Müşfiq Borçalının Avropanın nüfuzlu jurnalında elmi məqaləsi çap olunub

Müşfiq Borçalının Avropanın nüfuzlu jurnalında elmi məqaləsi çap olunub

TƏBRİK EDİRİK!..

AzTU-nun “Ziya” qəzetinin, "ZiM.Az", "Ziya.info.Az" və "Elm.İnfo.Az" saytlarının baş redaktoru, AYB-nin, AJB-nin və Turan Yazarlar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü Müşfiq Borçalının Mərkəzi Avropada - Macarıstanın paytaxti Budapeşt şəhərində nəşr olunan nüfuzlu - İnpakt faktorlu - "Copernicus" indeksli "THE SCİENTFİC HERİTAGE" ("ELMİ İRS") elmi jurnalının 162-ci (2025) sayında "Contemporary Azerbaijani-Georgian literary relations: Elizbar Javelidze and Isa Habibbeyli" ("Çağdaş Azərbaycan-Gürcü ədəbi əlaqələri: Elizbar Cavelidze və İsa Həbibbəyli") adlı daha bir elmi məqaləsi işiqüzü görüb.


Müşfiq Borçalının Avropanın nüfuzlu jurnalında elmi məqaləsi çap olunub

Məqalədə Azərbaycan-gürcü ədəbi əlaqələrinin çağdaş dövrü araşdırılır.
Azərbaycan və gürcü ədəbi əlaqələri bədii düşüncə ilə yanaşı, elm sahəsində də həmişə paralel olaraq inkişaf etmişdir. Ötən əsrin 80-ci illərində elmi müstəvidə ən yaxşı dövrünü yaşayan Leyla Eradze - Dilarə Əliyeva elmi tandemi müstəqillik dövründə də davam etmişdir. Lakin bu əlaqələr inersiya ilə deyil, ayrı-ayrı şəxsiyyətlərin yaradıcılığı ilə mümkün olur. Belə demək mümkün olarsa, ədəbi əlaqələri və mühiti şəxsiyyətlər formalaşdırır və inklişaf etdirir.
Bu mənada, yeni mərhələdə Azərbaycan və gürcü ədəbi mühiti görkəmli ədəbiyyatşünas alimlər İsa həbibbəyli və Elizbar Cavelidze kontekstində formalaşmışdır.
Məhz bu tanışlıq və ədəbi əalqələr kontekstində akademik E.Cavelidzenin bir neçə monoqrafiyası Azərbaycanda nəşr olunub.
Akademik İsa Həbibbəylinin elmi fəaliyyətinin böyük bir hissəsi yaradıcılığı Tiflis ədəbi mühitində formalaşan və inkişaf edən Cəlil Məmmədquluzadənin yaradıcılığına həsr olunmuşdur. Onun elmi araşdırmalarında olduğu kimi, faəliyyətində də qardaş Gürcüstan faktoru əsas rol oynamışdır.
C.Məmmədquluzadənin yaradıcılığı ilə bağlı araşdırmalarında Gürcüstan mövzusu mərkəzi xətt kimi keçir. Bu, təkcə ədibin Tiflisin arxivlərindən əldə edilən tərcümeyi-hal materiallarında, fakt və sənədlərdə deyil, həm də bu mühit kontekstində düşünməsi və hərəkət etməsi baxımından əhəmiyyətli idi.
Bir sözlə, Azərbaycan və Gürcüstan dostluğunun, qardaşlığının inkişafında akademik İsa Həbibbəyli - akademik Elizbar Cavelidze elmi tandemi hər iki xalqın ədəbiyyatşünaslığının inkişafını gələcəkdə şərtləndirən amillərdəndir. Elə buna görə də, iki dost və qonşu xalq arasında elmi inkişafın təşviq edilməsində oynadığı rola görə akademik Elizbar Cavelidze 1989-cu ildə Azərbaycan Respublikası Ali Sovetinin fərmanı ilə Azərbaycanın Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüş, akademik İsa Həbibbəyli isə Gürcüstan Milli Elmlər Akademiyasının 10 iyul 2024-cü il tarixli qərarı ilə Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü seçilmişdir.
Bu Azərbaycan dövlətinin qardaş gürcü elminə, eləcə də qardaş Gürcüstanın Azərbaycan elminə verdiyi yüksək qiymətin ifadəsidir.

Biz də həmkarımızı təbrik edir və yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq Borçalının Avropanın nüfuzlu jurnalında elmi məqaləsi çap olunub

https://www.scientific-heritage.com/wp-content/uploads/2025/06/The-scientific-heritage-No-162-162-2025.pdf?fbclid=IwY2xjawK72ftleHRuA2FlbQIxMABicmlkETFsQ0VESHJaRDU0T1JwY2JpAR5ValS2RWoALq2Tz-IitBic9y8CwqFOBjlCtUTBC8yXIZ8BBMm33H6A_EXf-Q_aem_kAt6A7mKdzSJu-H7DgOKNg

səhifə 48-52.


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Milli Məclisin Komitə sədri Baş redaktoru təbrik etdi

Milli Məclisin Komitə sədri Baş redaktoru təbrik etdi

Əsas xəbər, Milli Məclis, Humanitar elmlər, AzTU, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər, Zirvə.info, Müşfiq Borçalı
PROFESSOR BƏDİRXAN ƏHMƏDLİNİN 3 CİLDLİK FUNDAMENTAL DƏRSLİYİ ÇAP OLUNUB

PROFESSOR BƏDİRXAN ƏHMƏDLİNİN 3 CİLDLİK FUNDAMENTAL DƏRSLİYİ ÇAP OLUNUB

Yeni nəşrlər, Humanitar elmlər
MÜŞFİQ BORÇALININ DİSSERTASİYASI BİTKİN, ORİJİNAL, ELMİ-NƏZƏRİ VƏ PRAKTİK Ə ...

MÜŞFİQ BORÇALININ DİSSERTASİYASI BİTKİN, ORİJİNAL, ELMİ-NƏZƏRİ VƏ PRAKTİK Ə ...

Humanitar elmlər, Elmi Məqalələr, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Yeni nəşrlər
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr  ...

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr ...

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə
Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Ədəbi əlaqələr, Bədii Tərcümə
Akademik Elizbar Cavelidze və Azərbaycan

Akademik Elizbar Cavelidze və Azərbaycan

Ədəbi əlaqələr
AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik  ...

AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik ...

"Zirvə", Ədəbi əlaqələr, Tiflis
Badano Elizbar Cavelidze!

Badano Elizbar Cavelidze!

Ədəbi əlaqələr, Tiflis
Axundzadəşünaslığa daha bir dəyərli töhfə

Axundzadəşünaslığa daha bir dəyərli töhfə

Yeni nəşrlər, Humanitar elmlər, Başkeçid, Müşfiq Borçalı
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
Azərbaycan Ədəbiyyatının yaxın dostu Elizbar Cavelidze

Azərbaycan Ədəbiyyatının yaxın dostu Elizbar Cavelidze

Ədəbi əlaqələr, Tiflis, Bolus
Hüseyn Kürdoğlunun poetik dünyası...

Hüseyn Kürdoğlunun poetik dünyası...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbiyyatşunaslıq
“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

Humanitar elmlər, "Zirvə", Turan, Orta Asiya

"Poçt qutusu" gürcü dilində

Elm, "Zirvə", Ədəbi əlaqələr, Tiflis
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis
Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir

Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir

Gürcüstan, Mədəd Çobanov
Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Rəy yazın: