SEVDA AYXAN: “ÖZÜNƏ DOĞRU” (Hekayə)

SEVDA AYXAN: “ÖZÜNƏ DOĞRU” (Hekayə) Müəllifdən:
Bəzən biz qadınları günahkar çıxarırıq. Qız evdən gedirsə, ailə dağılırsa, qız uşağı oxumursa, uşaq evdə tərbiyəsizdrsə, ümumiyyətlə, hər pis şeydə ailədə, cəmiyyətdə qadın günahkardır. Amma kimsə o qadının qəlbinə, onun düşüncələrnə fikr verdimi? Axı, nədən bu addımı atdı? Nədən hirslidir? Nədən isti ailəsini dağıtdı? Nədən başını götürüb getdi? Heç bu sualı yıxılmış qadına verən oldumu?
Mən nə şairəm, nə də yazıçı. Sadəcə bir məktəbin müəllimiyəm. Ona görə də yzdığım bu hekayədə qüsurlar çox ola bilər. Buna görə dəyərli yazarlarımız qüsuruma baxmasınlar.



ÖZÜNƏ DOĞRU
(Hekayə)


Səhərdən yağan yağış hələ də kəsmək bilmirdi. Nigar süzdüyü çayı masaya qoyub, pəncərəni döyəcləyən damcılara baxırdı. Ona elə gəlirdi ki, pəncərəni döyən damcılar ona nə isə pıçıldayır. Axı, o göydəki ulduzları da seyr etməyi sevirdi. Amma pəncərəni döyəcləyən damcıları daha çox sevirdi. Çünki damcılar ona gah şirin, gah da acı xatirələr xatırladırdı...


Gözlərini pəncərədən çəkib divardan asılmış güzgüyə baxdı.
O güzgü illərlə oradan asılmış və Nigarı izləmişdir.
Nələrin şahidi olmuşdur?
Bəli, hamının ətrafında pərvanə kimi dönən, hər kəsin ehtiyacına qaçan, kimsə inciməsin deyə, öz varlığını unudan bir qadını illərlə izləmişdir o güzgü.

Neçə illər beləcə ötmüşdür. Neçə bahar öz gəlişini qışa vermiş, neçə dəfə günəş doğmuş, neçə dəfə batmişdir, kim blir. Sadəcə ağarmış saçlarından, böyümüş balalarının boy-buxunundan, əkdiyi ağacların budaqlarından anlamışdı illərin keçdiyini.

Bir zamanlar şən, deyib-gülən Nigar, bu gün tamamilə dəyişmişdir.
Dənizə baxıb xəyallar quran, bulaqların gözündən su içib xoş arzular arzulayan, dağlara çıxıb “Heeey, mən buradayam! Mən zirvədəyəm!” - qışqıran qızdan heçnə qalmamışdır.
Bəzən, hamıdan gizlətdiyi dəftərçəsiində sevgi şeirləri yazan qız harada qalmışdır?
O, başqalarının həyatını bəzəyərkən şeir dəfəri kmi, öz arzularını da büküb bir güncə atmışdır.
Amma bu gün yuxudan fərqli oyanmışdı. Pəncərəni döyən damcılara baxıb keçmişinə qayıtmışdı. Ona görə də, qarşısındakı çaya fikir vermədən masanın gözündə gizlətdiyi dəftəri götürüb açdı. Oradakı şeirdən bir bənd oxudu:

Yağış sevgimizi yuyub apardı,
Daha eşqinlə deyb-gülmürəm.
Unut deyə hamı məni danladı,
Sən unutdun, mən unuda bilmirəm.


Bu bənd ona acı keçmişini, özünü itirdiyi günləri xatırlatdı.
Nigar itirimiş gəncliyini, unudulmuş həvəslərini, arzularını, ən önəmlisi öz səsni, özünü xatırladı.
Tez dəftəri əlinə aldı və yağan yağışa fikir vermədən küçəyə çıxdı. Üzünə toxunan damcılardan özünə gəlib, dərindən nəfəs aldı və gülümsədi. Dodaqlarına toxunan damcıları öpüşlərə qərq etdi və ilk dəfə ürəkdən sevindi. Uzun illərdən bəri ilk dəfə xoşbəxt idi. Çünki özünü unudan qadın, nəhayət ki, özünə doğru, arzularına doğru ilk addımlarını atmışdı. “Xalq nə deyər?!” - sözünü unudaraq özünə doğru gedirdi Ngar. Addımlayır və gülümsəyərək gedirdi. Gələcəyə, özünə doğru gedirdi. Axı heç vaxt özünü tapmaq gec deyil!..


SEVDA AYXAN: “ÖZÜNƏ DOĞRU” (Hekayə) SEVDA AYXAN
(ŞAHVERDİYEVA)
Qardabani Təhsil və
İnteqrasiya Mərkəzinin
Azərbaycan dili və
ədəbiyyatı müəllimi,
ZiM.Az-ın və Yurd.İnfo.Az-ın
Redaksiya Heyətinin üzvü,
"Abdulla Şaiq",
"Xanqızı Natəvan",
"Akademik Mədəd Çobanov",
"Qızıl qələm", "Zirvə" və "Zəfər"
mükafatları laureatı


ZiM.Az
Yurd.İnfo.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Qarayazıda akademik Mədəd Çobanovun ömür yoluna həsr olunmuş açıq dərs keçi ...

Qarayazıda akademik Mədəd Çobanovun ömür yoluna həsr olunmuş açıq dərs keçi ...

Tiflis, Borçalı, Bolus, Darvaz, Qarayazı, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Əflatun Hüseynoğlu:

Əflatun Hüseynoğlu: "SƏN BİR GÜNƏŞ OLDUN XATİRƏLƏRDƏ..." (Akademik Mədəd ...

"XXI əsrin Ziyalıları", Poeziya, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
VƏFA BAYRAMQIZI  (1979)

VƏFA BAYRAMQIZI (1979)

Poeziya, Müsabiqə
Kamilə Nur SALMANLI (1961)

Kamilə Nur SALMANLI (1961)

Poeziya, Müsabiqə
Düşünməyə dəyər:

Düşünməyə dəyər: "Nədən boşanmış qadınlar, ya boşanmaq istəyən qadınlar in ...

"Elm və Təhsil", Köşə yazılar
TƏVƏKKÜL GORUSLU (1962)

TƏVƏKKÜL GORUSLU (1962)

Müsabiqə, Turan
Dərya Qılıc:

Dərya Qılıc: "SÖNMÜŞ OCAQ" (Hekayə)

Nəsr, Müsabiqə
Xalidə NURAY:

Xalidə NURAY: "Həyatın qisası" (Hekayə)

Nəsr, Müsabiqə
Elçin Dönməz (1966)

Elçin Dönməz (1966)

Müsabiqə
Dərya QILINC:

Dərya QILINC: "İNTİHAR" (Hekayə)

Nəsr, Müsabiqə
Aysu Arpaçaylı:

Aysu Arpaçaylı: "Analı dünyam"

Nəsr
Səndən xəbərsiz...

Səndən xəbərsiz...

Gəncə, Nəsr, Müsabiqə
Şəhla RAMAZANQIZI:

Şəhla RAMAZANQIZI: "Ərköyün təbəssümlü ev"

Regionlar, Nəsr, Müsabiqə
Şəhla RAMAZANQIZI:

Şəhla RAMAZANQIZI: "Ərköyün təbəssümlü ev"

---
Elşən ALAR: ...xatirələrimin yağışa düşməsini istəmirəm...

Elşən ALAR: ...xatirələrimin yağışa düşməsini istəmirəm...

Poeziya, Müsabiqə
Nailə MİRZƏYEVA:

Nailə MİRZƏYEVA: "Darısqallıq" (HEKAYƏ)

AzTU, Nəsr
Şəfa Abdulla: Milyon cüt corab... (Hekayə)

Şəfa Abdulla: Milyon cüt corab... (Hekayə)

Nəsr, Müsabiqə
Mircəfər Bağırovun namus üstündə güllələdiyi nazir...

Mircəfər Bağırovun namus üstündə güllələdiyi nazir...

Azərbaycan
Dəyanət Osmanlı - İlkdən sona gedən yolda...

Dəyanət Osmanlı - İlkdən sona gedən yolda...

Bolus
Sevda ŞAHVERDİYEVA: Gələrsən könlümdə sənə yer verim...

Sevda ŞAHVERDİYEVA: Gələrsən könlümdə sənə yer verim...

Qarayazı
Rəy yazın: