MÜŞFİQ BORÇALI - 55

MÜŞFİQ BORÇALI - 55

TƏBRİK EDİRİK!..

Bu gün dəyərli ziyalımız, tanınmış alim, istedadlı yazıçı və təcrübəli jurnalist, Azərbaycan Texniki Universitetində “Ziya” qəzetinin, “ZiM.Az” və “ziya.info.az” saytlarının Baş redaktoru, AzTU Həmkarlar İttifaqı Komitəsinin (1991), Azər­baycan Yazıçılar Birliyinin (1997), Azərbaycan Jur­na­list­lər Birliyinin (1998) və Yeni Azərbaycan Parti­ya­sı­nın (2017) üzvü, filolo­gi­ya üzrə fəl­sə­fə doktoru (2016), Prezident tə­qaüd­çüsü (2024), “Ab­dul­la Şaiq”, “Nəri­man Nə­ri­manov”, “Ö.F.Nemanzadə”, “Zirvə”, “Zəfər” və iki dəfə "Qızıl Qələm" mükafatı laureatı MÜŞFİQ BORÇALInın (Çobanov Müşviq Mədəd oğlunun) ad günüdür. Anadan olmasının 55 illik yubileyidir!..


Müşfiq Borçalı (Çobanov Müşviq Mədəd oğlu) - 1970-ci il yanvarın 22-də, qədim Bor­ça­­­lı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub.
1986-cı ildə Dar­baz kənd orta məktəbini əla qiymətlərlə - Gürcüstan Təhsil Nazirliyinin Fəxri Fər­manı ilə bi­tir­ib və elə həmin il A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji Universitetinin rus filologiyası fa­kül­tə­si­nin Azərbaycan bölməsinə daxil olub.
Eyni zamanda, həmin uni­ver­si­tetin ictimai peşələr fakültəsində təhsil alıb və həmin fakultəni jurnalistika ixtisası üzrə Fərqlənmə diplomu ilə bitir­ib. ə
1988-1989-cu illərdə əsgəri xidmət borcumu şərəflə yerinə yetirib.
1990-cı ildən təhsilini N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində da­­­­­vam etdirib.
1992-ci ildə həmin ali məktəbin folologiya fakültəsini Fərqlənmə Diplomu ilə bitirib.
Hələ tələbəykən Azərbaycan Tex­ni­ki Universitetində əmək fəaliyyətinə başlayıb.
Əvvəlcə "Ziya" qəzetinin müxbiri, bir az son­ra mə­­­sul katib, daha sonra isə ədəbi redaktor vəzifələrinə tə­yin olunub.
2012-ci ildən “Ziya” qəzetinin Baş redaktorudur.
Bir müddət AzTU-nun Mətbuat şöbəsinin müdiri və “AzTU Press” nəşriyya­tı­nın baş re­daktoru vəzifələrində işləyib.
Eyni za­manda, müxtəlif illərdə Az­­TU-nun "Humanitar fənlər" kafedrasında pedaqoji fəa­liy­yətlə də məşğul olub, baka­lavrlara "Azər­­­baycan dili" və "Nitq mədəniyyəti" fənlərini, mağistr­lə­rə isə "Pe­­daqogika" fənn­­­lə­ri­ni tədris edib.

Onu da, qeyd edək ki, əsas iş yerindən - AzTU-dan ayrılmadan, 1993-cü ildən "Təhsil" qəzetinin baş redaktoru, 1995-ci ildən "Azad Azərbaycan", "Şərqin sə­si", "Elm və Təhsil" qəzetlərinin baş re­dak­­toru vəzifələrində də çalışıb.
Azərbaycan Res­pub­­­­likasi "Təhsil" Elm-İstehsalat Mər­kə­zi­nin və "Borçalı" Nəşriyyat-Poliqrafiya müəssisə­sinin tə­sisçisi və Baş direktoru olub.
Eyni zamanda, 1997-1007-ci illərdə AzTv-nin "Xalq yaradıcılığı" redaksiyasının redaktoru vəzi­fəsində çalışıb. AzTv-də yayımlanan "Dastan", "Yazı", "Sazın-sözün sehri", "Aşıq Pəri Məclisi", "Borçalı el­ləri" və s. verilişlərin, bir neşə filmin ssenari müəllifi və redaktoru olub.

1986-cı ildən bədii ya­­ra­dı­cılıqla da məşğul olur, müx­təlif mətbuat orqanla­rın­da “Sev­gim-se­vin­cim mənim”, “Mü­qəddəs məktub”, “Ana bala­sını necə də çox se­vir”, “Cəsa­rət­sizlik”, “Sus-s-s”, “Bəh­­ram və Gü­lən­dam” və s. ki­mi maraqlı heka­yələr ilə çıxış edi­b, 1995-cı ildə oxu­cu­la­rın ixtiyarına ver­diyi “Mə­­həb­­bət hə­yat­dır” adlı povestlər və heka­yələr kitabı oxucular tərəfindən böyük maraqla qar­şı­lanıb. 1996-cı ildə həmin kitab təkrar nəşr olunub. (Onu da qeyd edək ki, hə­min bədii əsər­ləri oxu­yan hər kəs aydın görür ki, burada bədiiliklə ya­naşı, Bor­­çalıya və Bor­çalı ədəbi mü­hitinə bağ­lılıq var, əsərlərdə pub­li­sistika, eyni zamanda, el­mi­lik və tarixilik üstün­lük təş­kil edir).

1993-cü ildə Azərbaycan MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı qəbul olu­­n­­ub və elə həmin il Elmi Şuranın qərarı ılə "Gürcüstanda nəşr olunan Azərbaycan mət­bua­tında ədəbiyyat məsələləri" mövzusunda namizədlik dissertasiyası təsdiq olunub. 2016-cı il noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədə­biyyat İnsti­tu­tunun Elektron Akt za­lında həmin elm müəssisəsinin Filologiya elmləri doktoru və fi­lo­lo­giya üzrə fəlsəfə dok­to­ru elmi də­rə­cəsi almaq üçün təqdim olunan disser­ta­si­ya­la­rın müda­fiə­sini ke­çirən D.01.131 - Dissertasiya Şu­ra­­sının növbəti iclasında AMEA-nın prezi­denti, Ni­za­mi adına Ədə­biy­­yat İnstitutunun direktoru, aka­demik, Millət vəkili, Milli Məc­lisin Elm və Təhsil Ko­­­mitəsinin sədri İsa Həbib­bəylinin elmi rəhbərliyi ilə "Gür­cüstanda Azərbaycan Ədə­biyyatının in­kişaf meyilləri (1960-2010)” mövzu­sun­da yaz­dığım dis­ser­tasiya işimi uğurla mü­da­fiə etmişəm, Azərbaycan Res­pub­­­likası Prezidenti yanında Ali Attes­tasiya Komissiyası tərə­findən mənə filo­lo­giya üzrə fəlsəfə dok­toru elmi dərəcəsi verilib.

2018-ci ildə AMEA Nizami adına Ədə­biyyat İnsti­tu­tunun elmlər doktor­luğu üzrə doktorantı qəbul olub.
Doktoranturanı müvəffəqiyyətlə bitirib və oktorluq dissertasiyasını tamamlayıb. Müdafiə ərəfəsindədir.
Müşfiq Borçalının gərgin zəh­mə­timin nəticəsi olan "Ağır elli Borçalı" (Bakı,1990; Ərzurum, 1996), “Bor­çalı to­po­nimləri” (Bakı, 1993, 1994, 1996, 1997, 2013), "Çağdaş Borçalı ədəbi məktəbi" (Bakı, "Azərbaycan" nəşriyyatı, 1994), "M.P.Vaqif və Gür­cüstan" (1995, 1996, 2017), "Bu Dost­luğun yaşı çox..." (Azərbaycan-gürcü ədəbi əla­qələ­ri, 1996, 2014), "Azərbaycan şəxs adları" (1995), "Məhəbbət həyatdır" (1996), “Bor­­çalı şə­hid­lə­ri” (Bakı, 1996, 2000, 2020, 2023), "Gür­cüstanda Azərbaycan mətbuatı" (Bakı, 1997, 1998, Təb­­riz 2006), "Bor­­­çalı aşıqları" (İsmayıl Ömərovla həm­müəllif, Bakı,1998; Təbriz, 2008; Teh­ran, 2009), "Zi­ya"dan "Çənlibel"ədək" (Bakı, 1998, 2000; Təb­riz, 2006), “Də­də Qor­­­qud dün­ya­sına sə­ya­hət­dən par­ça­lar” (1998), “Borça­lı­da Dədə Qorqud iz­ləri” (Ba­kı, 1998), "Dədə Qorqud-1300" (1998, 2000), “Qəh­­rə­manlıq das­tanı - Kitabi Dədə Qorqud-1300” (2001), "Əkiz alim qar­daş­lar” (2001,2011), “Bor­­çalı ulduz­ları - Hərbçılər, polislər və hü­quq mü­ha­fizə işçi­lə­ri” (“Bor­­ça­lı ensik­lo­pediyası”, III cild, Bakı, 2001), “Bor­çalı həkimləri” (“Bor­ça­lı ensik­lope­di­yası”, IV cild, Bakı, 2002), "Şairlər dünyanın söz Allahıdı..." (2009), "Dünyamalı Kərə­min poeziya yara­dı­cılığı” (2010), "Aşıq Hüseyn Saraçlı və onun yaylaq səfəri" (2010, 2011), “Bor­çalının ağbir­­çək ana­sı May­­­qa Mətin” (2013), "M.Coşqunun poe­­ziya yara­dıcılığında özünəməx­susluq" (2015), "Butalar Butası Səadət Buta" (2015), 7 cildlik "Sazlı-Sözlü Başkeçid" (2015-2024), 7 cildlik “Bolnisi: Dünən və bu gün” (2024) və s. kitabları işıq üzü gö­rüb, oxucular tərəfindən bö­yük ma­raqla qarşıla­nıb, mütəxəssislər tərəfindən yüksək qiymətləndiriblər.

Eyni zamanda, çoxcildlik "Zirvə" poe­ziya anto­lo­gi­ya­sı­nın, “Vətən”, “Canım Azərbacanım”, “Odlar Yurdu”, “Turan”, "Saz­lı-Sözlü Bor­ça­lı" və s. ədəbi məc­muə­sinin və çox­­saylı kitabların naşiri, tərtibçisi və redakto­ru­­­dur.

Azərbaycan Respublikası Milli Məclisinin Təhsil və Mətbuat haqqında qanunlar hazırlayan iş­çi qruplarının üzvü olub və qanunların hazırlanmasında yaxından iştirak edib. Azərbaycan Gənclərinin, Azərbaycan Müəllimlərinin, Azərbaycan Jurnalistlərinin və Mətbuat Şurasının qurul­tay­larının nümayəndəsi olub.

Dəfələrlə Fəxri Fərman, Fəxri diplom və müxtəlif mü­ka­fatlarla təltif olunub. O cüm­lə­dən, Azər­baycan Respublikası Təhsil Nazirliyinin, Mədə­niy­yət və Turizm Na­zir­li­yi­nin, Əmək və Əha­li­nin So­sial Müdafiəsi Nazirliyinin Diplom və ser­tifi­kat­­larına layiq görülmüşəm. "Abdulla Şaiq", "Nəriman Nərimanov", “Ömər Faiq Nemanzadə”, “Zirvə”, “Zəfər” və iki də­fə "Qızıl Qələm" müka­fa­tı lau­rea­tı­dır.
2024-cü ilin may ayında Prezident təqaüdünə layiq gö­rül­üb.
Bir neçə dəfə Bakıda, Tiflisdə, Varşavada, Pa­risdə, Sankt-Peterburqda, İstanbulda keçi­ril­miş Bey­nəlxalq konfranslarda, sərgilərdə və sim­poziumlarda iştirak edib. Məruzələri I dərəcəli mü­kafatlara layiq görülüb.

Özü və əsərləri haqqında görkəmli alim­lər - akade­mik­lər Kamal Talıb­zadə, İsa Həbib­bəy­li, Ni­za­mi Cəfərov, pro­fes­sor­lar Şamil Qur­ba­nov, Ab­bas Ha­cıyev, Akif Bayra­mov, Nizami Xu­diyev, Mə­­dəd Ço­ba­nov, Aq­­şin Ba­ba­yev, Əjdər Ağayev, Əflatun Saraclı, Şu­rəddin Məmmədli, Asif Ha­cı­yev, Jalə Əliyeva, Mus­tafa Mus­tafayev, Yusif Seyidov, Mürsəl Həki­mov, Və­li Os­man­lı, Vaqif Ar­zu­­man­lı, Bu­lud­xan Xə­lilov, Alxan Bay­ram­oğlu, eləcə də ta­nınmış zi­ya­lılar – Əməkdar incəsənət xadimi İs­ma­­­yıl Ömərov, Xalq şairi Zəlim­xan Ya­­­qub, Əməkdar jurnalistlər Həmid Və­liyev, Əflatun Amaşov, Əməkdar mədəniyyət işçiləri Məm­məd As­­lan, Elxan Məm­mədli, Musa Nəbioğlu, eləcə də, Ra­zim Məm­mədli, Gültəkin Əli­ye­va, Tinatin İsabala qızı, Əli Sən­gərli, Əlirza Xələfli, Züm­­­rüd Orxan, Xu­da­ver­di Əli­zadə, Şakir Əlif­oğlu, Hik­mət Əli­zadə və baş­qaları müsbət rəylər və mə­­qalələr yaz­mış, mət­­buat or­qan­la­rında və ki­tab sə­hi­fə­lərində çap et­dir­mişlər. Və hətta onların bəziləri özlə­rinin na­­­­mi­zədlik və doktorluq dis­ser­ta­si­ya­­­larında da M.Borçalının elmi əsərlərinə istinadlar etmiş və yük­sək qiy­­­mət­lən­dirmişlər.

Bu il Müşfiq Borçalı üçün yubileylər ilidir. Həm anadan olmasının 55, həm AzTU-da işləməyinin 35 illik yubile­yi­dir. Həm də bu il AzTU-nun 75, Milli Mətbuatımızın isə 150 illik yubileyidir. Yubileylərin mübarək, əziz və dəyərli Müşfiq Borçalı!..

ZiM.Az
22.01.2025



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Yaşar Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilib

Yaşar Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilib

Gəncə, Borçalı, Darvaz, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK!.. (Professor TELMAN QULUYEV - 75)

YUBİLEYİNİZ MÜBARƏK!.. (Professor TELMAN QULUYEV - 75)

Gəncə, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər
“ZiM.Az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

“ZiM.Az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

Əsas xəbər, Humanitar elmlər, AzTU, Borçalı, Bolus, Darvaz, Təbriklər, Müşfiq Borçalı
Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

AzTU, Təbriklər
Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

MEDİA, Bolus, Təbriklər
Yeni monoqrafiya: “Qafqaz müharibəsi rus ədəbiyyatında”

Yeni monoqrafiya: “Qafqaz müharibəsi rus ədəbiyyatında”

Yeni nəşrlər
SOYDAŞIMIZ AzTU-da DEKAN SEÇİLİB

SOYDAŞIMIZ AzTU-da DEKAN SEÇİLİB

Bolus, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ASİF RÜSTƏMLİ!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ASİF RÜSTƏMLİ!..

Humanitar elmlər, Təbriklər
XIDIRNƏBİ QARALOV  (1949)

XIDIRNƏBİ QARALOV (1949)

Başkeçid, Təbriklər
ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

Elm
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Tiflis, Təbriklər
Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Humanitar elmlər
Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Humanitar elmlər
Azərbaycan elminə ağır itki üz verib

Azərbaycan elminə ağır itki üz verib

"Zirvə", Nekroloqlar
BORÇALI ZİYASI

BORÇALI ZİYASI

Elm, AzTU, Bolus, Darvaz, Müşfiq Borçalı, "Borçalı" Cəmiyyəti
TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

"Zirvə", Təbriklər
Ulu Borçalının Ulu Oğlu!..

Ulu Borçalının Ulu Oğlu!..

"SAZLI-SÖZLÜ BORÇALI", TDPİ-nin Azərbaycan bölməsi, "Şərqin səsi", Bolus, Darvaz, Arxiv, Müşfiq Borçalı
Təbrik edirik, MUSA MÜƏLLİM!..

Təbrik edirik, MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər
ƏZiZ DOSTLAR!...

ƏZiZ DOSTLAR!...

Əsas xəbər, Azərbaycan, Müsabiqə, Borçalı, Arxiv, Haqqımızda, Dünya
Rəy yazın: