Vüqar Nəriman oğlu Qurbanov (11.09.1968-21.09.2025) Qarayazı, Nekroloqlar 26 сентября 2025 67 0 1 2 3 4 5 ALLAH RƏHMƏT ELƏSİN...Bu günlərdə qədim Qarayazının ağır ellərindən olan Soğanlıq kəndinə ağır itki üz vermişdir.Elin-obanın sevimlisi, tanınmış ziyalı, bacarıqlı menecer, təcrübəli təşkilatçı, zəhmətkeş, halal-hümmət, əməli-saleh, yurdsevər, vətənpərvər və xeyirxah insan Vüqar Nəriman oğlu Qurbanov 2025-ci il sentyabrın 21-də uzun sürən xəstəlikdən sonra 57 yaşında vəfat etmişdir.Qurbanov Vüqar Nəriman oğlu - 1968-ci il sentyabr ayının 12-də Gürcüstan Respublikasında, qədim Qarayazı, indiki Qardabani rayonunun Soğanlıq kəndində ziyalı-müəllim ailəsində dünyaya göz açmışdır. İlk təhsilini Soğanlıq orta məktəbində almış, 1985-ci ildə orta məktəbi bitirmiş, həmin ildə Paton adına Tbilisi Elektrik Qaynaq Avadanlıqları Zavodunda əmək fəaliyyətinə başlanmışdır.1986-cı ildə Bakı şəhərindəki Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki ADPU-nun) Ümumi Texniki fənlər fakultəsinə daxil olmuş, 1987-1989-cu illərdə Azərbaycan Respublikasının Xanlar (indiki Göy-Göl) rayonundakı N saylı hərbi hissəsində əsgəri xidmət borcunu da yerinə yetişmiş, sonra təhsilini davam etdirmiş, 1993-cü ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmiş, mühəndis-pedaqoq ixtisasına yiyələnmişdir.1993-cü il may ayının 25-də Azərbaycan Respublikasında "Əziz" firmasında təchizat üzrə mühəndis vəzifəsinə qəbul edilmişdir. 1995-ci ildə satış üzrə baş mütəxəssis vəzifəsinə, 1997-ci ildə menecer vəzifəsinə keçirilmişdir.2000-ci ildə ailə vəziyyəti ilə əlaqədar olaraq doğma kəndinə qayıtmışdır. Həmin ilin mart ayından Poniçala kənd bələdiyyəsində gənclərlə iş üzrə təşkilatçı vəzifəsinə təyin edilmiş, 1 iyun 2005-ci ildə Poniçala bələdiyyəsi müdirinin müavini vəzifəsinə keçirilmişdir.28 avqust 2008-ci il tarixindən "SOKAR GEORGIA PETROLİUM" şirkətinin 1-saylı Benzin Doldurma Məntəqəsinə növbə rəisi vəzifəsinə təyin olunmuş, 15 aprel 2009-cu ildə həmin məntəqənin meneceri vəzifəsinə keçirilmişdir."SOKAR GEORGIA PETROLİUM" şirkətində işlədiyi müddətdə nümunəvi işçi olmuş, müxtəlif tərifnamə və mükafatlarla təltif olunmuşdur.2022-ci ildən NEOGAS-Tbilisi şirkətində iki qazdoldurma - Ortacala və Varketili məntəqələrinin meneceri vəzifəsinə təyin olunmuşdur.NEOGAS şirkətində işlədiyi müddətdə də kollektivin və müdriyyətin hörmətini qazanmışdır.Vüqar Qurbanov həm də sədaqətli dost, səmimi həmkar, mehriban qardaş, sevimli həyat yoldaşı, qayğıkeş ata və nümunəvi ailə başçısı, bir sözlə, sözün əsl mənasında, gözəl insan idi...Təəssüflər olsun ki, amansız ölüm, uzun sürən xəstəlik bu gözəl insanı bir payız axşamı - 21 sentyabr 2025-ci ildə əzizlərinin - həyat yoldaşı, övladlarının, nəvələrinin və bacılarının əlindən vaxtsiz almışdır... Həyat yoldaşı Çinarə xanım, oğulları Tural, Nəriman, qızı Arzu, nəvələri Nilay, Vüqar, Fatimə və Asena, sevimli bacıları Nailə və Eminə, həmçinin bütün onu sevənlər Vüqarın əziz xatirəsini hər zaman qəlblərində yaşadacaqlar.Biz də Redaksiya Heyətimiz adından, çox hörmətli Vüqar Nəriman oğlu Qurbanovun vaxtsız vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə, ömür-gün yoldaşı - Tbilisi şəhərindəki 218 saylı orta məktəbin müəllimi Çinarə xanım Allahverdiyevaya, övladlarına, doğmalarına və bütün yaxınlarına, xüsusilə də, mərhumun qayınatasına - Redaksiya Heyətimizin fəxri üzvü, tanınmış el ağsaqqalı və ictimai xadim Hacı Bağır Allahverdiyevə dərin hüznlə başsağlığı verir, uca Allahdan səbir diləyirik…Allah Qurbanov Vüqar Nəriman oğluna rəhmət eləsin. Məkanı cənnət, Ruhu şad olsun…Müşfiq BORÇALI,ZiM.Az,borcali.org,elm.info.az,yurd.info.az,ziya.info.az,zirve.info.az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.