Mən Tiflisə aşiq oldum...

Mən Tiflisə aşiq oldum...Çünki... Vətənimin ruhundadır...

Elə torpaq var ki, orada heç olmamış olsan da, sanki çox əvvəllər orada yaşamısan kimi hiss edirsən. Sən o yerlərdə gəzəndə sanki ruhun sevincdən rəqs edir, beynində ən hüzurlu musiqilər bir-birini əvəzləyir. Özünü o qədər xoşbəxt sayırsan ki, bütün ömrünü orada başa vurmaq belə keçir içindən. Bəzən sənə elə gəlir ki, bir səs səni geri qayıtmağa icazə vermir. Artıq yolun yarısına çatıb öz vətəninə qayıdanda içindən bir parçanı geridə qoyub qayıtmış kimi hiss edirsən. Bir darıxmaq hakim olur ki sənin bədənində-həmçinin qəribə hisslərin içində boğulursan. Görəsən, kim, nə, hansı duyğular, yaşanan və yaşanmamış, nələrin izi sənin bütün ruhunu silkələyir?! Hətta bir müddət təsir altında çıxa bilmirsən deyə, yaşadığın yerdə oranı sənə xatırladacaq yerlərə gedir, oradan bir izi harada olursan ol öz içində daşıyırsan.


Hətta eşitdiyim bir fərziyyəyə görə, hansısa ölkəyə çox bağlı olmağın təsadüfi deyil-bəlkə də orada səni gözləyən bir tale var. Əgər orada məni bir tale gözləyirsə, mən dünyanın ən xoşbəxti olaram. Mənim üçün həmin o içimdə yaşayan ölkə unikal yurd-Gürcüstandır. Gürcüstanın adını eşidəndə özümdən bixtiyar ürək ritmim dəyişir, ruhum sakitləşir, üzümdə adını qoya bilmədiyim qəribə təbəssüm yaranır. Oranın hər qarışı öz spesifikliyi fərqlənir və məni özünə o qədər bağlayır ki, mən oradan ayrılmaqda çox çətinlik çəkirəm. Hətta o torpaqlarda gəzərkən gürcü xalqının mehribanlığı, səmimiyyəti, multikulturallığından danışsam gərək susmayım... İnsanlardan özümə qarşı gördüyüm isti münasibət, xoş rəftar mənim onlara olan sevgimi birə-beş artırır. Tanımadığım insanlarla söhbət zamanı azərbaycanlı olduğumu dedikdə, onların baxışlarında qəribə bir doğmalıq yaranır- sanki illərin ayrılığından sonra qovuşmuş kimi aramızda duyğusal harmoniya daha da dərinləşir. Və ən nəhayət, o ölkədə aydın şəkildə sezdiyim diqqətə və hörmətə layiq saydığım bir şeyi qeyd etmək istədim- kilsələri, müqəddəs ocaqları hər zaman insanlarla dolub-daşırdı. Təhsillərini başa vurub məzun olanlar, ailə həyatı quranlardan tutmuş, Gürcüstanı turist kimi ziyarət edən bütün insanlar kilsəyə-səmanın yer üzündəki ilahi ünvanına üz tuturdular. Mən də həmçinin bu müqəddəs məkana daxil olduqda ruhum sükuta qərq oldu və ilahi bir rahatlıqla qucaqlaşdı, qəlbimdə huzur və xoşbəxtlik çiçəkləndi. Özümü sanki göyün yeddinci qatında, təbiətin qoynunda, əbədi bir sakitlik və azadlıq içərisində hiss etdim. Mənə elə gəlirdi ki orada olduğum hər saniyə Tanrı ürəyimdən keçən bütün arzu və diləklərimi daha yaxından hiss edir. Həmin müqəddəs evdə dinlədiyim dini ayinlərin musiqisi ana laylasıtək doğma və əziz gəlir, özümdən bixtiyar gözlərimdən səbəbsiz yaş axır, ürək ritmim fərqli şəkildə atırdı. Kilsənin hər küncündə tarix və inancın dərinliyi hiss olunurdu. Artıq o an çatmışdı-kilsəni tərk etməli idim. Kilsənin valehediciliyi məni özünə elə əsir almışdı ki, addımlarımı çox məyus halda oradan çölə atırdım. Və oradan uzaqlaşdığım andan etibarən sanki ruhumun yarısını kilsədə qoyub getmiş kimi özümü yarımçıq hiss etdim. Lakin bu məyusluqla gəzərkən Tiflisin sehirli küçələri məni yenidən ovsunladı, Kür sahilinin nəmli havası isə sərxoş etdi.

Ümumiyyətlə, aşiq olduğum Tiflis haqqında danışmaq lazımdırsa, bunları mütləq vurğulamalıyam - Tiflis çox qədim şəhərdir, burada V əsrdən bəri insanlar yaşayır. Bura çox imperiyaların kəsişdiyi bir mərkəz olub buna görə də mədəniyyətləri qarışıq bir şəhər yaranıb. Tiflisə daxil olub könhə evləri görərkən sənə elə gəlir ki, hər künc bir hekayə danışır. Və məlumdur ki, bu sehirli şəhər əsrlərin sirrlərini özündə daşıyır və hər qarışında geniş maraqlı tarix yatır. Burada insanların qonaqpərvərliyi, kiçik dar küçələrin və böyük prospektlərin harmoniyası, şəhərin keşmiş və indinin qarışığı obrazını daşımağı, məni özünə daha çox bağlayırdı. Tiflis tarix, mədəniyyət və həyat dolu bir şəhərdir. Orada olduğum anlar yaşadığım hər bir hadisə ömürlük qəlbimdə ən müqəddəs xatirələr olaraq yaşayacaq. Küçələrində şahid olduğum ən maraqlı hadisələr günün hər saatı şəhərin susqun yox, canlı olması idi. Canlı musiqilər səslənir, insanlar xoşbəxtlik və gülərüzlə rəqs edir, küçələrdə şərabın qoxusu insanı məst edirdi. Kür sahili boyunca gəzərkən mənə elə gəlirdi ki, sanki yüz ilin ən böyük şahidliyini məhz bu çay etmiş, öz gözəlliyi ilə insanları ətrafında sıx birləşdirmişdir. Ən böyük şahidliyini isə şübhəsiz ki, Kür çayının sakit suları XX əsrdə “Əli və Nino”nun dərin və sarsılmaz sevgisini izləyərkən etmişdir...
Mtatsminda dağından funkliyorla qalxarkən dağları, çayı, dar küçələri izlədim və Qafqazın tarix boyu niyə işğal hədəfi olduğunu bir daha dərk etdim... Dağa qalxdıqdan sonra isə gördüklərimi cümlələrə tam sığdırmaq qeyri-mümkündür. Gəzdiyimiz parkdakı sıx ağaclar, havanın təmizliyi eyni zamanda oralarda bişirilən Gürcüstanın milli yeməkləri: xinkali, xacapurilərin əvəzolunmaz qoxusu, insanı sadecə valeh edirdi (çoxlu sayda insanlar qaynayıb-qarışırdılar həm yerli sakinlər, həm də əcnəbilər). Mtsaminda parkı özündə kafeləri, gəzinti yollarını birləşdirir və orada Tiflisin mənzərələrini izləmək üçün baxış nöqtələri var idi. Və yüksəklikdən Tiflisin ürəkaçan mənzərəsini heyranlıqla izləyərkən əlində fotoaparat olan bir cənab təsadüfən şəklimi çəkmiş ,şəkli isə mənə hədiyyə etmişdir. Bu hadisə də yadımda qalan maraqlı anlardan biri idi. Bir daha belə kiçik görünən amma böyük məna daşıyan bu jestlər, qafqaz xalqlarının bir-birilə səmimi münasibətinin olduğunu, gürcü xalqının qonaqpərvərliyinin sübutu idi.
Bir səhər də yuxudan oyanıb oteldə tanış olduğum çinli bir qadın ilə söhbətimi yekunlaşdırdıqdan sonra adəti üzrə gəzməyə çıxırdım. Yeri gəlmişkən, həmin çinli turist ilə maraqlı dialoqum olmuşdu. Həmin qadının Gürcüstan, Azərbaycan kimi səfərləri onun səyahət həyatındakı yeni erası imiş. Ona bu ölkələri gəzməklə nə qədər doğru qərar aldını söylədim. Mən onunla sağollaşdıqdan dərhal sonra oteli tərk etdim və təxmini səhər saatları idi. Küçədə gəzərkən əlində isti çörək ilə böyük ehtimal evinə doğru gedən gənc və gülərüz gürcü qızı, əlindəki çörəkdən bir parça mənə uzadaraq əli ilə çörəyin bişirldiyi yeri tövsiyə etdi. Mən də həmçinin ona gülümsədim, diqqəti və qayğısına görə təşəkkür edib, yolu davam etdim. Səhər açılıb yeni günə başlayandan gürcü xalqı tərəfindən xoş rəftarların şahidi olmaq, bütün günümün müsbət keçməsinə səbəb olurdu. Orada gəzdiyim günlər o qədər yaxşı hadisələrə şahidlik edir, insanlardan doğmalıq görürdüm ki, nəinki darıxmaq, yorulmaq hissim belə yaranmırdı. Sanki küçələrdəki itlər belə, əhliləşmişcəsinə insanlarla oynayır, yolda gəzən və ya restoranların terrasında əyləşən heçkəsə narahatlıq vermirdilər. Restoran demişkən bunları da mütləq qeyd etməliyəm- Gürcüstanda kafe, restoranlarda əyləşərkən kiçikdən böyüyə gürcü xalqı o qədər isti, doğma münasibət göstərir, müsbət aura yaradır ki, insan özünü ən az evindəki kimi rahat edirdi. Təsadüfi yaradılan dialoqlardan dərin və mənalı söhbətlər yaranırdı. Hər zaman azərbaycanlı olduğumu vurğuladıqda isə iki səbəbdən məndə qürur hissi baş qaldırırdı-birincisi və ən başlıcası, azərbaycanlı olmağım, ikincisi isə gürcülərin bizə canayaxın münasibəti. Və onda anlamışdım ki, vətən təkcə mənsub olduğun yer, yox qürbəti hiss etmədiyin başqa diyar da ola bilər. Məhz Gürcüstan mənim üçün ikinci vətəndir, evdir...
Tiflisdə məni cəlb edən məkanlardan biri də qədim üslubda olan Meidan bazar idi. Həmin bazar da sanki özündə keçmişi və bugünü birləşdirir, Tiflisin ruhunu daha aydın göstərirdi. Bazarın içərisinə daxil olduqda qədim əşyalar, Gürcü xalqının kiçik milli musiqi alətləri, əl işləri, suvenirlərlə bərabər, evdə hazırlanmış şərablar və digər qida məhsullarına rast gəlmək olur. Bir sözlə, Meidan bazar Tiflisin canlı muzeyidir və ayrılmaqda çətinlik çəkdiyim obyekt idi.
Tiflisdə hava qaralanda gün sanki bitmək yerinə yenidən başlayır. Şəhərin mərkəzində canlı musiqilər, çalıb-oynamaq, insanların tükənməz enerjisi, küçələrdə yolların kənarında yanan işıqlar göz oxşayır. İyun ayının yağışı orada mənə sevdiyim payız fəslini xatırladırdı və elə bil yer üzünə göydən nur saçılırdı. Yağış da ən çox o şəhərə yaraşırdı. Şəhərin mərkəzində faytonlarla birgə dəbdəbəli maşınlar bir daha Tiflisin keçmişlə bugün arasında bağ yaradan ünvan olduğunu göstərirdi. Yaşından, gördüyü işdən asılı olmayaraq, ölkə əhalisinin hər birinin simasında həyat eşqini, xoşbəxtliyi və eyni zamanda üz-üzə gələndə səmimi təbəssümü aydın sezmək olurdu. Bir sözlə, Gürcüstan xüsusilə də, Tiflis şəhəri hər bir qarışı ilə məni özünə bağlamağı bacarmışdı. Bir ölkəyə aşiq olduğumu hiss etmişdim.
Gürcü musiqisindən isə danışmağa başlasam gərək susmayım... Onların musiqi mədəniyyətinin mənim üçün əvəzolunmaz rolu var. “Musiqinin dili olmur”- cümləsinin təsdiqini məhz gürcü mahnılarına qulaq asarkən yaşayıram. Gürcü musiqisi ruhuma elə hopur ki, yaradıcılıq hissim daha da oyanır, keçmişim, bugünüm, hətta var olmayan gələcəyimlə belə üzləşir, qəribə duyğular içərisində itib batıram. Və Gürcüstanda olarkən dörd tərəfimdə içimdə sevgi daşıdığım həmin mahnıları eşidib, dinləmək məni nağıllar aləmində hiss etdirirdi. Bir gün həmişə olduğu kimi gürcü mahnılarını axtaran zaman “Bravo Metexi” adlı gürcü musiqi qrupuna rast gəldim. İlk dinlədiyim mahnılarının adı isə belə idi “Saqartvelos iavnana”. Mahnının musiqisi, qrup üzvlərinin valehedici səsləri, ruhumu sanki yerindən qoparmışdı. Mahnı və həmin musiqili qrupu tanıdıqdan sonra dayanmadan eyni mahnıya qulaq asırdım. Daha sonra Gürcüstanla bağlı məqaləmi qələmə alarkən “Bravo Metexi” qrupunun “Saqartvelos iavnana” mahnısı mənə xüsusi ilham verirdi. Bu mahnıya isə digərlərinə nisbətən daha çox bağlı olmağımın səbəbini sonradan öyrəndim. “Saqartvelos iavnana” mahnısı ilk notlardan qəlbimə toxunanda mahnının sözlərinin Gürcüstan ilə bağlı olduğunu hiss etmişdim. Mahnı yalnız melodiyası ilə deyil, sözlərinin daşıdığı dərin məna ilə də Gürcüstan sevgisini, yurd həsrətini və torpaqla insan arasındakı sarsılmaz bağları canlandırır. Bu mahnı həm qürurun səsi, həm də həsrətin nəğməsidir. Bundan əlavə, iftixarla qeyd etmək lazımdır ki, Azərbaycana məxsus “Ayrılıq” mahnısını da Gürcüstanın həmin istedadlı musiqi qrupu “Bravo Metexi” layiqincə həm azərbaycan, həm də gürcü dillərində ifa etmişlər. Üstəlik “Ayrılıq” mahnısına məhz “Bravo Metexi” qrupu yeni nəfəs, fərqlilik gətirmiş, mahnını daha çox dinləməyimə səbəb olmuşdular.

Yekun olaraq deyə bilərəm ki, Gürcüstana, gürcü mədəniyyətinə və xalqına olan sevgimi, duyğularımı ifadə etməyə cümlələr - hisslərimin qarşısında aciz qalar. Sonuncu dəfə Gürcüstandan vətənimə qayıdanda artıq təyyarə yerdən göyə qalxan kimi darıxmaq hissi məni bürümüş, bir daha o ölkəyə aşiq olduğumun şahidi olmuş, qucaq dolusu xatirə ilə kədərli halda geriyə baxmışdım. Bu ölkə ilə bağlı isə ən gözəl cümlələrim hələ yazılmamış olanlardır...


AYNUR ƏDİL,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Natalya Cavaxişvili: Heydər Əliyevin gürcü xalqı üçün etdiklərini unutmayac ...

Natalya Cavaxişvili: Heydər Əliyevin gürcü xalqı üçün etdiklərini unutmayac ...

Ədəbi əlaqələr, Gürcüstan, Rustavi
Məryəm Əliyeva:

Məryəm Əliyeva: "DUYĞULARIMIN SEHİRLİ AÇARI"

Publisistika, Müsabiqə, Köşə yazılar
Məryəm Əliyeva:

Məryəm Əliyeva: "YARPAQ ÖMRÜ"

Publisistika, Müsabiqə, Köşə yazılar
Təranə Yusifqızının hekayələri

Təranə Yusifqızının hekayələri

Nəsr, Müsabiqə
Nurlan Süleymanlı: “Əsas odur ki, ilk addımı atmışam” - Debüt

Nurlan Süleymanlı: “Əsas odur ki, ilk addımı atmışam” - Debüt

Mədəniyyət
“Saakaşvili artıq Gürcüstana yaxınlaşır... Nə

“Saakaşvili artıq Gürcüstana yaxınlaşır... Nə "Gürcü arzusu”, nə də İvanaş ...

Gürcüstan, Borçalı, Siyasət
SAZIMIZIN NAR GİLƏSİ - AŞIQ NARGİLƏ

SAZIMIZIN NAR GİLƏSİ - AŞIQ NARGİLƏ

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Tiflis
Tiflisin xanəndələrndən olan Səttara həsr olunmuş bir şeir

Tiflisin xanəndələrndən olan Səttara həsr olunmuş bir şeir

Bədii Tərcümə, Tiflis
Mənim idealım...

Mənim idealım...

Köşə yazılar
Sevgi... (Hekayə)

Sevgi... (Hekayə)

Nəsr, Müsabiqə
Eynəkli qız

Eynəkli qız

Gəncə, Nəsr, Müsabiqə
“Biz bir olanda, erməni yalanları ayaq tutub yürüməz”

“Biz bir olanda, erməni yalanları ayaq tutub yürüməz”

Borçalı
Akademik Çingiz Qacarın XALQA MƏKTUBU

Akademik Çingiz Qacarın XALQA MƏKTUBU

Digər bölmələr, Müşfiq Borçalı, Turan
Gürcü politoloq Qulbaat Rtsxiladze: “Azərbaycanlıların kompakt yaşadığı əra ...

Gürcü politoloq Qulbaat Rtsxiladze: “Azərbaycanlıların kompakt yaşadığı əra ...

Ədəbi əlaqələr, Tiflis
«BU QƏDİM TİFLİSİN QƏDİMLİYİNDƏ»

«BU QƏDİM TİFLİSİN QƏDİMLİYİNDƏ»

Folklor, Ədəbi əlaqələr, Tiflis
Millət vəkili QƏNİRƏ PAŞAYEVA:  -

Millət vəkili QƏNİRƏ PAŞAYEVA: - "Mənim “Əsrdən uzun gün”üm…"

Milli Məclis, Publisistika
Stomatoloq cərrah - Rəşid Vilayət oğlu Mursaqulov

Stomatoloq cərrah - Rəşid Vilayət oğlu Mursaqulov

Səhiyyə, "Ümid", Borçalı
Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir

Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir

Gürcüstan, Mədəd Çobanov
SƏRQİN  İLK  OPERA  YAZAN  QADIN  BƏSTƏKARI  ŞƏFİQƏ XANIM AXUNDOVANIN TALEH ...

SƏRQİN İLK OPERA YAZAN QADIN BƏSTƏKARI ŞƏFİQƏ XANIM AXUNDOVANIN TALEH ...

Mədəniyyət
Elida MUXAYEVA: Ruhumuzun  zəhərinə çevrilən musiqilər

Elida MUXAYEVA: Ruhumuzun zəhərinə çevrilən musiqilər

Publisistika, Köşə yazılar
Rəy yazın: