Aygün Yavərqızı: "DAR AĞACI" Ədəbiyyat » Poeziya 7 августа 2025 32 0 1 2 3 4 5 Yaman ağır yatıb qan-tər içində, Üzü göy üzünə baxan bədənim.Barmağım ucunda çıxdım evimdən, aman oyanmasın səsə bədənim.Mən indi dünyanın dəcəl uşağı, Heç cur boyümürəm, yaşa dolmuram.Bəs necə qaçışım yorğun bədənlə Sökük bir daxmada necə oynayım?.. Bir ovuc şəkərlə qalıb bu uşaq Şəkərin yığmağa boğçası yırtıq.Boğça sürüklənib zaman çölündə Yırtılıb sapları güman qalmayıb.Səhər oyanacaq yenə bir ağac Yarpağı tökülmüş suyu qurumuş.Edam olunacam günahkar kimi, hər gun asılacam mən bu ağacdan,Mənim dar ağacım bədənim imiş.AYGÜN YAVƏRQIZI,"YURD"un redaktoruZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.