3 mart - Beynəlxalq Qulaq və Eşitmə günüdür Köşə yazılar 3 марта 2024 1885 100 1 2 3 4 5 3 mart – bu gün yəqin ki müxtəlif insanların həyatında fərqli mənalar daşıyır. Yəqin ki kimlərinsə doğum günü, bir çoxlarının əzizlərini itirdiyi gün, evlilik il dönümü və bir çox əlamətdar ya da heç bir anlamı olmayan sıradan gündür. Hətta kimlərsə həyatın təşvişindən heç təqvimin 3 mart olmasından belə xəbərdar deyillər.3 mart - bugün həm də Beynəlxalq Qulaq və Eşitmə günüdür. Son zamanlarda heç önəm vermədiyimiz eşitmə, dinləmənin hətta öz günü də varmış. Əgər eşidə bilməsəydik bu qədər gözəl musiqilərin, şeirlərin, sözlərin nə mənası olardı. Eşitmədən bəstələnərdimi bu qədər nəğmə.Amma, dünya şöhrətli, yəqin ki hər kəsin ən az bir dəfə də olsun adını eşitdiyi Lüdviq Van Bethoven iyirmi yaşlarında eşitmə qabiliyyətini itirib, amma bu onu yaradıcılıqdan ayırmayıb. İllər öncə Amerikada keçirilən İstedatlar şousunun iştirakçılarından biri gənc yaşlarında eşitmə qabiliyyətindən məhrum olduğu halda öz bəstələdiyi nəğməni oxuyaraq bütün dinləyənləri heyran qoyub. Məncə əsl karlar, könül qulağı duymayanlardır.Bizim dilimizə verdiyimiz dəyər qulağımızdan daha çoxdur. Çünki biz ancaq danışırıq və danışırıq. Dinləməyə gəldikdə isə yox, deyəsən bu bizə lazım deyil. Dinləməkdən o qədər uzağıq ki, artıq öz dediklərimizi eşidə bilmirik. Hər zaman bir-birimizi anlamadığımızdan şikayətlənirik. Anlamaq üçün isə dinləmək lazımdır.HƏCƏR BAYRAMOVA,“Yurd”un redaktoruZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.