GÜLCAHAN XÜRRƏM: "QAZİNİN ARZUSU" Ədəbiyyat » Poeziya 30 октября 2026 53 0 1 2 3 4 5 Ya Rəbb, yaratmısan qoca dünyanı,Sən onun çərxini cəlalə döndər.Çək, dağıt qəlbinnən qara fikrini,Ruhunu zindan et, məlalə döndər.Göyərt torpağında ülfətdən rişə,Suyu, havası da dad versin dişə,Saf hissi, əməli çevir vərdişə,Pisliyi gerçəkdən xəyalə döndər.Bəşərin qəlbinnən çıxar savaşı,Geyindir əyninə dostluq qumaşı.Bişsə ocağında fitnədən aşı,Çevir qazanını, paymalə döndər.Matəm laylasıdır,bombanın səsi,Çalınsa, titrəyər bu Yer kürəsi.Kəşf edib ad alan o alim kəsi,Etdiyi icadda zəvalə döndər.Sənsən bu aləmə pasiban duran,Xeyrə də, şərə də möhürün vuran,Adəmdən bu günə sülalə quran,Sabaha yolunu hilalə döndər.GÜLCAHAN XÜRRƏM,06.09.2026ZİM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.