Xankəndi paradı vasitəsilə suverenliyimizin bərpasını bütün dünyaya nümayiş etdirəcəyik! Zalqa, Köşə yazılar 7 ноября 2023 2367 100 1 2 3 4 5 Hərbi parad şəxsi heyətin, qoşunların hərbi texnika və texnikasız əlamətdar tarixi günlərdə təntənəli marşla keçməsidi. Paradın mahiyyəti ölkə üçün hər hansı əlamətdar tarixi hadisənin dövlət və vətəndaşlar üçün nə qədər vacib və prioritet məsələ olduğuna diqqət yetirməsidir. Paradın keçirilməsi məqsədilə ölkə üçün xüsusi tarixi, siyasi və mənəvi əhəmiyyət daşıyan yer seçilir. Üç il əvvəl Bakıda, Azadlıq Meydanında keçirilən parad Zəfər Paradı idi. Paradı Azərbaycan Silahlı Qüvvələrinin ali baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyev və fəxri qonq qismində “Ay Laçın” şerini səsləndirməklə parada daha bir tarixi məna qatan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edirdi. 2020-ci il 10 Dekabr tarixində keçirilən bu hərbi parad Vətən Müharibəsi (İkinci Qarabağ Müharibəsi) nəticəsində yalnız Azərbaycan torpaqlarında 30 il sürən erməni işğalı üzərindəki qələbəsinə həsr olunmuş paradı deyildi, bu həm də 100 ildən çox sürən türkçülüyə, Azərbaycan Cümhuriyyətinə, Azərbaycan SSR-ə və Azərbaycan Respublikasına qarşı işləyən türkofobluğun, islamofobiyanın, dünya ermənipərəstliyinin işğalından Azərbaycan torpaqlarının azad olunmasına və yeni güclü Azərbaycanın dünyaya tanınmasına həsr olunmuş hərbi parad idi. Sabah Xankəndi Paradı keçiriləcək.Son dəfə Xankəndində parad Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1919-cu ildə keçirilmişdir. İndi Xankəndi şəhərinin mərkəzində keçiriləcək bu hərbi parad artıq Azərbaycan Respublikasının hərbi-siyasi iradəsinin birmənalı tanınması, Suverenliyinin Bərpası, Vətən Müharibəsində qazanılan zəfərin və QARABAĞ AZƏRBAYCANDI şüarının beynəlxalq müstəvidə qəbul etdirilməsidir !İradəmiz, Birliyimiz, Zəfərimiz, Suverenliyimiz, Xankəndi Paradımız Mübarək olsun!Uğurlu ŞƏRİFOV,"Soydaş" İctimai Birliyinin həmtəsisçisi,ZiM.Az-ın şərhçisiZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.