Yeni "Azərbaycan - Türk dili" dərsliyi

Yeni "Azərbaycan - Türk dili" dərsliyi Professor Mədəd Çobanovun orta məktəblərin yuxarı sinifləri üçün yazdığı "Azərbaycan - Türk dili" (X və XI sinif üçün dərsliklər, Tbilisi, 1992, 1993) dərsliyi haqqında yazılmış və mətbuatda çap olunmuş rəylərdən parçalar:

* * *

"Müasir dövrün tələbləri səviyyəsində yazılan və Gürcüstan Respublikasının Azərbaycan dilində olan ümumtəhsil məktəbllərində dərslik kimi istifadə olunan belə kitablardan biri də S.S.Orbeliani adına TDPİ-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının əməkdaşı, filologiya elmləri doktoru, professor M.N.Çobanovun "Azərbaycan - Türk dili" dərsliyidir...
Yeri düşmüşkən qeyd etmək lazımdır ki, professor Mədəd Çobanov ümumtəhsil məktəblərinin müxtəlif siniflərində, eləcə də ali məktəblərdə Azərbaycan dilinin tədrisi üçün bir sıra proqramlar tərtib etmişdir.
Gürcüstan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş həmin proqramlardan hal-hazırda respublikanın azərbaycandilli ümumtəhsil məktəblərində müvəffəqiyyətlə istifadə edilməkdədir...
Əməli yazıların hər növünün ən kiçik detallarını da nəzərdən qaçırmayan müəllif onların mahiyyəti, məzmunu və daşıdığı xarakteri e'tibarı ilə müxtəlif olduğunu qeyd edir...
Müəllifin gərgin əməyinin məhsulu olan bu dərslik Gürcüstan Respublikasında Azərbaycan dilində olan ümumtəhsil məktəblərinin X sinfində müvəffəqiyyətlə tədris olunur".

Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov,
filologiya elmləri namizədi, dosent Razim Məmmədli,
/Yeni "Azərbaycan - Türk dili" dərsliyi, "Qurtuluş" qəzeti, 24-30 iyul 1993-cü il/.


* * *


Professor Mədəd Çobanovun "Azərbaycan - Türk dili" kitabı haqqında
Mətanət Fərzəliyevanın "Gürcüstanda tədris olunur. Bəs bizdə?" sərlövhəli məqaləsi "Qarabağ" qəzetinin 4 fevral, 1993-cü il tarixli N:5 (138)-ci sayında da dərc olunmuşdur.


* * *

"Ölkəmizin daxilində orta məktəb şagirdləri kitab sarıdan korluq çəkdiyini görəndə gözlərimin önünə respublikamızdan kənarda, xüsusilə Gürcüstan Respublikasında yaşayan soydaşlarımız gəlir...
Məhz bu baxımdan filologiya elmləri doktoru, professor M.N.Çobanovun Gürcüstanın "Qanatleba" /Maarif/ nəşriyyatında çap etdirdiyi "Azərbaycan (Türk) dili" dərslikləri /X-XI siniflər üçün/ diqqəti cəlb edir.
Hər iki kitabın biri digərini tamamladığı üçün onlar haqqında fikirlərimizi birlikdə bildirmək istəyirik...
Hər iki kitab Gürcüstan Respublikası Təhsil Nazirliyində təsdiq edilib.
Bu əsərlərin meydana çıxması obyektiv zərurətdən doğulmuşdur. Belə ki, Gürcüstandakı orta məktəblərdə rus dilinə ayrılan saatlar azaldılanda filologiya elmləri doktoru, professor Mədəd Çobanovun şəxsi sə'yi, milli qeyrəti və vətəndaşlıq borcu nəticəsində X və XI siniflərə "Azərbaycan (Türk) dili" dərsi salınmışdır.
Lakin, ilk növbədə Gürcüstan Təhsil Nazirliyində onun qarşısına belə bir şərt qoyulmuşdu: proqram və dərslik hazır olmasa həmin saatlar ləğv ediləcək. /O dövrdə Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin X-XI siniflərində "Azərbaycan dili" dərsləri keçilmirdi.!!!-Red./.
Odur ki, M.Çobanov çox qısa vaxtda proqram və dərslik yazıb çap etdirmişdir...
X sinif üçün nəzərdə tutulmuş "Azərbaycan - Türk dili" dərsliyində, əsasən savad tə'limi ilə bağlı problemlər öz əksini tapmışdır... Burada maraq doğuran cəhətlərdən biri sözün sətirdən-sətirə keçirilməsinin elmi izahıdır. Çünki orta məktəblərimiz üçün Azərbaycan dilinə aid yazılan kitablarda sözün sətirdən-sətirə keçirilməsinin sadə yolu göstərilir. Lakin müəllif sözün sətirdən-sətirə keçirilməsi qaydaları üzərində dayanır və bunu üç mühüm prinsiplə əlaqələndirir:
1. heca vahidliyi prinsipi;
2. söz kökü vahidliyi prinsipi;
3. qrafik vahidliyi prinsipi.
"Azərbaycan - Türk dili" kitabının əsas məziyyətlərindən biri də əməli yazılar haqqında ilk dəfə sistemli mə'lumatın verilməsi və əməli yazılara aid müxtəlif səpgili nümunələrin kitabda öz əksini tapmasıdır.
Aydın bir həqiqətdir ki, orta məktəbi bitirən şagirdlərin 90-95%-i ərizə, arayış, müqavilənamə, protokol, xasiyyətnamə, tərcümeyi-hal və s. yaza bilmirlər.
Məhz bu baxımdan kitabda əməli yazılara aid verilən nümunələrin şagirdlərin ehtiyacını ödəyəcəyinə zərrəcə şübhə yeri qalmır.
Orta məktəb təcrübəmə istinad edərək qeyd etmək istəyirəm ki, orfoepiyaya dair mə'lumatın verilməsi müsbət hal kimi qiymətləndirilməlidir. Çünki orta məktəb şagirdləri orfoepik normanı mənimsəməkdə çətinlik çəkirlər...
Orta məktəb şagirdlərinin əksəriyyəti savadlı yaza bilmirlər...
Bunları nəzərə alan professor Mədəd Çobanov yazı, orfoqrafiya haqqında şagirdlərə kitabında ətraflı mə'lumat verir..."

Filologiya elmləri doktoru,
professor İbrahim Bayramov,
/Dilin öyrənilməsi qrammatika dərsliyindən başlayır,
"Təhsil" qəzeti, N:21/52/, 17 sentyabr, 1993-cü il/.



ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
MİLLİ TƏƏSSÜBKEŞLİK VƏ UNUDULMAZ XEYİRXAHLIQ

MİLLİ TƏƏSSÜBKEŞLİK VƏ UNUDULMAZ XEYİRXAHLIQ

Yeni nəşrlər, Humanitar elmlər, ADPU, Tiflis, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Qarayazıda akademik Mədəd Çobanovun ömür yoluna həsr olunmuş açıq dərs keçi ...

Qarayazıda akademik Mədəd Çobanovun ömür yoluna həsr olunmuş açıq dərs keçi ...

Tiflis, Borçalı, Bolus, Darvaz, Qarayazı, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
İladi Öməroğlu:

İladi Öməroğlu: "ADI DİL ƏZBƏRİ - MƏDƏD ÇOBANOV"

Poeziya, Tiflis, Borçalı, Başkeçid, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov
Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub

Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub

Humanitar elmlər, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Akademik Mədəd Çobanovun kitabları haqqında yazılmış rə'ylərdən sətirlər

Akademik Mədəd Çobanovun kitabları haqqında yazılmış rə'ylərdən sətirlər

Yeni nəşrlər, Tiflis, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov
Professor Mədəd Çobanovun orta məktəblərin yuxarı sinifləri üçün yazdığı

Professor Mədəd Çobanovun orta məktəblərin yuxarı sinifləri üçün yazdığı " ...

Yeni nəşrlər, Tiflis, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai orta məktəblərin  Pe ...

Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai orta məktəblərin Pe ...

Fond, Müsabiqə, Gürcüstan, Tiflis, Borçalı, Başkeçid, Bolus, Darvaz, Qarayazı, Qaraçöp, Qabal, Qaracalar, Elanlar, Mədəd Çobanov
Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai orta məktəblərin  Pe ...

Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai orta məktəblərin Pe ...

Fond, Elm, Təhsil, Məktəblər, Diaspora, Gürcüstan, Tiflis, Başkeçid, Bolus, Darvaz, Qarayazı, Qaraçöp, Qaracalar, Ağbulaq, Zalqa, TDPİ-nin Azərbaycan bölməsi, Elanlar, Mədəd Çobanov
XALQINI, VƏTƏNİNİ SEVƏN,  MİLLİ DÜŞÜNCƏYƏ MALİK ƏSL VƏTƏNDAŞ, İŞGÜZAR ALİM, ...

XALQINI, VƏTƏNİNİ SEVƏN, MİLLİ DÜŞÜNCƏYƏ MALİK ƏSL VƏTƏNDAŞ, İŞGÜZAR ALİM, ...

ADPU, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
HACAN HACISOY:

HACAN HACISOY: "VƏTƏNPƏRVƏR və YURDSEVƏR ALİM - MƏDƏD ÇOBANOV"

"XXI əsrin Ziyalıları", Gürcüstan, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

ADPU, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
“Nəsimi ili”nə daha bir töhfə

“Nəsimi ili”nə daha bir töhfə

Yeni nəşrlər, Humanitar elmlər
YUBİLYARDAN  HƏDİYYƏ

YUBİLYARDAN HƏDİYYƏ

Yeni nəşrlər, Mədəd Çobanov
Azərbaycanın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Azərbaycandilli ...

Azərbaycanın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Azərbaycandilli ...

Tiflis, Qarayazı, Diaspora
PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

Darvaz, Elanlar, Mədəd Çobanov
Filologiya fakültəsində dəyirmi masa

Filologiya fakültəsində dəyirmi masa

ADPU
Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər təqdim ediləcək

Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər təqdim ediləcək

Tiflis
Gürcü dili üzrə mütəxəssis xidmətləri tələb olunur

Gürcü dili üzrə mütəxəssis xidmətləri tələb olunur

Təhsil, Gürcüstan, Elanlar
Professor Mədəd ÇOBANOV - 60

Professor Mədəd ÇOBANOV - 60

TDPİ-nin Azərbaycan bölməsi, Elm, Mədəniyyət, Tv, Borçalı, Mədəd Çobanov
Rəy yazın: