KÜBRA TURALQIZI: "KƏLAĞAYIM"

KÜBRA TURALQIZI: "KƏLAĞAYIM"KÜBRA TURALQIZI: "KƏLAĞAYIM" Kübra Tural qızı Naftalan şəhəri Səməd Vurğun adına 2 saylı orta məktəbin 9-cu sinif şagirdidir.
Kiçik həcmli hekayələr və bayatılar yazır. Onun yazıları ara-sıra dövrü mətbuatda və müxtəlif yönümlü antologiyalarda çap olunub.
Biz də Kübra Tural qızına uğurlar arzulayır və aşağıda dəyərli oxucularımızın diqqətinə onun milli-mənəvi dəyərlərimizdən olan kəlağayımız haqqında duyğu düşüncələrini çatdırırıq.


KƏLAĞAYIM

Bu gün Azərbaycan xanımlarının şərəf,ismət,qeyrət saydığı kəlağayı günüdür. Elə bir gündür ki, bu gün ataların anaların ,babaların,nənələrin hər an uca tutduğu milli dəyərlərimizdən olan kor düşmənin görəndə paxıllıqdan partladığı kəlağayımızın günüdür.Sirlər yatır sinəsində kəlağayılarımızın. Babamın nənəmə hədiyyəsidir,anaların gəlin gələn qıza hədiyyəsidir: NOXUDU, BUTALI, XONÇALI, TOYLUQ,....
Nə gözəl adları var. Nənəm danışardı ki,bir gün şahlar dövründə iki əmioğlu şah qarşı-qarşıya gəlirlər ki, döyüşsünlər. Bunu görən onların nənələri döyüş meydanına gəlir, başındakı noxudu kəlağayını ortaya atır ki,keçin,bunun üstündən,görüm keçə bilirsinizmi?
Nənənin hər iki nəvəsinin qarşısına atdığı noxudu kəlağayı neçə-neçə ölümün qarşısını alır.
Baxın,bir müharıbə dayandıran
kəlağayı Azərbaycan-Türk xanımlarının baş tacıdı. Qədimdən də qədimdir,kəlağayının yaşı..Uludur.
Dağların əzəməti,çəmənlərin gözəlliyi var, kəlağayıda.
Axan bulaqların saflığı,göylərin əlçatmazlığı var kəlağayıda... Nazlı gözəllərin başında nazlanan,göz süzdürən kimi sürüşüb çiyinləri bəzəyən nazlı kəlağayım.
İsmətim, ləyaqətim şanım-şöhrətim kəlağayım.
Nənəmin boxçasında səliqəli qatlanıb, baxanda ,,al məni,, - deyir. Gözəllik nümunəsi, igidlərin yarlarına könül hədiyyəsidir, kəlağayım...
Bəzi bölgələrimizdə indi də toy mərasimlərində kəlağayı ,,nəmər,, kimi bəyin boynuna salınır. Kəlağayı el arasında müqəddəs hesab olunur.Ona görə gəlin gələndə qaynana gəlinin başına qırmızı kəlağayı atarmış ki, gəlin xöşbəxt olsun. Hətta gəlinlər həmin kəlağayını qırx gün belinə bağlayardılar.Hətta körpə doğulan uşaqları kəlağayıya bukərdilər ki,uşaq vətənpərvər, igid olsun.Deyilənə görə kəlağayı müalicə məqsədilə də işlədilir.O bağlandığı yeri müalicə edir,deyirlər. Hətta kəlağayı bədnəzəri də qaytardığı söylənir.
Bəli,nənələrimizin alqışlarından,dualarından nəsibini alıb kəlağayımız.Gözəllərin başında kəlağayı, at belində ərlərinə,qardaşlarına arxa dayaq olması özü el içində bir məsəl yaradırki ASLANIN ERKƏYİ, DİŞİSİ OLMAZ...
Çəkisi yüngül olsa da, dəyəri çox qiymətlidirvə əzizdir bizlərə...

Başında kəlağayı,
Sanki dümağ qağayı,
Yurdumun nazlı qızı,
Söndürər günəş, ayı.

Əsrlər ötəcək. İrsimizi yaşadan kəlağayı, dastana çevriləcək, dillər əzbəri olacaq ki, uzaq Şərqdə bir ölkə var, Bu gözəlliklər diyarı Azərbaycandır, Orda mənəviyyatı yaşadan bir örpək var. Adı kəlağayıdır. Millətlər onu örtmək üçün, ona sahib olmaq üçün yurdumuza gələcək və kəlağayını yadigar aparacaqlar. Hətta ədəbiyyatımızda da kəlağayı özünəməxsus formada şairlər tərəfindən vəsf edilir:

Kəlağayım yamyaşıl,
Baxanın ağlı çaşır
Üstündəki gülləri,
Ulduz olub sayrışır.

Kəlağayım ipəkdi,
Rəngbərəng bir çiçəkdi,
Yer üzündə min şal var,
Hamısəndan qəşəngdi.

Kəlağayım sapsarı,
Sal çiyninə bərk sarı,
Tanrı gözəllik verib
Üzün tut mənə sarı.

Kəlağayım ilməli,
Sorlərini bilməli,
Gəlin köçən qızlara.
Cehiz kimi verməli.

KÜBRA TURALQIZI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: