəkir zaman,Bir yanda gün doğur,bir yanda duman,Yaniqli-yaniqli boylanib baxanBaşi qarli dağlar unudub məni.Həsrətin qilinctək bağrimi deşib,Sənə məhəbbətim qanima kecib.Qadasin aldiğim anam BAŞKECİD-Demə Fərhadoğlu unudub məni...BU DƏRDLƏRLƏ ÖLMƏDİM...Nələr çəkdim bu dünyada, ilahi,Nələr gördüm, niyə gördüm, bilmədim.İllər boyu yaş axitdim gözümdən,İllər boyu sevinmədim, gülmədim.Düşünürdüm, kədər hara,mən hara!Dərdlər məni gətirəndə zinhara.Nə yaxşi kİ, bildirmədim dostlara,Nə yaxşi ki, dostlarimla bölmədim.Ömrüm boyu zülüm çəkdim, çalişdim,Yatanda da dərdlərimlə danişdim,Şam olsaam da,axiracan alişdim,Külək vurdu, tufan oldu, sönmədim.Zalim mənim od qaladi belimdə,Layla bitdi,aği bitdi dilimdəHər bir dərdi dəfn elədim qəlbimdə,Qəribədi, bu dərdlərdən ölmədim.Kimə qalar dünya-sənə,mənəmi?Hər bir dərdə sipər etdim sinəmi,Yalanamsa gəl dilimdən as məni,Bu dünyada yaxşi heç nə görmədim,Mətinəmmiş, bu dərdlərdən ölmədim....ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.