MÜBARİZ ƏHMƏDOVA AÇIQ CAVAB

MÜBARİZ ƏHMƏDOVA AÇIQ CAVAB

Borçalı da, Qərbi Azərbaycan da Azərbaycan xalqının ayrılmaz parçasıdır!

Mübariz Əhmədov!

Sizə cavab verməkdə məqsədim təkcə Borçalı haqqında səsləndirdiyiniz fikirlərə etiraz etmək deyil. Mənim əsas məqsədim xalqımızın bölgələrə bölünməsinə, insanlar arasında qarşıdurma yaradılmasına qarşı prinsipial mövqeyimi ifadə etmək, milli birliyimizə və bütövlüyümüzə xələl gətirə biləcək belə yanaşmalara etirazımı bildirməkdir.


Çünki Borçalıya qarşı hörmətsizlik, əslində, Azərbaycan xalqının ortaq tarixinə, milli yaddaşına və mənəvi dəyərlərinə hörmətsizlikdir. Heç kimin bir bölgəni digərindən üstün tutmağa, bir mahalın insanlarını başqa bir mahalın insanlarına qarşı qoymağa haqqı yoxdur.

Sizin Borçalı haqqında səsləndirdiyiniz fikirlər məndə bir neçə ciddi sual və qənaət doğurur.

1. Tarixə və insanlara hörmət hər kəsin borcudur.

Tarixdə silinməz izlər qoymuş, milli və mədəni dəyərləri, xalqına, millətinə və dövlətinə bağlılığı ilə seçilən saysız-hesabsız şəxsiyyətlər yetirmiş bir mahal haqqında bu cür münasibət nümayiş etdirmək yolverilməzdir.

Borçalı yalnız coğrafi ərazi və ya inzibati məkan deyil. O, Azərbaycan xalqının çoxəsrlik tarixinin, mədəniyyətinin, ədəbiyyatının və milli yaddaşının mühüm tərkib hissəsidir. Bu mahalın yetirdiyi şəxsiyyətlərin xalqımızın həyatında oynadığı rolu görməzdən gəlmək, onun insanlarına qarşı hörmətsiz ifadələr işlətmək nə tarixə, nə də ictimai məsuliyyətə yaraşır.

İctimaiyyət qarşısında çıxış edən hər bir insan söylədiyi sözün məsuliyyətini dərk etməli, ifadələrinin hansı nəticələrə səbəb ola biləcəyini nəzərə almalıdır.

2. Xalqımızın birliyinə xələl gətirən yanaşmalar yolverilməzdir.

Sizin çıxışınızda səsləndirilən fikirlər məndə belə bir narahatlıq yaradır ki, bu cür yanaşmalar xalqımızın bölgələr üzrə parçalanmasına, insanlar arasında qarşıdurma yaranmasına xidmət edə bilər.

Vaxtilə Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri pozmağa, xalqlarımızın arasına nifaq salmağa çalışan qüvvələrin mövcudluğu hər kəsə məlumdur. Bu gün də xalqımızın daxilində bölgələrarası qarşıdurma yaratmaq cəhdlərinə qarşı son dərəcə diqqətli və ayıq olmalıyıq.

Görünür, siz Borçalı haqqında bu fikirləri səsləndirərkən qarşı tərəfdən də eyni səviyyədə cavab verilə biləcəyini nəzərə almamısınız. Halbuki belə münasibətlərin davamı qarşılıqlı ittihamlara və arzuolunmaz qarşıdurmalara yol aça bilər.

Amma bilin ki, Borçalıdan belə qarşıdurmaya qoşulacaq insanlar gözləməyin. Biz tarix boyu öz kökümüzə, milli kimliyimizə bağlı olmuş, xalqımızın, millətimizin bütövlüyü və birliyi uğrunda mübarizə aparmışıq.

Borçalı da, Qərbi Azərbaycan da Azərbaycan xalqının ortaq tarixinin, milli yaddaşının və mənəvi varlığının ayrılmaz parçalarıdır. Bizi bir-birimizdən ayırmağa çalışanlar bu həqiqəti dəyişə bilməzlər.

Bizim üçün Borçalı ilə Qərbi Azərbaycan arasında fərq qoymaq, birini digərindən üstün tutmaq anlayışı yoxdur. Hər iki mahalın tarixi, taleyi və insanları Azərbaycan xalqının ümumi tarixinin və taleyinin bir parçasıdır.

Ona görə də xalqımızın arasına nifaq salmağa, bölgələrimizi üz-üzə qoymağa yönələn fikirlərdən çəkinmək lazımdır. Hələ gec deyil, səsləndirdiyiniz fikirlərə yenidən nəzər salın və ictimaiyyət qarşısında üzr istəyin.

3. İctimai mövqe və söz məsuliyyəti tələb edir.

Nəhayət, bir məsələyə də toxunmaq istəyirəm. İctimaiyyət qarşısında çıxış etmək, fikir bildirmək hər kəsdən ilk növbədə savad, mədəniyyət, geniş dünyagörüşü və məsuliyyət tələb edir. Efirə çıxmaq yalnız mikrofon qarşısında danışmaq deyil. İnsan söylədiyi fikirlərin cəmiyyətə necə təsir göstərəcəyini də düşünməlidir.

Xüsusilə milli məsələlərdə ehtiyatsız və məsuliyyətsiz ifadələr işlətmək olmaz. Çünki belə sözlər ayrı-ayrı şəxslərin deyil, bütöv bir cəmiyyətin münasibətlərinə təsir göstərə bilər.

Sizdən gözləntim budur ki, Borçalı haqqında söylədiyiniz fikirlərə yenidən nəzər salasınız, yol verdiyiniz hörmətsizliyə görə münasibətinizi dəyişəsiniz və ictimaiyyət qarşısında üzr istəyəsiniz.

Bir daha xatırladıram: insanın danışmaq haqqı olduğu kimi, danışdığı sözə görə məsuliyyət daşımaq borcu da var.

Milli birliyimizə hörmət edək, tariximizə sahib çıxaq, bölgələrimizi bir-birimizə qarşı qoymayaq!



ELXAN OCAQOV
Azərbaycan Respublikasının
Əməkdar mədəniyyət işçisi,
Jurnalist


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
SÖZÜN YADDAŞI VƏ TORPAĞIN SƏSİ

SÖZÜN YADDAŞI VƏ TORPAĞIN SƏSİ

Humanitar elmlər, Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
ELM və MƏDƏNİYYƏT SALNAMƏMİZİN AĞSAQQALI: Akademik Mədəd Çobanovun çoxşaxəl ...

ELM və MƏDƏNİYYƏT SALNAMƏMİZİN AĞSAQQALI: Akademik Mədəd Çobanovun çoxşaxəl ...

Humanitar elmlər, ADPU, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ:  PROF ...

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROF ...

Humanitar elmlər, Darvaz, Mədəd Çobanov
Medianın İnkişafı Agentliyində Anım Gününə həsr olunan tədbir keçirilib, Zə ...

Medianın İnkişafı Agentliyində Anım Gününə həsr olunan tədbir keçirilib, Zə ...

MEDİA
“Böyük Ermənistan” xülyasının reallaşdırma planının tərkib hissəsi

“Böyük Ermənistan” xülyasının reallaşdırma planının tərkib hissəsi

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
AZƏRBAYCAN ADLI QALAM VAR MƏNİM!..

AZƏRBAYCAN ADLI QALAM VAR MƏNİM!..

Tarix, Köşə yazılar
Ulu öndər Heydər Əliyevin Müdrik fikirləri

Ulu öndər Heydər Əliyevin Müdrik fikirləri

Azərbaycan
Ulu öndər Heydər Əliyev təhsil haqqında

Ulu öndər Heydər Əliyev təhsil haqqında

Azərbaycan, Prezident, Təhsil

"Keşikçidağ məbədində baş vermiş insident böyük narahatlıq doğurur" - ƏFL ...

Milli Məclis, MEDİA
Gürcüstanın hakim partiyasından olan deputatlar Axalkalakidə erməni terrorç ...

Gürcüstanın hakim partiyasından olan deputatlar Axalkalakidə erməni terrorç ...

Gürcüstan, Borçalı, Qarayazı
Demokratiyanı üstün edən nədir - gənc politoloq-alim Ramid Hüseynovun fikir ...

Demokratiyanı üstün edən nədir - gənc politoloq-alim Ramid Hüseynovun fikir ...

Siyasət, Köşə yazılar
“Elm günü”nun təsis edilməsi AMEA qarşısında ciddi vəzifələr qoyur

“Elm günü”nun təsis edilməsi AMEA qarşısında ciddi vəzifələr qoyur

Digər bölmələr
“Xurafata qarşı müqavimət olmasa, məktəblərimiz mollaxanaya çevriləcək”

“Xurafata qarşı müqavimət olmasa, məktəblərimiz mollaxanaya çevriləcək”

Məktəblər, MEDİA
20 Yanvar xalqımızın tarixində qürur və iftixar hissi ilə xatırlanır

20 Yanvar xalqımızın tarixində qürur və iftixar hissi ilə xatırlanır

AzTU
“Borçalı” İctimai Birliyi yeni tədbir keçirəcək

“Borçalı” İctimai Birliyi yeni tədbir keçirəcək

Elanlar, "Borçalı" Cəmiyyəti
8-ci ELAT NİYƏ BAŞ TUTMADI?

8-ci ELAT NİYƏ BAŞ TUTMADI?

"Borçalı" Cəmiyyəti
Mətbuat Şurasının Azərbaycan jurnalistlərinə MÜRACİƏTİ

Mətbuat Şurasının Azərbaycan jurnalistlərinə MÜRACİƏTİ

MEDİA, Turan
Uğursuz siyasətçinin liderlik iddiası...

Uğursuz siyasətçinin liderlik iddiası...

"Borçalı" Cəmiyyəti
“BORÇALI” CƏMİYYƏTİ PARÇALANMAYIB, SADƏCƏ RƏHBƏRLİK YENİLƏNİB!...

“BORÇALI” CƏMİYYƏTİ PARÇALANMAYIB, SADƏCƏ RƏHBƏRLİK YENİLƏNİB!...

Borçalı, "Borçalı" Cəmiyyəti
“Azəryolservis” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

“Azəryolservis” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

ŞƏHİDLƏRİMİZ, Sosial
Rəy yazın: