MƏMMƏDYAR ZİYADOĞLU: "XALQIM"

MƏMMƏDYAR ZİYADOĞLU: "XALQIM" Əsgərov Məmmədyar Ziyad oğlu - 1990-cı il fevralın 24-də Beyləqan rayonunun Aşağı Çəmənli kəndində dünyaya gəlib.
Şəhid Seymur Abbasov adına tam orta məktəbində orta təhsilini başa vurub.
Şeirə, poeziyaya bağlı olan bu gənc yazar Azərbaycan Yazıçılar Birliyinin Beylaqan bölməsinin üzvüdür və hazırda Xankəndinin abadlaşdırılması üçün təşkil olunmuş tikinti briqadasının tərkibində usta kimi çalışır.
Şeirləri Zim.Az yurd.info.az saytlarında, “Borçalı” “Şərqin səsi” qəzetlərində, "Söz xəzinəsi""Qəlbimin səsi" ədəbi məcmulərinədə dərc olunub.
Biz də Məmmədyar Ziyadoğluna yeni-yeni yaradıcılıq uğur-ları arzulayırıq və aşağıda onun daha bir şeirini dəyərli oxu-cularımıza təqdim edirik.
İlhamə SABİRQIZI,
ZiM.Az



XALQIM

Ağır dərdli, qəm təlaşlı,
Matəmə qərq olan xalqım.
Qəlbi yanan, gözü yaşlı,
Qara xəbər alan xalqım.

Sürgünlərdə, cəzalarda,
Gah qurulmuş qəzalarda.
Göy üzündə fəzalarda,
Şəhid olub balan, xalqım.

Gözümüzdən qan yaş axır,
Allah axı göydən baxır.
Mizan çəkər əvvəl-axır,
Yerdə qalmaz nalan, xalqım.

MƏMMƏDYAR ZİYADOĞLU,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: