GÜLZAR ŞƏRİFOVA: "ŞEİR ÖZÜ YAZILIR" Poeziya, Tiflis 6 декабря 2025 72 100 1 2 3 4 5 ŞEİR ÖZÜ YAZILIRBir axşam da şeir yazma,Əziz dostum, deyirsən sən.Fəqət yazmaq istəyirəmSəhərimin eşqinə mən.Bu günəşli ağ günlərəDe, yazmaya bilərəmmi?Ellərimin sevinciniMən duymasam gülərəmmi?Yorulmadan yazıram mən,Gecə keçir... Sökülür dan.Çiçəklənən ilk bahartəkGülür həyat, gülür insan.Ağ günlərə şeir deyənBiri mənim ürəyimdir.Xoşbəxt olsun bütün dünyaBu, arzumdur, diləyimdir.Əziz dostum, ürəyiminHər xoş sözü yazılır ki,Mən nə edim yazmasam daŞeir özü yazılır ki.ŞEİRİMİZİN TƏNTƏNƏSİYer üzündən hökmdarlar köçüb getdi,Əsrlərin ürəyində yaşadın sən.Neçə qələm sahibinin izi itdi,Sənin qəlbin ayrılmadı nəğmələrdən.Bürüyərkən zülmət, üzərkən intizar,İnsanlığın arzusunu, istəyini.Həyat eşqi, saf məhəbbət, xoş xəyallar,Düşündürdü ömrün boyu hər an səni.Sən səadət arzuladın insanlara,Hər sözündə xoş diləklər tutdu qərar.Səadət üçün qılınc çəkdi zamanlaraYaratdığın sədaqətli qəhrəmanlar.İllər keçmiş, aylar ötmüş, yaşayırsan,Yaşayırsan! Sənətkarın batmaz səsi,Rustaveli vətənində hər bir zamanSənsən bizim şeirimizin təntənəsi!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.