SÖZÜN YADDAŞI VƏ TORPAĞIN SƏSİ

SÖZÜN YADDAŞI VƏ TORPAĞIN SƏSİ

Görkəmli türkoloq-alim, filologiya elmləri doktoru, professor,
Beynəlxalq Turan Akademiyasının və Nyu-York Elmlər Akademiyasının
akademiki Mədəd Çobanovun əziz xatirəsinə dərin hörmətlə!


İnsan ömrünün dəyəri onun yaşadığı illərin sayı ilə deyil, o illərin içində xalqının yaddaşına həkk etdiyi işıqla ölçülür. Elə şəxsiyyətlər var ki, onlar öz ömürlərini sadəcə bir insan taleyi kimi yox, bütöv bir millətin dilinin, tarixinin və mənəvi varlığının qoruyucusu kimi yaşayırlar. Azərbaycan dilçiliyinin və türkologiyanın görkəmli siması, akademik Mədəd Çobanov məhz belə nurlu ziyalılardan idi.

Qədim Borçalının - sazın-sözün, igidliyin və əzəli türk yaddaşının beşiyi olan Darvaz torpağının havası ilə böyüyən Mədəd müəllim ömrünün sonuna qədər o torpağın saflığını və vüqarını öz qəlbində daşıdı. Onun üçün Ana dili sadəcə ünsiyyət vasitəsi deyildi - o, əsrlərin o tayından bu günə uzanan müqəddəs bir mənəvi körpü, xalqın varlıq möhürü idi.

Alimin qələmindən çıxan 580-dən çox elmi əsər, o cümlədən, 80-dən artıq fundamental kitab, 500-dən çox elmi məqalə və 220-dən çox bədii-publisistik oçerk türkologiya xəzinəmizin əvəzsiz sərvətidir. Azərbaycanda ilk dəfə «Azərbaycan antroponimiyasının əsasları» «Azərbaycan şəxs adları» və «Azərbaycan təxəllüs lüğəti» kimi dəyərli tədqiqatlarında xalqımızın advermə mədəniyyətini və milli kimlik kodlarını sistemə salaraq gələcək nəsillərə ərmağan etdi. Azərbaycan dilçiliyində ilk dəfə «Mətnin linqvistik təhlili» fənninin proqramını və dərs vəsaitini yaratmaqla sözün daxili musiqisinə və quruluşuna yeni nəzəri nəfəs gətirdi. «Türk dillərinin ədəbi birliyinə doğru», «I Türkoloji qurultay və türk dillərinin müasir problemləri» və s. araşdırmaları ümumtürk birliyinə xidmət etdisə, «Qəhrəmanlıq dastanı» kitabı Dədəd Qorqud dünyası ilə səsləşən Borçalı toponimlərini və Borçalı igidlərinin şanlı tarixini əbədiləşdirdi. «Borçalı toponimləri» əsəri ilə isə bir daha doğma yurdumuzun daşlaşmış keçmişini dilləndirdi, hər kəndin, hər dağın və çayın adında gizlənən əcdadlarımızın izini, torpağın səsini yenidən diriltdi...

Akademik Mədəd Çobanov onu tanıyanların və tələbələrinin yaddaşında həm də böyük bir ağsaqqal, elmə yeni qədəm qoyan gənclərə təmənnasız dayaq olan xeyirxah bir insan kimi yaşayır. O, elmin ciddiyyəti ilə insan qəlbinin həlimliyini birləşdirməyi bacaran nadir ziyalılardan idi.
Akademik Mədəd Çobanovun fiziki ömrü 2023-cü ildə tamamlansa da, onun mənəvi ömrü bu gün də davam edir.
Çünki akademik Mədəd Çonanovun yaratdığı zəngin elmi məktəb, yetişdirdiyi alimlər, Ana dilimizə, Ata yurdumuza, elimizə və elmimizə göstərdiyi misilsiz xidmətlər zamanın sınağından üzüağ çıxan əbədi bir irsdir. Vətənə, yurda, sözə və torpağa xidmət edənlər isə heç vaxt unudulmur - onlar xalqın dilində və yaddaşında əbədi yaşayırlar!..


SƏDAQƏT NADİR (İLHAM PƏRİSİ)
"NUR" İnformasiya Agentliyinin
- nur.info.az saytının şöbə müdiri,
şair-yazıçı-esseist,
pedaqoq, psixoloq


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ELM və MƏDƏNİYYƏT SALNAMƏMİZİN AĞSAQQALI: Akademik Mədəd Çobanovun çoxşaxəl ...

ELM və MƏDƏNİYYƏT SALNAMƏMİZİN AĞSAQQALI: Akademik Mədəd Çobanovun çoxşaxəl ...

Humanitar elmlər, ADPU, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ:  PROF ...

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROF ...

Humanitar elmlər, Darvaz, Mədəd Çobanov
Bolnisidə akademik Mədəd Çobanovun xatirəsinə həsr olunmuş Anım tədbiri keç ...

Bolnisidə akademik Mədəd Çobanovun xatirəsinə həsr olunmuş Anım tədbiri keç ...

Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov
Qarayazıda akademik Mədəd Çobanovun ömür yoluna həsr olunmuş açıq dərs keçi ...

Qarayazıda akademik Mədəd Çobanovun ömür yoluna həsr olunmuş açıq dərs keçi ...

Tiflis, Borçalı, Bolus, Darvaz, Qarayazı, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
İladi Öməroğlu:

İladi Öməroğlu: "ADI DİL ƏZBƏRİ - MƏDƏD ÇOBANOV"

Poeziya, Tiflis, Borçalı, Başkeçid, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov
Vəli Qaraçaylı:

Vəli Qaraçaylı: "ELMİN ZİRVƏSİNDƏ - MƏDƏD ÇOBANOV"

Poeziya, Tiflis, Borçalı, Başkeçid, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov
Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub

Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub

Humanitar elmlər, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
ƏLİ HACIYEV:

ƏLİ HACIYEV: "XATİRƏLƏRDƏ YAŞAYAN İŞIQLI İNSAN - MƏDƏD ÇOBANOV"

Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
SADİQ ZAMAN:

SADİQ ZAMAN: "Elmə, Vətənə sevgi: Professor Mədəd Çobanovun ömür salnaməsi ...

Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
AĞSAQQAL İNSAN, BÖYÜK ALİM - AKADEMİK MƏDƏD ÇOBANOV

AĞSAQQAL İNSAN, BÖYÜK ALİM - AKADEMİK MƏDƏD ÇOBANOV

Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
ZƏRƏNGİZ DƏMİRÇİ QAYALI:

ZƏRƏNGİZ DƏMİRÇİ QAYALI: "AZƏRBAYCAN VƏ TÜRK DÜNYASININ DƏYƏRLİ ALİMİ - M ...

Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
RAMİZ BƏKİROV:

RAMİZ BƏKİROV: "YURD sevdalı BÖYÜK ALİM - MƏDƏD ÇOBANOV"

"XXI əsrin Ziyalıları", Gürcüstan, Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

ADPU, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
MƏDƏD BİLGƏNİN XATİRƏSİNƏ

MƏDƏD BİLGƏNİN XATİRƏSİNƏ

Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
DƏDƏ MƏDƏD

DƏDƏ MƏDƏD

Poeziya, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov, Müşfiq Borçalı
ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

"Elm və Təhsil", Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Səadət BUTA:

Səadət BUTA: "AY MƏDƏD MÜƏLLİM!.."

Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
MƏDƏD ÇOBANOV - ZİYALI  İTKİSİ (Esse)

MƏDƏD ÇOBANOV - ZİYALI İTKİSİ (Esse)

Humanitar elmlər, Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Görkəmli türkoloq və tanınmış dilçi-alim MƏDƏD ÇOBANOV vəfat edib

Görkəmli türkoloq və tanınmış dilçi-alim MƏDƏD ÇOBANOV vəfat edib

Gürcüstan, Borçalı, Bolus, Darvaz, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

Darvaz, Elanlar, Mədəd Çobanov
Rəy yazın: