Professor Məhəbbət Məmmədov Asiya Elmlər Akademiyasının akademiki seçilib Digər ali məktəblər, Gürcüstan, Təbriklər 27 октября 2026 49 0 1 2 3 4 5 TƏBRİK EDİRİK!..Dəyərli ziyalımız, sevimli soydaşımız, görkəmli iqtisadçı-alim, tanınmış ictimai xadim, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) "Biznesin iqtisadiyyatı və menecment" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Məhəbbət Məmmədov Asiya Elmlər Akademiyasının (AASc) həqiqi üzvü – akademiki seçilib.Məhəbbət Aşır oğlu Məmmədov - 8 uyun 1952-ci ildə dünyaya göz açıb.Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) "İqtisadçı-mühəndis" ixtisası üzrə ali təhsil alıb.Uzun illərdir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində çalışır.Ömrünün 45 ildən çoxunu elm və təhsil sahəsinə həsr edib. Azərbaycan Respublikası prezidenti yanında AAK-ın İqtisadiyyat elmləri üzrə ekspertiza şurasının üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərən D 02.042 dissertasiya şurasının sədr müavini, 5312.01 - “Sahə iqtisadiyyatı” dissertasiya şurasinin sədri olub, Azərbaycan Respubilkası Elm və təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda İqtisad Elmləri üzrə Koordinasiya şurasında fəaliyyət göstərib, hazırda da həmin institutda sahə iqtisadiyyatı ixtisası üzrə dissertasiya şurasının üzvüdür. Professor Məhəbbət Məmmədov AzMİU-də elm-tədris fəaliyyəti ilə yanaşı, 1996-cı ildən “Elm” sığorta şirkətinə rəhbərlik edib. 2006-cı ildən Azərbaycan Respublikası Sənaye və Energetika, 2010-cu ildən 2016-cı ilə kimi Energetika Nazirliyində “Dövlət və Beynalxalq proqramların hazırlanması və icrasına nəzarət” şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.10.2014-cü il tarixli 325 saylı qərarı ilə Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının üzvi təsdiq edilib, ona Dövlət qulluğunun baş müşaviri rütbəsi verilib. Azərbaycan Respublikası Yanacaq Enerji Kompleksinin inkişafı üzrə 2005-2015-ci illər, iqtisadiyyatın istehsal və qeyri-istehsal sahələri üzrə hazırlanan dövlət proqramlarının, inkişaf konsepsiyalarının işçi qruplarının üzvü olub, sahələr üzrə dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrasına nəzarət edib. 17 iyun 2016-cı ildə Ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif olunub.Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri olmaqla yanaşı, həm də, Alternativ və Bərpa olunan enerji mənbələrinin İnkişaf Strategiyası və Tədbirlər Planının hazırlayan işçi qrupunun üzvüdür. Eyni zamanda, Azərbaycan Respublikası Auditorlar Palatasının fəxri auditorudur. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri, professor Məhəbbət Məmmədov 2026-cı ilin martında Asiya Elmlər Akademiyasının (AASc) həqiqi üzvlüyünə namizəd göstərilib.Onun namizədliyi AASc-nin vitse-prezidenti Elşən Hacızadə tərəfindən irəli sürülüb. Bu addım professor Məmmədovun sahəsindəki elmi fəaliyyət və nailiyyətlərinin beynəlxalq səviyyədə tanınmasının göstəricisi kimi qiymətləndirilib.Bu il may ayının 27-də isə Asiya Elmlər Akademiyasının (AASc) həqiqi üzvü – akademiki seçilib. Elə bu günlərdə Akademiyanın Sertifikatı və döş nişanı professor Məhəbbət Məmmədova təqdim olunub.Qeyd edək ki, bu addım həm professor Məhəbbət Məmmədovun elmi nailiyyətlərinin, akademik təcrübəsinin, həm də Azərbaycan Memarlıq və İnşaat Universitetinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini əks etdirir.Biz də Redaksiya Heyətimiz adından dəyərli ziyalımız, sevimli soydaşımız, görkəmli iqtisadçı-alim, təcrübəli pedaqoq, tanınmış ictimai xadim və xeyirxah insan,Azərbaycan Memarlıq və İnşaat Universitetinin Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Məhəbbət Məmmədovu Asiya Elmlər Akademiyasının (AASc) həqiqi üzvü – akademiki seçilməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..MÜŞFIQ BORÇALI,Azərbaycan Texniki Universiteti"Ziya" qəzetinin Baş redaktoru,ZiM.Az, Ziya.İnfo.Az və Elm.İnfo.Az saytlarının rəhbəri,AYB-nin və AJB-nin üzvü,filologiya üzrə fəlsəfə doktoru,Prezident təqaüdçüsüZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.