Müşfiq Borçalının daha bir elmi məqaləsi AMEA-nın “AZƏRBAYCAN ƏDƏBIYYATŞÜNASLIĞI” jurnalında dərc olunub Humanitar elmlər, Elmi Məqalələr, Gürcüstan, Bolus, Darvaz, Müşfiq Borçalı 21 октября 2026 20 0 1 2 3 4 5 TƏBRİK EDİRİK!..Tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Texniki Universitetinin “Ziya” qəzetinin, “ZiM.Az”, “Ziya.İnfo.Az” və “Elm.İnfo.Az” saytlarının baş redaktoru, AYB-nin, AJB-nin və Turan YB-nin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü Müşfiq Borçalının (Müşviq Mədəd oğlu Çobanovun - ORCİD 0009-0008-8684-2722 - [email protected]) Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda nəşr olunan “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının (ISSN: 2663-4406, E-ISSN: 2709-2699) 2026-cı ildə işıqüzü görmüş 1-ci sayının 236-243-cü səhifələrində “SƏMƏD VURĞUN GÜRCÜSTAN MƏTBUATINDA” adlı növbəti elmi məqaləsi dərc olunub.https://doi.org/10.59849/2663-4406.2026.1.236Məqalədə Gürcüstan mətbuatında Azərbaycanın Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığının Gürcüstanla, xüsusilə də, Tiflislə daima bağlı olmasını əks etdirən məqalələr araşdırılır. Göstərilir ki, ana dilində yazdığı ilk mətbu şeiri də, rus dilinə tərcümə olunmuş ilk əsəri və rus dilinə tərcümə olunmuş ilk kitabı da məhz Tiflisdə işıq üzü görmüş S.Vurğun dəfələrlə Gürcüstanda olmuşdur. Onun 1928, 1935, 1941, 1942, 1946, 1953 və 1955-ci illərdəki səfərləri isə xüsusilə əlamətdar olmuşdur. Bu səfərlərin hər biri ilə bağlı istər Tiflisdə nəşr olunan mərkəzi qəzetlərdə (“Yeni fikir”, “Yeni kənd”, “Sovet Gürcüstanı” – “Gürcüstan”, “Zarya Vostoka” (“Şərqin şəfəqi”), “Sovet Acarıstanı” və s.), “Dan ulduzu”, “Qarapapaqlar”, “Meydan” və s. jurnallarda, istərsə də, Borçalı bölgəsində nəşr edilən bir çox rayon qəzetlərində, o cümlədən, Savanda (indiki Marneulidə) nəşr olunan “Pambıqçı” – “Yeni Marneuli” – “Kvemo Kartli”, Lüksemburqda (indiki Bolnisidə) “Al bayraq” – “Qələbə bayrağı” – “Bolnisi”, Başkeçiddə (indiki Dmanisidə) “Sosializm maldarlığı” – “Trialeti”, Qarayazıda (indiki Qardabanidə) “Stalinçi” – “Samqori”; eyni zamanda Ahısqa bölgəsində Adıgündə “Qızıl rəncbər” – “Adıgün kolxozçusu”, Axalsixedə “Kommunist” – “Qızıl bayraq”, Aspinzada “Bağban” – “Sosializm kəndi” və s. kimi mətbuat orqanlarında da maraqlı məqalələri çap olunmuş, şeirləri işıq üzü görmüşdür. Onu da xatırlatmaq lazımdır ki, bu mətbuat orqanlarının hər biri Azərbaycan xalqının maarif və mədəniyyətinin, ədəbiyyat və incəsənətinin inkişafı barədə, eləcə də bu sahələrin görkəmli nümayəndələrinin fəaliyyətləri haqqında zəngin materiallar – məqalə, məlumat və xəbərlər vermişlər. Xüsusilə də Gürcüstanda Azərbaycan, gürcü, rus və s. dillərdə nəşr edilən mətbuat orqanlarında S.Vurğunun həyatı, yaradıcılığı, şəxsiyyəti, insanpərvərliyi, dostluğu və s. xüsusiyyətləri haqqında müntəzəm olaraq qiymətli materiallar çap olunmuşdur. Həmin yazılar vasitəsi ilə böyük şairin mütərəqqi və qabaqcıl ideyaları ilə həm biz, həm də gürcü ictimaiyyəti daha yaxından tanış olmaq imkanı qazana bilmişdir.Açar sözlər: Azərbaycan, azərbaycanlı, Gürcüstan, gürcü, şair, yazıçı, tərcüməçi, Səməd VurğunBiz də Redaksiya Heyətimiz adından dəyərli həmkarımız – tanınmış alim, filologiya üzrə fəlsəfə doktoru, çox hörmətli Müşfiq Borçalını yeni nailiyyəti – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda nəşr olunan “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının (ISSN: 2663-4406, E-ISSN: 2709-2699) 2026-cı ildə işıqüzü görmüş 1-ci sayının 236-243-cü səhifələrində “SƏMƏD VURĞUN GÜRCÜSTAN MƏTBUATINDA” adlı növbəti elmi məqaləsinin çap olunması münasibəti ilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..AYGÜN YAVƏRQIZI,“NUR” İnformasiya Agentliyinur.info.az saytının redaktoruZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.