55 YAŞ - XEYİRXAHLIQLA YOĞRULMUŞ ÖMÜR Digər » Təbriklər 6 ноября 2026 40 0 1 2 3 4 5 TƏBRİK EDİRİK!..Elçin Nəbi oğlu Əhmədovun yubileyinəİnsan ömrünün dəyəri yalnız yaşadığı illərlə deyil, bu illər ərzində gördüyü xeyirxah işlərlə, qazandığı hörmət və insanların qəlbində qoyduğu izlərlə ölçülür. Elə insanlar var ki, onların həyat yolu təkcə şəxsi uğurlardan deyil, həm də başqalarının sevincinə, ümidinə və rifahına xidmət edən əməllərdən ibarətdir.Bu gün 55 illik yubileyini qeyd edən iş adamı Elçin Nəbi oğlu Əhmədov belə insanlardandır.Elçin müəllim üçün xeyirxahlıq sadəcə bir anlayış deyil, həyat amalına çevrilmiş mənəvi dəyərdir. Onun ehtiyacı olan xəstələrə yardım göstərməsi, şəhid ailələrinə dəstək olması, körpələr evinə kömək göndərməsi insanpərvərliyinin bariz nümunəsidir. Xeyirxahlığın sərhəd tanımadığını nümayiş etdirən Elçin müəllim Afrikada içməli su bulaqlarının çəkilməsinə də töhfə verir. Bu, onun insanlara olan qayğısının coğrafi sərhədləri aşdığını göstərir.Ehsan süfrələri açmaq, ehtiyacı olanlara əl tutmaq, kimsəsizlərin sevincinə şərik olmaq onun gördüyü xeyirxah işlərin yalnız bir hissəsidir. Çünki insanın böyüklüyü sahib olduğu imkanlarla deyil, həmin imkanlardan başqalarının xeyrinə necə istifadə etməsi ilə müəyyənləşir.55 yaş insan ömründə müdriklik, təcrübə və həyatın mənasını daha dərindən dərk etmək mərhələsidir. Bu yaş həm də geridə qalan illərin hesabatı, qarşıdakı illərin yeni arzularına başlanğıcdır.Elçin Nəbi oğlu Əhmədovun yubileyi münasibətilə onu təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və yeni-yeni uğurlar arzulayırıq. Qoy gördüyü xeyirxah işlər, uzatdığı yardım əlləri daim insanlara ümid və sevinc bəxş etsin.Unutmayaq ki, insan dünyadan köçəndə var-dövləti deyil, etdiyi yaxşılıqlar, qazandığı hörmət və insanların yaddaşında qoyduğu gözəl izlər qalır.55 yaşınız mübarək, Elçin müəllim! Xeyirxah əməllər daim davamlı, ömrünüz bərəkətli olsun! XEYİRXAH İNSANGəzdiyi yollarda izi nur saçır, Kədərli üzlərə təbəssüm saçır.Darda qalanlara o, qucaq açır, Dünyanın bəxtidir xeyirxah insan.Nə təmənna güdür, nə şan, nə şöhrət, Bir yetim görəndə eyləyir imdad.Onun fədakarlığı ruhu edir şad, Könüllər mülküdür xeyirxah insan.Müqəddəs bir borcu bilir özünə,Məlhəm qoyur şəhid dərdi-qəminə. Arxa-dayaq durur haqqın səsinə, Uca bir zirvədir xeyirxah insan.Əlindən gələni əsirgəməz o, Paylayar sevgini, tükənməz bu su.Təmiz bir vicdanın saf aynasıdır, Ömrün bəzəyidir xeyirxah insan.Zaman ötüb keçər, adın qalacaq, Yaxşılıq izlərin daim yaşadacaq. Elin sevgisi sənə tac olacaq, Qəlblərdə yaşayacaq xeyirxah insan.Yaxşılıq edən insanın ən böyük mükafatı xalqın səsidir.FƏRİDƏ İBRAHİMOVAZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.