"NUR OCAĞI" Ədəbi-bədii Məclisi - dünənimiz, bu günümüz, sabahımız... "NUR OCAĞI", QHT, Köşə yazılar 8 февраля 2024 2820 60 1 2 3 4 5 RAMİLƏ ƏLİYEVA,“Yurd.İnfo.Az”-ın şöbə müdiri,"NUR OCAĞI" Ədəbi Məclisinin mətbuat katibi,“Zirvə” və “Zəfər” mükafatlarıı laureatıZiM.AzMədəniyyət bir xalqın kimliyini ifadə edən, milli-mənəvi dəyərlərini özündə əks etdirən bir sahədir. Və bu sahənin ən qədim yaradıcı qolu ədəbiyyatımızdır.Azərbaycan ədəbi fikri uzun illərin sınağından keçərək bu günkü müasir dövrümüzə gəlib çatmışdır. Hazırda da Azərbaycan xalqı öz dahi şəxsiyyətləri ilə dünya mədəniyyətində özünəməxsus yeri olan bir xalqdır. Ədəbiyyatımız şifahi xalq ədəbiyyatı və klassik şeirdən üzü bu yana müxtəlif səpkili nəzm və nəsr əsərləri ilə zəngindir. Azərbaycan dahi yazarların söz və sənət ustadlarının vətənidir. Və bu günkü gündə də Azərbaycan ədəbiyyatına yeni fikir, yeni düşüncələr gəlməkdə davam edir. Ədəbiyyat söz sənətidir. Sözdən gözəl yaradıcı fikirlər, əsərlər meydana gətirən yaradıcı insanlar tarix boyu formalaşmış və bu gün də formalaşmaqda davam edir. Bu mənada hal-hazırda fəaliyyət göstərən ədəbi-bədii məclislər, vatsap qrupları yeni yaradıcı insanların axtarışında və formalaşmasında birbaşa və yaxud dolayı yolla öz tövfəsini verir.Belə ədəbi-bədii məclislərdən biri də "Nur ocağı" Ədəbi-bədii Məclisidir. "Nur ocağı" Ədəbi-bədii Məclisi 2021-ci il may ayının 3-dən fəaliyyətə başlayıb. Məclisin yaradıcısı, təsisçisi və təəssübkeşi Sehran Süleymanovadır. Sehran Süleymanovanın ədəbiyyata olan dərin marağı, sevgisi onun ətrafına müxtəlif yaşda yaradıcı insanların toplaşmasına səbəb olmuşdur. O, özü ziyalı xanımdır, pedaqoqdur. Sehran müəllimə Azərbaycanın bir çox bölgələrindən yaradıcı insanları məclisə dəvət edib məclisdə onların birlik və ünsiyyətinin yaranmasına nail olmuşdur Bu gözəl ədəbi məclis ilk öncə vatsap qrupu şəklində fəaliyyət göstərmiş hal-hazırda isə əbədi-bədii məclis kimi fəaliyyətinə davam etdirir."Nur ocağı" Ədəbi-bədii Məclisində Ağdam ədəbi mühitinin yetişdirməsi olan Cümşüd Əli öz rəngarəng yaradıcılığı ilə daim diqqət mərkəzindədir və digər üzvlərə yaradıcı fəaliyyət sahəsində hər zaman dəstək olur."Nur ocağı" Ədəbi-bədii Məclisində Güney Azərbaycanımızın ustad qəzəlxan şairi,öz yaradıcılığında klassik Azərbaycan şeirinin çalarlarını əks etdirən və layiqli davamçısına çevrilən Mir Əsgər Mousəvi və öz duyğulu məlahətli səsi ilə könülləri oxşayan Şahnaz Candel vardır. Klassik şeirin və qəzəl janrının təbliği sahəsində məclisdə olan qəzəlxanların yaradıcı fikirləri və paylaşımları mühim yer tutur. Məclisdə Pünhan Axundzadə, Mir Əsgər Mousəvi, Zaur Naqani, Əhməd Haqsevər, Fərasət Nuruyev kimi qəzəlxanlar və Rəmzi Dağlaroğlu kimi bu sahədə yeni olan gənc istedadlar mövcuddur. "Nur ocağı" Ədəbi-bədii Məclisində Azərbaycandan kənarda qürbətdə yaşayan istedadlı yaradıcı insanlar da fəaliyyət göstərir. Onlar arasında həvəskar şairlər və eyni zamanda dəyərli söz sahibi olan insanlar da vardır. Rusiya ərazisində yaşayan Aslan Şırəlioğlu, Həvva Nazim, Qurban Süleymanov qürbətdə Vətən həsrəti çəkən yazarlarımızdandır. Aslan müəllim özünəməxsus yaradıcı fikirləri ilə ara-sıra məclisdə aktiv olan, öz duyğu və düşüncələrini söyləməkdən çəkinməyən üzvlərimizdəndir.Məclisin təşkilatçılıq, inzibati işləri ilə məşğul olan Həvva Nazim gənc istedadlı şairələrimizdəndir. Gözəl yaradıcı düşüncələri ilə Azərbaycan ədəbi dilinin normalarına uyğun əsərlər yazmağa çalışan Həvva Nazim öz yaradıcı dostlarına yardım etməkdən heç vaxt çəkinmir və əlindən gələn köməkliyi göstərir.Məclisdə dəyərli fikrə malik filoloq və pedaqoqlarımız da var. Ədəbi mətbuatda Brilyant Atəş və Feyruz Hilaloğlu adı ilə tanınan yaradıcı insanların məclisdə olması orda olan insanların yaradıcı fikirlərinin və nəzəri biliklərinin formalaşmasına öz müsbət təsirini göstərir. Brilyant Atəşin adı və təxəllüsündən irəli gələn xarakter və düşüncələri onun yaradıcı fikirlərində də öz əksini tapıb.Eyni zamanda məclisdə rus dilində təhsil almış və öz ədəbi düşüncələrini hər iki dildə gözəl ifadə etməyi bacaran Nailə Şahverdi kimi, öz duyğularını könül dünyasının gözü ilə ifadə edib oxuculara çatdıran Samirə Sahib kimi, yanaşma tərzi ilə öz ətrafından bir çox düşüncələrdə fərqlənən Sahibə Yusif kimi yaradıcı ruhu zəngin, dəyərli xanımlar var.Gürcüstan ərazisində olan Azərbaycan torpaqlarında böyüyüb boya-başa çatmış dəyərli söz-sənət insanları da "Nur ocağı" Ədəbi Məclisində öz sənət dünyalarının və yaradıcı fikirlərinin işığına ədəbiyyatsevərləri cəlb etmişlər.İladi Öməroğlu, Rövşən Xaləddinoğlu, Qulu Xaləddinoğlu, Səringül Sadə, Hənifə Şəbnəm kimi gözəl yaradıcılığa malik olan söz adamları şair və şairələrimizə öz dəyəri tövsiyyələrini hər zaman verirlər. “Nur ocağı” Ədəbi-bədii Məclisi ədəbi-bədii fikrin formalaşmasında, bədii düşüncə və ideologiyanın ictimaiyyətə faydalı şəkildə təqdim olunmasında maraqlıdır. Və bu sahədə geniş tədbirlər planı həyata keçirir. Məclisdə fəaliyyət göstərən söz adamları, yaradıcı insanlar ədəbiyyat və incəsənət sahəsində öz tövfələrini verməklə yanaşı gənc yazarlara da öz dəstək və yardımlarını əsirgəmirlər.Məclis öz toplantılarında ədəbi fikrin, nəzəri biliklərin müzakirəsinə geniş yer verir və maarifləndirmə sahəsində uğurlu fəaliyyət göstərir.Məclis daxilində öz nizamnaməsinə uyğun olaraq qayda-qanunları əldə rəhbər tutur və mütəmadi idarə heyətinin iclasını çağıraraq bu sahədə müzakirələr aparır."Nur ocağı" Ədəbi-bədii Məclisinin İdarə heyəti və özünə aid tədbirlər planı var.Bu tədbirlər planına məclis üzvü olan şair və şairələrin yaradıcılıq günlərini keçirmək, Azərbaycan ədəbiyyatı sahəsində olan dəyərli şəxsiyyətlərinin yaradıcılığını öyrənmək, təbliğ etmək və onların təcrübələrindən yararlańmaq, Şəhid ailələrinin anım tədbirlərində iştirak etmək, Vətən müharibəsi iştirakçıları və qazilərlə görüşlər keçirmək və s aiddir. Məclisdə daim nəzəri biliklər öyrənilir və öyrədilir. Qırx beşə yaxın üzvü olan "Nur Ocağı" Ədəbi-bədii Məclisinin yazarlarının şeir və düşüncələrindən ibarət iki antaloğiya kitabı işıq üzü görüb. Və üçüncü antaloğiyanın da hazırlanması üçün işlər görülür.Yeri gəlmişkən, istər “Nur ocağı” antologiyasının, istərsə də məclisimizin ən fəal üzvlərindən olan şairlərdən - İladi Öməroğlu, Səringül Sadə, Hənifə Şəbnəm, Aslan Şırəlioğlu, Cümşüd Əli, Brilyant Atəş, Nailə Şahverdi, Samirə Sahib, Sahibə Yusif və başqalarının şeir kitablarının işığüzü görməsində öz köməyini əsirgəməyən, eləcə də, rəhbərlik etdiyi “Şərqin səsi”, “Ziya”, “Təhsil”, “Elm və təhsil” qəzetlərində, həmçinin "zim.az", "zirve.info", "zirve.info.az", "ziya.info.az", "zefer.info.az", "yurd.info.az", "elm.info.az", "vetenim.az", "vetenim.info", "bolnisi.az", "borcali.org" internet saytlarında, eləcə də, "Vətən", "Canım Azərbaycanım", "Odlar yurdu Azərbaycan", "Zirvə", "Zirvəyə uclanlar", "Zəfər", "Zəfəri qazanlar", "Ziya", "Buta", "Turan", "Heydər Zirvəsi", "İlham çeşməsi" və s. ədəbi məcmuələrdə müntəzəm olaraq məclis üzvlərimizin şeirlərini dərc etdiyinə görə dəyərli ziyalımız Müşfiq Borçalıya və onun rəhbərlik etdiyi “Borçalı” nəşriyyarının bütün yaradıcı heyətinə öz təşəkkürümüzü bildiririk. Onu da vurğulamaq istəyirəm ki, “Nur ocağı” Ədəbi-bədii Məclisi Azərbaycan ədəbiyyatının təbliği, inkişafı və yeni yaradıcı fikirlərin yaranmasında bundan sonra da əvəzsiz xidmətlər göstərəcəyinə ümidvaram. Və məclisin hər bir üzvünə yeni-yeni uğurlar arzu edirəm.Fikirlərimi "Nur ocağı" məclisinin üzvlərinə həsr etdiyim şeirimlə tamamlayıram:AY MƏNİM DƏYƏRLİ ŞAİR DOSTLARIM!Bir yola çıxmışıq nurlu bir yola,Bu yolda uğurlar bizlərin ola,Hər zaman köksünüz sevinclə dola,Sözdən libas biçib geyir dostlarım,Hər sözü mənalı deyir dostlarım.Nur ocağı nur bəxş etsin sizlərəNəğmə qonsun təbəssümlü üzlərəAllah özü kömək olsun bizlərəQaydaya, nizama uyur dostlarım.Mətləbi anında duyur dostlarım.Təbrik edir sizi dostlar-tanışlar ,Uzaq olsun sizdən yaman-yanlışlar,Sehran ana sizi daim alqışlar.Söylər şəninizə şeir dostlarım,Olsun qismətiniz xeyir, dostlarım.Daim həyat yollarında nur olsun,Sevinciniz aşsın-daşsın, durulsun."Nur ocağı" zirvələrdə duyulsun,Söz mülkünü sərvət sayır dostlarım,Yaxşı ki, varsınız şair dostlarım!RAMİLƏ ƏLİYEVA,“Yurd.İnfo.Az”-ın şöbə müdiri,"NUR OCAĞI" Ədəbi Məclisinin mətbuat katibi,“Zirvə” və “Zəfər” mükafatlarıı laureatıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.