Sürəyya Yunisqızı (İsmayılova): "ÇIXANDA DƏNİZİN SAHİLLƏRİNƏ" Poeziya, Tiflis 1 ноября 2026 70 0 1 2 3 4 5 Möhtəşəm məşhur “Fener” restoranı,Füsunkar Bodrumu nağıl, əfsanə.Oxşarı tapılmaz gəzsən dünyanıGünçıxmamış obaşdan çıx seyrinəEgey dənizinin sahillərinə.Ağ atlı şahə qalxan dalğalarıCoşub qucaqlayar boz qayaları.Yerin, göyün min cür rəngi, suları,Qırçın ləpələrin pıçıltılarıMusiqi çələngi sahillərinə.Təbiətin möcüzəsi, qüdrəti,Bir başqa dünya dənizin səfası.Türk dünyasının misilsiz sərvəti,Min dərdin məlhəmi suyu, havası,Çıxanda dənizin sahillərinə.Günəş bulud arxasında gizlənər,Ulduzlar kəhkaşan, ay çılçırağı.Meh əsər, sahilə şeh səpələnər.Görünər rəngarəng balıqqulağı,Çıxanda dənizin sahillərinə.Qağayılar qayaların üstündəSahil boyu yüksələn harayları.Gecəyarı ay dənizdə çiməndəGəlinotağı tək dəniz kənarıÇıxanda dənizin sahillərinə.Başı buluda söykənən dağlarınƏtəyində mavigözlü mələyi,Sinəsində əksi günəşin, ayınTəbiətin ilahi gözəlliyi,Egey bənzərsiz ezackar lövhəsi.Bodrum Türkiyənin cənnət güşəsi,Gözüyaşlı dəniz, yaşıl adalar,Bir dünya sevinc dəniz gəzintisi,Bir ovuc torpaqda min hikmət olar,Gül-çiçək bitirər daşı, qayası.Əzəməti masmavi ağ məkanlar,Günəş, qum, dəniz, əvəzsiz səfası.Gəmi gəzintisi xoş təəssüratlar,İnan sehirləyir görən hər kəsiÇıxanda dənizin sahillərinə.Canlı tarix qədim bodrum qalasıBaş qoyub dizinə dilsiz qayalar.Gümüşlük bənzərsiz cənnət köşəsiDənizin ovcunda günəş, axşamlarÇıxanda dənizin sahillərinə.Kainatın gözəllik səltənəti,Milli Park, Egey dənizi incisi.Möcüzələr yaradan təbiətiFırtına, qasırğa, tufan öfkəsiÇıxanda dənizin sahillərinə.Göygözlü dənizin bu gözyaşları,Üstündə bəmbəyaz bulud karvanı,Ovcunda günəşin qızıl saçları,Kövrək pıçıltıları həzin mahnı,Çıxanda dənizin sahillərinə.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.