Professor NİYAZİ HƏSƏNOV: "Dünyanın yaşıl olması planetimizin bütün sakinlərinin insanlıq vəzifəsidir" İqtisadiyyat, Köşə yazılar 23 октября 2024 974 0 1 2 3 4 5 Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi və diplomatik səyləri nəticəsində İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizlə başa çatdı və vaxtilə itirilmiş torpaqlarımızı xalqımıza, dövlətimizə qaytarıldı.Azərbaycan öz torpaqlarını azad etməklə dayanıqlı sülhə və tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan tarixi inkişafının yeni mərhələsinə qədəm qoyub.Prezident İlham Əliyevin Sərəncamı ilə “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən edilib.Bu Milli Prioritetlər əsasında yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanmışdır.Strategiyada əks olunan Milli Prioritetin icrasının təmin edilməsi məqsədilə 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq olunmuş və onun icrasına başlanılmışdır.Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələrdə bu sürətlə və bu keyfiyyətlə bərpa işləri bu günə qədər aparılmamışdır. Həmçinin bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilməklə qəsəbə və kəndlərdə bütün lazımi infrastrukturu nəzərdə tutulmuşdur.Məcburi köçkünlərdən bir qismi artıq Zəngilan, Ağdərə, Füzuli, Laçın, Şuşa, Cəbrayıl, Xocalıya köçürülmüş, digər şəhər, qəsəbə və kəndlərin bərpası davam edir və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra edilir.Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir.Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Bakıda keçiriləcək 29-cu Tərəflər Konfransında (COP29) “Yaşıl Enerji Vədi: Yaşıl Enerji Zonaları, Dəhlizlər və Şəbəkələr” adlı təşəbbüsün irəli sürülməsi nəzərdə tutulur. Bununla yanaşı, 2021-ci ilin noyabr ayında Qlazqo şəhərində keçirilmiş COP26 Konfransında işğaldan azad edilmiş ərazilərdə “xalis sıfır emissiya” zonasının yaradılması üzrə ölkəmiz könüllü öhdəlik qəbul etmişdir. İşğaldan azad edilmiş ərazilərin “Yaşıl Enerji Zonası” elan edildiyini nəzərə alaraq, onun əsas elementi olan “yaşıl” texnologiyaların, ilk növbədə günəş enerji sisteminin tətbiqi zəruri hesab edilir. Ev təsərrüfatlarında günəş panellərinin quraşdırılması iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı, dövlətin həyata keçirdiyi sosial və ekoloji siyasətə uyğundur, eyni zamanda dayanıqlı məskunlaşma prosesinə töhfə verir.İşğaldan azad edilmiş Kəlbəcər və Ağdərə rayonlarında geotermal və Günəş enerjisi ehtiyatları, Laçın, Qubadlı və Zəngilan rayonlarında hidroenerji mənbələri, Şuşa, Xocavənd və Cəbrayıl rayonlarında külək enerjisi, Tərtər, Ağdam, Xocalı rayonlarında bioenerji ehtiyatlarının səmərəli istifadə edilməsi nəticəsində ölkəmizin ümumilikdə “Yaşıl enerji” istehsalçısına və istehlakçısına çevrilə bilər. Artıq Qarabağda və Şərqi Zəngəzurda hidroenerji potensialından fəal şəkildə istifadə edilir. Yaxın illərdə burada hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq ki, bu da yaşıl enerjiyə keçid prosesinə böyük töhfədir.Sözügedən ərazilərdə tikilən yarımstansiya və su elektrik stansiyalarının açılışı olub. Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji dəhlizi layihəsi çərçivəsində tikilən 330 kilovoltluq “Cəbrayıl” qovşaq yarımstansiyası istismara verilib. Həmçinin yaşıl enerji strategiyasına uyğun olaraq 2023-cü ildə Kəlbəcər rayonunda 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub. Paralel olaraq “AzərEnerji” tərəfindən Laçında yeni tikilən 110 kilovoltluq “Qorçu” yarımstansiyasının və “Laçın” şəhər qovşaq yarımstansiyasının da ötən il açılışı həyata keçirilib. Bununla yanaşı, Laçın rayonunda yenidən qurulan 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” kiçik su elektrik stansiyaları yenidən qurularaq istismara buraxılıb.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il “ 21 ” iyun tarixli 357s nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planının 4.1-ci bəndinin icrası məqsədilə damüstü günəş enerjisi sistemlərinin quraşdırılması üzrə tələblər müəyyən edilmiş və bunun nəticəsində işğaldan azad edilmiş ərazilər olan Laçın rayonunun Zabux, Sus, Bəylik və Cəbrayıl rayonunun Horovlu kəndlərində artıq fərdi yaşayış evlərinin üzərində damüstü günəş panelləri quraşdırılmışdır.Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur.Qeyd edək ki, “Bərəkət” İctimai Birliyi ölkənin ictimai-siyasi və iqtisadi fəaliyyətinə dəstək olan vətəndaş cəmiyyətidir. Birlik üzvləri qlobal dünyada gedən prosesləri mütəmadi izləyərək beynəlxalq siyasi arenada baş verən dəyişikliklərin əsasında təhlil və araşdırmalar aparır.Dünyanın yaşıl olması və bəşəriyyətin sülh içində yaşama çağırışı planetimiz bütün sakinlərinin insanlıq vəzifəsidir.Niyazi HƏSƏNOV, “Bərəkət” İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru, professor ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.