ŞƏRƏFLİ ÖMÜR YOLU - RƏŞİD ƏHMƏDOV

ŞƏRƏFLİ ÖMÜR YOLU - RƏŞİD ƏHMƏDOV Cəlilabad rayonunun tanınmiş simalarından olan, şərəfli ömür yolu keçən, eyni zamanda özündən sonra silinməz iz qoyan ziyalı mərhum Rəşid Əhmədov ömrünün səhifələrini gəlin birlikdə vərəqləyək. Bu yazıda Rəşid müəllim haqqında, eləcə də onun tutduğu vəzifələrdə fədakarlığı haqqında məlumat verilmişdir.

Əhmədov Rəşid Məşədi Piri oğlu - 07.07.1927-ci ildə Cəlilabad (keçmiş Astarxanbazar) rayonunda doğulmuşdur. Atası Məşədi Piri dövrünün tanınmış şəcərəsi olan Əhmədlilər şəcərəsinin nümayəndəsi, eyni zamanda, adlı-sanlı tacir olmuşdur. Anası isə bəy qızı olmuşdur.
Rəşid Əhmədov 1953-cü ildə ailə həyatı qurmuş, bu nigahdan 7 oğlan, 2 qızı dünyaya gəlmişdir.
O, 1959-cu ildə Bakı Partiya Məktəbinə daxil olmuş, məktəbi 1963-cü ildə uğurla başa vurmuşdur.
Rəşid müəllim Sovet İttifaqı Kommunist partiyasının və Həmkarlar İttifaqının üzvü olmuş, 2 dəfə SSR-nin yerli Sovetinin deputatı seçilmişdir.

1945-1951-ci illərdə Sovet ordusunun sıralarında tam 6 il Moskva şəhərində qulluq edərək, baş leytinant rütbəsinə yüksəlmişdir. Böyük Vətən müharibəsində arxa cəbhədə göstərdiyi şücayətlərə görə və eləcə də müharibə bitəndən sonra Sovetlər birliyinə ləyaqətli xidmətlərinə görə dəfələrlə orden, medallarla təltif olunmuşdur. Son medalını ona Rusiya Fedarasiyasının prizidenti Bladimir Putinin öz imzası ilə 2008-ci ildə verilmişdir.
Rəşid müəllim 1980-ci illərin sonunadək Cəlilabad rayonunda müxtəlif vəzifələr icra edərək, dövrünün şərəfli dövlət məmuru olmuşdur. O, Kommunist Partiyasının yerli rəhbər orqanlarında, rayon Məişət İdarəsinin müdiri, Ruhulla Axungov adına kolxozun direktoru və digər vəzifələrdə çalışmışdır.
O, Rayon Komitəsində təlimatçı vəzifəsində işləyərkən aşağıda qeyd olunanlar onun iş öhdəlikləri olmuşdur.
1.Rayon ərazilərindəki müəssə, kolxoz, sovxoz və təşkilatların partiya işinə nəzarət etmək;
2.İlk partiya təşkilatların fəaliyyətini yoxlamaq və onlara metodiki göstərişlər vermək;
3.Partiya qərarlarının yerinə yetirilməsini izləmək;
4.İclaslar keçirtmək, hesabatlar toplamaq və rəhbərliyə məruzələr hazırlamaq;
5.Partiya sıralarına qəbul və üzvlərlə bağlı məsələlərin araşdırılmasında iştirak etmək;
6.Təbliğat və ideoloji işlərin təşkilinə kömək etmək;
7.Özünə həvalə olunmuş sahə(məsələn kənd təsərrufatı, sənaye, təşkilat-partiya işi və s.) üzrə rayon katibinə təkliflər vermək.
Cəlilabad rayonunun mərkəzində yerləşən Milli park, el arasında "Bağ" adlanan parkın salınması Rəşid müəllimin təlimatçı işlədiyi dövürdə onun rəhbərliyi altında salınmışdır.Parkın sahə seçimi, görülən bütün işlərə və gələcək nəsillərin rahat şəkildə parkdan istifadə etməsinə cavabdeh olmuşdur.

Rəşid müəllim Əhmədov 30-il dövlətinə layiqli xidmət etdikdən sonra əmək veteranı olaraq pensiyaya çıxmışdır. Lakin zəhməti və əməyi sevən Rəşid müəllim ziyalı olmasına baxmayaraq, qalan ömrünü boş keçirtmək fikrində olmur. O, Cəlilabad şəhər Əliağa Vahid küçəsi mənzil 62-də öz kiçik həyətyanı sahəsində ömrünün sonunadək təsərrüfatla məşğul olmuşdur.
Onu da xatırladaq ki, Rəşid müəllimin atası da, anası da Sovet Hakimiyyəti qurulduqdan sonra mənzil 62 ünvanında ömürlərini başa vurmuşlar.

***

Rəşid Əhmədovun nəvəsi artıq ədəbi mühitə yaxşı tanış olan, öz qələmi və istedadı ilə xalqa, millətə xidmət edən şairə-yazıçı Hicran Fuad Əhmədli də mənzil 62 ünvanında dünyaya göz açmışdır.
Hicran xanım babası ilə olan xatirələrində deyir:
"Atam deyirdi ki, bizim evə tez-tez kolxoz sədrləri və ferma müdirləri tərəfindən sovqat gətrilirdi.Rəşid müəllim isə bunu dövlətinə xəyanət hesab edər və qəbul etməzdi.Mən maşın istəyirdim, atam deyirdi ki, olmaz mən maşın ala bilmərəm. Biz də hamı kimi sıravi sovet vətandaşlarıyıq.
Rəşid müəllimin digər nəvəsi Elmar Əhmədov bir gün diş həkimində olur. Həkim onun dişini müalicə edir. Rəşid müəllimin nəvəsi həkimin zəhmət haqqını ödəmək istəyəndə həkim qəti etiraz edir:
- Yox, lazım deyil. Sənin yox, bizim sizə bir ömür borcumuz var, - deyir.
Rəşid müəllimin nəvəsi mat-məəttəl soruşur:
- Nə borc, ay doktor? Nə danışırsız?
Diş həkimi cavabında deyir:
- Sənin baban Rəşid müəllim ilə mənim atam bir yerdə işləyiblər. Bakıdan Rayon Partiya Komitəsinə yoxlama gəlməli olur. Mənim atamın sənədlərində ciddi problem olur. Hansı ki, atamı o zaman üçün həbs gözləyirdi. Atam bunu Rəşid müəllimə deyir. Rəşid müəllim o gecəni evinə getmir. Dan yeri sökülənə kimi idarədə oturub, atamın sənədlərini qaydasına salır. Beləliklə atamı həbs olunmaqdan qurtarır.Buna görə sənin yox, bizim sənə borcumuz var.

Rəşid müəllim rayon üzrə dövrünün ali təhsilli 3 ziyalısından biri olsa da atasın tacir, anasın isə bəy qızı olması Sovet dövrünün qanunlarına görə onu Rayon Partiya Komitəsinin Katibi vəzifəsində işləməsinə imkan vermir.
Rəşid müəllim ömrünün 88-ci ilində 11.09.2014-cü ildə vəfat edib.
Allah rəhmət eləsin.

Hicran Fuad Əhmədli deyir:
"Babam 88 il ömür sürdü, amma o, nə xəstə oldu, nə də dərman qəbul etdi.Babam həmişə sağlam ruhla mədəniyyətə, ədəbiyyata, incəsənətə, tariximizə, zəhmətə böyük önəm verirdi.İnsanlıq onun üçün ön planda dururdu.O, bizə tövsiyyələrində hər zaman deyirdi, hansı sahədə olursunuz, olun amma insanlığı arxa plana atmayın.İşə və bacarıqlarınıza prespektiv yanaşın.Çalışın xalqa və millətə yararlı olun.Öhdəliklərinizdən sui-istifadə etməyin. Mən babamı 32 yaşım olanda itirdim. Düşünürəm ki, hələ ondan öryənəcəyim çox şeylər vardı...Hazırda bizim nəslimizdə onlarla ziyalılar olsa da, mən babamla hər zaman fəxr etmişəm, bu gün də fəxr edirəm!.."


HİCRAN ƏHMƏDLİ
ZiM.Az-ın redaktoru


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Hicran Fuad Əhmədli “ZiM.Az” saytına redaktor təyin olunub

Hicran Fuad Əhmədli “ZiM.Az” saytına redaktor təyin olunub

Təbriklər
Xeyrullah Hümbətov vəfat edib

Xeyrullah Hümbətov vəfat edib

Nekroloqlar
HƏSƏN HACIYEV (1927-1999)

HƏSƏN HACIYEV (1927-1999)

Tiflis, Bolus
Elçin Rəşid oğlu Səfərzadə (02.08.1989 - 05.08.2021)

Elçin Rəşid oğlu Səfərzadə (02.08.1989 - 05.08.2021)

UNUTSAQ, UNUDULARIQ!....
Sabir İSAYEV (1919-1997)

Sabir İSAYEV (1919-1997)

Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
Rəşid Vəkil ALLAHYAROV:

Rəşid Vəkil ALLAHYAROV: "Nə yaxşı saxlayıb gözəllər, səni?!."

AzTU-nun MƏZUNLARI, Müsabiqə
Tanınmış heykəltəraş-rəssam Cümşüd İbrahimli

Tanınmış heykəltəraş-rəssam Cümşüd İbrahimli

Mədəniyyət, Borçalı, Təbriklər
RƏŞİD İSMAYILOV  (1938)

RƏŞİD İSMAYILOV (1938)

"XXI əsrin Ziyalıları", Başkeçid
Ruhun şad olsun, Rəşid Bədəlov !..

Ruhun şad olsun, Rəşid Bədəlov !..

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
AzTU kitabxanasının məsul işçisi 50 il səmərəli fəaliyyətinə görə Fəxri Fər ...

AzTU kitabxanasının məsul işçisi 50 il səmərəli fəaliyyətinə görə Fəxri Fər ...

AzTU
RƏŞİD PƏHLƏVAN

RƏŞİD PƏHLƏVAN

Borçalı, İdman
RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

Ədəbi əlaqələr, Bədii Tərcümə, Bolus, Müşfiq Borçalı
ƏLİKÖMƏKTƏPƏ  ABİDƏSİ

ƏLİKÖMƏKTƏPƏ ABİDƏSİ

Regionlar, Tarix
Stomatoloq cərrah - Rəşid Vilayət oğlu Mursaqulov

Stomatoloq cərrah - Rəşid Vilayət oğlu Mursaqulov

Səhiyyə, "Ümid", Borçalı
RUHUN ŞAD OLSUN, XANƏHMƏD MÜƏLLİM!..

RUHUN ŞAD OLSUN, XANƏHMƏD MÜƏLLİM!..

Qarayazı, Nekroloqlar
RUHUN ŞAD OLSUN, XANƏHMƏD MÜƏLLİM!..

RUHUN ŞAD OLSUN, XANƏHMƏD MÜƏLLİM!..

Qarayazı, Nekroloqlar
DARVAZLI Muraz Əhmədova BAŞSAĞLIĞI

DARVAZLI Muraz Əhmədova BAŞSAĞLIĞI

Darvaz, Nekroloqlar
RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

Borçalı, Başkeçid
Şaiqi nəğmələrində yaşadan bəstəkar

Şaiqi nəğmələrində yaşadan bəstəkar

MEDİA, Köşə yazılar
MUSTAFA QURBAN OĞLU - ŞİNDİLƏRİN İLK KOLXOZ SƏDRİ

MUSTAFA QURBAN OĞLU - ŞİNDİLƏRİN İLK KOLXOZ SƏDRİ

"XXI əsrin Ziyalıları", Başkeçid
Rəy yazın: