Ramilə ƏLİYEVA: "AZADLIĞA GEDƏN YOL 20 YANVARDAN KEÇİR" Köşə yazılar 19 января 2024 1872 0 1 2 3 4 5 Azadlığı istəmirəm,Zərrə-zərrə, qram-qram,Qolumdakı zəncirləri qıram gərək,Qıram! Qıram!Azərbaycan xalqının tarixinə, yaddaşına yazılan və azadlığın rəsmini xatirələrə həkk edən 20 Yanvar faciəsi haqqında fikirlərimi Xəlil Rza Ulutürkün bu möhtəşəm misraları ilə başlamağı özümə borc bildim.90-cı illərin Yanvar faciəsi baş verəndə mən məktəbli bir qız idim. Və yaddaşımda canlanan mənzərələr bu gün də məni illər öncəki xatirələrin axarına kökləyir. Düşünürəm ki, o zaman, o gecə olmasa idi, bəlkə də biz azadlığın bu qədər dəyərli və bu qədər çətin əldə olunduğunu dərk edə bilməzdik. O gecə azad düşüncələrin gecənin qaranlığından keçib işıqlı sabahlara doğru yol aldığı gecə idi. O gecə bir xalqın azadlıq arzusu, müstəqillik istəyi imtahan verirdi, sınaqdan keçirdi. Və bu sınaq, bu imtahan ya qurbanlar bahasına əldə olunmalı ya da bir xalq imperiyanın müstəmləkəsi olaraq yaşamına davam etməyə məcbur olmalı idi. O gecənin sükutunu pozan güllə səsləri, insan fəryadları 70 illik əsarətin acı və kədərli nəğməsinə çevrildi. Azadlıq verilmir,azadlıq alınır cümləsinin mənasını o zaman daha aydın dərk etdim.O zaman anladım ki, bir amal, bir məqsəd uğrunda birgə mübarizə aparanda bütün maneələri dəf etmək və məqsədlərə çatmaq mümkündür.O gecənin qurbanları, qürur və iftixar yerimiz olan Şəhidlər öz al-qırmızı qanları ilə Bakı küçələrinə azadlığın dastanını yazdı.Axan şəhid qanları müstəqillik istəyimizin simvoluna çevrilib üçrəngli Azərbaycan bayrağında öz əksini tapdı.Anaların kövrək laylasında son mənzilə yola salınan şəhid cənazələri o dövrkü siyasi quruluşun nə qədər çürük və davamsız olduğunun göstəricisi idi.Fəryadlar içində doğmasını, əzizini, yaxınlarını son mənzilə yola salan insan axını o gecə dərk etmişdi ki, birlik və bərabərlik bir millətin taleyinin göstəricisidir.20 Yanvar faciəsi bizə birləşməyi, özümüzü dərk etməyi öyrətdi. 20 Yanvar faciəsi bizə1 gün azad yaşamağın 40 il kölə kimi yaşamaqdan nə qədər üstün olduğunu anlatdı. Düzdür, xalqımızın taleyinə ondan sonra da bir çox faciələr yazıldı, ağrılar-acılar yaşandı.Amma 20 Yanvar gecəsi azadlıq hissinin ilk carçısına çevrildi. Qərənfil yağışı,şəhid qanı,meydan hərakatı anlayışları ruhumuza hopdu,bizim azad düşüncə və fikrimizin ifadəsinə çevrildi.Bu gün 20 Yanvar faciəsini xatırladıqca qəlbimizi həm kədər, həm də sevinc hissi bürüyür. Kədərimiz o gecənin qurbanı olmuş, müqəddəs ruhları ilə azadlıq istəyimizin təmsilçisinə çevrilmiş şahidlərimizdən yanadır. Sevincimiz isə o günlərdə birləşib öz sözümüzü, öz istəyimizi ifadə etmək gücümüzün, əzmimizin olmasından,müstəqil dövlət, müstəqil millət duyğusunu yaşamağımızdan qaynaqlanır.İndi o gecənin şahidləri o gecənin şəhidlərini ehtiramla yad edir və xatirələrini gələcək nəsillərə ötürür.Şəhidlər xiyabanı ölkəmizə gələn qonaqların daimi ziyarətgahına çevrilib. Orda uyuyan Şəhidlərimizin əziz xatirəsi daim yaddaşlarda qalacaq. Və müstəqillik tarixinin şərəfli səhifələrində hər an xatırlanacaq.O ŞƏNBƏ GECƏSİ, YANVAR SƏHƏRİ(20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunub)Azadlıq ruhuna köklənən bir xalq,Bir şənbə gecəsi nigaran, oyaq.Susur düşüncələr, durğundur fikir,Bu xalq azadlığın həsrətin çəkir.Meydan insanlarla qaynayır, daşır,Şüarlar səslənir, tələblər coşur.Bir anda qaranlıq çökür hər yerə,Bu nə fəlakətdir,bu nə zəlzələ.Azad dövlət üçün çalışan millət,Sipər edər köksün tanklara əlbət.O şənbə gecəsi verir hökmünü,Mümkünə çevirir çox namümkünü.Güllə yağışına tutulur şəhər,Hər yerə tökülür giliz, qəlpələr.Matəm libasına bürünür Bakı,Dan yeri sökülür fəryadla sanki.O gecə çox şeylər olur aş(i)kar,Bilindi bu xalqın böyük əzmi var.Azadlıq verilmir,alınır bəli,Buna şahid oldu Yanvar səhəri.Ramilə ƏLİYEVA,“Borçalı” nəşriyyatının redaktoru, “Yurd.İnfo.Az”-ın şöbə müdiri,“Zirvə” və “Zəfər” mükafatlarıı laureatıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.