ELŞAD HƏSƏNOV – 70… TƏBRİKLƏR, UĞURLAR! Qarayazı, Təbriklər 9 февраля 2026 68 0 1 2 3 4 5 Əziz dostum-qardaşım,dəyərli Vətənoğlu,hörmətli Elşad müəllim!Şərəfli ömrünüzün arxada qalan 70 ilinin Sizə bəxş etdiyi zəngin həyat təcrübəsi, böyük uğur və nailiyyətlərin sevincini yaşayan doğmalarınıza, dostlarınıza qoşularaq, qarşıdan gələn illərin daha da uğurlu, işıqlı və bərəkətli olması üçün Uca Tanrıya dualar edirik.Uzun illər Vətənə sədaqətlə və ləyaqətlə əsgər xidməti göstərərək bizləri qürurlandırmısınız. Siz ucalmağı və ucalıqda qalmağı, sadəlik və səmimiyyəti həyat tərzinə, yaşam fəlsəfəsinə çevirməyi bacaran nadir insanlardansınız. Dürüst mövqeyiniz, prinsipiallığınız və yüksək insani keyfiyyətləriniz hər zaman ətrafınızdakılar üçün örnək olmuşdur.Bu böyük səmimiyyətinizlə təkcə Ulu Borçalıya deyil, bütöv Azərbaycana layiqli övlad olmaqla, əsl insanlıq anlayışına gözəllik qatmışsınız. Sizi tanıyırlar, sevirlər, uzaqdan göstərirlər və hörmət edirlər.Sizinlə dost-qardaş olmağın özü bir qürur, bir mənəvi zənginlik, bir könül nəğməsidir. Bu dostluq illərin sınağından çıxmış, zaman keçdikcə dəyəri daha da artan, möhkəm və sarsılmaz bir bağdır.Birgə dostumuz-qardaşımız, Azərbaycan xalq şairi, rəhmətlik Zəlimxan Yaqubun müdrik sözləri bu mənada necə də yerinə düşür:“Vətəndən, torpaqdan, eldən-obadanBelə güc alasan, güc alanda da!”Həmişə dizin taqətli, qolun qüvvətli, gözün-könlün işıqlı, yolun açıq, həyatın ürəyincə və mənalı olsun.Bir daha ailəliklə Sizi ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və yeni-yeni uğurlar arzulayıram.Allah Sizi qorusun!Vidadi Ömər oğlu ORUCOV,Lənkaran Dövlət UniversitetininFizika, kimya və biologiya kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.