FƏYYAZ QASIM OĞLU FƏRƏCOVUN 105-Cİ MÖVLUDU — REPRESSİYALARIN, MÜHARİBƏNİN VƏ ƏSİRLİYİN SINDIRA BİLMƏDİYİ ÖMÜR

FƏYYAZ QASIM OĞLU FƏRƏCOVUN 105-Cİ MÖVLUDU — REPRESSİYALARIN, MÜHARİBƏNİN VƏ ƏSİRLİYİN SINDIRA BİLMƏDİYİ ÖMÜR

16 noyabr 1921 – 19 may 1998

Bəzən bir insanın ömrü bütöv bir əsrin ağrı-acısını, faciələrini və sınaqlarını əks etdirir.
Böyük Vətən müharibəsi veteranı, Masallı rayonu, Qasımlı kəndinin hörmətli ağsaqqalı Fəyyaz Qasım oğlu Fərəcovun həyatı da belə talelərdəndir. 16 noyabr 2026-cı ildə onun anadan olmasının 105-ci ildönümü tamam olur.


Fəyyaz Fərəcov - 16 noyabr 1921-ci ildə Lənkəran qəzasının (indiki Masallı rayonu) Qasımlı kəndində doğulub. Uşaqlıq və gənclik illəri sovet hakimiyyətinin ağır dövrünə, Stalin repressiyalarına təsadüf edib. Atası Qasım Fərəc oğlu Qasımov (1897-17.12.1981) həbs və sürgün həyatı yaşayıb, 17 dekabr 1981-ci ildə Rusiyanın Kemerovo vilayətinin Mariinsk şəhərində vəfat edib. Anası Xeyrənisə Əli qızı Qasımova (1901-10.04.1937) isə 10 aprel 1937-ci ildə Qazaxıstanın Cambul, (indiki Taraz) şəhərində sürgündə dünyasını dəyişib. Qardaşları Museyib Fərəcov (05.10.1932 – 03.04.1996) və Seyfulla Fərəcov (18.09.1933 –29.12.2001) uşaq evinə verilmişlər.

Valideynlərindən ayrı düşməsi və ailəsinin parçalanmasına şahid olması Fəyyaz Fərəcovun yaddaşında dərin izlər buraxıb. Lakin qarşıda onu daha ağır sınaqlar gözləyirdi.

1941-ci ildə müharibə başlayanda hərbi xidmətə çağırılan Fəyyaz Fərəcov Krımın müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 21 iyun 1942-ci ildə İzyum yaxınlığında baş verən döyüşdə başından ağır yaralanaraq alman qoşunlarına əsir düşüb. Beləcə, onun həyatında əsirliyin məşəqqətli illəri başlayıb. Müxtəlif düşərgələrdə aclıq, məhrumiyyət və ölüm təhlükəsi ilə üzləşib.

FƏYYAZ QASIM OĞLU FƏRƏCOVUN 105-Cİ MÖVLUDU — REPRESSİYALARIN, MÜHARİBƏNİN VƏ ƏSİRLİYİN SINDIRA BİLMƏDİYİ ÖMÜR

FƏYYAZ QASIM OĞLU FƏRƏCOVUN 105-Cİ MÖVLUDU — REPRESSİYALARIN, MÜHARİBƏNİN VƏ ƏSİRLİYİN SINDIRA BİLMƏDİYİ ÖMÜR

Müharibədən sonra isə Uzaq Şərqdə ağır mədən işlərinə cəlb olunub. Yalnız 1947-ci ilin aprelində doğma Qasımlıya qayıda bilib. Altı ilə yaxın davam edən müharibə, əsirlik və ağır əmək onun iradəsini sındıra bilməyib.

FƏYYAZ QASIM OĞLU FƏRƏCOVUN 105-Cİ MÖVLUDU — REPRESSİYALARIN, MÜHARİBƏNİN VƏ ƏSİRLİYİN SINDIRA BİLMƏDİYİ ÖMÜR

Doğma yurda qayıtdıqdan sonra həyatını ailəsinə, mənəvi dəyərlərə və dini maarifçiliyə həsr edib. Süleymanov Seyyid Mirhüseyn Seyyid Mirdamət oğlundan Quran elmini öyrənib, kənd məscidində Quran dərsləri keçib, gənclərin dini-mənəvi tərbiyəsində iştirak edib. Azərbaycan türkcəsi ilə yanaşı, rus və ərəb dillərini də bilən Fəyyaz Fərəcov savadı, təvazökarlığı və insanlara münasibəti ilə kənd sakinlərinin hörmətini qazanıb. El arasında ona ehtiramla “Fəyyaz dədə” deyə müraciət olunub. Müharibə və əmək xidmətləri dövlət tərəfindən də qiymətləndirilib.

FƏYYAZ QASIM OĞLU FƏRƏCOVUN 105-Cİ MÖVLUDU — REPRESSİYALARIN, MÜHARİBƏNİN VƏ ƏSİRLİYİN SINDIRA BİLMƏDİYİ ÖMÜR

FƏYYAZ QASIM OĞLU FƏRƏCOVUN 105-Cİ MÖVLUDU — REPRESSİYALARIN, MÜHARİBƏNİN VƏ ƏSİRLİYİN SINDIRA BİLMƏDİYİ ÖMÜR

SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 yanvar 1957-ci il tarixli «Böyük Vətən müharibəsi dövründə yaralanmış və ya əsirlikdən qaçmış keçmiş hərbi əsirlərin SSRİ orden və medalları ilə təltif edilməsi haqqında» Fərmanına əsasən, alman-faşist işğalçılarına qarşı döyüşlərdə, eləcə də Böyük Vətən müharibəsi illərində əsirlikdən qaçarkən göstərdiyi igidliyə görə Fəyyaz Fərəcov «Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə» və «Böyük Vətən müharibəsində rəşadətli əməyə görə» medalları ilə təltif edilmişdir. 7 may 1975-ci ildə Fəyyaz Fərəcov «Böyük Vətən müharibəsində Qələbənin otuz illiyi» yubiley medalı, 23 mart 1978-ci ildə «SSRİ Silahlı Qüvvələrinin 60 illiyi», 30 noyabr 1980-ci ildə «Əmək veteranı» medalları ilə təltif olunmuşdur.

6 aprel 1985-ci ildə isə Fəyyaz Fərəcov II dərəcəli «Böyük Vətən müharibəsi» ordeni ilə təltif edilmişdir.

FƏYYAZ QASIM OĞLU FƏRƏCOVUN 105-Cİ MÖVLUDU — REPRESSİYALARIN, MÜHARİBƏNİN VƏ ƏSİRLİYİN SINDIRA BİLMƏDİYİ ÖMÜR

FƏYYAZ QASIM OĞLU FƏRƏCOVUN 105-Cİ MÖVLUDU — REPRESSİYALARIN, MÜHARİBƏNİN VƏ ƏSİRLİYİN SINDIRA BİLMƏDİYİ ÖMÜR

Lakin müharibənin ağır sınaqlarından çıxmış bu insanı dinc həyatda da böyük faciə gözləyirdi.

FƏYYAZ QASIM OĞLU FƏRƏCOVUN 105-Cİ MÖVLUDU — REPRESSİYALARIN, MÜHARİBƏNİN VƏ ƏSİRLİYİN SINDIRA BİLMƏDİYİ ÖMÜR

Oğlu Fərəculla Fəyyaz oğlu Fərəcov 5 avqust 1948-ci ildə doğulub, 3 dekabr 1958-ci ildə, cəmi on yaşında faciəvi şəkildə həyatını itirib. Bu itki Fəyyaz Fərəcovun ömrünün ən ağır mənəvi sınaqlarından birinə çevrilib.

FƏYYAZ QASIM OĞLU FƏRƏCOVUN 105-Cİ MÖVLUDU — REPRESSİYALARIN, MÜHARİBƏNİN VƏ ƏSİRLİYİN SINDIRA BİLMƏDİYİ ÖMÜR

Fəyyaz Qasım oğlu Fərəcov 19 may 1998-ci ildə, 76 yaşında vəfat edib. Lakin onun xatirəsi ailəsinin və onu tanıyan insanların qəlbində yaşamaqda davam edir. Bu bağlılığın ən təsirli nümunələrindən biri adının yeni nəsildə yaşadılmasıdır. 27 noyabr 2024-cü ildə dünyaya gələn Fəyyazlı Fəyyaz Mehdi oğlu ulu babasının adını daşıyır.

FƏYYAZ QASIM OĞLU FƏRƏCOVUN 105-Cİ MÖVLUDU — REPRESSİYALARIN, MÜHARİBƏNİN VƏ ƏSİRLİYİN SINDIRA BİLMƏDİYİ ÖMÜR

Aradan bir əsrdən artıq vaxt keçsə də, Fəyyaz adı ailənin yeni üzvü ilə gələcəyə yol alır. Bu, sadəcə ad oxşarlığı deyil, bir nəslin keçmişinə sədaqətinin, ailə yaddaşına və əcdadlarının xatirəsinə ehtiramının ifadəsidir. Fəyyaz Fərəcovun ömür yolu göstərir ki, insanın böyüklüyü yalnız neçə il yaşaması ilə deyil, hansı sınaqlardan keçməsi və özündən sonra necə iz qoyması ilə ölçülür. O, repressiyaların ailəsinə vurduğu zərbəni, müharibənin dəhşətlərini, əsirliyin məşəqqətlərini və övlad itkisinin sağalmaz kədərini yaşayıb. Buna baxmayaraq, ömrünün sonunadək mənəvi dəyərlərinə sadiq qalıb və insanların hörmətini qazanıb.

16 noyabr 2026-cı il — Fəyyaz Qasım oğlu Fərəcovun 105-ci mövludu yalnız bir insanın doğum ildönümü deyil, həm də sınaqlarla dolu bir ömrün, unudulmayan ailə tarixinin və nəsildən-nəslə ötürülən mənəvi irsin anım günüdür. İllər ötür, nəsillər dəyişir, lakin elə insanlar var ki, onların xatirəsi zamanın fövqündə yaşayır. Fəyyaz Fərəcov da məhz belə insanlardan idi.

Allah Fəyyaz Qasım oğlu Fərəcova rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun!


MEHDİ FƏYYAZLI,
ZiM.Az
Zirve.İnfo.Az





.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ƏMİR BAYRAMOV (1937-2012)

ƏMİR BAYRAMOV (1937-2012)

Səhiyyə, Sağlamlıq, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
NƏRİMAN QURBANOV (1937-2024)

NƏRİMAN QURBANOV (1937-2024)

Qarayazı, TDPİ-nin Azərbaycan bölməsi, Nekroloqlar
Şəhid ELVİN ƏLİMƏRDANOV  (SARAÇLI) (12.12.1994-16.10.2020)

Şəhid ELVİN ƏLİMƏRDANOV (SARAÇLI) (12.12.1994-16.10.2020)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
AzTU-da Vətən müharibəsi iştirakçıları ilə tələbələrin görüşü keçirilib

AzTU-da Vətən müharibəsi iştirakçıları ilə tələbələrin görüşü keçirilib

AzTU
Şəhid Anar Həmzə oğlu Vəliyev (21.07.2002 - 11.10.2020)

Şəhid Anar Həmzə oğlu Vəliyev (21.07.2002 - 11.10.2020)

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Sərxan Eldar oğlu Hacıyev Qızılkilsə (08.07.1990- 23.10.2020)

Şəhid Sərxan Eldar oğlu Hacıyev Qızılkilsə (08.07.1990- 23.10.2020)

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
QƏMƏRLİ SÜLEYMAN YUSUBOV (1903-1978)

QƏMƏRLİ SÜLEYMAN YUSUBOV (1903-1978)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Sabir İSAYEV (1919-1997)

Sabir İSAYEV (1919-1997)

Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
Abbasqulu (Sabir) Fərəcov vəfat edib

Abbasqulu (Sabir) Fərəcov vəfat edib

Nekroloqlar
Müharibə veteranı - Fəyyaz Fərəcov (1921-1998)

Müharibə veteranı - Fəyyaz Fərəcov (1921-1998)

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
XƏLİD SƏMƏD OĞLU QARALOV (1932-2000)

XƏLİD SƏMƏD OĞLU QARALOV (1932-2000)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Sovet İttifaqı Qəhrəmanı - Bəkir Dursun oğlu Mustafayev (11.02.1898-10.12.1 ...

Sovet İttifaqı Qəhrəmanı - Bəkir Dursun oğlu Mustafayev (11.02.1898-10.12.1 ...

Borçalı, Tarix, UNUTSAQ, UNUDULARIQ!...., Turan, Orta Asiya
Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

"XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir q ...

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir q ...

Rəsmi Xəbərlər
ZİRVƏDƏ YAŞANAN ÖMÜRƏ QISA BAXIŞ

ZİRVƏDƏ YAŞANAN ÖMÜRƏ QISA BAXIŞ

Sumqayıt, Təbriklər
Böyük Vətən müharibəsi Qəhrəmanı Əmrah Qara oğlu Aslanov (01.06.1920-19.04. ...

Böyük Vətən müharibəsi Qəhrəmanı Əmrah Qara oğlu Aslanov (01.06.1920-19.04. ...

Borçalı, Tarix, UNUTSAQ, UNUDULARIQ!....
ALLAH RƏHMƏT ELƏSİN, ƏNVƏR MÜƏLLİM!..

ALLAH RƏHMƏT ELƏSİN, ƏNVƏR MÜƏLLİM!..

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
MAHMUD QURBAN OĞLU   QƏLƏNDƏROV

MAHMUD QURBAN OĞLU QƏLƏNDƏROV

"XXI əsrin Ziyalıları", Başkeçid
Rəy yazın: