SƏNƏM XANIMIN MODERN ŞEİRLƏRİ

SƏNƏM XANIMIN MODERN ŞEİRLƏRİ Sənəm Borçalı (Telli Borçalı) xanımın elə bircə şeirini oxumaq kifayətdir ki, onun əsl şair olduğuna inanasan. Bu xanımın poetik dünyası çox zəngindir. Sənəm xanımın döğulub boya-başa çatdığı regionda aşıq yaradıcılığının üstünlük təşkil etdiyi və o regionda yaşayan şairlərin gözəl qoşma-gəraylı yazdıqlarının şahidiyik. Sənəm xanımın da yaradıcılığında qoşma, gəraylı, təcnis nümunələrinə rast gəlinsə də, modern şeirlər onun yaradıcılığının əsas hissəsini təşkil edir.

"Bir badə eşq" kitabı Sənəm Borçalının növbəti kitabıdır. Kitabın adındakı poetik deyim oxucunu özünə çəkir və bu kitabın oxunması üçün zəmanət rolunu oynayır.


Sənəm xanımın poetik fikirlərlə yüklənmiş sərbəst şeirləri nəzərimi daha çox cəlb etdi. Bu şeirlər şairə xanımın şairlik istedadını, onun poetik gücünü daha qabarıq şəkildə göstərir. Oxucu qəlbini riqqətə gətirən bu əsl poeziya nümunələri yapon poeziyasından bizə tanış olan hokkuları xatırladır. Əlbəttə, hokkuların öz ölçüsü, quruluşu var. Hokku cəmi 17 hecalı şeir olmaqla (5+7+5) üç misradan ibarətdir. Bu janrın sətiraltı mənası çox dərin olmaldır. Sənəm xanımın üçmisralıq şeirlərini janr kimi hokku adlandırmaq olmasa da, heç də onlardan geri qalmırlar.
Qaranlıq otaq,
öləziyən şam işığı,
eşqin mənə uzanmış əlləri...
və yaxud:
Gəl, nəfəs-nəfəs,
badə-badə içək bir-birimizi,
heç mələklər də bilməsin sirrimizi...
Səmimi, xoş duyğular oxucu ürəyini işıqlandıraraq həyatdan zövq almağa çağırır. Sevgi hissini bu qədər incə, kövrək notlarla, həyatın özündə olduğu kimi hayqırmadan, çığırmadan heç kim belə payız yarpaqları kimi pıçıldaya bilməzdi.
Mən bu gözəl şairənin poetik libasa bürünmüş kiçik boylu şeirlərini şərti olaraq "cırtdan şeirlər" adlandırıram. Şairə xanımın daha bir cırtdan şeirinə nəzər yetirək:
Sənin gülüşlərin
könlümün aynasıdır,
ömrüm, amandır, sındırma bu aynanı...
Daha bir cırtdana nəzər salaq:
Payız ətirlim,
sənin qucağında çiçəkləyirəm,
fəsillər qısqanır bu həqiqəti...
Bunların hamısı sevgi şeirləridir. Hisslər tanış olsa da, deyimlər yeni, tərdir.
Sən gələnə kimi küsüb gedən
duyğuların ayaq səslərini
eşitdinmi?

Yenə sənsizlik dağılıb ömrümə,
ver əllərini,
yığışdırım içimdəki ağrıları, əzizim...
Bu şeirləri oxuyanlar necə şairə xanımın düşüncəsinə, dərrakəsinə, şeir yazmaq qabiliyyətinə heyran olmasınlar? Bəzən sevgi şeiri olaraq uzun-uzadı yeddi, doqquz bəndlik şeirlər oxuyuruq. Mən Sənəm xanımın bu kiçik şeirlərini heç də o heca şeirlərindən zəif hesab etmirəm. Məlumdur ki, şeirdə gözəl bir fikri ifadə etmək üçün onu çoxlu sözlərlə bəzəyib uzatmaq da olar. Şeirlərindən söz açdığımız şairə xanım uzunçuluğu sevmir, sözünü konkret deməyi xoşlayır. Sənəm xanımın sevgi şeirlərinin uğurlu alınmasının sirri, düşünürəm ki, elə lakonikliyində, konkretliyindədir.
Ürəyimdə xəyalım,
qulağımda həzin pıçıltıların,
xatirələr necə də xoşbəxtdirlər...
Bu şeirdə, əlbəttə ki, şairə xanımın özünün əhvalından, sevimli bir insanla olan münasibətindən danışılır. Lakin xoşbəxtliyi xatirələr üzərinə köçürməklə şairə gözəl metafora yaratmağa nail olmuşdur.
Sənin qucağında
sükutun səsi
dünyanın ən gözəl nəğməsidir, əzizim...
Gözəlliyə bir baxın! Elə musiqili nəğmə kimi səslənməkdədir üç misralıq bu şeir.
Sənəm xanımın daha iki şeirinə nəzər yetirməklə hər biri hokku qədər poetik və dərin məzmunlu üçmisralıq şeirlərinə yekun vuraq:
Mənim göz yaşlarım
ürəyimin məktublarıdır,
kipriklərim yazdı qələm əvəzi.

Mən bir eşq dilənçisiyəm,
aç ürəyimin qapısını,
Bir öpüş ver nəzir əvəzi...
Artıq sözə ehtiyac yoxdur məncə.
Sənəm xanımın cırtdan şeirləri içərisində bir neçə ikimisralıq şeirə də rast gəldim. Belə şeirləri çox sevirəm.
Uzat əllərini, sevgilim,
əllərinə qonmaq istəyirəm.

Yazılmamış məktubsan,
bəs hər gün necə oxuyuram səni?

Adın ürəyimdə çiçəkləyib,
öpüşün dodaqlarımda...
Bu şeirlərin də hər birinin öz gözəlliyi, öz poetikası var.
Sənəm xanımın adsız sərbəst şeirləri içərisində nisbətən uzun görünənləri də var. Onun əksər şeirləri 4-6 misra arasındadır. Bu şeirlərin hər biri uzun-qısalığından asılı olmayaraq oxucu qəlbini sevindirməyə qadirdir. Bu şeirlərin bir neçəsiylə tanışlığımızı davam etdirək.
Dünən
Kainat adlı bir otağın yanından keçdim.
Adın yol kimi keçdi ürəyimdən!
Xəyalım səninlə görüşdü, adam!
Ocaq qaladı ürəyimdə məhəbbətin.
Əlimi qapının dəstəyinə uzatdım,
Ürəyimdən keçən yol -
Eyfel qülləsinə gedən yol kimi...
Sevginin addım səslərini eşitdim.
Xatirələr kövrəldi sanki,
payızdan qışa doğru yolda bahar çiçəklədi.
Qaranquşlar eşq müjdəsini gətirdilər.
Şeirdə məna tutumu ilə bərabər, görün, nə qədər poetik fikirlər, bədii təsvir vasitələri özlərinə yer etmişlər. Bütün bunlar şairə xanımın düşüncə zənginliyinə dəlalət edən amillərdir.
Dodağım
eşqin çiçəkləyən yeridir,
hər dəfə adını pıçıldayanda
eşq bağçasına dönür ürəyim...
Şairə xanım bu şeirdə iki gözəl təşbeh işlətmişdir.
Xatirə dənizinin sahilində
eşq ocağının qırağında uzanmışıq.
Gözlərini
zilləmisən eşqdən alovlanan gözlərimə,
Əllərim əllərində,
Şopen musiqisi kimi axırsan qanımda...
Oxuduğumuz bu şeirdə də şairə xanımın təşbeh və metaforadan ustalıqla istifadə etdiyinin şahidi oluruq. Aşağıdakı yeddi misralıq bir şeir də öz poetikliyi və elə ilk misralarda işlənmiş epitetlə diqqəti cəlb edir:
Yoxluğun
qapı kimi çırpılır eşqimin üzünə...
Ürəyimdə
hər sənli xatirənin
dizini qucaqlayıb deyirəm:
- Gəl, əzizim,
ümidlərimin bənövşə qoxusu üşüyür...
Bu kimi zövq oxşayan şeirlərdən daha bir nümunə göstərək:
Həsrət qoxuyur
üzümə açılan səhər.
Bir payız yağışı
yağır içimə.
İslanır
ömrümün xatirələri...
Poetik fikrin mətnə necə oturdulmasına baxın. Möhtəşəmliyi danmaq fikrində olsaq belə, alınmayacaq. Çünki gözəllik göz önündədir:
Səni
şərab kimi içmək istəyirəm,
Dodaqların badə əvəzi olsun,
içdikcə doymayım səndən...
Sən olan yerdə
mənim üçün gözəldir cəhənnəm
cənnətdən...
Şairə xanım heyrətləndirməyi bacarır:
Qollarımla özümü asmışam boynundan,
boynun dar ağacıdır həsrətimin.
Damarlarımda qan deyil,
qıpqırmızı şərab axır,
nəfəsin siqar dumanı kimi oxşayır
boynumu.
Beləcə söndürürəm tənhalığın ocağını...
Görün ayrılığı və onun verdiyi əzabı Sənəm xanım necə dəqiqliklə təsvir edir:
Hər gün
ürəyim çiçəkləyirdi
sənin addım səsinə...
Daha addım səsinə toz qonub,
bir ovuc xatirə dağılıb ürəyimin
ağrılarına...
"Bir badə eşq" kitabında Sənəm xanımın avtobioqrafik xarakterli "Qırmızı paltolu qız" adlı bir poeması da yer almışdır. Şeirin sərbəst növündə yazılmış poema anası yataq xəstəsi, atası ailəni tərk edib başqa bir qadının yanına getmiş beş yaşlı qız uşağının həyatından bəhs edir. Kiçik yaşlarında həyatın bütün məhrumiyyətlərini dadmış qızcığazın taleyi oxucunu düşündürməyə məcbur edir və çətinliklərlə üz-üzə qalmış körpəyə hansı yollarlasa yardım etmək, əl tutmaq fikrini aşılayır. Əsərin tərbiyəvi əhəmiyyətini dəyərləndirməmək insafsızlıq olardı.
Yaxşı ki, dünyada biganə adamlarla yanaşı yaxşılar da yaşayır. Qızcığaza paltar almış Səlminaz xanımın və kitabxanaçı qızın səmimi münasibəti oxucunun rəğbətinə səbəb olmaqla kiçik qız uşağının gələcəyə boylanan ümidini də pöhrələndirir. Poema bədii detallarla, məcaz və təzadlarla, o cümlədən poetik ifadələrlə zəngindir.
Sənəm xanımın "Bir dadə eşq" kitabının müəllifə uğur gətirəcəyinə inanıram.


Əhməd Haqsevər
AYB-nin üzvü,
Prezident mükafatçısı


ZiM.Az


.

Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
YADİGAR TƏVƏKGÜL (1980) :

YADİGAR TƏVƏKGÜL (1980) : "EŞQ NAĞILI"

Müsabiqə
HƏKİM-ŞAİRƏ SOLMAZ QƏRİBELLƏ ONLAYN MÜSAHİBƏ

HƏKİM-ŞAİRƏ SOLMAZ QƏRİBELLƏ ONLAYN MÜSAHİBƏ

Rusiya, Diaspora, Köşə yazılar
Telli Sənəm BORÇALI:

Telli Sənəm BORÇALI: "YAŞANMAMIŞ EŞQİ YAŞAT, ƏZİZİM!."

Müsabiqə, Başkeçid
Əzizim Əfsanə xanım, Ad günün mübarək!.

Əzizim Əfsanə xanım, Ad günün mübarək!.

"SALDO", Təbriklər
Eşq, məhəbbət İlahi fitrətidir!..

Eşq, məhəbbət İlahi fitrətidir!..

Gənclik, Müsabiqə, Köşə yazılar
Dostluq bayrağısan Müşfiq Borçalı!..

Dostluq bayrağısan Müşfiq Borçalı!..

"SAZLI-SÖZLÜ BORÇALI", Tv, Rustavi, Borçalı, Başkeçid, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Borçalı ətirli misralar VƏ YA

Borçalı ətirli misralar VƏ YA "DÜNYANI DOLAŞAN SAZ HAVASIYAM"

Ədəbi tənqid, Rustavi, Başkeçid

"SİNƏMDƏ DƏNİZTƏK FİKİR ÇAĞLAYIR" - Telli Sənəm BORÇALI

Yeni nəşrlər, Ədəbi tənqid, Başkeçid
Ömrün günortasını yaşayan şair

Ömrün günortasını yaşayan şair

Ədəbi əlaqələr
NƏVƏM ŞAHSƏNƏM!..

NƏVƏM ŞAHSƏNƏM!..

Təbriklər
TELLİ SƏNƏM BORÇALI (1969)

TELLİ SƏNƏM BORÇALI (1969)

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Rustavi, Başkeçid
Poetik duyğuların zərif və səmimi ifadəsi

Poetik duyğuların zərif və səmimi ifadəsi

Humanitar elmlər, Ədəbi tənqid, Bədii Tərcümə

"Məktəbli ömrünün Səməd Vurğunu" adlı kitabın təqdimatı keçirilib

Yeni nəşrlər
AzTU-da Səməd Vurğunun 110 illik yubileyi qeyd olunub

AzTU-da Səməd Vurğunun 110 illik yubileyi qeyd olunub

AzTU
SİMUZƏR NÜSRƏTBƏYLİ ŞEİRİNİN İDEYA İSTİQAMƏTLƏRİ

SİMUZƏR NÜSRƏTBƏYLİ ŞEİRİNİN İDEYA İSTİQAMƏTLƏRİ

Sumqayıt, Ədəbi tənqid
Xalq şairi  Nəriman Həsənzadə:

Xalq şairi Nəriman Həsənzadə: "Ramiz Abdullayevin poetik dünyası"

Ramiz Abdullayev
Aşıq Pəri məclisinin yeni rəhbəri - PƏRVANƏ XANIM ZƏNGƏZURLU

Aşıq Pəri məclisinin yeni rəhbəri - PƏRVANƏ XANIM ZƏNGƏZURLU

Folklor, Ədəbi tənqid
BORÇALININ ŞAİRƏ QIZI AZADƏ XANIM!

BORÇALININ ŞAİRƏ QIZI AZADƏ XANIM!

Borçalı
Xəzangül xanımın “Özümü axtarıram

Xəzangül xanımın “Özümü axtarıram" şeirlər kitabının təqdimat mərasimi keç ...

"Şərqin səsi", Poeziya, Borçalı
Telli Sənəm BORÇALI (MAHMUDLU): Õldürür dünyanın dərd-səri məni...

Telli Sənəm BORÇALI (MAHMUDLU): Õldürür dünyanın dərd-səri məni...

Başkeçid
Rəy yazın: