Mənim Prezidentim! Mənim Liderim!

Mənim Prezidentim! Mənim Liderim!Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir. Baxmayaraq ki, qədim və təbii sərvətlərlə zəngin olan ölkəmiz zaman-zaman işğallara məruz qalıb, torpaqları talan edilib, cəsur sərkərdələrinin, vətənpərvər oğullarının, görkəmli ziyalılarının gücü, fəaliyyəti sayəsində öz qüdrətini qoruyub saxlaya bilib.

XX yüzilliyin sonunda yenidən dövlət müstəqilliyinə qovuşan Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə ömrünü həsr etmiş Ulu Öndər Heydər Əliyev özünün siyasi bacarığı və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratdı və Ümummilli Lider zirvəsinə yüksəldi.

Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdaraq ölkənin parçalanmasının qarşısını alması, baş verən siyasi hərc-mərcliyə son qoyması ilə ölkəmiz inkişaf yoluna qədəm qoydu. Bu uğurlu siyasətin layiqli davamçısı olan İlham Əliyevin başçılığı altında dövlətimiz təkcə ön cəbhədə deyil, həmçinin informasiya cəbhəsində, diplomatiyada da davamlı uğurlar qazanıb.

İlk dəfə 2003-cü ildə prezidentliyə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülən İlham Əliyev seçicilərin 76 faizindən çoxunun səsini toplayıb. Prezidentlik dövründə İlham Əliyev saysız-hesabsız nailiyyətlərə imza atıb. Bu nailiyyətlər siyasi, diplomatik, iqtisadi, hərbi, sosial, mədəni, idman sahələri də daxil olmaqla, həyatın hər bir sahəsində özünü parlaq şəkildə təzahür etdirir. Sözügedən nailiyyətlər sırasında ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğı xüsusi qeyd edilməlidir.


Mədəniyyətlərarası dialoq hər zaman Prezident İlham Əliyevin mədəniyyət siyasətində prioritet sahələrdən biri olub. Məhz onun təşəbbüsü ilə 2011-ci ildən başlayaraq 2017-ci ilə qədər Bakıda dörd dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. 5 iyun 2014-cü ildə Prezident Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Fərman imzaladı.

11 yanvar 2016-cı ildə imzaladığı Sərəncamla 2016-cı ili Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan etdi. İlham Əliyev tolerantlıq və multikulturalizmi Azərbaycanda dövlət siyasəti və həyat tərzi kimi xarakterizə edib.

Prezident İlham Əliyev 5 may 2004-cü ildə "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yaradılması haqqında Sərəncam imzaladı. Təqribən dörd il sonra - 10 aprel 2008-ci ildə o, Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında başqa bir Sərəncam imzaladı. 21 oktyabr 2009-cu ildə imzalanan Sərəncamla isə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu yaradıldı. 8 noyabr 2016-cı ildə Prezident Əliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında başqa bir Sərəncam imzaladı.

İlham Əliyev 19 oktyabr 2006-cı ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında Sərəncam imzaladı və həmin Sərəncamla müvafiq icra hakimiyyəti orqanlarına Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramını hazırlamağı tapşırdı. Buna uyğun olaraq o, 16 aprel 2007-ci ildə 2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramını təsdiq etdi. 9 fevral 2007-ci ildə prezident İlham Əliyev qəbul etdiyi başqa bir Sərəncamla 2007-ci ili "Gənclər ili" elan etdi. 2007-ci ildə Azərbaycan Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Təşkilatının Gənclər Forumu, BMT-nin İnkişaf Proqramı, İSESCO və Avropa Şurası ilə birgə təşkil edilmiş "Gənclər Sivilizasiyaların Alyansı uğrunda" beynəlxalq konfransına ev sahibliyi etdi. 19 dekabr 2011-ci ildə İlham Əliyev gənclərin cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədi ilə "Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması haqqında" Fərman imzaladı. 15 sentyabr 2017-ci ildə isə o, "Azərbaycan gəncliyi 2017–2021-ci illərdə" Dövlət Proqramı"nı təsdiq etdi.

İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasinda əhaliyə göstərilən səhiyyə xidmətlərinin yüksək keyfiyyətini qoruyub saxlamaq əsas prioritetlərdən biri kimi müəyyən olundu. 1 yanvar 2020-ci ildən icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqinə başlanılıb.1 aprel 2021-ci il tarixindən bu günədək icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə edir.

İlham Əliyevin iqtisadi siyasəti nəticəsində 2003–2016-cı illər arasında Azərbaycanın Ümumi Daxili Məhsulu (ÜDM) 5 dəfədən çox artdı. Belə ki, Dünya Bankının statistikalarına əsasən İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçilərkən Azərbaycanın ÜDM-i 7,276 milyard ABŞ dolları idisə, 2016-cı ildə bu göstərici 37,848 milyard ABŞ dolları olub.


2012-ci ilin iyununda İlham Əliyevlə Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğan TANAP layihəsinin reallaşdırılmasına dair hökumətlərarası müqavilə imzaladılar. TANAP layihəsinin təməli 17 mart 2015-ci ildə İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili tərəfindən Qarsda atıldı. 2013-cü ilin yanvarında Bakıda İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Jose Manuel Barroso Azərbaycan qazının Avropaya daşınması haqqında birgə Bəyannamə imzaladılar. 30 oktyabr 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirildi. 2019-cu ilin aprel ayında "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan Trans-Anadolu qaz kəmərinin (TANAP) 1-ci mərhələsi çərçivəsində sınaq qaz tədarükü başlandı.

Dünya Bankı, Dünya İqtisadi Forumu 2018-ci ilin məlumatına əsasən Azərbaycan Respunlikasında İnklüziv İnkşaf İndeksi 4,69-a bərabər olub. Müqayisə üçün qeyd edək ki, Qazaxıstan və Rusiya Federasiyasında İnküliziv İnkşaf İndeksləri uyğun olaraq 4,26 və 4,20-yə bərabərdir. Azərbaycan Respublikasındakı adambaşına ümumdaxili məhsul göstəricisi Qazaxıstan və Rusiyadan aşağıdır. Bu bir daha göstərir ki, İnküliziv İnkişaf İndeksi sahəsində olan nəticələr daha çox bu sahənin optimal idarəetməsi ilə əlaqədardır. Elə həmin hesabata əsasən Azərbaycanda İnsan İnkişafı İndeksi 2000-ci ildə 0,642 idisə, 2016-cı ildə 0,761 olmuşdur. Bu yüksəlişə səbəb ölkədə idman və tibb bazasının gücləndirilməsidir. Ölkəmizdə 50 olimpiya mərkəzi, onlarla tibb mərkəzi yaradılıb.

2020-ci ildə bütün dünyada koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsi müşahidə olunurdu. Yeni infeksiyanın, eyni zamanda, qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsirləri də artmaqda idi.

Ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunmuş və əhalinin sosial təcrid olunması təmin edilmişdir. Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlardan istifadə edərək ən çətin vaxtlarda belə xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib.

27 sentyabr - 10 noyabr 2020 tarixləri arasında Qarabağdakı 44 günlük Vətən müharibəsində işğal edilən torpaqlarımızın düşməndən azad edilməsində Azərbaycan Prezidenti İlham Əliyev, dövlətin Ali Baş Komandanı kimi sürətli və effektiv bir şəkildə təlimatlar verib, operativ qərarlar qəbul edib. Azərbaycan Ordusu Prezidentin rəhbərliyi altında uğurlu hərbi əməliyyatlar nəticəsində işğal olunmuş əraziləri yağı düşməndən azad etdi. Hər bir kəndimizin, qəsəbəmizin, şəhərimizin düşməndən azad edilməsi xəbərinin Ali Baş Komandan tərəfindən xalqa çatdırılması hamıda böyük sevinc və milli qürur hissini oyatdı. Ata-baba yurdum Qubadlının azad olunmasını eşidəndə sevincimin həddi-hüdudu yox idi. Torpaqlarımızın azad edilməsindəndə canından keçən şəhidlərimizin ruhları şad olsun. Sağlamlıqlarını Vətəni uğrunda fəda edən qazilərimizə şəfalar diləyirəm.

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər Günü kimi yazıldı. Prezident İlham Əliyev xalqa sayca yeddinci müraciətini Şəhidlər Xiyabanından edərək, Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi: “Mən bu gün eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! …Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq… Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarılıb.

19-20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatının nəticəsində 29 sentyabrdan Azərbaycan polisi Xankəndi şəhərinə nəzarəti bərpa etmişdir. 15 oktyabr 2023-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırmışdır. 8 noyabr 2023-cü ildə şəhərdə İkinci Qarabağ müharibəsində əldə olunmuş qələbəyə həsr olunmuş təntənəli hərbi parad keçirildi.

Baxmayaraq ki, bizim haqlı mübarizəmizə qarşı çıxan, beynəlxalq hüquq normalarını kobudcasına pozan ölkələr oldu, amma dövlətimiz öz gücünə ədaləti bərpa etdi. Ərazi bütövlüyümüz, suverenliyimiz tamamilə bərqərar oldu. Haqq savaşında dövlət başçımız bütün dünyaya hərb mədəniyyətini nümayiş etdirdi. Düşmən nə qədər məcburiyyət qarşısında qoysa da, Azərbaycan tərəfindən dinc əhaliyə qarşı hərbi əməliyyatlar aparılmadı. 30 ildən artıq düşmən tapdağı altında qalmış torpaqlarımız separatçı qüvvələrdən təmizləndi. Hazırda da ərazilərimizdə yenidən qurma işləri davam etdirilir.

Bir təhsil işçisi kimi ölkəmizdə təhsilə olan diqqət və qayğını xüsusi qeyd etmək istərdim. 2022-2023-cü tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı” hazırlanıb. Siyahı hazırlanarkən təhsil müəssisələrinin “Times Higher Education (THE) World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” beynəlxalq reytinqlərindəki sıralamaları, həmçinin “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil təcrübəsi əsas hesab olunub. Bununla da Dövlət Proqramının 15 prioritet ixtisas uyğun təhsil müəssisələrində bakalavriat və əsas etibarı ilə magistratura səviyyələrində Azərbaycan gənclərinin təhsili üçün imkan yaradılıb. Bu da öz növbəsində müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasına töhfə verəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Prezident İlham Əliyev növbədənkənar prezident seçkisinin keçirilmə səbəbləri ilə bağlı qərarını belə izah edib: suverenliyin bərpası, ilk dəfə ölkənin hər yerində seçki keçirilməsi imkanı və ötən il prezident kimi onun fəaliyyətinin 20 ilinin tamam olması.

Mən qarşıdan gələn seçkilərdə Qalib Xalqın Qalib Lideri İlham Əliyevə qalibiyyət arzulayıram! Zəfəriniz daimi olsun, cənab Ali Baş Komandan, cənab Prezident!

Mənim Prezidentim! Mənim Liderim! Hilalə CƏFƏROVA,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
“Rəqəmsal texnologiyalar və tətbiqi informatika”
kafedrasının dosenti


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Xankəndi paradı vasitəsilə  suverenliyimizin bərpasını  bütün dünyaya nümay ...

Xankəndi paradı vasitəsilə suverenliyimizin bərpasını bütün dünyaya nümay ...

Zalqa, Köşə yazılar
Mehriban İmanova: “Azərbaycan Elm Fondu öz fəaliyyətini şəffaflıq prinsiplə ...

Mehriban İmanova: “Azərbaycan Elm Fondu öz fəaliyyətini şəffaflıq prinsiplə ...

Elm
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Məktəblər, Siyasət
Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birid ...

Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birid ...

Elm
İlham Əliyev Azərbaycan multikulturalizminin siyasi qarantıdır

İlham Əliyev Azərbaycan multikulturalizminin siyasi qarantıdır

"Mən Şirvanın səsiyəm", ADPU, Köşə yazılar
Heydər Əliyev irsinin layiqli davamçısı

Heydər Əliyev irsinin layiqli davamçısı

ADPU, Köşə yazılar
AzTU-da Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib

AzTU-da Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib

AzTU
Qırx dörd günlük qəhrəmanlıq dastanı və Zəfərə aparan siyasət

Qırx dörd günlük qəhrəmanlıq dastanı və Zəfərə aparan siyasət

YAP, Qarabağ
AzTU-nun rektoru Vilayət Vəliyevin Silahlı Qüvvələr Günü münasibətilə təbri ...

AzTU-nun rektoru Vilayət Vəliyevin Silahlı Qüvvələr Günü münasibətilə təbri ...

AzTU
Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Müsabiqə, Köşə yazılar
AzTU-nun rektoru Vilayət Vəliyevin 2 fevral - Gənclər Günü münasibətilə mür ...

AzTU-nun rektoru Vilayət Vəliyevin 2 fevral - Gənclər Günü münasibətilə mür ...

AzTU
Emin Əmrullayev Təhsil naziri təyin olunub

Emin Əmrullayev Təhsil naziri təyin olunub

Nazirlik
Gənclik və siyasət: Yeni hədəflərə və çağırışlara doğru..

Gənclik və siyasət: Yeni hədəflərə və çağırışlara doğru..

YAP, AzTU, Gənclik
“Elm günü”nun təsis edilməsi AMEA qarşısında ciddi vəzifələr qoyur

“Elm günü”nun təsis edilməsi AMEA qarşısında ciddi vəzifələr qoyur

Digər bölmələr
İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

Əsas xəbər, Azərbaycan, Ədəbi əlaqələr, Gürcüstan
Prezident İlham Əliyev gənclərimizi daha vətənpərvər, sağlam, savadlı, işgü ...

Prezident İlham Əliyev gənclərimizi daha vətənpərvər, sağlam, savadlı, işgü ...

Azərbaycan, Gənclik
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Əsas xəbər, Rəsmi Xəbərlər
İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüşüb

İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüşüb

Əsas xəbər, Azərbaycan
Azərbaycan Prezidenti İlham ƏLİYEVin Dünya Azərbaycanlılarına  MÜRACİƏTİ

Azərbaycan Prezidenti İlham ƏLİYEVin Dünya Azərbaycanlılarına MÜRACİƏTİ

Əsas xəbər, Rəsmi Xəbərlər
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini, xarici işlər nazirini qəbul ...

İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini, xarici işlər nazirini qəbul ...

Azərbaycan, Gürcüstan
Rəy yazın: