Rustavidə “Era Teatrı”nın yeni tamaşasının premyerası olacaq Gürcüstan » Rustavi 14 марта 2026 54 0 1 2 3 4 5 2026-cı il martın 29-da Rustavi şəhərində “Era Teatrı”nın yeni tamaşasının premyerası keçiriləcək.Səbinə Qaybəliyevanın müəllifi olduğu “Dəli psixoloqun qəribə seansları” adlı tamaşa saat 15:00-da Rustavi şəhərində yerləşən “Bravo Teatrı”nın səhnəsində təqdim olunacaq. Bu, “Era Teatrı”nın Rustavi şəhərində nümayiş etdirəcəyi ilk səhnə işi olacaq. Tamaşa gənc soydaşlarımız tərəfindən Gürcüstanın dövlət dili olan gürcü dilində təqdim ediləcək.Tamaşanın quruluşçu rejissoru Anar Rafiqoğlu, rejissor assistenti Vüsal Vəliyevdir.Rollarda Səbinə Qaybəliyeva, Nurlan Fərhadov, Dinar Əhmədov, Aygün Mikiyeva və Ləman Nəbiyeva çıxış edəcəklər. Aktyor heyətindən dörd nəfər bu tamaşa ilə teatr səhnəsində ilk dəfə çıxış edəcək.Qeyd edək ki, “Era Teatrı” 2017-ci ildən fəaliyyət göstərir və Gürcüstanda azərbaycanlılar tərəfindən təsis edilən ilk və tək müstəqil gənclər teatrıdır.ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.