QƏNİRƏ PAŞAYEVA - ÜRƏKLƏRDƏ YAŞAYAN, XATİRƏLƏRƏ ÇEVRİLƏN BİR QƏRİB ÖMRÜN YOLÇUSU UNUTSAQ, UNUDULARIQ!...., Köşə yazılar 28 сентября 2024 1037 0 1 2 3 4 5 Bəzi insanlar var, qısaca ömür yoluna çox böyük arzu və əməlləri yerləşdirə bilir. Bəzi insanlar var, oxuduqca oxumaq və hər oxuduğunda yeni bir şeylər kəşf etmək iqtidarında olursan. Və bəzi insanlar var ki, sadəcə vətəndaş olmağı deyil vətənin daşı torpağı,sabahı, gələcəyi olmağı seçir və bu yolda yorulmadan çalışır.Qənirə Paşayeva məhz belə "Bəzi İnsanlar"dan idi.O, öz ömrünü dövlətinin mənafeyi, xalqının rifahı üçün sərf etməkdən çəkinməyən, zərif qadın çiyinlərini çox ağır yükün altına verməyi bacaran və hər işində əzmkarlıq və iradə nümayiş etdirən Azərbaycan xanımı, Azərbaycan vətəndaşı, Azərbaycan ziyalısı və Azərbaycanın uğurlu siyasət adamı idi.Qənirə xanım Allahın ona verdiyi ömrü şərəflə, ləyaqətlə, əsil vətən təəssübkeşi kimi yaşamağı bacardı. Vətəni, milləti ruhunda canında, qanında duyanlardan oldu.O, sadəcə Millət vəkili deyildi. O, millətin vəkili idi. O, xalqının haqq səsi, torpağın harayı, duyğu və düşüncələrinin insanı idi. Bəzən körpə uşaq, bəzən illərin yükünü çiyinlərində daşımış ağbirçək nənə olurdu. Oxumağı, mütaliə etməyi sevir və hər kəsə də bunu tövsiyə edirdi. Qənirə xanım dövlətini qalib, xalqını azad və bəxtiyar,Azərbaycanını bütöv görmək arzusunda idi.O, Allahına əməlisaleh bəndə, xalqına layiqli övlad olmağa çalışırdı, hər zaman. Onun üçün "Mən" yox idi. O, hər zaman, hər yerdə "Biz" olmağı düşünürdü. O, bütün maddi, mənəvi zənginliklərini bu dünyada qoyub getdi. Özü ilə sadəcə hər kəsin söz xatirinə deyil, ürəkdən gələn rəhmət dualarını apardı. Məkanınız Cənnət olsun, Qənirə xanım. Ruhunuz xalqımız, dövlətimiz, millətimiz üçün duaçı olsun.RAMİLƏ ƏLİYEVA,“Zirvə” və “Zəfər”mükafatlarıı laureatıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.